Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5946/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiаçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X9 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “sərəncamda məlumat uyğunluğunun müəyyən edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılan nüsxəsində (və ya sərəncamların qeydi jurnalında) olan məlumatlara, yəni sərəncamın xx.xx.1998-ci il, orada X7 barədə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, yəni sərəncamın xx.xx.1998-ci il, orada X7 barədə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamı ilə Bakı şəhəri, Alatava-2 yataqxanasında yaşayan iddiaçının mərhum qardaşı X4 fərdi yaşayaş evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv sahə 28 ünvanda 600,0 kv.m torpaq sahəsi verilmişdir. Qeyd edilən sərəncamda Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi yataqxana 5, mənzil 8 ünvanda yaşayan X5 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-ci massiv, sahə 28 ünvanında 600 kv.m torpaq sahəsi verilməsi barədə Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarında dəyişiklik edilmişdir. Qaradağ rayon XDS İKnin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamına əsasən verilmiş torpaq sahəsində qardaşı X7 xx.xx.1999-cu il tarixdə fərdi yaşayış evi tikmiş və orada yaşamaqla bütün kommunal xərcləri ödəmişdir. Lakin yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı müvafiq DƏDRX-dən almamışdır. O, xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən daşınmaz əmlakı dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bu məqsədlə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzinə müraciət etdikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş 09 iyul 2021-ci il tarixli BA-03082-2021 saylı cavabdan məlum olur ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli 1155 saylı sərəncamı - xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında möcvuddur. Lakin həmin sərəncamda X7 barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5946/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X9 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “məlumat uyğunluğunun müəyyən edilməsi” tələbinə dair iddiası əsassızdır. İddia ərizəsində Cavabdeh başçısının 19 oktyabr 1998 ci il tarixli 1155 nömrəli sərəncamı ilə iddiaçının qardaşı X4 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin Lökbatan qəsəbəsi, 6-cı massiv, sahə 28 ünvanından ayrıldığı qeyd edilmişdir. Bu sərəncamda Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, yataqxana 5, mənzil 8 ünvanında yaşayan X5 verilmiş fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin Lökbatan qəsəbəsi, 6cı massiv, sahə 28 ünvanında verilməsi barədə Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988 ci il tarixli 19/368 saylı qərarında dəyişiklik edilmişdir. Bildirilir ki, “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahı”sına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti daimi göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verildiyindən Cavabdeh başçısının 1155 saylı xx.xx.1998-ci il tarixli sərəncamı və sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. 01 yanvar 2000-ci il tarixindən “Bələdiyyə əraziləri və torpaqları haqqında”, “Torpaq islahatı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən bələdiyyə mülkiyyətinə hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar daxildir və torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı “məlumat uyğunluğunun” müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması tələbi ilə bağlı iddiası əsassız olduğu üçün rədd olunmalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçının ИЕ 826923 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı Az-İİ 101323 saylı şəhadətnaməyə görə xx.xx.2020-ci il tarixdə ölmüş X3 qardaşıdır. Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamının surətində göstərilmişdir ki, “Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarına əsasən Lökbatan qəsəbəsi Bünyadzadə küçəsi, yataqxana №5, mənzil 8-də yaşayan X5 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv, sahə 28-də ayrılmış 600 kv.m torpaq sahəsi etibarsız hesab edilsin. Bu torpaq sahəsi Bakı şəhər Alatava-2 yataqxanada yaşayan X4 verilsin...” Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 19/368 saylı sərəncamından çıxarışın surətində göstərilmişdir ki, fərdi yaşayış evin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6cı massiv ünvanında yerləşən 28 nömrəli, ümumi sahəsi 600 kv.m. ibarət torpaq sahəsi vətəndaş X6 ayrılsın. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 09 iyul 2021-ci il tarixli, BA-03045- 2021 nömrəli məktubu ilə bildirilmişdir ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 19/368 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarın ona nə dərəcədə aid olması barədə heç bir rəsmi sənəd əlavə etmədiyindən və “informasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinin tələblərini nəzərə alaraq (sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda) həmin sərəncamın ona təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 09 iyul 2021-ci il tarixli, BA-03082- 2021 nömrəli məktubu ilə bildirilmişdir ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. X7 barəsində heç bir məlumat yoxdur. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 29 mart 2021-ci il tarixli, 533 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.1947-ci il tarixdə anadan olmuş xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2020-ci ildə onun vərəsələrindən İddiaçı, X9 Bakı şəhər 8 saylı notariat ofisinə müraciət etmiş və 95/2020 nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01072-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Odur ki, həmin sərəncamın təsdiq edilmiş ksero surəti və keçmiş Qaradağ Rayon XDS İK-nin (indiki Qaradağ Rayon İH) xx.xx.1988-ci il tarixli, 19/368 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 2 (iki) vərəqdən ibarət məlumat üçün göndərilmişdir. Qeyd edilən sərəncamda (qərarda) vət. X7 barəsində heç bir məlumat yoxdur. Həmin məktuba qoşma olaraq göndərilmiş: Bakı şəhəri Cavabdeh Başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamından görünür ki, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X1 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrılmışdır. Qaradağ Rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 19/368 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, fərdi yaşayış evin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massiv ünvanında yerləşən ___nömrəli, ümumi sahəsi ___ibarət torpaq sahəsi vətəndaş X6 ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01072-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Odur ki, həmin sərəncamın və Qaradağ rayon İH-nin 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr tarixlərinə dair qeydlərin təsdiq edilmiş ksero surətləri 17 (on yeddi) vərəqdən ibarət məlumat üçün Sizə göndərilir. Digər tərəfdən Məhkəmənin nəzərinə çatdırılmışdır ki, qeyd edilən sərəncamlarda vətəndaş X7 barəsində heç bir məlumat yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. İşin araşdırılan faktiki hallarından məlum olur ki, iddiaçı Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS İK-nin xx.xx.1988ci il tarixli 19/368 saylı qərarına əsasən Lökbatan qəsəbəsi Bünyadzadə küçəsi, yataqxana №5, mənzil 8-də yaşayan X5 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv, sahə 28-də ayrılmış 600 kv.m torpaq sahəsinin etibarsız hesab edilərək Bakı şəhər Alatava-2 yataqxanada yaşamış mərhum qardaşı X4 ayrıldığını və qardaşının vərəsəsi kimi həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində oldugundan, lakin onda yalnız həmin sərəncamın kserosurətinin qaldığına istinad edərək, cavabdehə müraciət edərək həmin sərəncamın əslinin ona verilməsini xahiş etmişdir. Cavabdeh isə mövcud qanunvericiliyə əsasən rayon icra hakimiyyətinin cari arxivində sərəncamların saxlanma müddəti 5 il təşkil etdiyini və saxlanma müddəti başa çatdığı üçün verilmiş sərəncamların və onların verilməsinə əsas olan sənədlərin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyini bildirmişdir. Məhkəmənin sorgusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə göndərilmiş Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamının xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud oldugu, qeyd edilən sərəncamda (qərarda) vət. X7 barəsində heç bir məlumatın olmadıgı, Bakı şəhəri Cavabdeh Başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X1 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrıldıgı, əlavə olaraq Qaradağ rayon İH-nin 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr tarixlərinə dair qeydlərin təsdiq edilmiş ksero surətləri 17 (on yeddi) vərəqdən ibarət göndərilərək həmin sərəncamlarda da vətəndaş X7 barəsində heç bir məlumatın olmadıgı müəyyən olunmuşdur. Beləliklə də iddiaçının Qaradağ Rayon İH-nin arxiv fondunun daşıyıcısı olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialıalında əsli mövcud olmadıgı sənədin - Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamının surətində olan məlumatların uygunlugunu cavabdehdən tələb etməsi barədə iddia əsaslı sayıla bilməz. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən: 9.1. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər. 9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir. 9.3. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına yol verilmir. 9.4. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır: 9.4.1. sənədin dəqiq adı; 9.4.2. sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd; 9.4.3. sənədin təsdiq olunduğu tarix və yer; 9.4.4. məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü. 9.5. Sənədin təsdiq olunmuş surətinin hər səhifəsi vəzifəli şəxs tərəfindən imza edilməli və möhür vurulmalıdır. 9.6. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: Arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir; Arxiv sənədlərinin müvəqqəti mühafizəsi - dövlət və yerli özünüidarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsi; arxiv sənədlərinin daimi mühafizəsi - həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Milli arxiv fonduna aşağıdakı sənədlər daxil edilir: Azərbaycan Respublikasının qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10.-cu bəndinə əsasən müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirmək, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil etmək, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.1-ci bəndinə əsasən milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilənə qədər dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən idarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Həmin Təlimatın 13.2-ci bəndinə əsasən milli arxiv fondunun komplektləşdirmə mənbəyi olmayan qeyri dövlət təşkilatlarının sənədlərinin dövlət arxivlərinə təhvil verilməsi həmin sənədlərin sahibi ilə dövlət arxiv təşkilatı arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. 13.3. İdarə arxivlərində sənədlərin müvəqqəti saxlanma müddətləri aşağıdakı kimi müəyyən olunur: 13.3.1. respublika dövlət hakimiyyəti orqanlarının sənədləri üçün -15 il; 13.3.2. rayon və şəhər hakimiyyəti orqanlarının sənədləri üçün -5 il; Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunvericliyin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ Rayon İHnin 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bakı şəhəri Cavabdeh Başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X1 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam qanunvercilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İddiaçının istinad etdiyi Qaradağ Rayon İH-nin 1998-ci il tarixli, 1155 saylı xx.xx.1998-ci il tarixli sərəncamının mərhum qardaşına aid olması və iddia etdiyi kimi qardaşına torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. İddiaçının sübut qismində təqdim etdiyi sərəncamın kserosurəti nəinki, mötəbər, ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yəni, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X9 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “sərəncamda məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5946/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5946/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver