Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-594/2022 10.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.06.2020-ci il tarixli **********211000 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və 08.01.2021-ci il tarixli **********143580 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətin elektron kabinetinə gəlmiş məktub nəticəsində bəlli olmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.08.2020-ci il tarixli **********748100 №li qərarına əsasən İddiaçı MMC-də iyul 2017-iyun 2020 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Daha sonra cavabdeh vergi orqanının qərarına əsasən yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlamanın bundan sonrakı gedişatı haqqında cəmiyyətə heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdeh vergi orqanına 19.11.2020-ci il tarixdə yazılı müraciət olunsa da, həmin müraciətə cavab verilməmişdir. Daha sonra elektron kabinetə daxil olmuş məktubdan aydın olmuşdur ki, cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması nəticələndirilmiş və nəticəsi 13.11.2020-ci il tarixli **********13943 №li aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında isə 08.01.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması cəmiyyətin nümayəndəsinin iştirakı təmin olunmadan həyata keçirilmiş və cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Vergi orqanı vergi qanunvericiliyinin tələblərinə zidd olaraq cəmiyyətdə həyata keçirilən ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyi, səyyar vergi yoxlaması və məsuliyyət qərarını iddiaçıya təqdim etməmiş və bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Səyyav vergi yoxlaması aktı və qərar yalnız cəmiyyət tərəfindən müraciət olunduqdan sonra təqdim olunmuşdur. Bundan başqa, cəmiyyətə 2017-2019-cu illərin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Hesablama isə ekspert rəyi əsasında aparılmışdır. Belə ki, bu zaman ekspert X1 malların bir vahidinin qiymətini tətbiq etmişdir. Halbuki elektron qaimə fakturada bir neçədə və fəqli qiymətdə olan malların siyahısı öz əksini tapmışdır. Bu isə ekspertin rəyinin və dolayısı ilə vergi orqanının aktının əsassızlığını və obyektiv, dolğun aparılmadığını göstərir. Ekspert rəyi hazırki vaxtadək cəmiyyətə təqdim olunmadığından gəlinən nəticədən xəbərdar deyillər. Bundan başqa vergi orqanı cəmiyyətin mənfəət vergisində sənədlərdə təsdiqini tapmayan xərcləri silmiş və yalnız sənədi olan xərcləri qəbul edərək, ona müvafiq hesablama aparmış və bu zaman Nazirlər Kabinetinin 55 saylı qərarı nəzərə alınmamışdır. İddiaçı MMC dondurulmuş toyuq əti məhsullarının idxalı və satışı ilə məşğuldur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən quş ətinin satışı ƏDV-dən azadddır. Lakin buna baxmayaraq cavabdeh vergi oranı toyuq ətinin satışını ƏDV-yə cəlb edərək, cəmiyyətdə ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda 2019-cu ilin vergisi üzrə qəbul edilmiş 09.06.2020-ci il tarixli **********211000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən cəmiyyətə 1.147.179,59 manat mənfəət vergisi heasblanmışdır. Daha sonra 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin kameral hesablama qüvvədə saxlanılaraq əlavə olaraq 172.799,51 manat vergi hesablanmışdır. Belə olan halda yuxarıda qeyd olunan qərarın da mübahisələndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair 10.04.2021-ci il tarixli **********775300 №li yazılı etirazda göstərilmişdir ki, vergi orqanının 12.08.2020-ci il tarixli **********138902 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 13.11.2020-ci il tarixli **********139943 nömrəli səyyar vergi yoxlaması aktı və 08.01.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********143580 nömrəli qərar ilə rəsmiləşdirilmişdir. Həmin qərar 11.01.2021-ci il tarixində vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin fəaliyyətinə gəldikdə, vergi ödəyicisi yoxlanılan dövr ərzində faktiki olaraq quş ətinin topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı cəmiyyətə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 13.08.2020-ci il tarixli **********138916 nömrəli tələbnamə elektron-poçt vasitəsilə göndərilmiş və bu tələbnaməyə əsasən 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövrdə mühasibat sənədləri tələb edilmiş, lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmiş və bununla əlaqədar VM-nin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə 11.09.2020-ci il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinin tələblərinə uyğun olaraq müəssisənin AZ 4500, Mingəçevir şəhəri, Naxçıvan küçəsi; AZ 1063, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan STQ, Xocahəsən yolu; AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon 36 D; AZ 1029 , Bakı şəhəri, Nizami rayonu, Köndələn 6-cı 2 ünvanlarında yerləşən ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxış keçirilmişdir. İddiaçı MMC-yə AZ 4500, Mingəçevir şəhəri, Naxçıvan küçəsi; AZ 1063, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan STQ, Xocahəsən yolu; AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon 36 D; AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Köndələn 6-cı 2 ünvanlarında yerləşən ofisdə iki iş masası və ofis ləvazimatları aşkar edilmişdir. “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” 01.10.2020-ci il tarixli və 02.10.2020-ci il tarixli protokollar tərtib edilmişdir. Müəssisə yoxlanılan dövrdə mənəət vergisinin ödəyicisi olmuşdur. Vergi orqanında olan uçot-baza məlumatlarına (elektron-qaimələr, X9-fakturalarına, gömrük məlumatlarına, ƏDVDH çıxarışlarına və sair sənədlərə) və bank məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 14, 67, 104 və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur. Cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 10851739,68 manat, ümumi gəlirlərdən çıxılan xərclər 10.829.299,44 manat mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 22440,24 manat olmaqla 20 % dərəcə ilə 4488,05 manat vergi məbləği hesablanmışdır. Yoxlamaya əsasən 2017-ci il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci il üzrə götürülmüş iş və xidmətlərdən əldə olunan gəlir 14.124.756,19 manat, ümumi gəlirlərdən çıxılan xərclər 9.440.298,14 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 4.684.458,05 manat olmaqla 20 % dərəcə ilə 936.891,61 manat vergi məbləği hesablanmışdır. Belə ki, yoxlanılan dövrün 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən təqim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilmişdir, nəticədə 2017-ci il üzrə malların təqdim edilməsindən gəlir 14.124.756,19 manat müəyyən edilmişdir. Eyni zamanda, vergi orqanın uçot-baza məlumatlarında olan gömrük məlumatlarında olan gömrük məlumatlarına əsasən 2017-ci il üzrə xərcə salınmış malın dəyəri 9.328.110,33 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri” adlı 221.4-cü sətrində 10.699.411,63 manat məbləğində malın dəyəri göstərildiyi halda, uçotbaza məlumatlarında olan gömrük məlumatlarına əsasən malın dəyəri üzrə xərci 1.371.301,3 manat artıq göstərilməsi müəyyən edilmişdir. 2017-ci il üzrə xərcə salınmış bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin dəyəri 33.879,13 manat müəyyən edlmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin dəyəri” adlı 221.15-ci sətrində 51.579,13 manat məbləğində göstərildiyi halda, uçot-baza məlumatlarına əsasən sair xərclərin 17700,00 manat artıq göstərilməsi müəyyən edilmişdir. Nəticədə büdcəyə əlavə olaraq 932403,56 (936891,61- 4488,05) manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 932403,56 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 466201,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 23177691,70 manat, ümumi gəlirdən çıxılan xərclər 22810823,79 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 366867,91 manat olmaqla 20 % dərəcə ilə 73373,58 manat vergi məbləği hesablanmışdır. Yoxlamaya əsasən 2018-ci il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2018-ci il üzrə görülmüş iş və xidətlərdən əldə olunan gəlir 33829077,14 manat, ümumi gəlirdən çıxılan xərclər 23587980,18 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 10241096,96 manat olmaqla 20 % dərəcə 2048219,39 manat vergi məbləği hesablanmışdır. Belə ki, yoxlanılan dövrün 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vegi ödəyici tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir ədədinin qiyməti tətbiq edilmişdir, nəticədə 2018-ci il üzrə malların təqdim edilməsindən gəliri 33829077,14 manat müəyyən edilmişdir. Eyni zamanda vergi orqanın uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən 2018-ci il üzrə xərcə salınmış malın dəyəri 23.368.364,88 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2018-ci ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri” adlı 221.4-cü sətrində 22.591.208,49 manat məbləğində malın dəyəri göstərdiyi halda, uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən malın dəyəri üzrə xərci 777156,39 manat artıq göstərilməsi müəyyən edilmişdir. Nəticədə büdcəyə əlavə olaraq 1974845,81 (2048219,39 – 73373,58) manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1974845,81 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 987422,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 39032390,93 manat, ümümi gəlirlərdən çıxılan xərclər 32586508,27 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 6445882,66 manat olmaqla 20% dərəcə ilə 1289176,53 manat vergi məbləği hesablanmışdır. Yoxlamaya əsasən 2019-cu il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2019-cu il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir ********.23 manat, ümümi gəlirlərdən çıxılan xərclər 38008937,04 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 7309880,19 manat olmaqla 20% dərəcə ilə 1461976,04 manat vergi məbləği hesablanmışdır. Belə ki, yoxlanılan dövrün 2019-cu ili üzrə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilmişdir, nəticədə 2019-cu il üzrə malların təqdim edilməsindən gəliri 45318817,23 manat müəyyən edildi. Eyni zamanda vergi orqanın uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən 2019-cu il üzrə xərcə salınmış malın dəyəri 37754799,27 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2019-cu ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin "Malın dəyəri" adlı 221.4-cü sətrində 32332370,50 manat məbləğində malın dəyəri göstərildiyi halda, uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən malın dəyəri üzrə xərci 5422428,77 manat az göstərilməsi müəyyən edilmişdir. Nəticədə büdcəyə əlavə olaraq 172799,51 manat (1461976,04-1289176,53) məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 172799,51 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni, 86399.76 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə, 2017-2019-cu illər üzrə vergiyə cəlb olunan mənfəət məbləği 15400244,40 manat müəyyən edildi və büdcəyə əlavə olaraq 3080048,88 (22235435,20 x 20%=4447087,04-1367038,16) manat mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 1540024,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə vergi orqanında olan uçot-baza məlumatlarına (elektron qaiməfakturalar, X9-fakturalarına, gömrük məlumatlarına, ƏDVDH çıxarışlarına və sair sənədlərə) və bank məlumatlarına əsasən aşağıdakılar müəyyən olundu. Yoxlama ilə ƏDV üzrə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (elektron qaimə-fakturalar, X9fakturalarına, gömrük məlumatlarına, ƏDVDH çıxarışlarına və sair sənədlərə) və bank məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 14cü, 159.1-ci, 159.8-ci, 164.1.37-ci və 175.4-cü maddələrinin tələblərinə müvafiq olaraq 442199,32 manat əlavə vergi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1231614,28 manat vergi məbləğinin 50 faizi miqdarında 615807,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. (01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəli akta əlavə olunur). Cəmiyyət tərəfindən əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: - 2017-ci il üzrə: Cəmiyyət tərəfindən 2017-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 0,00 manat və ƏDV-dən azad olunan dövriyyə 5628258,65 manat olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) və VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə ƏDV-dən azad olunan əməliyyatlar üzrə 8901275,16 manat dövriyyə müəyyən edilmişdir. Beləliklə, 3273016,51 manat (8901275,16-5628258,65) dövriyyə kənarlaşması aşkar edilmişdir. Yaranmış fərq ƏDV-dən azad olunan əməliyyatlara aid olduğu üçün əlavə hesablama yaranmamışdır. - 2018-ci il üzrə: Cəmiyyət tərəfindən 2018-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 23163609,38 (ƏDV-siz) manat və ƏDV-dən azad olunan dövriyyə 14082,32 manat hesablanmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən YGB və VHF üzrə əvəzləşdirilən dövriyyə 4770226,53 manat və əvəzləşdirilməsinə yol verilməyən 5098,48 manat ƏDV əvəzləşdirməyə salınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) və VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə VM-nin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 2155023,39 (ƏDV-siz) manat və ƏDV-dən azad əməliyyatlar üzrə 31674053,75 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda, VM-nin 175.4-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi nəzərə alınmaqla əvəzləşdirilən ƏDV 305795,74 manat, əvəzləşdirilməsinə yol verilməyən ƏDV 4261693,94 manat müəyyən edildi. Beləliklə, 10651385,44 manat (33829077,14-23177691,7) dövriyyə kənarlaşması aşkar edilmişdir. Nəticədə büdcəyə əlavə olaraq 682885,31 (3793807,28*18%) manat ƏDV məbləği hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış 932337,08 manat vergi məbləğinin 50 faizi miqdarında yəni 466168,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir.- 2019-cu il üzrə: Cəmiyyət tərəfindən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 39032390,93 (ƏDV-siz) manat və ƏDV-dən azad olunan dövriyyə 0,00 manat olmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən YGB və VHF üzrə əvəzləşdirilən dövriyyə 6650889,17 manat və əvəzləşdirilməsinə yol verilməyən 0,00 manat ƏDV əvəzləşdirilməyə salınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) və VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə VM-nin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 9478994,79 (ƏDV-siz) manat və ƏDV-dən azad əməliyyatlar üzrə 35839822,44 manat və dövriyyə müəyyən edilmişdir. Eyni zamanda VM-nin 175.4-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi nəzərə alınmaqla əvəzləşdirilən ƏDV 1405126,36 manat, əvəzləşdirilməsinə yol verilməyən ƏDV 5258350,12 manat müəyyən edildi. Beləliklə, 6286426,3 (ƏDV-siz) manat (45318817,23- 39032390,93) dövriyyə kənarlaşması aşkar edilmişdir. Nəticədə 73848,5 manat ƏDV məbləği artıq hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış 278435,28 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 139217,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - 2020-ci il üzrə: Cəmiyyət tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 387877,23 (ƏDV-siz) manat, ƏDVdən azad olan dövriyyə 11677362,91 manat olmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən YGB və VHF üzrə əvəzləşdirilən dövriyyə 544,18 manat və əvəzləşdirilməsinə yol verilməyən 22485,82 manat ƏDV əvəzləşdirilməyə salınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə VM-nin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 1018056,32 (ƏDV-siz) manat dövriyyə və ƏDV-dən azad olunan əməliyyatlar üzrə 15416504,46 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda VM-nin 175.4-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi nəzərə alınmaqla əvəzləşdirilən ƏDV 280813,91 manat, əvəzləşdirilməsinə yol verilməyən ƏDV 1547068,97 manat müəyyən edildi. Beləliklə, 4369320,64 (ƏDV-siz) manat (16434560,77- 12065240,14) dövriyyə kənarlaşması aşkar edilmişdir. Nəticədə 166837,5 manat ƏDV məbləği artıq hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış 20841,91 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 10420,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı müəssisə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1959.2 kv metr olan anbarı fiziki şəxs X2 aylıq icarə haqqı 500.00 manat olmaqla 03.04.2017-ci il tarixdə icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. Belə ki, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci ilin 3-rübü, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 2-ci rübü, 2019-cu ilin 3-cü rübü, 2020-ci ilin 1-ci rübü, 2020-ci ilin 2-ci rübü üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə” adlı 1607.1.2-ci sətrində aylıq icarə haqqı 200.0 manat olmaqla 3600.00 manat məbləğində icarə haqqı məbləği göstərildiyi halda, icarə müqaviləsinə əsasən icarə haqqı məbləğindən 4.790.00 manat az göstərilməsi müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq ÖMV üzrə büdcəyə əlavə olaraq 670.6 (8390.0x14%=1174.6-504.00) manat vergi məbləği hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 335.30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mübahisələndirilən 09.06.2020-ci il tarixli **********211000 nömrəli ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar 10.06.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 10.06.2020-ci il tarixində oxunmasına baxmayaraq, 25.01.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddiaçı "xxxx" MMC -nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbinin 08.01.2021-ci il tarixli **********143580 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməməsini, 09.06.2020-ci il tarixli **********211000 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkünsüz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X7 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın 08.01.2021-ci il tarixli **********143580 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməməsini, 09.06.2020-ci il tarixli **********211000 nömrəli qərarın ləğv edilməsi hissəsində isə mümkünsüz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə 16 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış, daha sonra 16.09.2020-ci il tarixdə **********593100 nömrə ilə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən yenidən qeydiyyata alınmışdır (İddiaçı MMCnin nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, Dövlət reyestrindən çıxarış). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə sonuncu tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 141.996,94 manat məbləğində göstərildiyi, vergi orqanı tərəfindən isə aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqının 1.289.176,53 manat məbləğində təşkil etdiyi müəyyən olunmuş, nəticədə vergi orqanı tərəfindən vergi ödəyicisinə 1.147.179,59 manat məbləğində əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Cəmiyyət tərəfindən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı faktiki qiymətləri ilə statistik qiymətlər arasında 5.735.897,94 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmiş və bununla əlaqədar Cəmiyyətə göndərilmiş məktuba sonuncu tərəfindən təsdiqlənmiş bəyannamə və ya əsaslandırılmış yazılı izahat (təsdiqedici sənədlər əlavəm edilməklə) təqdim edilmədiyindən kameral qaydada hesablama aparılmışdır (09.06.2020-ci il tarixli **********211000 nömrəli ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.08.2020-ci il tarixli **********138902 №li qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri əhatə edilməklə 27.08.2020-ci il tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlama ilə əhatə olunacaq vergi dövrü iyul 2017-İyun 2020 (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında 12.08.2020-ci il tarixli **********748100 №li Bildirişi). İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: İyul 2017-İyun 2020 (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 12.08.2020-ci il tarixli **********138902 №li Qərarı). 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək satdığı malların real bazar satış qiymətlərinin və icarəyə götürülmüş obyekt üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin olunması qərara alınmışdır (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Ekspertizanın təyin olunması haqqında 01.10.2020-ci il tarixli **********140492 №li Qərarı). Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlama ilə aşağıdakılar müəyyən olunmuşdur: Vergi ödəyicisi yoxlanılan dövr ərzində faktiki olaraq quş ətinin topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisə yoxlanılan dövrdə mənəət vergisinin ödəyicisi olmuşdur. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 10851739,68 manat, ümumi gəlirlərdən çıxılan xərclər 10.829.299,44 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 22440,24 manat olmaqla 20 % dərəcə ilə 4488,05 manat vergi məbləği hesablanmışdır. Yoxlamaya əsasən 2017-ci il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci il üzrə götürülmüş iş və xidmətlərdən əldə olunan gəlir 14.124.756,19 manat, ümumi gəlirlərdən çıxılan xərclər 9.440.298,14 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 4.684.458,05 manat olmaqla 20 % dərəcə ilə 936.891,61 manat vergi məbləği hesablanmışdır. Belə ki, yoxlanılan dövrün 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən təqim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilmişdir, nəticədə 2017-ci il üzrə malların təqdim edilməsindən gəlir 14.124.756,19 manat müəyyən edilmişdir. Eyni zamanda, vergi orqanın uçot-baza məlumatlarında olan gömrük məlumatlarında olan gömrük məlumatlarına əsasən 2017-ci il üzrə xərcə salınmış malın dəyəri 9.328.110,33 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri” adlı 221.4-cü sətrində 10.699.411,63 manat məbləğində malın dəyəri göstərildiyi halda, uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən malın dəyəri üzrə xərci 1.371.301,3 manat artıq göstərilməsi müəyyən edilmişdir. 2017-ci il üzrə xərcə salınmış bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin dəyəri 33.879,13 manat müəyyən edlmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin dəyəri” adlı 221.15-ci sətrində 51.579,13 manat məbləğində göstərildiyi halda, uçot-baza məlumatlarına əsasən sair xərclərin 17700,00 manat artıq göstərilməsi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 23177691,70 manat, ümumi gəlirdən çıxılan xərclər 22810823,79 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 366867,91 manat olmaqla 20 % dərəcə ilə 73373,58 manat vergi məbləği hesablanmışdır. Yoxlamaya əsasən 2018-ci il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2018-ci il üzrə görülmüş iş və xidətlərdən əldə olunan gəlir 33829077,14 manat, ümumi gəlirdən çıxılan xərclər 23587980,18 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 10241096,96 manat olmaqla 20 % dərəcə 2048219,39 manat vergi məbləği hesablanmışdır. Belə ki, yoxlanılan dövrün 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vegi ödəyici tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir ədədinin qiyməti tətbiq edilmişdir, nəticədə 2018-ci il üzrə malların təqdim edilməsindən gəliri 33829077,14 manat müəyyən edilmişdir. Eyni zamanda vergi orqanın uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən 2018-ci il üzrə xərcə salınmış malın dəyəri 23.368.364,88 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2018-ci ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri” adlı 221.4-cü sətrində 22.591.208,49 manat məbləğində malın dəyəri göstərdiyi halda, uçotbaza məlumatlarında olan gömrük məlumatlarına əsasən malın dəyəri üzrə xərci 777156,39 manat artıq göstərilməsi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 39032390,93 manat, ümümi gəlirlərdən çıxılan xərclər 32586508,27 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 6445882,66 manat olmaqla 20% dərəcə ilə 1289176,53 manat vergi məbləği hesablanmışdır. Yoxlamaya əsasən 2019-cu il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2019-cu il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir ********.23 manat, ümümi gəlirlərdən çıxılan xərclər 38008937,04 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 7309880,19 manat olmaqla 20% dərəcə ilə 1461976,04 manat vergi məbləği hesablanmışdır. Belə ki, yoxlanılan dövrün 2019-cu ili üzrə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilmişdir, nəticədə 2019-cu il üzrə malların təqdim edilməsindən gəliri 45318817,23 manat müəyyən edildi. Eyni zamanda vergi orqanın uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən 2019-cu il üzrə xərcə salınmış malın dəyəri 37754799,27 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2019-cu ilin “Mənfəət vergisi bəyannaməsi”nin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin "Malın dəyəri" adlı 221.4-cü sətrində 32332370,50 manat məbləğində malın dəyəri göstərildiyi halda, uçot-baza məlumatlarında olan gömrük məlumatlarına əsasən malın dəyəri üzrə xərci 5422428,77 manat az göstərilməsi müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi orqanında olan uçot-baza məlumatlarına (elektron qaiməfakturalar, X9-fakturalarına, gömrük məlumatlarına, ƏDVDH çıxarışlarına və sair sənədlərə) və bank məlumatlarına əsasən aşağıdakılar müəyyən olundu. Yoxlama ilə ƏDV üzrə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (elektron qaimə-fakturalar, X9fakturalarına, gömrük məlumatlarına, ƏDVDH çıxarışlarına və sair sənədlərə) və bank məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 14cü, 159.1-ci, 159.8-ci, 164.1.37-ci və 175.4-cü maddələrinin tələblərinə müvafiq olaraq 442199,32 manat əlavə vergi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1231614,28 manat vergi məbləğinin 50 faizi miqdarında 615807,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət tərəfindən əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: - 2017-ci il üzrə: Cəmiyyət tərəfindən 2017-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 0,00 manat və ƏDV-dən azad olunan dövriyyə 5628258,65 manat olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) və VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə ƏDV-dən azad olunan əməliyyatlar üzrə 8901275,16 manat dövriyyə müəyyən edilmişdir. Beləliklə, 3273016,51 manat (8901275,16-5628258,65) dövriyyə kənarlaşması aşkar edilmişdir. Yaranmış fərq ƏDV-dən azad olunan əməliyyatlara aid olduğu üçün əlavə hesablama yaranmamışdır. - 2018-ci il üzrə: Cəmiyyət tərəfindən 2018-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 23163609,38 (ƏDV-siz) manat və ƏDV-dən azad olunan dövriyyə 14082,32 manat hesablanmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən YGB və VHF üzrə əvəzləşdirilən dövriyyə 4770226,53 manat və əvəzləşdirilməsinə yol verilməyən 5098,48 manat ƏDV əvəzləşdirməyə salınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) və VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə VM-nin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 2155023,39 (ƏDV-siz) manat və ƏDV-dən azad əməliyyatlar üzrə 31674053,75 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda, VM-nin 175.4-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi nəzərə alınmaqla əvəzləşdirilən ƏDV 305795,74 manat, əvəzləşdirilməsinə yol verilməyən ƏDV 4261693,94 manat müəyyən edildi. - 2019-cu il üzrə: Cəmiyyət tərəfindən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 39032390,93 (ƏDV-siz) manat və ƏDV-dən azad olunan dövriyyə 0,00 manat olmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən YGB və VHF üzrə əvəzləşdirilən dövriyyə 6650889,17 manat və əvəzləşdirilməsinə yol verilməyən 0,00 manat ƏDV əvəzləşdirilməyə salınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) və VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə VM-nin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 9478994,79 (ƏDV-siz) manat və ƏDV-dən azad əməliyyatlar üzrə 35839822,44 manat və dövriyyə müəyyən edilmişdir. Eyni zamanda VM-nin 175.4-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi nəzərə alınmaqla əvəzləşdirilən ƏDV 1405126,36 manat, əvəzləşdirilməsinə yol verilməyən ƏDV 5258350,12 manat müəyyən edildi. Beləliklə, 6286426,3 (ƏDV-siz) manat (45318817,23- 39032390,93) dövriyyə kənarlaşması aşkar edilmişdir. - 2020-ci il üzrə: Cəmiyyət tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan gəliri 387877,23 (ƏDV-siz) manat, ƏDV-dən azad olan dövriyyə 11677362,91 manat olmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən YGB və VHF üzrə əvəzləşdirilən dövriyyə 544,18 manat və əvəzləşdirilməsinə yol verilməyən 22485,82 manat ƏDV əvəzləşdirilməyə salınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə VM-nin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 1018056,32 (ƏDV-siz) manat dövriyyə və ƏDV-dən azad olunan əməliyyatlar üzrə 15416504,46 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda VM-nin 175.4-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi nəzərə alınmaqla əvəzləşdirilən ƏDV 280813,91 manat, əvəzləşdirilməsinə yol verilməyən ƏDV 1547068,97 manat müəyyən edildi. Beləliklə, 4369320,64 (ƏDV-siz) manat (16434560,77- 12065240,14) dövriyyə kənarlaşması aşkar edilmişdir. Yoxlama zamanı müəssisə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1959.2 kv metr olan anbarı fiziki şəxs X2 aylıq icarə haqqı 500.00 manat olmaqla 03.04.2017-ci il tarixdə icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. Belə ki, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci ilin 3-rübü, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 2-ci rübü, 2019-cu ilin 3-cü rübü, 2020-ci ilin 1-ci rübü, 2020-ci ilin 2-ci rübü üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə” adlı 1607.1.2-ci sətrində aylıq icarə haqqı 200.0 manat olmaqla 3600.00 manat məbləğində icarə haqqı məbləği göstərildiyi halda, icarə müqaviləsinə əsasən icarə haqqı məbləğindən 4.790.00 manat az göstərilməsi müəyyən edilmişdir. Yoxlama nəticəsində ümumilikdə 2017-2019-cu illər üzrə; - vergiyə cəlb olunan mənfəət məbləği 15400244,40 manat müəyyən edilmiş və büdcəyə əlavə olaraq 3.080.048,88 (22235435,20 x 20%=4447087,04-1367038,16) manat mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1540024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - büdcəyə əlavə olaraq 670,6 manat məbləğində ÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - büdcəyə əlavə olaraq 442199,32 manat məbləğində ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1231614,28 manat məbləğinin 50 faizi miqdarında 615807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur (**********139943 №li 13.11.2020-ci il tarixli Səyyar vergi yoxlaması aktı). 2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2018- 2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır (08.01.2021-ci il tarixli **********143580 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3793 №li 27.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 13.11.2020-ci il tarixli **********139943 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, Mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları (ƏDV, Mənfəət) arasında fərq olmadığı üçün hazırki ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilmədi. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC tərəfindən 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət barəsində 09.06.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış və vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcud olduğu və həmin sənədlərin mötəbərliyini təkzib edəcək hər hansı dəlil olmadığı halda, vergi orqanı iddiaçıya əlavə vergi məbləği hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə 09.06.2020-ci il tarixli qərar ilə bağlı qeyd edir ki, mübahisələndirilən 09.06.2020-ci il tarixli qərar kameral vergi yoxlamasının nəticəsində qəbul edilmiş və mənfəət vergisi üzrə 2019-cu ili əhatə etmişdir, hansı ki, həmin hesabat dövrü daha sonra 12.08.2020-ci il tarixli qərara əsasən həyata keçirilmiş səyyar vergi yoxlamasının da əhatə etdiyi dövrlər sırasına daxil edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması nəticəsində 2019-cu ilin mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə ilə müqayisədə 1.319.979,10 manat, kameral vergi yoxlaması ilə müqayisədə isə 172.799,51 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə desək, cavabdeh vergi orqanı 2019-cu il üzrə həyata keçirilmiş kameral vergi yoxlamasının nəticəsi (hesablamanın əsası və hesablanmış vergi məbləği) ilə razılaşmamış, iddiaçıya əlavə olaraq 172.799,51 manat mənfəət vergisi hesablamışdır ki, bu da həmin hesabat dövrü üzrə yekun inzibati aktın səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 08.01.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar olmasına dəlalət edir. Eyni zamanda qeyd etmək lazımdır ki, 2019-cu ilin mənfəət vergisi üzrə aparılmış hesablamaların əsası kameral və səyyar vergi yoxlamalarında fərqli olmuşdur. Buna baxmayaraq cavabdeh vergi orqanı kameral vergi yoxlamasının nəticəsində qəbul edilmiş 09.06.2020-ci il tarixli **********211000 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv etməmiş, qüvvədə saxlamışdır ki, bu da hər iki qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi ilə nəticələnmişdir. Lakin məhkəmə hesab edir ki, kameral vergi yoxlaması ilə aparılmış hesablama səyyar vergi yoxlaması ilə əhatə edildiyindən, ona səyyar vergi yoxlaması çərçivəsində yenidən qiymət verildiyindən və nəticə etibarilə 2019-cu il hesabat dövrü üzrə yekun inzibati akt 08.01.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar olduğundan, qeyd olunan hesabat ilinə hesablanmış mənfəət vergisinin düzgünlüyünün müəyyən edilməsi üzrə məhkəmə araşdırmasının predmetini səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş 08.01.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar təşkil etməlidir. Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş 08.01.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilərkən və həmin yoxlamanın nəticələri üzrə tərtib olunmuş akta əsasən sonuncu barəsində 07.01.2021-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinə əməl olunmamış, aktda qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmadığı halda, həmin sənədlərin qanunla müəyyən olunmuş qaydada əldə olunması üçün tədbirlər görülməmiş, ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Sadalanan normalardan aydın olur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tələb olunan sənədləri və ya elektron faylları təqdim etmədikdə, vergi orqanı müvafiq imtina aktı tərtib etməli və həmin sənədlərin və elektron faylların götürülməsi məqsədilə məhkəməyə müraciət etməlidir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya məxsus sənədlərin və ya elektron faylların götürülməsi üçün məhkəməyə müraciət etməmiş və səyyar vergi yoxlamasını iddiaçının iştırakı olmadan, eləcə də iddiaçıya məxsus hər hansı sənəd (elektron fayl) əldə edilmədən yekunlaşdırmışdır. Həmçinin, işin halları ilə bağlı qeyd etmək lazımdır ki, hazırkı işdə cavabdeh vergi orqanı iddiaçı tərəfindən malların təqdim edilməsi ilə bağlı tərtib edilmiş X9-fakturalarında satılmış mal çeşidlərinin bir vahidi üzrə təsbit edilmiş qiymətlərlə razılaşmamış və vergi ödəyicisinin mənfəət vergisi məqsədləri üçün gəlirini, ƏDV-nin məqsədləri üçün isə dövriyyəsini “yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ümumi malların çeşidlər üzrə miqdarından (VHF-sı üzrə təqdim olunmuş malların miqdarı nəzərə alınmışdır) vergi ödəyicisi tərəfindən təqdim edilmiş VHF-da göstərilən malların bir vahidinin qiyməti tətbiq edilməklə” hesablamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı işdə cavabdeh vergi orqanı bir halda kı, iddiaçıya məxsus X9-fakturalarında təsbit edilmiş qiymətlərin real və düzgün olmadığını iddia edir və onun hesablanmasını yenidən fərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçı gəlir və xərclərinə (vergitutulan dövriyyəsinə) dair təsdiqedici sənəd qismində X9-fakturaların mövcud olduğunu və onlarda olan göstəricilərin həqiqi olduğunu bildirdiyi halda, həmin sənədlərin təsdiqedici sənəd, onlarda olan göstəricilərin isə həqiqi olmadığını və eləcə də səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəyyən edilən qiymətlərin doğru olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini təkzib edə biləcək bir arqument təqdim edə bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh vergi orqanı İddiaçı MMC-nin yoxlama ilə əhatə olunan dövrlər üzrə vergiyə cəlb edilən gəlir və xərclərini, eləcə də vergitutulan dövriyyəsini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlara, eyni zamanda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən hesablamaq hüququna malik olduğu halda, qanunla ona verilən bu imkan və üsullardan istifadə etməmiş və hesablamanı vergi qanunvericiliyində nəzərdə tutulmamış başqa bir üsulla həyata keçirmiş, lakin həmin üsul nəticəsində müəyyən edilmiş göstəricilərin düzgünlüyünə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının 2017-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində öz əksini tapan gəlir və xərclərinə və 2017-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər olan aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergitutulan, vergidən azad edilən, 0 dərəcə ilə cəlb edilən və əvəzləşdirilən dövriyyələrə dair təsdiqedici sənədləri (X9-fakturalar, yük gömrük bəyannamələri, bank hesablarından çıxarışlar və s.) mövcud olmuş və həmin sənədlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən səyyar vergi yoxlaması nəticəsində həmin hesabat dövrləri üzrə hesablanmış mənfəət vergisi və ƏDV məbləğləri qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçının üzərinə qanunsuz əlavə vergi öhdəliyi qoyulmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı müəssisəyə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” 08.01.2021-ci il tarixli **********143580 №li Qərarının iddiaçı cəmiyyətə 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, qeyd olunan hissədə qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.06.2020-ci il tarixli **********211000 №li Qərarı; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” 08.01.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı MMC-dən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.06.2020-ci il tarixli **********211000 №li Qərarı; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” 08.01.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-594/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-594/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver