Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5936/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (3-cü şəxslər X3, X10, X4, X6, X11 olmaqla) mənzilin bölünməsi, ayrı şəxsi hesabın çıxarılması və yaşayış yerinin istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (maraqlı şəxslər X3, X10, X4, X6, X11 olmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 75.94 kv.metr ümumi sahəli 4 otaqlı mənzilin (yaşayış sahəsi 52,64 kv.m. və köməkçi sahə 23,50 kv.m.), bölünməsinin həyata keçirilməsi, müvafiq olaraq yaşayış sahəsi 24,50 kv.m. (15,20 kv.m. +9,30 kv.m. = 24,50 kv.m.) olan iki otağı onun və qızı X2 adına yazılması, yaşayış sahəsi 28,14 kv.m. (18,94 kv.m. +9,20 kv.m. = 28,14 kv.m.) olan iki otaqlı yaşayış sahəsini qızım X1 adına yazılması, məhkəmə qaydasında və Azərbaycan Respublikasının MPM 167.1.10 maddəsinə uyğun olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən ünvan 2 ünvanında yerləşən ünvanında 75.94 kv.m. yaşayış sahəsi olan 4 otaqlı mənzilin bölünməsinin texniki imkanı haqqında rəyin tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsidə maraqlı şəxslər kimi qeyd olunan X3, X10, X4, X6, X7 prosessual statusları 3-cü şəxslərə dəyişdirilmişdir. İş üzrə mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 10 iyun 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X3 iddia ərizəsində göstərilənlərə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, sözügedən mənzil ona məxsusdur, iddiaçı həmin mənzildə yaşamır, keçirilmiş digər məhkəmələrdə olan araşdırmalar nəticəsində təyin olunmuş ekspertiza zamanı mənzilin naturada ayrı-ayrı mənzillərə bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə 3-cü şəxsin izahatını, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya 23 aprel 2021-ci il tarixli məktub əsasında İPM-in 15-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddianın mümkün sayıldığı bildirilərək iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsinə uyğun (konkret göstərilən cavabdehin üzərinə hansı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi kimi) dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən müvafiq addım atılmamışdır. İddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini araşdırmaq məqsədilə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, bununla da, iddia tələblərinin təmin edilməsinə dair iddia tələbi irəli sürülsə də, bu iddia tələbləri ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələbləri ilə yekun məhkəmə aktı ilə hansı hüquq və vəzifələrin müəyyən edilməsinin ifadə edilməsini aydınlaşdırmaq mümkün olmadığından, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Hazırki iddia tələbləri üzrə iddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən ünvan 1 ünvanında yerləşən 75.94 kv.metr ümumi sahəli 4 otaqlı mənzilin (yaşayış sahəsi 52,64 kv.m. və köməkçi sahə 23,50 kv.m.), bölünməsinin həyata keçirilməsi, müvafiq olaraq yaşayış sahəsi 24,50 kv.m. (15,20 kv.m. +9,30 kv.m. = 24,50 kv.m.) olan iki otağı onun və qızı X2 adına yazılması, yaşayış sahəsi 28,14 kv.m. (18,94 kv.m. +9,20 kv.m. = 28,14 kv.m.) olan iki otaqlı yaşayış sahəsini qızım X1 adına yazılması, məhkəmə qaydasında və Azərbaycan Respublikasının MPM 167.1.10 maddəsinə uyğun olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən ünvan 2 ünvanında yerləşən ünvanında 75.94 kv.m. yaşayış sahəsi olan 4 otaqlı mənzilin bölünməsinin texniki imkanı haqqında rəyin tələb edilməsi barədə irəli sürdüyü tələblərin təmin edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. Lakin, iddiaçının qeyd edilən tələbləri həmin maddədə göstərilən iddia növlərinə aid deyildir. Belə ki, iddia qeyri müəyyən və müxtəlif tələblərdən ibarət olmaqla yanaşı, həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu, yaxud cavabdeh inzibat orqanın üzərinə hansı öhdəliyin qoyulması müəyyən edilməmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbləri üzrə iddia ərizəsi mümkünlük şərtlərinə əməl edilməməklə verildiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (3-cü şəxslər X3, X10, X4, X6, X11 olmaqla) mənzilin bölünməsi, ayrı şəxsi hesabın çıxarılması və yaşayış yerinin istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5936/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5936/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver