Məhkəmə qərarları › İş №2-1(112)-5962/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5962/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5962/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil İsfəndiyar oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “avtomobilin üzərinə qoyulmuş qadağanın götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 163485Q-3222 saylı imtina aktının əsassız hesab edilməsi və 10SL930 qeydiyyat nişanlı BMW markalı avtomobilin üzərinə qoyulmuş qadağanın götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, AD№260402 seriyalı Azərbayycan Respublikası Nəqliyyat X2 əsasən 10SL930 qeydiyyat nişanlı BMW1361 minik avtomobili İddiaçı mülkiyyətindədir. O, həmin avtomobili xx.xx.2018-ci il tarixdə BDYPİ-də alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir, yəni avtomobilin axtarışında qaçırılıb-qaçırılmaması yoxlanıldıqdan və texniki baxışdan keçirildikdən sonra alqı-satqı müqaviləsi bağlanmış və rəsmiləşdirilmişdir. İddiaçı sonradan avtomobili faktiki olaraq alqı-satqı müqaviləsinə əsasən X1. Avtomobili öz adına rəsmiləşdirmək istəyərkən təkrar texniki baxış zamanı avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması aşkarlanmışdır. Bu səbəbdən avtomobilin qeydiyyata alınmasından imtina edilmiş və üzərinə qadağa qoyulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsində araşdırılma aparılmış və qaynaq işlərinin aparılmasına görə aytomobilin qeydiyyata alınmasının Azərbaycan Dövlət YPİ-nin səlahiyyəti olmadığı qeyd edilmişdir. İddiaçı qadağanın götürülməsi ilə bağlı cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixdə cavabdeh qurum tərəfindən iddiaçıya imtina məktubu ünvanlanmışdır. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 1994-cü il buraxılışı olan avtomobilin dəfələrlə alqı-satqı yolu ilə və ya etibarnamə əsasında başqa başqa şəxslərə satıldığını bildirmişdir. Avtomobilin alqı-satqı əməliyyatları həyata keçirilən zaman texniki baxışdan keçirildiyi və hər hansı bir qüsurunun olmadığı qeyd edilmişdir. Beləliklə iddiaçı hesab edir ki, avtomobilin qaçırılması və oğurlanması barədə elektron bazada hər hansı bir qeyd və məlumat olmadığı halda qadağanın qoyulması tam qanunsuzdur.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan “BMW 3161" markalı 1Q-SL-930 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X6 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi İlə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

4. Məhkəmənin 16 fevral 2023-cü il tarixli məktubuna cavab olaraq “BMW 3161" markalı 10SL930 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair aparılmış araşdırmanın nəticəsi barədə Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli, 005-24647-1222 nömrəli məktubun sürəti məhkəməyə təqdim edilmişdir.

5. 06.09.2022-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatda olan X3 etibarnamə əsasında idarə etdiyi “BMW- 3İ6İ” minik markalı, 10SL930 dövlət qeydiyyat nişanlı, sedan tipli, WBACA81040AC41688 ban nömrəli, tünd boz metallik rəngli, 1994-cü il buraxışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir.

6. Qeyd olunan müraciətə əsasən Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “BMW-316İ” minik markalı, 10SL930 dövlət qeydiyyat nişanlı, sedan tipli, WBACA81040AC41688 ban nömrəli, tünd boz metallik rəngli, 1994-cü il buraxışlı avtomobil etibarnamə əsasında X4 məxsusdur. Avtomobil təxminən bir ildir ki, onun idarəçiliyindədir. Avtomobili nasaz vəziyyətdə alıb təmir etdirmişdir. Avtomobili adına qeydiyyat etdirmək istəmişdir. Bu məqsədlə də avtomobili 24 sentyabr 2022-ci il tarixdə BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilə texniki baxış keçirilən zamanı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması məlum olmuşdur. Bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmasından xəbəri olmamış, avtomobili belə bir vəziyyətdə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli 22/1065a nömrəli tədqiqat haqqında arayışından görünür ki, “BMW 3161” minik markalı, 10SL930 dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan WBACA81040AC4İ688 hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin ban nömrəsinin ilk mövqeyində sol tərəfdə təxminən 60 mm məsafədə və ban nömrəsinin son mövqeyindən sağ tərəfə təxminən 480 mm məsafədə qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin zavod lövhəsi (birka) üzərində ban nömrəsini göstərən WBACA81040AC4İ688 hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “-5837923 16 4E 2” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Mühərrik nömrəsində olan “-5837923” rəqəmləri mühərrikin nömrəsini, “16 4E 2” hərf və rəqəmləri isə mühərrikin modelini göstərir. Mühərrik nömrəsinin ilk mövqeyində duran rəqəm göstəricisinin izləri qismən korroziyaya uğradığı üçün oxunmaz hala düşmüşdür. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, “BMW-316İ” minik markalı, 10SL930 dövlət qeydiyyat nişanlı, sedan tipli, WBACA81040AC41688 ban nömrəli, tünd boz metallik rəngli, 1994-cü il buraxılışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıkı qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi nəqliyyat vasitəsinin qeydiyyata alınması üzrə səlahiyyətli deyildir. Göründüyü kimi “BMW-3İ6İ” minik markalı, 10SL930 dövlət qeydiyyat nişanlı, sedan tipli, WBACA81040AC41688 ban nömrəli, tünd boz metallik rəngli, 1994-cü il buraxılışlı avtomobildə ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.

7. Məhkəmə hazırkı iş üzrə iddiaçının nümayəndəsinin təqdim etdiyi yazılı ərizəyə əsasən iddia tələbi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 10SL930 qeydiyyat nişanlı BMW markalı avtomobilin özgəninkiləşdirilməsinin qeydiyyatından imtinasının qanunsuz hesab edilməsi” kimi dəyişdirilmişdir.

8. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.

13. Məhkəmə qeyd edir ki, “BMW-316İ” minik markalı, 10SL930 dövlət qeydiyyat nişanlı, sedan tipli, WBACA81040AC41688 ban nömrəli, tünd boz metallik rəngli, 1994-cü il buraxılışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması işin mübahisəsiz halıdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır.

14. Bu səbəbdən avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurətinin əvvəlcədən BDYPİ-yə bildirilməməsi və bu faktın sənədləşdirilməməsinin hüquqi nəticələri mülkiyyətçinin risk dairəsi ilə əhatə olunur və cavabdeh qurumun hərəkələri mülkiyyətdən istifadəyə nəzarətlə bağlıdır.

15. Odur ki, təqdim olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqlar barədə iddiaçıya (ərizəçiyə) məlumat verilmiş və həmin çatışmazlıqlar aradan qaldırılmamışdır.

16. Odur ki, cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

17. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar