Məhkəmə qərarları › İş №2-1(112)-596/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-596/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-596/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (aparıcı mütəxəssis, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək qabiliyyətini itirdiyinə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 avqust 2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək qabiliyyətini itirdiyindən əmək pensiyasının təmin edilməsi, iddiaçının pensiyasının sığorta hissəsinin (01.01.2006) illər üzrə («Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci, 71-ci, və 72-ci maddələrinə əsasən) orta aylıq əmək haqqına əsasən müəyyən edilməsi, keçmiş müddət üçün alınmamış pensiya məbləği fərqinin pensiya hüququnun yarandığı 09 avqust 2018-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı əmək pensiyası hüququnun yarandığı, yəni 09 avqust 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövrə görə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu il tarixdə İran İslam Respublikasında açıq ürək əməliyyatı keçirmiş, üç ürək damarını dəyişmişlər, lakin əməliyyat uğursuz olduğundan və qanaxmanı durdura bilmədiklərindən həmin gün yenidən əməliyyat olmuş, bir gündə iki dəfə əməliyyata məruz qalmışdır. Bu da iddiaçının səhətini artıq tam yararsız hala salmışdır. İddiaçı hipertoniya xəstəsi olmuş, yüksək təziklə və təngənəfəslik, ürək çırpıntıları ilə yaşayır. 2017-ci ilin oktyabr ayında yüksək təzikdən infarkt keçirmiş, aldığı müalicələr səhhətində heç bir irəliləyişə səbəb olmadığından, həkimlərin qərarı ilə həmin ilin noyabr ayında X1 yenidən açıq ürək əməliyyatı keçirmiş və yenidən ürək damarlarını dəyişmişlər. Əməliyyata alınmazdan öncə təziq və ürək çatışmamazlığı ilə bərabər həm də, şəkərli diabetə də tutulduğu aşkar olunmuşdur. 2-ci qrup şəkər xəstəsidir, keçirdiyi əməliyyatlar və mübtela olduğu xəstəliklərdən sonra əmək qabiliyyətini itirmişdir. Hal-hazırda beş müxtəlif növdə ömürlük dərmanlar qəbul edir, dərmanların qiyməti 150-200 manat təşkil edir. Hər iki aydan bir müayinəyə gedir, onlara vəsait tələb olunur və özü də, kirayə mənzildə yaşayır. Həm maddi, həm mənəvi sıxıntıları var. Maddi durumunun olmaması həyat şəraitinə də öz təsirini göstərir. 09 avqust 2018-ci il tarixdən 2-ci qrup əlildir. 18.09.2018-ci il tarixdən ona 2-ci qrup əlillik sosial müavinət 61 manat ayrılmışdır. Bundan əlavə əmək müavinəti ala biləcəyi ümüdü ilə Suraxanı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi idarəsinə dəfələrlə müraciət etmiş, ona əmək müvainəti təyin edilməsini xahiş etmişdir. Müdiriyyət onu get-gələ salmış, incitmişlər. 2000ci ildən bu günə kimi DSM-nə təqribi pul ödənişləri olmuş və hal-hazırda aylar üzrə ödəmələr davam edir. Dəfələrlə Azərbaycan Pespublikasının Prezidentinə həm müxtəlif şikayət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə isə 3 dəfə poçt vasitəsi ilə, 2 dəfə elektron vasitəsi ilə müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna rəsmi ərizə ilə müraciət etmişdir ki, 09 avqust 2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək qabiliyyətini itirdiyinə görə, ona pensiya təyin edilməsini xahiş etmişdir. 25 noyabr 2020-ci il tarixli, **********3 nömrəli ərizəsinə cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 29.10.2020-ci il tarixində daxil olmuş müraciətinə baxılmışdır. Ona 2 avqust 2018-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Əlilliyinin müəyyyən edildiyi tarixdəki yaşına (56 yaş) uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 8 ay sığorta stajı, 14301,20 manat pensiya kapitalı tələb olunur. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğunluq barədə müvafiq sənədləri varsa qeydiyyatda olduğunuz ərazi üzrə Fondun rayon (şəhər) filialına müraciət edə bilər. Dərhal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərzənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialda baxılmışdır. Təqdim etdiyi 20.10.1980-ci il tarixli İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən tələb olunan 13 il 8 ay sığorta stajının olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (19651.83 manat) əmək pensiyasının minimum (24600.00 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Cavabdehin imtinası əsassız hesab olunmalıdır. Göründüyü kimi, ona qarşı qərəzlilik və ədalətsizlik açıq aydın nümayiş olunur. Belə ki, yaşı 56, stajı 2006-cı ilə qədər 24 ildir. Sığorta hissəsində qeydə alınan pensiya kapitalı 19.700 manatdır. Ona görə də, qeyd olunanlara əsasən ona xəstəliyi ilə əlaqədar olaraq pensiya təyin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia ərizəsində 09 avqust 2018-ci il tarixdə əlil statusu aldığını, onun qanunla tələb edilən sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olduğunu iddia etmiş və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK”) 02.08.2018-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (02.08.2023) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun pəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İşin mübahisələndirilərı halı iki hissədən ibarətdir. İddiaçı sosial sığorta stajı, İddiaçı fərdi hesabının sığorta hissəsinə müvafiq olan pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Qanunun 6-1 -ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı 56 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 41 il (əmək qabiliyyətli yaş dövrü), 41 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 164 ay, 164 ay: 12 ay = 13 il 06 ay təşkil edir. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 06 aydır. İş materiallarına əlavə edilən İddiaçı məxsus ******* saylı əmək kitabçasından göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 23 il 11 aydır. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları 01.09.1979- 14.10.1980, 03.12.1982- 04.03.1983, 04.03.1983-21.06.1985. 04.07.1985-17.12.1986, 05.01.1987-06.04.1993. 15.04.1993-29.10.1993, 03.11.1993-25.12.1993-cü illər ərzində işlədiyi dövrlərdir. İddiaçı mübahisələndirilməvən sosial sığorta stajı ümumilikdə 13 il 21 gündür. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən halı İddiaçı 06.01.1994 - 26.12.2003-cü illər ərzində "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi”ndə işlədiyi dövrdür. Belə ki, işin mübahisələndirilən halı ilə bağlı lazımi qurumlara müvafiq sorğularla müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi vanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş X2 Dövlət Qeydiyyat İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubunda İdarədə olan reyestrdə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi” adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10 iyul 2021-ci il tarixli məktubunda İddiaçı 1994 - 2003-cü illərdə işlədiyi ‘‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi”nin sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdrəsinin 08 iyul 2021-ci il tarixli məktubunda ‘‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi”nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 09 il 11 ay 20 gündür. İddiaçı Ə.Əhmədova münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği, 56 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 41 il (əmək qabiliyyətli yaş dövrü), 41 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 164 ay, tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 164/192=0,85416667, Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,85416667 x144=123, Pensiya sığorta kapitalı (PSK=11566,8) alınmış rəqəmə bölünərək (11566,8 : 123 =94,0390244 (95) manat) pensiyanın məbləği 95 manat məbləğində müəyyən edilir. Göründüyü kimi İddiaçı təyin olunan aylıq pensiya ödənişi 95 manatdır ki, bu da ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı əlillik 02.08.2018-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları 02.08.2018-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi əmək pensiyası hüququnun yaranıbyaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu 02.08.2018-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda, İddiaçı münasibətdə TSEK-in 08.02.2018-ci il tarixli qərarında həmin qərarın Qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası hüququ yarandığı 09.08.2018-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 13 il 06 ay sosial sığorta stajına və müvafiq il üzrə əmək pensiyasının minimum məbləğinə malik olmadığından iddia tələbi təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. İşdə olan 18.09.2018-ci il tarixli 013893 saylı vəsiqədən görünür ki, İddiaçı ikinci qrup əlildir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 07.07.1985ci ildə “Azərelektoişıq” İB-nin lüminesset lampaların yığılma sexinə montaj aparatını sazlayan fəhlə şagirdi qəbul edilmiş, 01.08.1985-ci ildə lüminesset lampaların yığılma sexinə 3-cü dərəcəli montaj s/aparatını sazlayan fəhlə dərəcəsi verilmiş, 17.12.1986-cı ildə işdən azad edilmiş, 05.01.1987-ci ildə 4 nömrəli anbara ekspeditor vəzifəsinə qəbul edilmiş, 22.01.1988-ci ildə əmtəəşünas vəzifəsinə keçirilmiş, 12.09.1988-ci ildə 4 nömrəli anbara ekspeditor vəzifəsinə keçirilmiş, 31.07.1990-cı ildə 4 nömrəli yeməkxanaya anbardar vəzifəsinə keçirilmiş, 03.08.1991-ci ildə həmin yeməkxanada müdir və anbardar vəzifəsinə keçirilmiş, 06.04.1993-cü ildə işdən azad edilmiş, 15.04.1993-cü ildə Bakı malqara tədarükü və emalı istehsalat elm birliyində əməyin və əmək haqqının təşkili şöbəsinə müvəqqəti əmək üzrə 2-ci dərəcəli iqtisadçı təyin olunmuş, 29.10.1993-cü ildə işdən azad olunmuş, 03.11.1993-cü ildə “Paklıq” ictimai, siyasi, ədəbi və hüquq qəzetində müxbir vəzifəsinə qəbul edilmiş, 25.12.1993-cü ildə işdən azad olunmuş, 06.01.1994-cü ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 avtomobil dəstəsinə maşın ehtiyat hissələri anbarına anbardar vəzifəsinə təyin edilmiş, 26.12.2003-cü ildə işdən azad olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 dekabr 2020-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 1.0.18-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi 20.10.1980-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının 01.01.2006-cı il tarixinə kimi 13 il 11 ay olmasına baxmayaraq, 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1925,07 manat tələb olunan pensiya kapitalından (14301,20 manatdan) azdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Monitorinq və araşdırma şöbəsinin 25.02.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 2701 nömrəli Avtomobil dəstəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün 06.01.1994-cü il tarixindən 26.12.2003-cü il tarixinədək olan dövrləri sığorta stajına əlavə etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 01.09.2021-ci il tarixli **********474500 saylı məktubdan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 avtomobil dəstəsi adlı hüquqi şəxsin qeydiyyatı barədə məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təhvil götürülmüş kommersiya qurumlarının arxiv sənədləri arasında həmin hüquqi şəxsə aid qovluq aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli 1-6-118/6498- 21 saylı məktubundan görünür ki, İddiaçı işlədiyi 2701 saylı Avtodəstə vaxtilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin və “Azəravtonəqliyyat” Dövlət Konserninin struktur müəssisəsi olmuşdur. Həmin müəssisənin şəxsi heyət üzrə 1972-ci ildən sonrakı dövrlərin sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədinin verilməsi mümkün olmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən onun 06.01.1994-cü il tarixindən 26.12.2003-cü il tarixinədək işlədiyi 2701 nömrəli Avtomobil dəstəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün olmaması əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması dövründə iddia ərizəsinə etirazda, eyni zamanda cavabdehin nümayəndəsinin izahatı əsasında həmçinin müəyyən edildi ki, iddiaçının 01.09.1979- 14.10.1980, 03.12.1982-04.03.1983, 04.03.1983-21.06.1985, 04.07.1985-17.12.1986, 05.01.1987-06.04.1993, 15.04.1993-29.10.1993, 03.11.1993-25.12.1993-cü illər ərzində işlədiyi dövrlər mübahisələndirilməməklə göstərilən dövlərin sosial sığorta stajı ümumilikdə 13 il 21 gün təşkil edir. İddiaçının ümumi iş stajı üzrə onun 06.01.1994 - 26.12.2003-cü illər ərzində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsində işlədiyi dövr mübahisələndirilmiş, həmin dövr isə 09 il 11 ay 20 gündür. Cavabdeh tərəfindən mübahisələndirilən dövr Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi vanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş X2 Dövlət Qeydiyyat İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubuna, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10 iyul 2021-ci il tarixli məktubuna və Azərbaycan Respublikasının Milli Arxiv İdrəsinin 08 iyul 2021-ci il tarixli məktubuna istinad edilməklə iddiaçının sığorta stajına daxil edilməmişdir. Göstərilən dövrlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan dövr üzrə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsində işləməsi ИТ-İ seriyalı ******* saylı əmək kitabçası əsasında öz təsdiqini tapır. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli 1-6-118/6498-21 saylı məktubundan görünür ki, İddiaçı işlədiyi 2701 saylı Avtodəstə vaxtilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin və “Azəravtonəqliyyat” Dövlət Konserninin struktur müəssisəsi olmuşdur. Yəni göstərilən adda müəssisə olmuş və iddiaçı da həmin müəssisədə işləmişdir. Yalnız həmin müəssisənin sənədləri arxivə təhvil verilməmişdir ki, bu halda iddiaçı məsuliyyət daşıya bilməz. Hazırki mübahisə üzrə iddiaçının 01.09.1979-14.10.1980, 03.12.1982-04.03.1983, 04.03.1983-21.06.1985, 04.07.1985-17.12.1986, 05.01.1987-06.04.1993, 15.04.1993- 29.10.1993, 03.11.1993-25.12.1993-cü illər ərzində işlədiyi dövrlər üzrə 13 il 21 gün müddətinə ümumi sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iş materiallarında olan əmək kitabçasına əsasən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, həmin iş stajının üzərinə iddiaçının 06.01.1994 - 26.12.2003-cü illər ərzində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsində işlədiyi müddət nəzərə alındıqda ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 13 il 06 ay sosial sığorta stajına (13 il 21 gün + 09 il 11 ay 20 gün = 23 il 11 gün) malik olması öz təsdiqini tapır. Belə olan halda iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 13 il 06 ay sosial sığorta stajına malik olduğuna görə ona əmək pensiyası hüququnun yarandığı, yəni 09 avqust 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməli və yaranmış fərq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı əmək pensiyası hüququnun yarandığı, yəni 09 avqust 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövrə görə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar