Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5932/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kənd soveti tərəfindən xx.xx.1977-ci il tarixdə 47 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Onun doğumu Dmanisi rayonu, Muğanlı kənd soveti tərəfindən xx.xx.1977-ci il tarixdə 47 nömrəli aktla qeydə alınmış və müvafiq olaraq xx.xx.1977-ci il tarixdə İİ-Tİ seriyalı, 326161 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir.1983-cü ildə Dmanisi rayonu Muğanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1989-cu ildə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt onun 12 yaşı var idi. Azərbaycana doğum haqqında şəhadətnamə ilə gəlmişdir. O, heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmişdir. Azərbaycana gəldikdən sonra təhsilini 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Daha sonra 1992-1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır. X2 xx.xx.1931 -ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat edib. X13 (Gülüzar) Səməd qızı xx.xx.1937-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. O, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 1 ünvanında yaşayır, təqaüdçüdür. İddiaçı 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1977-ci il təvəllüdlü X4 ilə ailə həyatı qurmuşdur, lakin onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişdir. Ailə münasibətlərindən iki uşaqları doğulub. 2003-cü ildə iddiaçı Rusiya Federasiyasının Sarotov şəhərinin daxili işlər orqanı tərəfindən pasportla təmin edildi. 2008-ci ilə qədər həmin sənədlə Rusiya Federasiyası ərazisində yaşadı, amma bu dövrdə Azərbaycan Respublikasına gəlib - gedirdi. 2008-ci ildə Nijni- Novqorod şəhərində polis onun pasportla qanunsuz təmin edilməyi əsası ilə həmin sənədi ondan aldı və o Azərbaycan Respublikasına qayıtdı. Azərbaycana qayıtdıqdan sonra xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən (Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi) hərbi qeydiyyata alındı, lakin şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmadı. Həmin vaxtdan etibarən Azərbaycanda qeydiyyatsız və şəxsiyyətii təsdiq edən sənəd olmadan yaşayır. Hazırda iddiaçının 45 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarımdan yararlana bilmir. Hazırda sənədləşmə işi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətini və azərbaycan dilinə tərcüməsini də təqdim etməyi tələb olunur. Lakin doğum haqqında şəhadətnamə yararsız, hala düşdüyündən (doğum haqqında şəhadətnaməmdə bəzi yazılar (soyad, ad və ata adı) silinib və möhürdəki yazılar tam oxunmur) notariuslar həmin sənədin surətini təsdiq etməkdən imtina edirlər. Odur ki, onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi zərurəti yaranmışdır. Lakin yuxarıda da qeyd etdiyi kimi, şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmirəm. Hazırda, o, ünvan 2 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğum yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuş İddiaçı - doğum taktının Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kənd soveti tərəfindən xx.xx.1977-ci il tarixdə 47 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi üçün Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini təmin etmələrini xahiş etdi. Bakı şəhəri Cavabdeh müraciətinə özünün xx.xx.2022-ci il tarixli 05/q-3667/15 nömrəli cavab məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: “......Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il il 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”'nın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşma çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığınız səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından ərizənizi təmin edə bilmirik.
3. İddiaçı tərəfindən iddia tələbi “şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kənd soveti tərəfindən xx.xx.1977-ci il tarixdə 47 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəıti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəssinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə və qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığı səbəbindən və şəxsiyyəti təsdiq edən sənəd olmadığından ərizə təmin edə bilmir.
5. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının uşaqları - X8 və Osmanlı Şəmistan oğlu Bakı şəhərində doğulmuşdurlar.
6. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 və Osmanlı Şəmistan oğlunun atası İddiaçıdur.
7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh orqanın 28 fevral 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının ərizəsinə etiraz edir və işin həllini məhkəmənin mülahizəsinə buraxır.
9. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, o, iddiaçının həyat yoldaşıdır, 1999-cu ildən birlikdə yaşayırlar. İddiaçıının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikah bağlaya bilməmişdirlər. 3 övladları var, biri rəhmətə gedib. Uşaqlarının ata qrafasında iddiaçının adı yazılıb.
II. İddianın növü
10. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına 27 may 2022-ci il tarixdə verilmiş nömrəli “Himayə sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir.
14. Dövlət Miqrasiya Xidmətinin X1 İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Osmanova Şəmistana (himayə sənədi № ***-*******8) Dövlət Miqrasiya Xidməti tərəfindən 16 iyun 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
15. xx.xx.1977-ci il təvəllüdlü İddiaçı doğum haqqında şəhadətnaməsinə əsasən Gürcüstan SSR, Dmanisi rayonu, Muğanlı kəndində doğulmuşdur. Bu haqda doğum aktlarının qeydiyyatı kitabında 1977-ci il oktyabr ayının 21-ci günündə 47 saylı aktı qeydi daxil edilmişdir. Valideynləri: atası-X6 (milliyəti azərbaycanlı), anası- X9 (milliyəti azərbaycanlı), qeydiyyat yeri-Dmanisi rayonu, Muğanlı kəndi. Verilmə tarixi 21 oktyabr 1977-ci il.
IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
16. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
18. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.
19. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır.
20. Bu imtinanı mübahisələndirərkən iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncu sənəd üzərinə pozuntuların olması onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə "Doğum haqqında qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaşqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.
21. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kənd soveti tərəfindən xx.xx.1977-ci il tarixdə 47 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva