Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5943/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Nizami rayonu İcra Hakimiyyətinə qarşı “köşkün sökülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara- Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)- 2585/2008 saylı, 11 noyabr 2008-ci il tarixli qətnaməsi ilə mənim, cavabdeh X2 qarşı iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 2 ünvanında yerləşən ticarət obyekti üzərində X1 hüquqlarının əldə edilməsini təsdiq edən 000816 nömrəli, 02 aprel 2008-ci il tarixli şəhadətnamənnin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamənin icrası uzun müddətdən sonra, yəni onun tələbindən sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icra olunaraq, Xidmətin xx.xx.2020-ci il tarixli, 81 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən ticarət obyekti üzərində X1 mülkiyyət hüququnu təsdiq edən xx.xx.2008-ci il tarixli,000816 nömrəli şəhadətnamə ləğv edilmişdir. İcra sənədi üzrə icraata xitam verilmişdir. Onun cavabdeh X2 qarşı pavilyon köşkünün ticarət obyektinin qarşısından aparılaraq, köşkün əvvəllər yerləşdiyi və yerləşməli olduğu Bakı şəhəri, Q.Qarayev prospekti, 93 saylı binanın həyətyanı sahəsinə, ticarət obyektindən 30-35 metr kənara, Cavabdeh xx.xx.1996-cı il tarixli, 1869 saylı sərəncamının 1-ci bəndində göstərilən yerə köçürülməsi haqqında iddia tələbi Nizami rayon məhkəməsinin 12 avqust 2011-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-88/2012 saylı, 13 aprel 2012-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və cavabdeh X1 istifadəsində olan köşk Cavabdeh Başçısının 13 dekabr 1996-cı il tarixli, 1869 saylı sərəncamında qeyd olunan yerə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin vaxtdan hal-hazıra qədər qətnamənin icrası başa çatmamışdır. Cavabdeh və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektinin qətnamədə göstərilən yerə köçürülməsinin mümkün olmadığı barədə məktubları əsasında dəfələrlə icra sənədi üzrə icraat dayandırılmışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayının sonlarında icra sənədi üzrə icraat təzələnərək icra mərhələsinə başlanılmışdır. Lakin bu günə qədər icra olunmamışdır. Yuxanda göstərdiyi kimi Bakı şəhər Xətai rayon məhkəməsinin 11 noyabr 2008-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakını İdarə üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 nömrəli binanın qarşısı ünvanında yerləşən ticarət obyekti üzərində X1 hüquqlarının əldə edilməsini təsdiq edən 00816 nömrəli, xx.xx.2008-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmiş və qətnamə xx.xx.2020-ci il tarixdə icra olunmuşdur. Qətnamə icra olunduğuna görə icra sənədi üzrə icraata xitam verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan sahəsi 34,5 kvm köşk Bakı şəhəri, Qara Qarayev prospekti 93 saylı evin həyətyanı sahəsində quraşdırılmasına icazə verilsə də köşk nəzərdə tutulan ünvanda quraşdırılmamışdır. Bu səbəbdən də həmin köşk sökülməlidir. Köşkün sökülməsi barədə ərizə və köşkün sərəncamda qeyd olunan ünvanda inşa edilmədiyini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini Cavabdehnə göndərərək, köşkün sökülməsini tələb etsə də, cavabdeh bundan imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edir.
3. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli).
5. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2222/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Apellyasiya instansiyasının qərardadı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia tələbi “X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi” barədə olduğu halda mübahisələndirilən qərardadın 3-cü səhifənin 1-ci abzasında isə “iddianın dəyişdirilərək «köçkün başqa yerə köçürülməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və həmin köşkün köçürülməsi» kimi qəbul olunması xahiş olunduğu” qeyd olunmuşdur. Beləliklə, iş üzrə qaldırılan X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsinə dair iddia tələbi araşdırılmamış və qiymət verilməmişdir.
7. İşin birinci instansiya məhkəməsində təkrar baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri Q.Qarayev pr., 93 ünvanının həyətində X2 məxsus olan sahəsi 34,5 kv.m. olan ticarət obyekti – köşkün sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
9. Məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən, X1 istifadəsində olan köşk Cavabdeh Başçısının 13 dekabr 1996-cı il tarixli, 1869 saylı sərəncamında qeyd olunan yerə köçürülməsi qət olunmuşdur. Həmin qətnamə üzrə icra sənədi hazırki iş üzrə cavabdeh olan Bakı şəhəri Cavabdeh təqsiri üzündən artıq 10 ildir ki, icra olunmur. Həmin köşkü sərəncamda göstərilən yerə köçürülməsinə cavabdeh razılıq vermir. Həmin köşkün sərəncamda göstərilən yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı binanın qarşısıdır. Cavabdeh qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icra sənədini icra etməməklə mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur, hərəkətsizlik göstərir. Cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra sənədinin icrasına qəsdən, qərəzli şəkildə maneçilik törətməsi nəticəsində onun mülkiyyət hüquqları pozulmuş, dövlətin adından qəbul edilmiş qətnamənin icrasına süni maneçilik törədilməsi nəticəsində qətnamə bu günə qədər icra olunmamışdır. Həmin köşkün köçürülməsinin qarşısını cavabdeh öz hərəkətsizliyi ilə alması qanunsuz sayılmalıdır.
10. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi izahat verərək bildirdi ki, icra hakimiyyəti hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs deyil və məhkəmə qərarının icrasına maneəçilik yaradan hər hansı hərəkətlərə yol verimir, icra hakimiyyətinin köşkün sökülməsi kimi bir vəzifəsi yoxdur, tələb məhkəmə qərarının icrası ilə bağlıdır, bu səbəbdən iddia mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
14. Üçüncü şəxsin adına rəsmiləşdirilmiş ticarət obyektinin sökülməsi cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RİH-in səlahiyyətlərinə aid deyil və ayrıca inzibati icraatın predmeti ola bilməz.
15. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraatqaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 88/2012 saylı, 13 aprel 2012ci il tarixli qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, cavabdeh X1 istifadəsində olan köşkün Cavabdeh Başçısının 13 dekabr 1996-cı il tarixli, 1869 saylı sərəncamında qeyd olunan yerə köçürülməsi qət olunmuşdur.
17. X5 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X5 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
18. Məhkəmə hesab edir ki, iddiaçı məqsədinə qüvvədə olan məhkəmə qərarının icrası yolu ilə çata bilər. Belə ki, məhkəmə qərarı hüquqların xəyali deyil, praktiki və səmərəli müdafiəsini təmin edir və məcburi hüquqi qüvvəyə malik yekun məhkəmə qərarı hər bir halda icra olunmalıdır.
19. Odur ki, üçüncü şəxsin adına rəsmiləşdirilmiş ticarət obyektinin-köşkün sökülməsi məqsədinə həmin məhkəmə aktının icrasına yönələn hərəkətlərin aidiyyəti icra qurumu vasitəsilə həyata keçirilməsilə (tələb olunduğu təqdirdə tələbkar kimi məcburi icra tədbirlərinin və ya məhkəmə qərarının icrasına maneəçilik törədən şəxslərə qarşı tədbirlərin görülməsini icra məmurundan tələb etməklə və ya icra məmurunun hərəkətlərindən, eləcə də qərarlarından səlahiyyətli ümumi məhkəməyə şikayət verməklə) çata bilər.
20. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva