Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5932/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarından çıxarışa əsasən Ləhiş massivində 200 №-li bağ-tikinti kooperativinə üzv qəbul edilmiş X7 torpaq sahəsi ayrılmışdır. 31 may 1991-ci il tarixli 39 nömrəli Orderə əsasən Bakı Şəhəri X12 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarına əsasən, X7 200 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 1555 “a” saylı bağ sahəsi ayrılmışdır. X11 xx.xx.2023-cü ildə ölmüşdür. ünvan ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X5 (d/t-xx.xx.1956) vərəsəsinin ərizəsinə əsasən notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı mərhum X5 vərəsəsidir. Vərəsəlik işinin həlli üçün mərhum X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 1555 A saylı sahədə yerləşən daşınmaz əmlaka dair Arayışın (Forma 37) sorğunu təqdim edən şəxs vasitəsilə göndərilməsi xahiş edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1555a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, sözüqedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 753 kvadrat metr “1555 a” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının - 30 sentyabr 1988-ci il tarixli, 9/549 N-li Qərarına əsasən onun 28 yanvar 2023-cü il tarixdə vəfat etmiş atası - X7 39 N-li Orderlə Bakı şəhəri,Sabunçu rayonu ,Ləhiş bağ massivində yerləşən 1200 kvadrat metr metr “1555 a” saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi X11 tərəfindən hasarlanmış və oğlu İddiaçı 25 ildən artıq müddətdə ailəsinin istifadəsində olmaqla hər hansı bir 3-cü şəxs tərəfindən həmin torpaq sahəsinə iddia və tələb yoxdur və olmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, mərhum X11 tərəfindən təqdim edilən Bağlar təsərrüfatının inkişafı və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, idarənin arxiv məlumatlarında mərhum X5 200 nömrəli BTK-dan çıxarılaraq 84 nömrəli BTK-nın tərkibinə keçirilməsinə dair ərizəsi mövcuddur. Elektron kadastr məlumatlarına əsasən tək koordinatlarla şərti göstərilən bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, hasarlanma işləri bölgüyə uyğun aparılmamışdır və bağın bir hissəsi sxematik xəritədə nəzərdə tutulmayan yoldur. Texniki baxış keçirilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu və ərazidə tikinti işlərinin aparıldığı aşkar olunmuşdur. (torpaq sahəsi istifadəsində deyil). Məlumat üçün bildiririk ki, İddiaçı tərəfindən elektron məhkəmə sisteminə əlavə olunan X-2193 nömrəli, xx.xx.2024-cü il tarixli vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda mərhum X5 vəfat etdiyi tarix xx.xx.2023-cü il kimi qeyd olunsa da, mərhumun 7E1302 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X2 İdarəyə son müraciəti xx.xx.2024-cü il tarixlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhəri X12 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarına əsasən, X7 200 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 1555 “a” saylı bağ sahəsi ayrılmışdır. Sonuncu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir; 2) Elektron kadastr məlumatlarına əsasən tək koordinatlarla şərti göstərilən bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, hasarlanma işləri bölgüyə uyğun aparılmamışdır və bağın bir hissəsi sxematik xəritədə nəzərdə tutulmayan yoldur. 3) Texniki baxış keçirilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu və ərazidə tikinti işlərinin aparıldığı aşkar olunmuşdur. (torpaq sahəsi istifadəsində deyil). 4) İddiaçı tərəfindən elektron məhkəmə sisteminə əlavə olunan X-2193 nömrəli, xx.xx.2024-cü il tarixli vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda mərhum X5 vəfat etdiyi tarix xx.xx.2023-cü il kimi qeyd olunsa da, mərhumun 7E1302 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X2 İdarəyə son müraciəti xx.xx.2024-cü il tarixlidir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. 1-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin orderin əslini məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən iddiaçının mərhum atasına bağ sahəsinin ayrılması təkcə iddiaçının təqdim etdiyi orderə əsasən deyil, həmçinin arxiv nüsxəsi Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarından çıxarışa əsasən də müəyyən edilir. Odur ki, iddiaçının təqdim etdiyi orderin mötəbərliliyi şübhə doğurmur iş materiallarınd olan digər sənədlərlə öz təsdiqini tapır. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş sxemi məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinaltrı əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinə hər hansı digər şəxsin hüququ qeydə alınmamış və ya həmin torpaq sahəsinə başqa şəxsin müraciəti olmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. 3-cü dəlillə bağlı məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin iddiaçının istifadəsində olmamasına, torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq tikinti işlərinin aparılmasına istinad edir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, İdarənin mütəxəssisləri torpaq sahəsinə baxış keçirərkən torpaq sahəsini nümayəndə (Amir) adlı şəxs təqdim etmiş, torpaq sahəsində olan hasarın qapsının onun tərəfindən açıldığı bildirilmiş, həmçinin ərazidə olan tikillilərin onun tərəfindən aparıldığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan (Amir) adlı şəxs digər şəxs deyil və iddiaçının mərhum atasının adından hərəkət etmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı torpaq sahəsinə iddiaçının mərhum atasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qismində X8 tərəfindən (xx.xx.2024-cü il tarixdə) cavabdeh İdarəyə müracəiət edilmişdir. Göründüyü kimi, həmin şəxs iddiaçının mərhum atasının etibarnamə üzrə nümayəndəsi olmuşdur və onu tımsil etmiş, onun adından çıxış etmişdir. 4-cü dəlillə bağlı, həmçinin iddianın mümkün hesab edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır və iş üzrə iddianın mümkün hesab edilməməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddia tələbini X6 nümayəndəsi və vəkili irəli sürmüş, həmin şəxs iddiaçının adından iddia vermək üçün səlahiyyətli olmuşdur. İddiaçının atasının xx.xx.2023-cü il tarixdə ölməsi, mərhumun 7E1302 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X2 İdarəyə son müraciətinin xx.xx.2024-cü il tarixli olması ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbini nümayəndə X9 deyil, X6 nümayəndəsi və vəkili vermişdir. Digər tərəfdən torpaq sahəsi ilə bağlı cavabdeh İdarəyə təkcə iddiaçının mərhum atasının nümayəndəsi X9 deyil, həmçinin ilkin müraciət xx.xx.2019-cü il tarixdə iddiaçının mərhum atası Valeh Verdiyev tərəfindən, xx.xx.2021-ci il tarixdə isə, iddiaçının özü tərəfindən edilmişdir. Yəni, X1 müraciət edərkən səlahiyyətli olmasa da, iddiaçının və mərhum atasının da İdarəyə müraciətləri və həmin müraciətlərə dair cavabdehin imitina məktubları mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 753 kvadrat metr “1555 a” saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5932/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5932/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver