Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5936/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfidən İddiaçı MMC barəsində çıxarılmış 07 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2-153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli qərarların ləğv olunması” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ. Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “24 dekabr 2024-cü il tarixə cavabdeh tərəfindən İddiaçı MMC-yə (VÖEN: **********) hesablanmış 99.811,50 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfidən İddiaçı MMC barəsində çıxarılmış 07 avqust 2024-cü il tarixli 3-21-2-3/2-45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21- 2-3/2-153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli qərarların ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 aprel 2025-ci il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci ildə kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçının əsas fəaliyyət istiqaməti tikinti materiallarının alqı-satqısı olmuşdur. 29 noyabr 2024-cü il tarixdə iddiaçı fəaliyyətini 5 (beş) il müddətinə dayandırmışdır. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, 24 dekabr 2024-cü il tarixə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya 99.811,50 (doxsan doqquz min səkkiz yüz on bir manat 50 qəpik) manat məbləğində vergi borcu hesablanmışdır. Hesablanmış borc faktiki olaraq aşağıdakılardan yaranmışdır: 32.299,28 (otuz iki min iki yüz doxsan doqquz manat 28 qəpik) manat - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə bağlanmış müqavilə üzrə ödənilmiş ƏDV-nin ləğv edilməsinə görə; 29.652,47 (iyirmi doqquz min altı yüz əlli iki manat 47 qəpik) manat - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə bağlanmış müqavilə üzrə baş tutmamış alqısatqıya görə; 21.135,-5 (iyirmi bir min yüz otuz beş manat 05 qəpik) manat 2024-cü il üzrə mənfəət vergisinin avans məbləği; 16.734,70 (on altı min yeddi yüz otuz dörd manat 70 qəpik) manat yaranmış borca hesablanmış faiz borcu. MEQA-PLASTİK - CE" MMC ilə bağlı 32.299,28 manat: İddiaçı ilə "xxxx" MMC arasında 03 mart 2023-cü il tarixli MP-153 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-dən mallar almış və alınmış mallara görə pul vəsaitini köçürmüşdür. "xxxx" MMC tərəfindən son elektron qaimə-faktura 31 may 2024-cü il tarixdə təqdim edilmişdir. Lakin, 24 iyul 2024-cü il tarixdə"xxxx" MMC (**********) riskli vergi ödəyiciləri qrupuna aid edilmiş və iddiaçının "xxxx" MMC-dən 15 mart 2023-cü il tarixdən aldığı mallara görə 103.337,40 (bir yüz üç min üç yüz otuz yeddi manat 40 qəpik) manat məbləğində elektron qaimə fakturalar ləgv edilmişdir. Qeyd edilməlidir ki, müqavilə bağlandığı tarixdə İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq alt sistemində olan "Riskli vergi ödəyiciləri barədə məlumat" bölməsində VÖEN (**********) yoxlanılan zaman Riskli Vergi ödəyici siyahısında"xxxx" MMC-nin adı olmamışdır və iddiaçı tərəfindən təqdim edilən aylıq ƏDV bəyannamələrində 16 (on altı) ay ərzidə Cavabdehin kameral vergi yoxlamaları ilə də heç bir əlavə vergi məbləği hesablanmamış və bəyannamələr təsdiq olunmuşdur. "xxxx" MMC riskli vergi ödəyiciləri qrupuna aid edildikdən sonra, həmin MMC ilə heç bir əməliyyat aparılmamışdır. Lakin, Cavabdeh hesablamaları özünün kameral yoxlamaları ilə təsdiq etdiyi ƏDV bəyannamələri üzrə 16 (on altı) ay geridən başlamaqla aparılmışdır. Hətta, Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 15(H8)-97/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" 25 iyul 2024-cü il tarixli **********125900 nömrəli qərarın icrası dayandırılmışdır. Cavabdeh "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduğu tarixədək iddiaçı tərəfindən həyata keçirilmiş əməliyyatlar üzrə hər hansı fakturaları ləğv edə bilməzdi və bu səbəbdən onun bu hərəkətləri qanunsuz hesab olunmalıdır. "xxxx" MMC ilə bağlı 29.652,47 manat: İddiaçı ilə "xxxx" MMC arasmda alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-stqı müqaviləsi üzrə İddiaçı MMC-dən müxtəlif malları almalı idi. 01 mart 2023-cü il tarixdə İddiaçı "xxxx" MMCyə 12000 (on iki min) manat məbləğində ƏDV məbləğini köçürmüşdür. Lakin, 05 may 2023-cü il tarixdən "xxxx" MMC-nin ƏDV dövriyyəsi dayandırılmış, 06 iyun 2023-cü il tarixdə isə həmin MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bunları nəzərə alaraq, İddiaçı "xxxx" MMC ilə əməliyyatların dayandırılması qərarına gəlmişdir. İddiaçı əməliyyatların dayandırılması qərarına gəlsə də, "xxxx" MMC-nin ƏDV dövriyyəsi dayandırıldığına görə, ƏDV-nin geri qaytarılması mümkün olmamışdır. Cavabdeh bu əməliyyatları alı-satqı əməliyyatları kimi qiymətləndirmiş və İddiaçıya münasibətdə vergi məbləğini hesablamışdır. Cavabdeh "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduğu tarixədək iddiaçı tərəfinzdən həyata keçirilmiş əməliyyatlara qiymət verə bilməzdi və MMCnin ƏDV-nin dövriyyəsinin dayandırılmasını nəzərə almalı idi ki, onun bu hərəkətləri qanunsuz hesab olunmalıdır. 2024-cü il üzrə mənfəət vergisinin 21.135,05 manat avans məbləği: Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçının fəaliyyətinə zərbə vurulmuşdur. Bu səbəbdən, İddiaçı 2024-cü ilin 3- cü rübündən başlayaraq fəaliyyətini faktiki, 29 noyabr 2024-cü il tarixdən isə rəsmi dayandırmışdır. İddiaçı tərəfindən hər hansı fəaliyyətin aparılmaması və bununla bağlı Cavabdehə müntəzəm və vaxtında hesabatların verilməsinə baxmayaraq, Cavabdeh İddiaçıya münasibətdə mənfəət vergisi üzrə avans hesablamış və həmin məbləği şəxsi hesab vərəqəsinə daxil etmişdir. Cavabdehin bu hərəkətləri qanunsuzdur və ona hesablanmış bu vergi məbləği silinməlidir. 16.734,70 manat məbləğində hesablanmış faiz borcu:. Əsas məbləğ əsassız hesablandığına görə də, həmin məbləğə hesablanmış faiz borcu da əsassız hesab olunmalı və İddiaçının şəxsi hesab vərəqəsindən silinməlidir. Bütün qeyd olunan faktiki hallar o qədər aşkardır ki, Cavabdeh bütün bu hallara özü qiymət verməli və əsassız hesablanmış vergi borcunu silməli idi. Lakin, İddiaçı tərəfindən Cavabdehin ünvanına bir neçə məktub göndərilsə də, Cavabdeh araşdırmanın aparılmasına dair 20 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-Ş-12xxxx/2024 nömrəli cavab məktubunun göndərilməsinə baxmayaraq, bu günə qədər hər hansı tədbir görməmişdir. İddiaçının direktoru 2-ci qrup əlil olmaqla (pəncənin amputasiyası), şəkər diabeti xəstəsidir və bütün baş verənələr onu stress vəziyyətə gətirərək, xəstəliyinin daha kəskinləşməsinə gətirib çıxarır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDN seriyalı 812866 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə- faktura üzrə 4524.3 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4524.3 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********988600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü il sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 1976 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********947100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində ( 03.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 318424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə- faktura üzrə 1125.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1125.0 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində ( 04.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 773759 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 4500.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4500.0 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDN seriyalı 812866 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 1976.22 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1976.22 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində ( 11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 193375 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə1411.2 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1411.2 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********117300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 30 944 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********800800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 140 833 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********384400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023cü il mənfəət vergisi bəyannaməsi üzrə 28 167 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbi 07 avqust 2024-cü il tarixli 3-21-2-3/2-45682/2024 nömrəli, 24 sentyabr 2024cü il tarixli 3-21-2-3/2-153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2- 277269/2025 nömrəli qərarların ləğv edilməsi olmaqla, mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktların qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh vergi orqanının vergi məsuliyyətinə cəlb edilməsinə dair qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edir və buna görə də həmin qərarları mübahisələndirmişdir Mübahisələndirmə haqqında iddia növü üçün digər xüsusi mümkünlük şərti- iddia müddətidir. İddiaçının iddiası bu şərtinə cavab verib verilməməsinə hüquqi qiymət verərək, məhkəmə aşagıdakıları bildirir. Yuxarıda qeyd edildiyi kimi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, 07 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2-153581/2024 nömrəli qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçının ləğvini istədiyi 99811,50 manat vergi borcunun əsasındaı kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar təşkil edir. Müəssisəyə aşağıdakı vergilər hesablanmışdır: ƏDV üzrə 2024-cü ilin iyun ayı üzrə 30946,53 manat (xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-45682/2024 (**********800800) nömrəli qərar); ƏDV üzrə 2023-cü ilin sentyabr ayı üzrə 1976,25 manat əlavə vergi məbləği hesablanmışdır (xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-153581/2024 (**********947100) nömrəli qərar); 2023-cü ilin mənfəət vergisi üzrə 32184,48 manat əlavə vergi məbləği hesablanmışdır (xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-279965/2024 (**********616900) nömrəli qərar). 2023-cü ilin mənfəət vergisi üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə verilmiş və 60 iş günü tamamlanmadığı üçün yeni qərar qəbul edilməmişdir. 2024-cü ilin iyun ayı üçün qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 45682/2024 (**********800800) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya xx.xx.2024-cü il tarixdə göndərilmiş və iddiaçı qərarı elə həmin xx.xx.2024-cü il tarixdə oxumuşdur. 2023-cü ilin sentyabr ayı üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-153581/2024 (**********947100) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya xx.xx.2024-cü il tarixdə göndərilmiş və iddiaçı qərarı xx.xx.2024-cü il tarixdə oxumuşdur. İddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara baxmayaraq iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatət təqdim edərək, müddətin bərpa edilməsi ilə iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən qərarları aldıqdan sonra dəfələrlə cavabdehə müraciət edərək, mübahisəli məsələlərlə bağlı izahatlar vermiş, zəruri sənədləri təqdim etmiş və sərəncamların ləğv olunmasını xahiş etmişdir. Lakin, cavabdeh həmin məktubları cavabsız qoymuş və yalnız 20 noyabr 2024-cü il tarixdə cavab vermişdir ki: "...Bildiririk ki, təqdim etdiyiniz bəyannamələrdə yaranmış uyğunsuzluqlarla bağlı izahat məktubunuzda qeyd olunanlara baxılaraq kameral vergi yoxlamalarının araşdırılması zamanı kənarlaşmalar müəyyən edildikdə Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir." Yəni faktiki olaraq, iddiaçıya hər hansı konkret cavab verilməmişdir. Hesab edirik ki, Vergi Xidməti iddiaçıya uzun müddət cavab verməyərək, qəsdən müddəti uzatmışdır ki, qərarlardan şikayət müddəti ötürülmüş hesab olunsun. Vergi Məcəlləsinin 70.1. –ci maddəsinə əsasən, “vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2.-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1.-ci maddəsinə görə, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə mübahisələndirilən qərarların iddiaçıya təqdim edilməsi barədə sübutların təqdim edilməsi tələb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən sentyabr 2007-ci il tarixli “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə təqdim edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, hazırkı müqavilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmeti: 2.1. vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsidir. Göründüyü kimi müqavilə yalnız vergi ödəyicisi tərəfindən bəyannamələrinin (hesabatlarının) təqdim edilməsi ilə onların vergi orqanı tərəfindən qəbul edilməsi barədə bildirişin göndərilməsi barədə bağlanılmışdır. Cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərarların iddiaçıya verilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinə təqdim edilən qərar adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir, elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Cavabdeh isə qərarları elektron üsulla göndərməmiş, kabinetə yerləşdirilmiş surətləri isə imzalanmamış və möhürlənməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi vergi aktları ona təqdim edilmiş hesab olunmur, iddiaçı tərəfindən iddia müddətinin buraxılması kimi hal müəyyən edilmir. Beləliklə məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab verir: iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddəti buraxılmamışdır. İddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair təqdim edilmiş etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri haqqında” məlumatından görünür ki, İddiaçı MMC (VÖEN **********) xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi – Nümayəndədur. MP-153 nömrəli 03 mart 2023-cü il tarixli “Alqı-satqı müqaviləsi”nə əsasən, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X4” MMC və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC olmaqla aşağıdakı şərtlərlə müqaviləni bağladılar: 1.1. Müqaviləyə əsasən “Satıcı” “Alıcı” ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə “X1 Protokol”unda göstərilən malları satır, alıcı isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. 11 iyul 2024-cü il tarixli **********884900 nömrəli məktub əsasında cavabdeh tərəfindən iddiaçı müəssisədən kameral vergi yoxlaması üçün zəruri olan sənədlər (məlumatlar) tələb edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-153581/2024 nömrəli qərara əsasən, İddiaçı MMC barəsində sentyabr 2023-cü il dövrü üzrə əlavə dəyər vergisi üzrə borc məbləği hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas kimi göstərilmişdir – ƏDV bəyannaməsində (09.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDN seriyalı 812866 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4524.3 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannaamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4524.3 manat kənarlaşma yaranmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-45682/2024 nömrəli qərarına əsasən, İddiaçı MMC barəsində iyun 2024-cü il dövrü üzrə əlavə dəyər vergisi üzrə borc məbləği hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas kimi göstərilmişdir – ƏDV bəyannaməsində ( 03.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 318424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1125.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1125.0 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 03.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 464893 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2249.28 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2249.28 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 04.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 464893 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 2249.28 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2249.28 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 04.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBEC seriyalı 474946 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 12436.2 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12436.2 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 04.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 773759 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4500.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4500.0 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 03.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 773759 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 4500.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4500.0 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDN seriyalı 812866 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1976.22 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1976.22 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 04.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 159789 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7339.03 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7339.03 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində ( 11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 193375 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 1411.2 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1411.2 manat kənarlaşma yaranmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 mart 2025-ci il tarixli, 3-21-2-3/2-277269/2025 nömrəli qərarına əsasən, İddiaçı MMC barəsində 2023-cü il hesabat dövrü üzrə mənfəət vergisi üzrə əlavə olaraq 28166,48 manat vergi borcu məbləği hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas kimi göstərilmişdir – 103337.40 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə 03 mart 2023-cü il tarixli MP-153-01 nömrəli müqaviləyə əlavə 1 və 03 mart 2023-cü il tarixli MP-153 nömrəli müqaviləyə əlavə X1 01 nömrəli protokol, 03 mart 2023-cü il tarixli MP-153 nömrəli müqaviləyə əlavə X1 03 nömrəli protokol, 03 mart 2023-cü il tarixli MP-153 nömrəli müqaviləyə əlavə X1 04 nömrəli protokol, 03 mart 2023-cü il tarixli MP-153 nömrəli müqaviləyə əlavə X1 05 nömrəli protokol, 03 mart 2023-cü il tarixli MP-153 nömrəli müqaviləyə əlavə X1 06 nömrəli protokol, 03 mart 2023-cü il tarixli MP-153 nömrəli müqaviləyə əlavə X1 07 nömrəli protokol, EBDB seriyalı 318424 nömrəli elektron qaimə, EBDU seriyalı 159789 nömrəli elektron qaimə, EBDB seriyalı 773759 nömrəli elektron qaimə, EBDN seriyalı 812866 nömrəli elektron qaimə, EBDT seriyalı 464893 nömrəli elektron qaimə, EBDO seriyalı 923821 nömrəli elektron qaimə, EBDT seriyalı 193375 nömrəli elektron qaimə, EBDO seriyalı 923821 nömrəli elektron qaimə, EBDT seriyalı 464893 nömrəli elektron qaimə, MT2405 seriyalı 11497544 nömrəli elektron qaimə, EBDT seriyalı 464893 nömrəli elektron qaimə və EBEC seriyalı 474946 nömrəli elektron qaimə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İV.Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 24.1. Vergi orqanları:24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nə əsasən, 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.2. Bu Sənəddə istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.
İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaçıdan təqdim etdiyi EBDB seriyalı 318424 nömrəli elektron qaimə, EBDU seriyalı 159789 nömrəli elektron qaimə, EBDB seriyalı 773759 nömrəli elektron qaimə, EBDN seriyalı 812866 nömrəli elektron qaimə, EBDT seriyalı 464893 nömrəli elektron qaimə, EBDO seriyalı 923821 nömrəli elektron qaimə, EBDT seriyalı 193375 nömrəli elektron qaimə, EBDO seriyalı 923821 nömrəli elektron qaimə, EBDT seriyalı 464893 nömrəli elektron qaimə, MT2405 seriyalı 11497544 nömrəli elektron qaimə, EBDT seriyalı 464893 nömrəli elektron qaimə və EBEC seriyalı 474946 nömrəli elektron qaimə -fakturalar üzrə aparılan əməliyyatları riskli hesab etmiş və əvəzləşdirməyə əsas olmamasını göstərərək kənarlaşma yaranması əsası ilə iddiaçıya əlavə vergi məbləğlərinin hesablanması barədə 07 avqust 2024-cü il tarixli 3-21-2-3/2-45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2- 153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli qərarlar qəbul etmişdir. Halbuki məhkəmə araşdırılması ilə müəyyən olunur ki, cavabdeh heç bir vergi nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının apardığı əməlliyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən belə qənaətə, iddiaçının əməlliyatları apardığı “X4” MMC -nin riskli vergi ödəyicisi hesab edildiyindən gəlinmişdir. Məhkəməyə təqdim edilən cavabdehin etirazından müəyyən olunur ki, hazırda mübahisələndirilən qərarlar iddiaçının “X4” MMC ilə 2023-cü ildə həyata keçirilmiş əməliyyat ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq əməliyyatlar apardığı zaman (2023-cü il) “X4” MMC riskli vergi ödəyicisi olmamışdır( qeyd edilən hal cavabdeh tərəfindən də təkzib edilmir.) Belə ki ki, iddiaçının əməliyyatlar apardığı “X4” MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçının həmin müəssisə ilə əməliyyatlar isə 2023-cü ilə təsadüf edir. Yəni qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Vergi qanunvericiliyinə əsasən, Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3) Məhkəmə hesab edir ki, vergi orqanının 07 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2-153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli qərarları qanuna uyğun qəbul edilməmişdir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir . “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 avqust 2024cü il tarixli 3-21-2-3/2-45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2- 153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli qərarlar ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 avqust 2024cü il tarixli 3-21-2-3/2-45682/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2- 153581/2024 nömrəli və 06 mart 2025-ci il tarixli 3-21-2-3/2-277269/2025 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova