Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-596/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” qanunun 20.14.2. və 37.3.1. maddələrini əsas götürərək Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2- S-267871 saylı məktubu, 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktubu və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-6080/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10422/2023 saylı Qərarlarının qanunsuz olduğundan ləğv edilməsini; onun aylıq hərbi pensiyası 01,07.2017-ci il tarixindən 912.33 man., xx.xx.2018-ci il tarixindən 1038.33 man., xx.xx.2019-cu il tarixindən 1725.16 man., xx.xx.2022-ci il tarixindən 1897.68 man., xx.xx.2023-cü il tarixindən 2176.64 man., xx.xx.2023- cü il tarixindən 2465.79 man. və 01.01,2024-cü il tarixindən 2741.96 manat olması və 27 dekabr 2011-ci il tarixindən yenidən hesablanaraq bu vaxta kimi verilməyən pulların birdəfəlik verilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 noyabr 2008-ci il tarixindən 2023-cü ilin aprel ayına kimi ona hesablanmış müvafiq təminat xəcliyinin 60 faizi qismində təyin olunmuş aylıq hərbi pensiya almışdır. Ayliq hərbi pensiyasının yenidən hesablanması barədə 2023-cü ilin aprel ayında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir ( 2017, 2018 və 2019-cu illərdə vəzifə və rütbə maaşlarında artım olmuşdur. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun aylıq hərbi pensiyasını yenidən hesablamalı idi, lakin buna əməl olunmamışdır). Filialdan bildirdilər ki, ona ümumi təyinat xərcliyinin 60 faizi bu vaxta kimi səhv verilib, verilməlidir 50 faizi miqdarında. O, 12 noyabr 2008-ci il tarixində həqiqi hərbi xidmətdən “yaş həddi” ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən 10 il 5 ay 13 gün mülki iş stajı,15 il 6 ay 29 gün təqvim ili hərbi xidməti, ali məktəbi 5 il əyani (institutda əyani oxuduğu vaxtı hərbi kafedra fəaliyyət göstərirdi) bitirdiyi üçün əvəzinə 2 il 6 ay təqvim ili hərbi xidməti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarı).Cəmi 18 il 29 gün təqvim ili hərbi xidməti və 5 il 5 ay 23 gün güzəştli hərbi xidmət günləri olmuşdur (hərbi xidmət günlərinin ümumi sayı cəmi 23 il 6 ay 22 gün təşkil edir). Beləliklə, 12 noyabr 2008-ci il tarixində həqiqi hərbi xidmətdən “yaş həddi” ilə ehtiyata buraxılarkən 34 il 5 gün ümumi iş stajı olmuşdur. Bundan 10 il 5 ay 13 gün mülki iş stajı ilə 14 il 6 ay 17 gün təqvim ili hərbi xidmət günlərinin cəmi 25 il olmaqla cəmi 9 il 5 gün hərbi xidmət günləri qalır.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.2. maddəsində qeyd edilmişdir ki, hərbi xidmətdən “yaşa” görə buraxılarkən 25 il təqvim ili və daha çox ümumi iş stajı olan , bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin hər bir ili üçün müvafiq təminat xərcliyinin 1 faizi əlavə olunur. Bununla müvafiq təminat xərcliyinin 59 faizi hesablanmalıdır. Müvafiq təminat xərci 1571.5 man. x 59 % = 927.19 man. x 10% = 92.72 man.+ 927.19 man.=1019.91 man.x 14.7% = 149.93 man.+ 1019.91 man. = 1169.84 man. Bu vaxta kimi 32628 manat pensiya sığorta kapitalı olduğundan 32628 man. : 96 ay = 339.87 man. + 1169.84 man. = 1509.71 manat. Qeyd edilən məsələ barəsində 25 oktyabr 2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. 30 noyabr 2023cü il tarixində Suraxanı rayonu, “Dədə Qorqud” qəsəbəsndə yerləşən 1125 saylı poçt vasitəsilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 noyabr 2023-cü il tarixli, 3-17 -1/2 - S -267871 saylı imtina cavabını almışdır. İmtina cavabında heç bir əsas olmadan müvafiq təminat xərcliyinin cəmi 50 faizi miqdarında aylıq pensiya təyin olunması göstərilmişdir. Hesab edir ki, bu hesablama səhvdir. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” Qanunun 20.14.2. maddəsinə düzgün əməl olunmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 12 noyabr 2008-ci il tarixindən İddiaçı ehtiyata buraxılmağı ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən iddiaçıya Mərkəzi Filial tərəfindən 13 noyabr 2008-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Dövlət Sərhəd Xidməti tərəfindən 3 may 2023-cü il tarixində təqdim olunmuş iddiaçıya dair yeni məlumat vərəqinə əsasən onun əmək pensiyası yenidən hesablanaraq 35 il 28 gün ümumi mülki iş stajına (15 il 3 ay 28 gün təqvimi hərbi xidmət müddəti, 4 il 2 ay 6 gün güzəştli, 15 il 6 ay 24 gün iş stajı) görə Qanunun 20.14.2-ci maddəsinin tələblərinə uyğun qaydada müvafiq təminat xərcliyinin (vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 257,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 132,00 manat, DSX-da xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlav-88,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1571,50 manat) 50 faizi -785,75 manat məbləğində müəyyən edilib, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanıb. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə iddiaçıya ödənilən əmək pensiyası həmin tarixdən etibarən ümumilikdə 864,33 manata, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 991,39 manata artırılıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ümumilikdə hesablanmış 719,76 manat fərq məbləğinin cari ilin avqust ayından etibarən hissə-hissə (hər ay 179,94 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Eyni zamanda bildiririk ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə onun fərdi hesabının sığorta hissəsində 31516,57 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının Mərkəzi Filiala müraciət etdiyi 10 fevral 2023-cü il tarixinə olan 31516,57 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 315,17 (31516,57:100 (65 il-62 il 8 ay=28 ay+72 ay (144 ay- 72 ay) aya bölünərək həmin tarixədək mövcud olmuş əmək pensiyasının (991,39 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1306,56 manat (991,39+315,17) müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçıya iddianın mümkünlüyü ilə bağlı məsələlər izah edildi. İddiaçının izah edilənlərin ona aydın olduğunu bildirdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2-S- 267871 saylı məktubu, 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktublarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsində iddiaçı “Əmək pensiyaları haqqında” qanunun 20.14.2. və 37.3.1. maddələrini əsas götürərək Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2-S-267871 saylı məktubu, 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktubu və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-6080/2023 saylı və xx.xx.2023cü il tarixli 3-17-1/3-7-10422/2023 saylı Qərarlarının qanunsuz olduğundan ləğv edilməsini; onun aylıq hərbi pensiyası 01,07.2017-ci il tarixindən 912.33 man., xx.xx.2018ci il tarixindən 1038.33 man., xx.xx.2019-cu il tarixindən 1725.16 man., xx.xx.2022-ci il tarixindən 1897.68 man., xx.xx.2023-cü il tarixindən 2176.64 man., xx.xx.2023- cü il tarixindən 2465.79 man. və 01.01,2024-cü il tarixindən 2741.96 manat olması və 27 dekabr 2011-ci il tarixindən yenidən hesablanaraq bu vaxta kimi verilməyən pulların birdəfəlik verilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisələndirilən 16 noyabr 2023-cü il tarixli, 3- 17-1/2-S-267871 saylı məktubu və 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktubu inzibati akt sayılmır. Belə ki, inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisələndirilən məktublar yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2-S-267871 saylı məktubu, 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktubları özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Hazırkı halda isə iddiaçıya aradan qaldıra biləcəyi hər hansı bir hüquqi yardımın edilməsi mümkün deyildir. İddia tələbinə bir neçə dəfə iddia tələbinin dəqiqləşməsi təklif ediləsə də, iddiaçı verdiyi formada iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2-S-267871 saylı məktubu, 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktublarının ləğv edilməsi hissədində mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2-S-267871 saylı məktubu, 22 yanvar 2024-cü il tarixli 3-17-1/2-13539/2024 saylı etiraz məktublarının ləğv edilməsi hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-596/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-596/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver