Məhkəmə qərarları › İş №2-1(112)-5960/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5960/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5960/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Bilgəh bələdiyyəsi iş üzrə 3-cü şəxs) “torpaq sahəsi və fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Bilgəh bələdiyyəsi iş üzrə 3-cü şəxs) “torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 800 kv.m. torpaq sahəsi və ikimərtəbəli mansardlı fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarına əsasən Bilgəh bələdiyyəsi ərazisində yerləşən 800 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qərara əsasən həmin tarixdə iddiaçı ilə bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt imzalanmış və həmin akta əsasən iddiaçı bələdiyyənin hesabına 10880000 (on milyon səkkiz yüz səksən min) manat vəsait ödəmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. 2023-cü ildə iddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsində məlumatlandırma icraatı qaydasında ikimərtəbəli mansardlı fərdi yaşayış evi inşa etdirmişdir. 27 noyabr 2023-ci il tarixində iddiaçı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin 28 dekabr 2023-ci il tarixində inzibati orqan tərəfindən ona ünvanlanmış müvafiq cavab məktubu ilə əmlak üzərində hüquqlarının dövlət qeydyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin imtinasının əsası kimi torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş DT və XK-i tərəfindən təsdiq edilmədiyi qeyd edilmişdir. Halbuki DTXK-i tərəfindən verilən rəyin inzibati akt qüvvəsinə malik olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin məhkəmə sistemində reformaların dərinləşdirilməsi barədə 03 aprel 2019-ci il tarixli fərmanında xüsusən qeyd edilir ki, məhkəmələr ümümilləşdirmə praktikasına diqqət yetirməlidir və eynilik təşkil edən iddialar üzrə fərqli qərarların qəbul ediməsi yolverilməzdir. Digər tərəfdən Ali Məhkəmənin 04 may 2023-ci il tarixli qərarında qeyd edilir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətə baxarkən vətəndaşın bərabərlik hüququna riayyət etməyə borcludur. Belə ki, bu orqan torpaq sahələrinin ayrılması haqqında verilən sərəncam əsasında bir neçə şəxsin hüquqlarını qeydiyyata alaraq onlara reyestrdən çixarış təqdim etsə də,eyni iddia ilə müraciət edən vətəndaşlara torpaq sahələrinin ayrılması hüququnu qeydə almaqdan imtina edib. İddiaçının iddiası eyni faktiki hallara və hüquqi əsaslara əsaslanırdı. Bu baxımdan hazirki ərizənin qoşmasına əlavə edilən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1290/2022 saylı qərarı (iddiaçı Zeynalov Allahverdi ƏMDK -nə qarşı) hazirki iddia tələbi ilə tam eynilik təşkil edən iddia tələbi üzrə bir qərardır və inzibati orqanın imtinasında qeyd edilən arqumentlərə hüquqi cavab verir. Eyni zamanda Ali Məhkəmənin bu qərarından sonra Sumqayit İnzibati Məhkəməsi tərəfindən qəbul edilən daha 4 (dörd) qərar qoşmaya əlavə olunub. Bu qərarlarda hazirki iddia tələbi ilə tam eynilik təşkil edən inzibati işlər üzrə qəbul edimiş qərarlardı və bu qərarlardan inzibati orqan apellyasiya şikayəti vermədən, icra edərək, vətəndaşlara çıxarışlar vermişdir (iddiaçilar X12 oglu, Əli-zadə Xatirə Afət qızı, X10 oglu və X1 ƏMDX-nə qarşı). Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Bilgəh bələdiyyəsi iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (adi cəlb etmə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi imtinadakı əsasları göstərərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-141715- 8/2023 **********38 saylı məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 204 nömrəli 27 aprel 2005-ci il tarixli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində bağ massivində yerləşən 800 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. - 439 nömrəli 27 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı tərəfindən torpaq alqı-satqısına görə 10880000 (on milyon səkkiz yüz səksən min) manat ödənilmişdir. - 27 aprel 2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən Bilgəh bələdiyyəsi tərəfindən İddiaçı Bilgəh qəsəbəsi ərazisində 800 kv.m. torpaq sahəsinin satılması barədə 27 aprel 2005-ci il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin bankının xəzinəsinə əvvəlcədən 10880000 (on milyon səkkiz yüz səksən min) manat haqq ödənilmişdir. - Bilgəh bələdiyyəsinin sədri tərəfindən iddiaçıya Sabunçu rayon Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. - X3 tərəfindən Bakı şəhəri, Sabinçu rayonu, Bilgəh qəsəbəsi, bağ massivində İddiaçı məxsus 2-mərtəbəli mansardlı bağ evinin memarlıq planlaşdırma bölməsi 2023-cü ildə təsdiq edilmişdir. - Bakı şəhər Sabunçu rayon Bilgəh bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 31 yanvar 2023-cü il tarixli 27 nömrəli arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağ massivində yerləşən torpaq sahəsi ona məxsusdur. - Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 14 nömrəli 26 yanvar 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün müvafiq akta əsasən məhv edildiyindən tələb etdiyi sənədlərin sürətlərini təqdim etmək imkanları yoxdur. Eyni zamanda Bilgəh bələdiyyəsinin elektron baza məlumatlarına əsasən Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında İddiaçı Bilgəh qəsəbəsi ünvanında 800 kv.m. təşkil edən torpaq sahəsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı yolu ilə yuxarıda adı qeyd edilən vətəndaşın mülkiyyətinə verilmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun (16-11Q xx.xx.2001-ci il tarixli qanun, maddə 2) tələblərinə uyğun olaraq bələdiyyələrin yerləşdiyi inzibati ərazi üzrə torpaqlar bələdiyyə mülkiyyətində sayılır. Bu baxımdan vətəndaş İddiaçı Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi Bilgəh bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşməklə, bələdiyyənin xüsusi mülkiyyətində olmuşdur. Hazırki məktubun qoşmasına əlavə edilən Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı və Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrini əks etdirən xəritə də buna sübutdur. Eyni zamanda bildirilir ki, qeyd edilən bələdiyyə qərarları hal-hazırda qüvvədədir, qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi və rüsumlar adı çəkilən vətəndaşlar tərəfindən vaxtı-vaxtında ödənilir. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 817 nömrəli xx.xx.2000-ci il tarixli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Sabunçu rayon üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. - “X2” tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli 16 nömrəli mütəxəssis rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı ilə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində bağ massivindən ayrılmış 800 kv.m. (0.08 ha) torpaq sahəsinin Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların hüdudları daxilində yerləşməsi müəyyən edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 204 nömrəli 27 aprel 2005-ci il tarixli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində bağ massivində yerləşən 800 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verilmişdir. 27 aprel 2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən Bilgəh bələdiyyəsi tərəfindən iddiaçıya həmin torpaq sahəsinin satılması barədə 27 aprel 2005-ci il tarixli akt tərtib edilmişdir. Bunun müqabilində iddiaçı bələdiyyənin bank hesabına ödəniş etmişdir. Bilgəh bələdiyyəsinin sədri tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Memar tərəfindən ikimərtəbəli mansardlı bağ evinin memarlıq-planlaşdırma bölməsi təsdiq edilmişdir. Beləliklə işin yuxarıda şərh edilən hallarından göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan müvafiq sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsinə və üzərində inşa etdiyi evə mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Göründüyü kimi müvafiq sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdehin formal dəlilləri ilə baglı məhkəmə bildirir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir... Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Odur ki, iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının istifadəsində olan torpaq sahəsi və inşa etdiyi ev üzərində qanuni istifadəçi olması təsdiqlənir. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə də iddiaçının torpaq sahəsinin və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeyd alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə xüsusilə vurgulayır ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda həmin bələdiyyə tərəfindən ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verilmişdir. Belə olan halda iddiaçıya onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı ilə İddiaçı verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 800 kv.m. torpaq sahəsi və inşa edilmiş ikimərtəbəli mansardlı fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı ilə İddiaçı verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 800 kv.m. torpaq sahəsi və inşa edilmiş ikimərtəbəli mansardlı fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar