Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5940/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Daşkəsən Rayon Prokurorluğunun müstəntiq İlkin Musayevə qarşı xüsusi qərar çıxarılması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşkəsən Rayon Prokurorluğunun müstəntiq İlkin Musayevə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək həyatını təhlükəyə atdığını nəzərə alaraq cavabdeh barəsində xüsusu qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 avqust 1979-cu tarixində Daşkəsən rayon Şahvələdli kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, bitərəfdir. Məhkumluğu olmayıb. Daşkəsən rayonunun Şahvələdli kəndində yaşayır, ailəlidir, 3 (üç) övladı var. Daşkəsən rayonun Şahvələdli kəndində qeydiyyatda olan vaxtı 21 iyun 2017-ci il tarixində həbs olunmuşdur. Daşkəsən rayon prokurorluğunda onun istintaqı olan vaxt prokurorluğun müstəntiqi Musayev İlkin onunla sual cavab aparan vaxt, onunla söhbət etdi. O, müstəntiqə demişdir ki, onun mərhum uşağı, iyun ayının 19-u günü, həmkəndli X3 evində olub. Mərhum anası Kamilə aparıb, uşaq onların evində ölüb. O, müstəntiqə demişdir ki, o uşaq öldürməyib. Müstəntiqdən tələb etmişdir ki, onu həmkəndlisi Xəyalə ilə üzləşmə aparsın, onun tələbini yerinə yetirmədi, otaqda müstəntiq İlkin və o olanda onunla söhbət etdi. Müstəntiq İlkin ona demişdir ki, ona 10 (on min) manat pul ver, mərhum uşağını onun üstünə yazmasın. Artıq onun qolu qandaldaydı, o, pulu toplayıb verə bilmədiyinə görə mərhum uşağı onun üstünə yazdı. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Artıq onun hökümü və qərarı ona verildi. Gəncə Ağır Cinayətlər üzrə dövlət ittihamçısı X11 həyat yoldaşı mərhum Məmmədova Kamilənin ailə üzvlərindən rüşvət alaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmündən onun iştirakı olmadan və imzası olmadığından Gəncə Apelyasiya Məhkəməsinə protest verdi. Əgər rüşvət almasaydı Apelyasiya Məhkəməsinə protest verməzdi. Bunun rüşvət alması elə bundan bəllidir. Həmin protesti verməsinə görə ona Gəncə Apelyasiya Məhkəməsi ömürlük cəzası verdi. Ömürlük cəzasına məhkum olundu. O, məhrum uşağını öldürməmişdir. Öldürsəydi ögey qızı 6 (altı) yaşlı qızı da öldürərdi. Onun məhrum uşağının qatili kəndçisi Məmmədova Xəyalı və öz anası Kamilədir. X20 Cinayətlər Məhkəməsi verdiyi 20 (iyirmi) il işinə geri qaytarılmasına köməklik edilməsini xahiş edir. Bu maddələrlə 120.2.4, 120.2.7, 120.2.9 ona verilən cəza 14 (on dörd) ildən 20 (iyirmi) ildir. Ona edilən haqsızlıqlara görə 4 (dörd) ildir X8 ömürlük cəza çəkir. Ona köməklik edilməsini xahiş edir. Onun cinayət işinin təzədən istintaqa qaytarılmasına köməklik edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, X9 20 iyun 2017-ci il tarixdə axşam saatlarında yaşadığı Daşkəsən rayonu Şahvələdli kəndindəki evində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra onunla faktiki ər-arvad münasibətlərində yaşayan X1 və 14.05.2017-ci il tarixdə doğulmuş Dilqəmi adlı uşağını öldürərək qəsdən həyatdan məhrum etməsi faktına görə 21 iyun 2017-ci il tarixdə rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması Daşkəsən rayon prokurorluğunun müstəntiqi X12 həvalə edilmişdir. İddiaçı 21 iyun 2017-ci il tarixdə həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2017-ci il tarixdə onun əməli Azərbaycan Respublikası CM-in 120.2.4. 120.2.7 və 120.2.9-cu maddələrinə tövsif edilərək təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, ona həmin maddələrlə ittiham elan edilərək barəsində Daşkəsən rayon məhkəməsinin 21.06.2017-ci il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, İddiaçı xüsüsi amansızlıqla, onlardan biri onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürərək qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 20 iyun 2017-ci il tarixdə axşam saatlarında yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra bir il əvvəl evlənərək faktiki ər-arvad münasibətlərində olduğu və onunla birlikdə yaşayan X6 ilə aralarında əvvəllər baş vermiş ailə münaqişəsi ilə əlaqədar barəsində müvafiq orqanlara şikayət etməsi, onun inzibati qaydada 500 manat məbləğində cərimə olunması səbəbilə yaranmış mübahisə zamanı bu hərəkətlərinə görə ondan qisas almaq üçün Kamilə Məmmədovanı və onun yeni doğulmuş qızını öldürmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun birinci nikahdan doğulmuş, azyaşlı qızı X7 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə əvvəlcə yaşadıqları evin həyətində Kamilə Məmmədovanın həyatı üçün təhlükəli orqan olan baş və təpə nahiyələrindən qəsdən yumruqla çoxlu sayda zərbələr endirmiş, bundan sonra yenə də müstəsna dərəcədə rəhmsizlik göstərərək həmin niyyətinə nail olmaq üçün evdən götürdüyü dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it bağlamaq üçün nəzərdə tutulmuş həyətboyu keçən qalın məftilə bağlayıb bir müddət torpağa uzanılı vəziyyətdə saxlamış, bununla kifayətlənməyib hərəkətlərini davam etdirərək yumruqla onun başından vura-vura evə gətirdikdən sonra otaqdakı odun peçinin qarşısında olan ağac parçası ilə Kamilə Məmmədovanı, sonuncunun həmin vaxt qucaqladığı, otaqda çarpayının üstündə olan 15 may 2017-ci il tarixdə anadan olmaqla yeni doğulmuş və müqavimət göstərməklə özünü müdafiə etmək imkanında olmayan, bununla da onun üçün aşkar sürətdə köməksiz vəziyyətdə olduğunu bildiyi azyaşlı qızı X10 ilə birlikdə onların bədənlərinin müxtəlif nahiyələrinə, o cümlədən insan həyatı üyün təhlükəli orqan olan baş nahiyələrinə, bel və avaqlarına qəsdən çoxlu sayda zərbələr endirməklə döyərək X2 ölümünə səbəb olmuş açıq küt baş-beyin zədələnməsi, başın yumşaq toxumaları altına, baş-beyinin yümşaq maddəsinə qansızına kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üyün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sağ və sol yarısında qabırğaların sınığı kimi dərəcəsinə görə sağlamlığın tam müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, başın, döş qəfəsinin ön və arxa hissəsinin, bel nahiyəsinin, sağrıların, yuxarı və aşağı ətrafların böyük ölçülü qançırları kimi hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, lakin ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ alın nahiyəsinin, sol qaşın bayır küncünün, sağ yanaq və alt çənə nahiyələrinin, sağ saidin, sol said və dirsək oynağının, sağ diz oynağının, sağ və sol baldırın çoxsaylı kiçik ölçülü səthi yaralar və sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, azyaşlı X4 ölümünə səbəb olmuş başın sağ təpə nahiyəsinə yumşaq toxumalar altına qansızma, baş-beyinin yumşaq maddəsinə, sağ təpə-ənsə nahiyəsinə qansızma kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək biri təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi - azyaşlı X5 və X1 xüsüsı amansızlıqla öldürərək qəsdən həyatdan məhrum etmiş, onların öldüklərinə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qayçmışdır. Bununla da o Azərbaycan Respublikası CM-in 120.2.4. 120.2.7 və 120.2.0-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir Ona görə də təqsirləndirilən şəxs İddiaçı əvvəllər elan edilmiş ittihamın məzmununa əlavələr edilərək ona 19 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 120.2.0-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində 26 yanvar 2018-ci il tarixdə tərtib olunmuş ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 120.2.9-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçının tələbi inzibati hüquq münasibətlərinə aid olmadığından iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı tələbində barəsində cinayət işinin istintaqını aparmış müstəntiqin hərəkətlərindən, həmçinin barəsində çıxarılmış hökmdən narazılığını bildirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.1-ci maddəsinə əsasən qanunun tətbiq dairəsi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. - 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. - 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. - 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. - 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. - 409.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermək hüququna məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi malikdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisəyə aid olduğundan, inzibati icraat qaydasında baxılmalı olan işlərin tətbiq dairəsi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığından mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5940/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5940/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver