Məhkəmə qərarları › İş №2-1(112)-5930/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5930/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5930/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı sağlamlıq imkanları məhdudluğunun müəyyən edilərək, əlillik dərəcəsinin müəyyən edilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi haqqında ərizəyə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı sağlamlıq imkanları məhdud olması səbəbindən 20 iyun 2015-ci ildə anadan olmuş X4 əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 02.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, hazırda icraatda olan məhkəmə mübahisəsi məhkəmədən kənar öz həllini tapdığından, cavabdeh tərəfindən tələbi təmin olunduğundan, cavabdehlə aralarında mübahisənin olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi 19.11.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, bildirmişdir ki, icraatda olan iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə X3 əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının 12.12.2020-ci il tarixli, 0309003AAMET saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV sinif – Endokrin sistemin xəstəlikləri, maddələr = ˃ E10-E14 – Şəkərli diabet = ˃ E 10 – insulindən asılı şəkərli dibaet; Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla., Şəkərli diabet tip İ insulindən asılı, ağır gedişli. Diabetik lipodistrofya; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu = ˃ 3.1.45. daxil isekresiya vəzilrinin funsiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, İtsenko – Kuşinq xəstəliyi, böy...” səbəbi ilə 18 yaşınadək əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Bu səbəbdən də, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının ərizəsinin və cavabdehin nümayəndəsinin vəsatətinin əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar