Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5957/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı,cavabdehin nümayəndəsi X1,tərcüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “ İddiaçı 15.04.1990-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşına qaçqın statusunun alınması üçün lazım olan hərəkətlərin icra edilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15.04.1990-ci il təvəllüdlü İddiaçı müvəqqəti olaraq ünvan 1 ünvanda yaşayır. Qaçqın statusu verilməsi üçün 21 fevral 2020ci il tarixində Dövlət Miqrsiya Xidmətinə müraciət etmişdir. Vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmışdır və müsahibə keçirilmişdir. Müsahibədən sonra əldə edilmiş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən iddiaçıya qaçqın statusu verilməsindən imtina verilmişdir. Məhkəmə tərəfləri dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” 22.05.2020-cu il tarixli, İQ -85/1 nömrəli qərarına əsasən, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçıa qaçqın statusu verilməsindən imtina edilməsi, qərarın İddiaçıa təqdim edilməsi, qaşqın statusunun müəyyənləşdirilməsi idarəsi tərəfindən bu qərarın icrasından irəli gələn digər məsələlər həyata keçirilməsi qərara alınmışdır. Qərarda onun təqdim edildiyi gündən 30 gün müddətində inzibati qaydada Dövlət Miqrasiya Xidmətinin rəisinə və ya məhkəmə qaydasında şikayət verilməsi göstərilmişdir. İddiaçı İddiaçı iddia ərizəsindən göründüyü kimi iddia tələbi qaçqın statusunun verilməsi barədə inzibati aktın qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi (məcburetmə haqqında iddia ) tələbdən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)... Həmin Məcəllənin 33.1.-cü maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı cavabdehin qərarını 02 iyun 2020-ci il tarixdə rəsmi qaydada almışdır, məhkəməyə isə qaçqın statusunun verilməsi ilə bağlı iddia ilə 17 avqust 2020-ci il tarixində müraciət etmişdir. Bununla da, iddiaçı tərəfindən arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərarın təqdim edildiyi 02 iyun 2020-ci il tarixdən sonra həmin məsələ üzrə yeni inzibati aktın qəbul edilməsinə məcbur edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa edilməsi üçün iddiaçının göstərdiyi səbəblər üzrlü sayılmamışdır. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “İddiaçı 15.04.1990-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşına qaçqın statusunun alınması üçün lazım olan hərəkətlərin icra edilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi ”tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “ İddiaçı 15.04.1990-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşına qaçqın statusunun alınması üçün lazım olan hərəkətlərin icra edilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3cıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5957/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5957/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver