Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-596/2021 29.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə alınma tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq onun yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması üçün cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-ci ildə Qazax rayonun Tatlı kəndində doğulmuşdur. xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətə daxil olaraq, müvafiq hərbi hissənin şəxsi heyyətinin siyahısına daxil olmuşdur və xx.xx.2016-ci il tarixdə polkovnik-leytenant rütbəsində həqiqi hərbin xidmətindən ehtiyata buraxılmışdır. 23 (iyurmi üç) ilə yaxın qüsursuz hərbi xidmət dövründə: "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 90 illiyi (1918-2008) yubiley medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001) yubiley medal, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Ailəlidir, dörd övladı vardır, həyat yoldaşı işləmir. Ona və onun arvadına (X2) Bakı şəhəri Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Hal hazırda kirayədə qalırlar, maddi vəziyyətləri ağırdır. Həqiqi hərbi xidmətdə olduğu müddətdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Hal-hazırda da onun mülkiyyətində torpaq sahəsi və mənzil yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən **********53 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən, İddiaçı adına xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 6, mənzil 47 qeydiyyatdan keçmişdir. Lakin 3 saylı Bakı "ASAN xidmət" Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə 967 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının xx xxxxxx 1991-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq mən yaşa görə ehtiyata buraxılmış zabit kimi yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınmağımla əlaqədar xx.xx.2019- cu il tarixli ərizə ilə yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti onun xx.xx.2019-cu il tarixli müraciətinə məktubla heç bir rəsmi cavab verməyib və hesab edir ki, bununla da onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəyə daxil olmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh innzibati orqan tərəfindən iddia tələbi təmin olunduğu üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əllavə olunmuş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyyəti Başçısının xx xxxxxx 2021-ci il tarixli 18 №li Sərəncamından müəyyən olunur ki, ehtiyata buraxılmış hərbi qulluqçu Həsənov X5 rayon İcra Hakimiyyətinə yaşayış yeri üzrə 6 (altı) nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu və 3 (üç) qızı) yaşayış sahəsinə ehtiyacı olan vətədaş qismində siyahıyya alınmış və güzşətli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə alınma tələbinə dair inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-596/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-596/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver