Məhkəmə qərarları › İş №2-1(112)-5953/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5953/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5953/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 2021-ci il sentyabr ayından etibarən hesablamaq vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1971-ci il - xx.xx.1973-cü il tarixə qədər əyani qaydada Bakı şəhəri 18 nömrəli Texniki peşə məktəbində dülgər-xarrat peşəsi üzrə təhsil almışdır (təhsil müddəti 01 il 11 ay, sübut - təhsil haqqında arayış). xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur (4 ay 15 gün). xx.xx.1976-cı il tarixdən xx.xx.1985-ci il tarixə kimi Bakı Baş Tikinti 7 saylı (İxtisaslaşmış Mexanizasiya İdarəsi) İMİ - 7-də müxtəlif vəzifələrdə çalışmışdır (9 il 2 ay 18 gün). xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək məhkəmə qərarına əsasən şərti əmək cəzasına məhkum olmağıyla əlaqədar Krasnoyarskı diyarı Sorsk şəhərində əmək fəaliyyətində olmuşdur (2 il 2 ay). Sonra 31 mart 1988-ci il tarixdən xx.xx.2001-ci ilədək Bakı Baş Tikinti 8 saylı İMİdə qülləli kran maşinisti və aparıcı iqtisadçı vəzifəsində çalışmışdır (12 il 1 ay 18 gün). Üst-üstə cəmi əmək fəaliyyəti 25 il 9 ay 16 gün təşkil edir. xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmağıyla əlaqədar ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Həmin orqan 18 yanvar 2022-ci il tarixli, **********43 nömrəli məktubu ilə pensiya təyin edilməsindən iddiaçıya imtina etmişdir və imtina səbəbini ümümilikdə 22 il bir ay 20 gün əmək stajının və bu staja uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17332,01 manat təşkil etdiyindən, yəni əmək stajının 25 il olmaması və qeyd edilən məbləğ tələb olunan pensiya kapitalından az olması ilə əsaslandırılmışdır. Hesab edir ki, cavabdeh əmək stajının hesablanmasında səhvə yol vermişdir, belə ki, əmək kitabçasına əsasən əmək stajı 25 il 9 ay 16 gün təşkil etdiyi halda cavabdeh səhvən 22 il 01-20 gün hesablamışdır. Əmək kitabçasında qeyd edilmiş hansı əmək stajının hesaba alınmamasını cavabdeh imtina məktubunda qeyd etməmişdir. Halbuki, pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən əmək kitabçası olmadıqda pensiya təyinatı üçün pensiya stajı digər yazılı sənədlərlə və şahid ifadələri ilə məhkəmə qaydasında təsdiq edilir. Cavabdehə pensiya təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətinə cavab olaraq 18 yanvar 2022-ci il tarixdə yazılı qaydada ona bildirmişdir ki, yoxlamanın nəticəsi olaraq onda 22 il 01 ay 20 gün əmək stajı müəyyən etməklə pensiya təyin etməkdən imtina etmişdir. Əmək kitabçası işinin əmək faəliyyəti haqqında rəsmi qeydlər aparılmış rəsmi sənəddir, həmin sənəddə əks edilmiş məlumat barədə qeydlərdə qaralama, qeydlərin pozulması və digər şübhə doğuran hallarda yoxlanılmaya məruz qala bilər, belə pozuntular cavabdehə təqdim etdiyi əmək kitabçasında olmamışdır. Qeyd edilən bu hallar və əmək stajı barədə əmək kitabçasında qeyd edilmiş rəsmi məlumatlarla təsdiq edilmiş hallara istinad edərək hesab edir ki, cavabdehin ona pensiya təmin edilməsindən imtina edilməsi barədə mövqeyi əsassızdır, buna görə də ona pensiya təyin edilməsi barədə vəzifə məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir. İddia tələbində haqlıdır, iddia tələbi qanuni və əsaslıdır. Cavabdeh əsassız olaraq ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunda nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı qanunda nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranacaqdı. İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1990-cı il tarixdə və xx.xx.1986-cı il tarixdə tərtib olunan əmək kitabçalarına, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrünə və xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil dövrünə əsasən, ona 22 il 1 ay 22 gün sığorta stajı hesablanmışdır. Mübahisələndirilən dövrlər isə əmək kitabçasında qeyd edilmiş xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Binəqədi Tikinti Mexanizasiya İdarəsində işlədiyi dövrlərdir. Həmçinin qeyd olunmuşdur ki, 22 il 1 ay 20 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17332,01 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İnzibati iş üzrə araşdırılma aparılan zaman cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğular verilmiş və həmin sorğular üzrə müvafiq cavablar alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********180600 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi Tikinti Mexanizasiya İdarəsinin dövlət qeydiyyatında keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********30 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi Tikinti Mexanizasiya İdarəsi barədə hər hansı məlumat aşkar edilmədi. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli BA-02451-2022 nömrəli cavab məktubunda qeyd edilib ki, Binəqədi Tikinti Mexanizasiya İdarəsinin arxiv sənədləri Dövlət Arxinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 22 il 1 ay 22 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiiiyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, iş verindən arayış, məhkəmə aktı) mötəbər olmalıdır. Lakin İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci tarixədək işləmə faktını təsdiq edəcək sənədlər yazılan sorğular əsasında təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital qanunvericiliklə müəyyən olunmuş pensiya kapitalından azdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1975-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixli, ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bakıbaş tikinti İdarəsinə 7 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinə kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci ildə çilingər, xx.xx.1981-ci ildə mexanik, xx.xx.1984-cü ildə iş icraçısı keçirilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Bakıbaştikinti İdarəsinə 8 saylı X2 kran maşinisti keçirilmiş, xx.xx.1993-cü ildə Plan-İstehsalat Şöbəsinə aparatın iqtisadçı vəzifəsinə təyin edilmiş, Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli 72 saylı sərəncamı ilə 8 nömrəli Binəqədi tikinti mexanikləşdirmə ATSC-yə çevrilmişdir. xx.xx.2002-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1986-cı il tarixli, AT-İV № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Sors Tikinti İdarəsinə 2-ci dərəcəli dülgər-betonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə köçürülmə yolu ilə 5-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1986-cı ildə köçürülmə yolu ilə HMS-na sapançı qəbul edilmiş, xx.xx.1986-cı ildə 3-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə köçürülmə yolu ilə 2-ci dərəcəli sapançı qəbul edilmiş, xx.xx.1986-cı ildə köçürülmə yolu ilə 2-ci dərəcəli ötürücü körpülü kran maşinisti qəbul edilmiş, xx.xx.1987-ci ildə əhəng sexinə əhəng qırıcı şagirdi vəzifəsinə köçürülmüş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə Sorsk 2 saylı orta məktəbə gözətçi qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə avtokran maşinisti təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “Kran” Texniki Mərkəzində 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1993-cü ildə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə 3 №-li XTTİ-nə 5-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə 2 №-li Avtobus parkında İstismar şöbəsinə konduktor qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2006-cı ildə “Azşərqtrans-1” müəssisəsində taksi sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə- İxtisas Təhsili Müəssisəsi 18 №-li Bakı Peşə Liseyinin xx.xx.2021-ci il tarixli, 246/21 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir, İddiaçı ondan ötəri ki, o həqiqətən 1 sentyabr 1971-ci il tarixində Azərbaycan Respublikası Bakı şəhəri 18 nömrəli Bakı Texniki Peşə Məktəbinə daxil olmuş (Əmr № 7K), 31 iyul 1973-cü il “Dülgər-xarrat” (Əmr № 19K) ixtisası üzrə tam kursu bitirmişdir. Bu barədə 18 nömrəli Bakı Texniki Peşə Məktəbinin əmrlər kitabında müvafiq qeyd aparılmışdır. 18 nömrəli Bakı Peşə Məktəbi ləğv olunduğu üçün arxivi 18 saylı Bakı Peşə Liseyinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/451 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Binəqədi Tikinti Mexanikləşdirmə ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə 1 yanvar 2006-cı il tarixindən sığortaolunan İddiaçı (SSN: **********271) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə heç bir məlumat öz əksini tapmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********102900 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı ildə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır, hüquqi varisliyinin olması barədə isə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/1365 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Binəqədi Tikinti Mexanikləşdirmə ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********624300 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış, xx.xx.2016-cı ildə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edildiyi tarixədək qanuni təmsilçisi X4, hüquqi ünvanı ünvan 2hkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 72 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin “Bakışəhərtikintimexanikləşdirmə” trestinin 8 saylı İxtisaslaşdırılmış Mexanikləşdirmə sahəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2003-cü il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (işə qəbul tarixi xx.xx.1988-ci il, vəzifəsi - iqtisadçı) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 72 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin “Bakışəhərtikintimexanikləşdirmə” trestinin 8 saylı İxtisaslaşdırılmış Mexanikləşdirmə sahəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2003-cü il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.2000-ci il tarixinə hazırlanmış sənədlərə əsasən bir daha bildirilir ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (işə qəbul tarixi - xx.xx.1988- ci il, vəzifəsi - iqtisadçı) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldıqdan sonrakı dövr üçün İddiaçı dair hər hansı bir məlumatın əldə olunması məqsədilə müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********180600 nömrəli məktubda bildirilmişdir ki, dövlət reyestrində Binəqədi Tikinti Mexanizasiya İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, təqdim etdiyiniz əmək kitabçalarınızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kran texniki mərkəzindəki, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Sosialtəmir tikinti trestindəki, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək 2 №-li Avtobus parkındakı və xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Binəqədi Tikinti Mexanikləşdirmədəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçalarınıza, hərbi biletinizin surətinə və 18 nömrəli Bakı Peşə Liseyinin arayışına əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-cı il tarixinədək hərbi xidmətdə olduğunuz dövr, həmçinin xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək əyani təhsil dövrünüz, eyni zamanda əmək kitabçanızda qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 22 il 1 ay 20 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin 22 il 1 ay 20 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17332,01 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyiniz Binəqədi Tikinti Mexanizasiya İdarəsinin 1998-2002ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinətin məbləği 180 manat müəyyən edilmişdir. Müavinət kartını əldə etmək üçün “Azərbaycan Beynəlxalq Bankı”nın Xəzər rayon filialına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet və təhsil barədə Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 18 №-li Bakı Peşə Liseyinin xx.xx.2021-ci il tarixli, 246/21 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1975-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 04 ay 15 gün, xx.xx.1971- xx.xx.1973-cü ilədək təhsil dövrü 01 il 11 ay 01 gün təşkil edir. İddiaçının əmək fəaliyyəti ilə bağlı iki əmək kitabçası mövcuddur. İ əmək kitabçası xx.xx.1978-ci il tarixdə açılmış, ИT-İ № ******* nömrəli əmək kitabçasıdır ki, həmin əmək kitabçasında iddiaçının əmək fəaliyyəti dövrü xx.xx.1976-cı il tarixində Bakıbaştikinti İdarəsi 7 saylı İxtisaslaşmış Mexanizasiya İdarəsində kran maşinisti vəzifəsinə təyin edilməsi ilə başlayır. Həmin kitabçadakı qeydlərə əsasən iddiaçı xx.xx.1976-cı ildən fasiləsiz olaraq xx.xx.1985-ci ilədək işləmiş, barəsində məhkəmə qərarının qanuni qüvvəsini alması ilə əlaqədar xx.xx.1985-ci ildə işdən azad edilmişdir. Adıçəkilən əmək kitabçasındakı sonrakı qeydlər iddiaçının xx.xx.1988-ci ildə yenidən Bakıbaştikinti 8 saylı X1 kran maşinisti vəzifəsinə təyin edilməsi, xx.xx.1993-cü ildı iqtisadçı qəbul edilməsi və xx.xx.2002-ci il tarrixdə işdən azad olunması ilə bitir. İddiaçıya aid İİ əmək kitabçası xx.xx.1986-cı il tarixdə açılan AT-İV № ******* nömrəli əmək kitabçasıdır ki, kitabçada əmək fəaliyyəti dövrü iddiaçının xx.xx.1985-ci ildə Sors Tikinti İdarəsinə 2-ci dərəcəli dülgər-betonçu vəzifəsinə qəbul edilməsi ilə başlayıb, xx.xx.1986-cı ildə işdən azad edilməsi, xx.xx.1986- xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1992, xx.xx.1992-xx.xx.1993, xx.xx.1994xx.xx.1995, xx.xx.1996- xx.xx.1998, xx.xx.2006- xx.xx.2012-ci illəri əhatə edən əmək fəaliyyəti qeydləri ilə bitir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı iş üzrə hər iki əmək kitabçası qeydləri müqayisəli təhlil edildikdə müəyyən olunur ki, iddiaçının əmək fəaliyyəti dövrlərinin bir hissəsi üst-üstə düşür. Məhkəmə yuxarıda qeyd olunan normalara əsasən iddiaçının ümumi iş stajını hesablayarkən iki əmək kitabçasında üst-üstə düşən dövrləri ümumi iş stajına hesablamır. Bu halda iddiaçının ümumi iş stajına daxil edilməli olan əmək fəaliyyəti dövrü aşağıdakı kimi nəzərə alınmalıdır: -xx.xx.1978-ci ildə açılmış birinci əmək kitabçasında qeyd edilən xx.xx.1976xx.xx.1985-ci ilədək olan dövr, -İddiaçı barəsində qanuni qüvvəsini almış 1985-ci il məhkəmə qərarı ilə əlaqədar Rusiya SSR Krasnoyarsk vilayəti Sorsk şəhərində əməyə cəlb edildiyi və bu əsasdan həmin şəhərdə xx.xx.1986-cı ildə açılmış ikinci əmək kitabçasına əsasən Sorsk şəhərindəki əmək fəaliyyəti dövrləri: xx.xx.1985-xx.xx.1986-cı ilədək, xx.xx.1986xx.xx.1987-ci ilədək, xx.xx.1987-xx.xx.1988-ci ilədək olan dövr, -Bakı şəhərinə qayıtdıqdan sonra işlədiyi və ikinci əmək kitabçasında qeydlərdə öz əksini tapmış əmək fəaliyyəti dövrü: xx.xx.1988-xx.xx.1988-ci ilədək, xx.xx.1988xx.xx.1992-ci ilədək, xx.xx.1992-xx.xx.1993-cü ilədək, xx.xx.1994-xx.xx.1995-ci ilədək, xx.xx.1996-xx.xx.1998-ci ilədək olan dövr. Bundan əlavə məhkəmə ikinci əmək kitabçasında qeyd edilən xx.xx.2006xx.xx.2012-ci ilədək olan Azşərqtrans-1 müəssisəsindəki əmək fəaliyyəti dövrünü xx.xx.2006-cı il tarixdən sonra ƏPQ-nun 21-ci maddəsinin tələbinə uyğun olaraq yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə əmək fəaliyyəti dövrünün ümumi iş stajına daxil edildiyi, iddiaçının fərdi hesabına isə xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini nəzərə alaraq həmin dövrü ümumi iş stajına daxil etmir. Məhkəmə yuxarıda da qeyd edildiyi kimi iddiaçının Sorsk şəhərindən qayıtdıqdan sonra eyni zamanda Bakıbaştikinti 8 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində xx.xx.1988-xx.xx.2002-ci il tarixədək olan dövrü iddiaçının eyni vaxtlarda ikinci əmək kitabçasında öz əksini tapan dövrlər ilə üst-üst düşən hissələrdə ümumi iş stajına daxil etmir. Lakin bununla yanaşı nəzərə alır ki, şəxsin eyni vaxtda bir neçə yerdə əmək fəaliyyəti ilə məşğul olması mümkün olduğundan və qanunla bu hal qadağan edilmədiyindən iddiaçının eyni vaxtda BakıBaştikinti İdarəsi 8 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində işlədiyi və digər dövrlər ilə üst-üstə düşməyən xx.xx.1998xx.xx.2002-ci illər arasındakı dövr onun pensiya təyinatı üçün tələb olunan ümumi iş stajına hesablanmalıdır. Bu zaman məhkəmə o halı da nəzərə alır ki, fərdi uçot sistemi, yəni məcburi dövlət sosial sığorta ayırmaları ilə bağlı tələb məhz xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş, xx.xx.2006-cı il tarixədək sığorta ödəmələri aparılmaması ümumi iş stajının hesablanmasına mane olmur. Bu hal da qeyd edilən xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilədək olan 04 il 05 ay 03 günün pensiya təyinatı zamanı nəzərə alınmasını qadağan etmir. Hazırkı halda cavabdeh iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi Binəqədi Tikinti Mexanizasiya İdarəsinin 1998-2002-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi əsası ilə həmin dövrü iddiaçının tələb olunan 25 il ümumi iş stajına hesablanmaması əsaslı hesab edilə biməz. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavabından müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə “Bakışəhərtikinti mexanikləşdirmə” trestinin 8 saylı İxtisaslaşdırılmış Mexanikləşdirmə sahəsi Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 72 nömrəli sərəncamı ilə özəlləşdirilməsinə başlanılmış, həmin idarənin bazasında xx.xx.2003-cü il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı ildə ləğv edilmiş, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Lakin 8 saylı İxtisaslaşdırılmış Mexanikləşdirmə sahəsinin özəlləşməsi zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, həmin kollektivin üzvü kimi xx.xx.1988-ci ildə işə qəbul olunmuş iqtisadçı İddiaçı adı əmək kollektivinin üzvü kimi qeydə alınmışdır. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə məhz iqtisadçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək müqavilə əsasında işləmiş şəxsin əmək kollektivinin sırasında adı çəkilməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. Beləliklə, iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 8 saylı İxtisaslaşdırılmış Mexanikləşdirmə sahəsində işləmədiyini sübut edən hər hansı hal hazırkı iş üzrə müəyyən olunmamış və yaxud əksini sübut edən hər hansı dəlil cavabdeh tərəfindən təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçının hərbi xidmət, təhsil, əmək kitabçalarında qeyd edilən əmək fəaliyyəti dövrləri xx.xx.1975-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 04 ay 15 gün, xx.xx.1971- xx.xx.1973-cü ilədək təhsil dövrü 01 il 11 ay 01 gün, xx.xx.1976-xx.xx.1985-ci ilədək olan dövr 09 il 03 ay 20 gün, xx.xx.1985-xx.xx.1986-cı ilədək 02 ay 08 gün, xx.xx.1986-xx.xx.1987-ci ilədək 01 il 14 gün, xx.xx.1987-xx.xx.1988-ci ilədək olan dövr 08 ay 15 gün, xx.xx.1988-xx.xx.1988-ci ilədək 05 ay 03 gün, xx.xx.1988-xx.xx.1992-ci ilədək 04 il 06 gün, xx.xx.1992-xx.xx.1993-cü ilədək 01 il 21 gün, xx.xx.1994-xx.xx.1995-ci ilədək 01 il 05 ay 29 gün, xx.xx.1996-xx.xx.1998-ci ilədək 01 il 11 ay 19 gün, xx.xx.1998ci ildən xx.xx.2002-ci ilədək olan 04 il 05 ay 03 gün olmaqla ümumilikdə 26 il 11 ay 04 gün ümumi iş stajı mövcud olduğu müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar