Məhkəmə qərarları › İş №2-1(112)-5965/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5965/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5965/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddiaçının oğlu – X2 doğum haqqında akt qeydində soyadının “Nəsirli” soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixdə oğlu X6 anadan olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarına müvafiq dəyişiklik edilərək oğlunun soyadının onun babasının adına uyğun olaraq “Nəsirli" müəyyən edilməsini arzulayır. Belə ki, oğlunun babası və iddiaçının atası X5 ölkə səviyyəsində tanınmış mühəndis olmaqla ailələrində, həmçinin də bütün nəsildə böyük hörmətə malikdir, nəsilləri onun adı ilə tanınır. Bundan əlavə “Nəsirli" soyadı oğlunun adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. “Məmmədov” soyadının sonluğu rus əsillidir və bu baxımdan onun əvəzinə övladına türk şəkilçisi olan “li" sonluğlu “Nəsirli" soyadının verilməsi vətənpərvərlik, milli köklərimizə yaxınlaşmaq məqsədi daşıyır. İddiaçı oğlu X1 “Nəsirli" soyadına dəyişdirilməsi barədə Cavabdehnə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatının dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki: - 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı 678354 №-li doğum haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. “Atası” qrafasında “İddiaçı”, “anası” qrafasında “X3” göstərilmişdir. X2 anası X3 məhkəməyə ərizə təqdim edərək, övladı X1 dəyişdirilərək “Nəsirli” müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və Cavabdeh xx.xx.2022-ci il tarixli 05/76-125/15 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə istinad edib, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə uyğun olaraq uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə və Mülki məcəllələrinin qeyd edilən normalarından göründüyü kimi fiziki şəxsin adının və soyadının, atasının adının dəyişdirməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmin Qaydaların 6.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadını valideynlərin soyadı ilə bir qayda olaraq müəyyən edir, yəni qanunvericilikdə göstərilən müvafiq norma imperativ xarakter daşımır. Həmçinin, mövcud qanunvericilik valideynlər arasında mübahisə olmadıqda uşağın soyadının dəyişdirilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” kimi müəyyən edilməsinə hər iki valideynin razılığının olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar