Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5961/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, onun pensiyansının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq xx.xx.2021-ci il tarixdən 347.65 manata çatdırılmışdır. İddiaçı cavabdehin bu cavabı ilə razılaşmayaraq cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək X1 İdarəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2015-ci ildə işdən azad olunanda, onun pensiyasının yenidən hesablandığı vaxt az hesablanan (57 manat artırılmalı olduğu halda 17 manat az, yəni 40 manat artırılmışdır) 17 manatın 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra, 2016-cı il tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablanması və ödənilməyən məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o staja daxil edilməyən hərbi xidmət və işlədiyi bəzi dövrlərin staja daxil edilməsinə, 17 manatı 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra, həmin tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablamasına və ödənilməyən məbləğin ona ödənilməsinə dair 2016-cı ildən dəfələrlə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixində Azərpoçt vasitəsilə cavabdeh inzibati orqana müraciət etmişdir. iddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş,. xx.xx.1968-ci ildən hərbi xidmət də daxil olmaqla xx.xx.2002-ci ilədək müxtəlif peşələrdə işləmişdir. Həmin tarixədək ümumi stajı 34 il təşkil edir. Lakin, cavabde xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək İşə Sazlama İdarəsində işlədiyi dövrləri staja daxil etməmişdir. Bundan əlavə, iddiaçı xx.xx.2006-cı ildən Teleqüllədə işləmiş, xx.xx.2013-cü ildə ona 63 yaşından yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda mən işləməyə davam etmiş, xx.xx.2015-ci ildə işdən azad olunmuşdur. Qaununa əsasən, pensiyaı yenidən hesablanmışdır. Lakin həmin vaxt səhvə yol verilmişdir. Pensiyasının məbləği 57 manat artırılmalı olduğu halda 17 manat az, yəni 40 manat artırılmışdır. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək, icraata xitam verilməsini xahiş etmiş və göstərmişdir ki, “İddiaçı xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1969-cu il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.2006-ci il tarixədək 30 il 21 gün əmək fəaliyyəti müəyyən edilmişdir. Belə ki, xx.xx.1968-ci il tarixindən xx.xx.1969-cu il tarıxinədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək olan dövr hərbi xidmət illəri, xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 25 10 1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən 02.01 2002-ci il tarixinədək olan dövrlər iddiaçıya sığorta stajı kimi nəzərə alınmışdır. Vətəndaşın 30 il sığorta stajına əsasən xx.xx.2006-cı il tarixə pensiya sığorta kapitalı: (30 il tam iş stajı x 170 manat) = 5100 manat təşkil edir. Vətəndaşın xx.xx.2006-cı il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5100 manat pensiya kapitalının xx.xx.2013-cü il tarixinədək indeksləşdirilmiş məbləği müvafiq olaraq aşağıda verilmiş cədvələ əsasən hesablanmışdır: İstehlak İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər qiymətləri indeksinin əvvəlinə pensiya kapitalı (manatla) illik səviyyəsi (faizlə) xx.xx.2006 - 5100 xx.xx.2007 8,3 5523,30 xx.xx.2008 16,7 6445,69 xx.xx.2009 20,8 7786,39 xx.xx.2010 1,5 7903,19 01.0. .2011 5,7 8353,67 xx.xx.2012 7,9 9013,61 xx.xx.2013 1,1 9112,76 xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3707,86 manat pensiya sığorta kapitalı nəzərə alınmışdır. Beləliklə, əmək pensiyasının sığorta hissəsinin məbləği cəmi 12820,62 manat (9112,76+3707,86=12820,62 manat) pensiya sığorta kapitalına əsasən 89,03 manat hesablanmışdır. Nəticə etibarilə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği 89,03 manat, baza hissəsi isə 85 manat olmaqla pensiyanın ümumi məbləği 174,02 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təym olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdi həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya öuənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. İddiaçının xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1623,88 manat pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış və 196,14 manatdan 210,26 manata çatdırılmışdır (1623,88 : 115 = 14,12 manat; 196,14 manat + 14,12 manat= 210,26 manat) Əmək pensiyasının baza hissəsinin məbləğinin artırılması ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixindən 220 manata çatdırılmışdır. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixindən 233,9 manata, xx.xx.2018-ci il tarixindən 247,23 manata, xx.xx.2019-cu il tarixindən 254,65 manata, 01,01,2020-ci il tarixindən 296,92 manata, xx.xx.2021-ci il tarixindən 330,77 manata çatdırılmışdır. "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən ən çoxu 3 il əvvələ olmaqla xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanmışdır. Əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixindən 259,85 manata, xx.xx.2019-cu il tarixindən 267,65 manata, xx.xx.2020-ci il tarixindən 312,08 manata, xx.xx.2021-ci il tarixindən 347,65 manata çatdırılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2015 ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. İddiaçının əmək pensiyasının məbləği, 19.01 2020-ci il tarixindən 315,48 manata, xx.xx.2021-ci il tarixindən 351,44 manata xx.xx.2022-ci il tarixindən 363,39 manata xx.xx.2023-cü il tarixindən 380,05 manata çatdırılmışdır. 2314182 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1969-cu il tarixindən xx.xx.1971-ci il tarixinədək hərbi xidmət illəri xx.xx.2006-cı il tarixinədək olan ümumi iş stajına daxil edilməklə əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Əlavə olaraq, xx.xx.2006-xx.xx.2015-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalı texniki texniki səhv nəticəsində pensiyanın hesablanmasında istifadə olunmamış pensiya kapitalıdır. Bundan əlavə İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il taixli 3- 171/1-B-14202/2023 nömrəli qərarla yenidən hesablanmışdır. Onun 435.92 manat məbləğində aldığı əmək pensiyası yenidən hesablanaraq 444,63 manata çatdırılmış vu xx.xx.2023-cü il tarixindən etibarən ödənilmişdir. Ümumilikdə isə 2020-2023-cü illər üzrə bu yenidən hesablanma əsasında İddiaçı 306.67 manat məbləğin də əskikvermə müəyyən edilmişdir.” Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək ərizəni müdafiə etdi və icraata xitam verilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 1161 saylı qərarı ilə xx.xx.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı həmin tarixdən sonra xx.xx.2014-xx.xx.2015-ci illərdə TRİb-nin Bakı Radio-Televiziya Filialında elektrik meaniki vəzifəsində işləmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda məhkəmədən: 1.xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək X1 İdarəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini;
2. xx.xx.2015-ci ildə işdən azad olunanda sonra onun pensiyasının yenidən hesablandığı vaxt az hesablanan (57 manat artırılmalı olduğu halda 17 manat az, yəni 40 manat artırılmışdır) 17 manatın 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra, 2016-cı il tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablanması və ödənilməyən məbləğin ona ödənilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edilərkən xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək X1 İdarəsində işlədiyi dövrlər nəzərə alınmış, lakin hərbi xidmət dövrü nəzərə alınmamış, məhkəməyə müraciət etməsi nəticəsində həmin dövrdə onun sığorta stajına daxil edilərək əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, işdə olan cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsindən, xx.xx.2023-cü il tarixli məktubundan və əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən ən çoxu 3 il əvvələ olmaqla xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanmış, əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixindən 259,85 manata, xx.xx.2019-cu il tarixindən 267,65 manata, xx.xx.2020-ci il tarixindən 312,08 manata, xx.xx.2021-ci il tarixindən 347,65 manata çatdırılmışdır. Daha sonra isə iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2015 ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. Nəticədə iddiaçının əmək pensiyasının məbləği, 19.01 2020-ci il tarixindən 315,48 manata, xx.xx.2021-ci il tarixindən 351,44 manata xx.xx.2022-ci il tarixindən 363,39 manata xx.xx.2023-cü il tarixindən 380,05 manata çatdırılmışdır. Göründüyü kimi, məhəmə icraatı gedişində iddiaçının tələbi təmin edilmiş, lakin yenidən hesablama nəticəsində ona əksik ödənilmiş pensiya məbləği xx.xx.2023-cü il tarixli müraciətinə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün – xx.xx.2020ci il tarixdən hesablanmaqla ödənilməsi qərara alınmışdır. Məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, işdə olan iddiaçının xx.xx.2021-ci il tarixli cavabdehə ünvanlanmış ərizəsində görünür ki, o hərbi xidmət və işlədiyi bəzi dövrlərin staja daxil edilməsini, 17 manatın 2016-cı ildən aldığı pensiyanın üzərinə əlavə edilməsi, həmin tarixdən sonra illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanmasını və ödənilməyən məbləğin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı müvafiq tələblə cavabdehə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, 3 illik müddət həmin tarixdən hesablanmalı və iddiaçıya keçmiş dövr üzrə ödənilməli məbləğ həmin tarixdən başlanmaqla hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1969-xx.xx.1971-ci illərdəki hərbi xidmət dövrü və xx.xx.2013-cü ildə əmək pensiyası təyin edildikdən sonra xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən əvvəlki üç il də daxil olmaqla xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova