Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5945/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx N970-ci il tarixdə Beyləqan (keçmiş Jdanov) rayonunda doğulmuşdur. N988 – N990-cı illər ərzində keçmiş SSSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünə erməni təcavüzkarlarının hücumu ilə başlanan müharibədə o (iddiaçı) da iştirak etmişdir. İddiaçı N0 dekabr N992-ci il tarixdən Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq döyüş əməliyyatları aparan N saylı hərbi hissəyə göndərilmişdir. Aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. N993-cü ilin mart ayında N saylı hərbi hissənin tibb böküyündə “Sol orta qulağının irinli iltihabı” diaqnozu ilə, iyul ayında Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında “Sol aşağı ətrafın böyük dəri altı venasının varikoz genişlənməsi ilə” stasionar müalicədə olmuşdur. Sağlamlığının pisləşməsi səbəbi ilə ordu sıralarından buraxılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci nissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri caxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək döyüş əməliyyatları aparan nərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, .... hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi .... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin N7 aprel 202N-ci il tarixli 490 nömrəli arayışına əsasən N970-ci il təvəllüdlü İddiaçı N0 dekabr N992-ci il tarixdə səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 02 fevral 20N7-ci il tarixli 9/N544 nömrəli arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin N0 dekabr N992-ci il tarixli 2N5 nömrəli əmrində Beyləqan RHK-dan göndərilmiş XN adı və atasının adı fərqli diyircəkli qələmlə “İddiaçı” kimi düzəliş edilmiş, lakin komandanlıq tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən də, İddiaçı N saylı hərbi hissədə xidmətinin təsdiq edilməsi mümkün deyil. N saylı hərbi hissənin pul təminatı ödənilməsi cədvəlində dekabr N992-ci il N-ci bölüyün döyüşçüsü sıravi İddiaçı pul təminatı ilə təmin olunduğu barədə məlumat vardır. N saylı hərbi hissənin pul təminatının ödənilməsi cədvəlində, N saylı hərbi hissə komandirinin N0 dekabr N992-ci il tarixli N2 nömrəli əmrindən çıxarışda dekabr N992-ci il tarixdə döyüş bölgəsində iştirak edən N-ci bölüyün döyüşçüsü, sıravi İddiaçı komandirin N0 dekabr N992-ci tarixli 2N5 nömrəli əmri ilə hərbi hissəyə daxil olması barədə məlumat vardır. N saylı hərbi hissənin tibb bölüyünün N mart N993-cü il tarixli 78N nömrəli tibbi arayışına əsasən N saylı hərbi hissənin sıravi döyüşçüsü İddiaçı N8 fevral N993-cü il tarixdən N mart N993-cü il tarixədək “Sol orta qulağının irinli iltihabı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli 288 nömrəli qərarına əsasən Beyləqan RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 7 iyul N993-cü ildə aldığı və 8 iyul N993-cü ildən N8 iyul N993-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Sol aşağı ətrafın böyük dəri altı venasının varikoz genişlənməsi ilə” (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının N9 iyul N993-cü il tarixli 5N7 nömrəli arayışı, 22 iyul N993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, ilkin tibbi yardım kartası (forma N00), MN MHHK-nın həkim mütəxəssislərinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Füzuli Hərbi Prokurorluğunun 4 aprel 20N7-ci il tarixli N7/N650 nömrəli sənədinə əsasən İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır. Qeyd olunanlara əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 5 fevral 202N-ci il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsinin N8 mart 202N-ci il tarixli N/C-7NNN nömrəli cavab məktubunda müraciətə komissiyanın N2 mart 202N-ci il tarixli iclasında baxılaraq, barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Həmin məktubu poçt vasitəsi ilə 05 aprel 202N-ci il tarixdə qəbul etmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə, İPM-in 2.2.2, 8.N.3, 33.2, 38.2, 73.N-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in N3-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.N-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.N-ci maddəsinəgörə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli N36 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi və onun idarə, şöbə və xidmətləri nəzərdə tutulmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - Müdafiə Nazirliyi hesab edir ki, İddiaçı Rəşad oğlunun iddiası əsassız olduğundan, təmin edilə bilməz. Belə ki, AR Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Həmin qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə, ilk öncə qeyd edilməsi zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli 288 nömrəli qərarına əsasən iddiaçı Y.R. Cəfərov 8 iyul N993-cü il tarixdən N8 iyul N993-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müayinə və müalicədə olduğu diaqnoz "Sol aşağı ətrafın böyük dəri altı venasının varikoz genişlənməsi ilə” olması, həmçinin, "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” əks edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının müayinə və müalicəsinin sona çatdığı tarix N8 iyul N993-cü il tarixdə hələ atəşkəs elan edilmədiyindən iddiaçı hərbi hissəyə qayıtmalı və sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə xidmətini davam etdirməli, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq əmrlərlə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmalı idi. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmçinin, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 2 fevral 20N7-ci il tarixli 9/2-N544 nömrəli arayışında 8N4 nömrəli hərbi hissə komandirinin mart N992-ci il tarixdən mart N993-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N993-cü il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində və yaralıların qeydiyyatı kitablarında iddiaçının xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran Adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya N2 mart 202N-ci il tarixli qərarı ilə məhz bu əsasla iddiaçıya "müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Göstərilənlərə və İPM-in N4.3-cü maddəsinə əsaslanaraq, İPM-in 38, 48.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Rəşad oğlunun iddiasının təmin edilməməsinə dair qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə cavabdeh AR Müdafiə Nazirliyinin mövqeyi ilə razılaşmır və ilk növbədə qeyd edir ki, iddiaçının müvafiq xidməti N992 – N993-cü illəri əhatə etdiyindən ona münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 28 sentyabr 20N8-ci il tarixli 422 nömrəli qərarının müddəalarının tətbiqi Azərbaycan Respublikası Konstitrusiyasının N49-cu maddəsinin Vİİ hissəsinin tələbləri baxımından yolverilən deyil. Azərbaycan Respublikası Konstitusiyasının N49-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan AR Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2 fevral 20N7-ci il tarixli arayışında İddiaçı Rəşad oğlunun N saylı hərbi hissənin pul təminatının ödənilməsi cədvəlində N992-ci ilin dekabr ayında N-ci bölüyün döyüşçüsü kimi İddiaçı Rəşad oğlunun pul təmantı ilə təmin olunması barədə məlumat vardır. Bundan başqa, AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli 288 nömrəli qərarında göstərilmişdir ki, İddiaçı Rəşad oğlu 8 iyul N993-cü il tarixdən N8 iyul N993-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müayinə və müalicədə olduğu diaqnoz "Sol aşağı ətrafın böyük dəri altı venasının varikoz genişlənməsi ilə”, "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Məhkəmənin qənaətinə görə qeyd olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübut olunmadığından, həmin sənədlər mötəbər sayılmalı və bununla da iddiaçının müvafiq dövrdə AR Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapmış olur. Eləcə də, iddiaçının «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin “qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid olmaması məhkəmə icraatına təqdim edilmiş Füzuli Hərbi Prokurorluğunun 4 aprel 20N7-ci il tarixli N7/N650 nömrəli məktubu ilə müəyyən olunur. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 7N-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Rəşad oğluna “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.N, 58.7, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Rəşad oğluna “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5945/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5945/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver