Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-595/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 30 noyabr 2021-ci il tarixli, NA00003164 nömrəli qərarının ləğv edilərək, Rusiya Federasiyası Federal dövlət ali təhsilli büdcə təhsili müəssisəsi Voljsk X4ı Universiteti tərəfindən mühəndis-gəmi sürücüsü ixtisası üzrə iddiaçının adına verilmiş 03 dekabr 2019-cu il tarixli (qeydiyyat nöməsi:63568) bakalavr diplomunun (105224 4594242) tanınması və ekvivalentlik haqqında şahadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 30 noyabr 2021-ci il tarixli, NA00003164 nömrəli qərarının ləğv edilərək, Rusiya Federasiyası Federal dövlət ali təhsilli büdcə təhsili müəssisəsi Voljsk X4ı Universiteti tərəfindən mühəndis-gəmi sürücüsü ixtisası üzrə iddiaçının adına verilmiş 03 dekabr 2019-cu il tarixli (qeydiyyat nöməsi:63568) bakalavr diplomunun (105224 4594242) tanınması və ekvivalentik haqqında şahadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023cü il tarixli, 3-19-61/2-735/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Cəlaləddin oğlunun Rusiya Federasiya Voljsk X4 Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 105224 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. - 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 30 noyabr 2021-ci il tarixli, NA00003164 nömrəli qərarının ləğv edilərək, Rusiya Federasiyası Federal dövlət ali təhsilli büdcə təhsili müəssisəsi Voljsk X4ı Universiteti tərəfindən mühəndis-gəmi sürücüsü ixtisası üzrə iddiaçının adına verilmiş 03 dekabr 2019-cu il tarixli (qeydiyyat nöməsi:63568) bakalavr diplomunun (105224 4594242) tanınması və ekvivalentik haqqında şahadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-595/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-595/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver