Məhkəmə qərarları › İş №2-1(112)-5965/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5965/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5965/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X11 kаtibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin iddiaçıya münasibətdə hissəsinin ləğv edilməsi, iddiaçının daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1nin rəisinin köməkçisi vəzifəsinə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ixtisasına uyğun olaraq daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1nin rəisinin köməkçisi vəzifəsində çalışmışdır.Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri K.Heydərovun imzaladığı 2936/ş saylı, xx.xx.2023-cü il tarixli əmrlə “həmin tarixdən Nazirliyin X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1 rəisinin köməkçisi, daxili xidmət baş leytenantı qismində fövqəladə hallar orqanlarından xaric olunmağı” rəsmiləşdirilmişdir.Beləliklə də, iddiaçının dövlət qulluğunun xüsusi formasında fəaliyyətinə xitam verilmişdir.İddiaçı bu əmr ilə razılaşmır və əsassız olduğundan iddiaçıya münasibətdə hissəvi ləğv edilməsini və hüquqlarının bərpa olunmasını istəyir. İşin faktiki halları ilə əlaqədar bildirir ki, iddiaçı 2011-ci ildən həmin qurumda xidmətə qəbul olunmuşdur və sıravi yanğınsöndürən vəzifəsindən zabit rütbəli rəis köməkçisinədək yüksəlmişdir.Qulluğa başladığı dövrdən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmış, peşə və əmək vərdişlərini formalaşdıraraq daim qanunların tələbləri çərçivəsində işini qurmuşdur.Xidməti fəaliyyətinə başlayan gündən xidmətdən xarıc olunduğu günə qədər heç bir inzibati cəza və ya tənbeh almamış, on iki illik müddət ərzində barəsində yazılı və ya şifahi narazılıqlar olmamışdır. X5 yubiley medalı ilə təltif olunmuşdur.Barəsində qəbul edilmiş əmr işin faktiki hallarını əks etdirməməklə yanaşı əsassızdır və iddiaçıya münasibətdə heç bir mötəbər sübutlara söykənmir və iddiaçının dövlət qulluğunun xüsusi növündə olan fəaliyyətinə xitam verilməsi üçün qanuni hesab edilə bilməz.Belə ki, 30 oktyabr 2023-cü il tarixində həmişəki kimi xidməti ilə əlaqədar növbədə olmuşdur və yanğınsöndürmə növbə X2 vəzifələrininin tələblərinə uyğun olaraq üzərinə qoyulmuş peşə vəzifələrinin yerinə yetirilməsi ilə məşğul olmuşdur.Axşam saat təqribən 21-22 radələrində xidmət ərazisinə daxil olan şəxsləri görüb qarşılamış və raport verərək özünü təqdim etmişdir. Hissənin ərazisinə gələn şəxslər özlərini təqdim edərək Cavabdeh Daxili Təhlükəsizlik Baş idarəsindən gəldiklərini bildirməklə heyətin düzülməsi göstərişini vermişlər. O da bu göstərişə dərhal əməl edərək növbədə olan əməkdaşların düzlənməsi komandasını vermiş və özü də sırada durmuşdur.Həmin vaxt növbədə manqa komandiri,baş çavuş X12, növbə rəisinin köməkçisi daxili xidmət leytenantı X16, yanğınsöndürən kiçik çavuş X20, sürücü çavuş X21 adlı şəxslər olmuşlar.Bu zaman hamının şəhid atası kimi tanıdığı və hörmət etdiyi, X14 mətbəx tərəfdən içəriyə daxil olduğunu və nə baş verməsilə maraqlandığını görmüşdür.Halbuki, əməkdaşlar yoxlamaya gəlməmişdən əvvəl onunla bölmənin dispetçeri daxili xidmət çavuşu X9 iddiaçıdan icazə alaraq yaxınlıqdakı mağazaya getmələrini bildirmiş və ərazini tərk etmişdilər.Həmin şəxsin içəridə olmasından xəbərsiz olmuşdur.Bu şəxsi görən yoxlayıcılar tanıdıqları üçün ona hörmətlə ərazini tərk etməsini bildirsələr də İbrahim Qasımov yenidən içəriyə daxil olmuş və özünü şübhəli aparmağa başlamışdır.Onun ardınca otaqlara baxmaq üçün əməkdaşlar daxil olduqda isə səs-küy qalxmış və orada hansısa qadın olması bildirilmişdir.Onlar oraya gedənə kimi şəhid atası İbrahim Qasımov qadını mətbəxin pəncərəsindən qaçırmış və oradan uzaqlaşmışlar.Bundan sonra rəis heyəti evindən dəvət olunmuş və rəislə digər bir əməkdaşın içkili olması müəyyən edilmiş və rəsmiləşmə aparılmaqla izahatlar alınmışdır.İddiaçı öz yazılı izahatında və şifahi danışıqlarında heç bir qadın görmədiyini və bölmənin ərazisinə kimin girdiyindən xəbərsiz olduğunu bildirmiş, bu işdə heç bir əlaqəsi və təqsirinin olmamasını göstərmişdir.Araşdırma aparılmış və iki aydan sonra barəsində hazırda mübahisələndirdiyi əmr verimişdir.Əmrin məzmununda isə qeyd olunmuşdur ki, güya “iddiaçı 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirmiş, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verməklə Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirmişdir”.Məhkəməyə bildirir ki, bu baş verənlərdən xəbəri olmamış və xidməti ərazinin inzibati binasına kənar şəxs gətirməməklə bunun kimlərinsə tərəfindən edildiyindən xəbərsiz olmuşdur.Yalnız sonradan bilmişdir ki, həmin gecə özü də ailəsi ilə hissənin inzibati binasının ikinci mərtəbəsində yaşayan və bölmə rəisi - daxili xidmət mayoru İsmayıl İsmayılovla yaxın dostluq münasibətlərində olduğundan ərazidə “xüsusi imtiyazlara” malik olan İbrahim Qasımov binanın arxa hissəsində yerləşən ümumi girişdən istifadə etməklə özünə bəlli olan səbəblərdən içəriyə qadın gətirmiş və bunu heç kimə bildirməmişdir.Həmin şəxs X18 Xidmətinin Azərbaycan Dövlət Neft şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu olmaqla şəhid ailəsi statusunda olduğundan hamının hörmət etdiyi və hərəkətlərində müəyyən sərbəstliyi olan şəxsdir və daim hissənin ərazisində olmaqla bölmə rəisi ilə yaxın dostluq münasibətlərində olan şəxsdir.İnzibati binanın quruluşu isə elədir ki,yaşayış sahəsinə daxil olmaq üçün qoyulmuş arxa girişin yanında olan keçid mühafizə olunan qapı ilə bərkidilmədiyindən rahatlıqla və asanlıqla bölmə rəisinin otağına və onun yanında olan “kaptyorka” adlandırılan otağa giriş mümkündür.Hətta bölmənin rəisi də ikinci mərtəbədəki mənzilinə həmin mühafizəsi olmayan keçiddən istifadə etməklə gedərək qalxır və daim oradan istifadə edir.İddiaçının heç xəbəri olmamışdır ki, həmin qapıdan kənar məqsədlər üçün istifadə oluna bilər və ya hadisə günü oraya kimsə gətirilmişdir. Çünki, bölmə rəisi, daxili xidmət mayoru İsmayıl İsmayılovun ətrafında olan ona yaxın şəxslərdən olmadığından ümumiyyətlə heç vaxt həmin tərəfə keçməmiş və xidməti vəzifəsinə aid olmadığından həmin otaqlarla maraqlanmamışdır.İddiaçının hüquqi əsaslandırılmasına gəldikdə isə dövlət qulluğuna xitam verilməsinin hüquqi əsasları əmrdə düzgün tətbiq edilməmiş və maddi hüquq normaları kobudcasına pozulmuşdur.İddiaçı təlimat və qaydalarla üzərinə qoyulmuş vəzifə səlahiyyətlərindən kənara çıxmamış, onları dəqiq və düzgün yerinə yetirməyə çalışmış və pozuntuya yol verməmişdir.AR FHN DYMX Nərimanov rayon DYMH-nin rəisi, daxili xidmət polkovnik-leytenantı M.Əmrahov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “X18 X6 X1 X2 Vəzifələri”nin 1-ci bəndində qeyd olunur ki, “X3 köməkçisi öz işində bilavasitə bölmənin rəisinə tabedir, onun göstəriş və tapşırıqlarını yerinə yetirir, gördüyü işlər barədə ona hesabat verir.”, 2-ci bəndində qeyd olunur ki, “YNR-nın köməkçisi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının FHN haqqında Əsasnaməni, Azərbaycan Respublikası FHN DYMX haqqında Əsasnaməni, Azərbaycan Respublikası FHN DYMXnın şəhər-rayon DYHM-sı haqqında Əsasnaməni, Azərbaycan Respublikası FHN DYMXnın şəhər-rayon X25 Hissəsinin bölməsi haqqında Əsasnaməni, habelə FHN-nin, xidmətin və hissənin əmr və göstərişlərini rəhbər tutur.” Həmin qaydalarda qeyd olunur ki, yanğınsöndürmə növbə rəisinin köməkçisi yanğın texnikasının, yanğın-texniki silahların qeydiyyatını aparır, onları sınaqdan çıxarır və markalanması işini, şəxsi heyətlə yanğınxilasetmə məşğələlərin keçirilməsini təşkil edir və həyata keçirir, bölmədə olan sorucu və təzyiq yanğın şlanqlarını sınaqdan çıxarır və markalanması işini təşkil edir, növbələrdə onların pasportlarında təlimlərdəki və yanğınlardaki işinin qeyd olunmasına nəzarət edir və bu işi aparır, şəxsi heyət tərəfindən yanğın-xilasetmə hazırlığı üzrə təlimlərin yerinə yetirilməsini təşkil edir, köpükəmələgətirən maddənin qeydiyyatını aparır, onların sərfini və köpüklə yanğınsöndürmə avadanlıqlarının saz halda saxlanılmasını nəzarətdə saxlayır,çıxış rayonu ərazisində yerləşən su mənbələrinin qeydiyyatını, yoxlanılmasını təşkil edir və formulyarda qeydlər aparır, hər rüb su mənbələrinin, köpükəmələgətirən maddənin sərfi haqqında müəyyən olmuş qaydada hesabatın verilməsini təşkil edir, iş gününün yekununda X27 Xidmətinin əməkdaşlarından xidmət zonasındakı ərazisindəki yollarında, su mənbələrində, rabitə əlaqələrində baş vermis dəyişikliklər haqqında məlumatların toplanmasını təşkil edir, bölmənin əməliyyat-xidməti fəaliyyətinin hər hansı istiqaməti üzrə işləri yerinə yetirir,sıxılmış hava ilə işləyən aparatlara texniki qulluğu və QTMX-nin sənədlərinin düzgün aparılmasını təmin edir,qonşu hissələrin və bölmələrin çıxış rayonları ərazisində yanğın baş verdikdə manqanın tərkibində yanğın yerinə gedir və manqanın işinə rəhbərlik edir. Keçdiyi xidmət üzrə ikinci növbə rəisi kimi vəzifə borcu yanğın şlanqlarının və şlanq armaturlarının qeydiyyatı, onların sınaqdan çıxarılması və markalanması işini təşkil etmək, xidməti sənədlərin tərtibatı və onların aparılma qaydaları işini təşkil etmək, psixoloji, odlu zolağın və təlim-məşq qülləsinin vəziyyətinə nəzarət etməkdən ibarət olmuşdur.Hazırkı vəziyyətdə yuxarıda qeyd olunanlardan kənar iddiaçının heç bir fəaliyyəti olmamışdır və kiminsə hansı otağa kimisə gətirməsinin qarşısının alınması kimi öhdəliyi olmamış və bundan xəbəri belə olmadığından müdaxilə etməməyi qanun pozuntusu kimi qiymətləndirilməməlidir. Növbə rəisinin köməkçisi olmaqla hüquqları isə aşağıdakı qaydada müəyyən olunmuşdur.Bölmədə YN-nın aparılmasını müəyyən edilmiş qaydada yoxlamaq, YN-nın təşkil məsələləri barədə göstərişlər və sənədlərlə tanış olmaq, YN-nın işnin təşkilini yaxşılaşdırmaq barədə hissə və bölmə rəhbərliyinə təkliflər vermək, səlahiyyətləri çərçivəsində şəxsi heyətin həvəsləndirilməsi və cəzalandırılması barədə hissə və bölmə rəhbərliyinə təkilflər vermək, X3 köməkçisi aşağıdakılara görə məsuliyyət daşıyır; Rəhbərlik tərəfindən ona həvalə edilmiş məsələlərin vaxtında yerinə yetirilməsinə, görülən işlər barədə hesabatların vaxtında təqdim edilməsinə görə. Mövcud vəziyyətdə yuxarıda qeyd olunan hallarla bağlı heç bir pozuntusu olmamış, qüsurlu xidməti qeydə alınmamışdır.Lakin Daxili təhlükəsizlik Baş İdarəsinnin əməkdaşları verilmiş izahatları və öz gözləri ilə gördüklərini təhrif edərək tamamilə əks bir mövqe ortaya qoymuş və rəhbərliyə doğru olmayan məlumat verməklə vicdanlı işçinin əmək və peşə fəaliyyətinə xitam verilməsinə,onun ailə və həyat şəraitinin ağır maddi vəziyyətə salınmasına səbəb olan nəticə formalaşdırmışlar. Onun barəsində verilmiş əmrin məzmununda qeyd olunmuşdur ki, “30 oktyabr 2023-cü il tarixində Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1nin rəisinin köməkçisinin daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispeçeri daxili xidmət çavuşu X15, X18 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu X14 intizam qaydalarını pozaraq X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirdikləri, iş vaxtı etik davranış norma və pinsiplərinə zidd hərəkətlərə yol verdikləri və bunun nəticəsində Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirilməsi müəyyən edilmiş, bununla da onlar, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.3-cü və 10.0.10-cu maddələrinin və Azərbaycan Respublikasının Cavabdeh 30 dekabr 2007-ci il tarixli 140 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarının” tələblərini kobud şəkildə pozmuşlar”. Halbuki adları çəkilən şəxslər sırasında 17 nömrəli X4 işçiləri sırasına daxil olmayan X14 mövqeyi araşdırılmamış, onun izahatı alınmamaqla binaya gətirdiyi xanımın adı və kimliyi barədə heç bir məlumat əldə edilməmişdir.Toplanmış materiallarda irəli sürülmüş pozuntu halının əsas iştirakçısı olan xanımın müəyyən olunması, kimin tərəfindən binaya və necə gətirilməsi aydınladırılmamışdır.Mövcud vəziyyətdə isə Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarının apardığı araşdırma işin həqiqi hallarını əks etdirməmiş, xətanın xarakteri, şəraiti və əsas səbəbkar şəxslər müəyyən edilmədən təqsirsiz şəxsə intizam tənbehi verilmişdir. Baş vermiş hadisədə isə konkret iddiaçının əməlinin nədən ibarət olması müəyyən edilmədən barəsində əsassız ittiham irəli sürülməklə haqsız cəzalandırılmışdır.İddiaçı ailəlidir,iki azyaşlı uşaq atasıdır. Övladlarından kiçik oğlu 2019-cu il təvəllüdlü X22 ürək xəstəsidir və 2022-ci ildə ürəkdamar əməliyyatı keçirmişdir.Onun müalicəsi davam etdirilir və iddiaçı maddi çətinliklər içərisindədir. Yaşlı atasına və anasına da iddiaçı baxır.Ağır ailə vəziyyətində yaşamaqla ailənin bütün yükü iddiaçının üzərindədir. İddiaçı yeganə iş yerini itirmiş, əmək haqqı üzrə gəlirindən məhrum olunmuşdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X8 yoxlama aparılmışdır. Yoxlama zamanı həmin bölmənin yanğınsöndürmə növbə rəisinin köməkçisi daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispetçeri Seymur Məmmədovun və X18 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu İbrahim Qasımovun intizam qaydalarını pozaraq X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirdikləri, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verdikləri və bunun nəticəsində Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirilməsi müəyyən edilmişdir.Nəticədə vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Cavabdeh 25 dekabr 2023-cü il tarixli 2936/ş nömrəli əmri ilə Nazirliyin X18 Xidmətinin əməkdaşları İddiaçı, Seymur Məmmədov, İbrahim Qasımov barədə intizam tənbehi tətbiq edilmiş və onlar fövqəladə hallar orqanlarından xaric edilmişlər. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü və 10.0.10-cu maddələrinə əsasən X5 əməkdaşı X5 digər işçilərinin işini çətinləşdirən, yaxud X5 nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik davranış və intizam qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır.Müəyyən edilmişdir ki, 17 nömrəli X8 30 oktyabr 2023-cü il tarixdə İddiaçı xidmətdə olarkən ümumiyyətlə xidməti fəaliyyət çox zəif təşkil edilmiş, bəzi əməkdaşlar spirtli içki qəbul etmiş, xidməti yerlərini tərk etmiş, yoxlayıcı şəxslər bölməyə daxil olarkən fasad gözətçisi xidməti yerində olmamış və bölmənin otağında bir nəfər qadın aşkar edilmişdir. Aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq Cavabdeh müvafiq əmrləri ilə bölmə rəisi İsmayıl İsmayılov, manqa komandiri Aydın Höcətov, yanğınsöndürən Nail Novruzov, eləcə də, İddiaçı, Seymur Məmmədov, İbrahim Qasımov fövqəladə hallar orqanlarından xaric edilmiş, Nərimanov rayon Dövlət X7 rəisi polkovnik-leytenant Mahir Əmrahova töhmət verilmişdir.“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən X5 əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: məzəmmət (irad); töhmət; şiddətli töhmət; tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; vəzifədən azad etmə (bu halda X5 əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); fövqəladə hallar orqanlarından xaric etmə; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəməsən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə işlasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 9.Məhkəmədə şahid qismində dinlənilmiş Şahid ifadəsində göstərmişdir ki, o, İddiaçı tanımır. İbrahim adlı şəxsi uzun illərdi ki, tanıyır və ona bir neçə dəfə ətir satmışdır. İbrahim ona zəng edərək ətir almaq istədiyini, lakin o, sərxoş olduğundan avtomobil idarə edə bilməyəcəyini bildirərək şahidi evinə dəvət etmişdir. Taksi ilə İbrahimin bildirdiyi ünvana yaxınlaşanda İbrahim və onun yanında avtomobili idarə edən tanımadğı şəxs onu götürdükdən sonra İbrahimin evinə tərəf yola davam etmişlər. İbarhimin bildirdiyi əraziyə çatdıqda arxa girişdən yuxarı qalxmışlar. Yuxarı qalxan zaman onu gətirdiyi yerin ev olmadığını görmüş və bu zaman İbrahimdən soruşmuşdur ki, bura haradır, ona cavab olaraq bildirilmişdir ki, narahat olma hər şey nəzarəti altındadır. Otağa keçib əyləşən zaman həyəcan siqanlı verilmişdir, bu zaman İbrahim onu arxa otağa salaraq buradan çıxmamağını tapşırmışdır. Onun bildirdiyi kimi arxa otaqda onu gözləyən zaman FHN əməkdaşlarından bir nəfər arxa otaqda onu görüb burda nə işin var deyən zaman İbrahim ona yaxınlaşaraq qadın mənimlədir deyə bildirmişdir.Şahid özü İddiaçı ilk dəfə orda görmüşdür. Şahiddən bura kim ilə gəldiyini soruşanda İbrahimin maşını ilə gəldiyini onlara bildirmişdir.Binaya daxil olanda İbrahim burada yaşadığını və bu binada qaçqınların yaşadığını bildirmişdir.O binanın arxa girişindən icəri daxil olmuşdur. Həmin an heç kim yox idi və onu görən də olmamışdı. Onu görən zaman ondan heç bir şəxs izahat almadı.Onun barəsində Kamrandan özləri soruşmuşlar, həmin an İbrahim onunla gəldiyini bildrmişdir.Qabaq qapıdan onu heç kim görməmişdir. Şahid İbrahimlə arxa qapıdan daxil olmuşdur, o arxa tərəfə maşınla keçərkən İbrahim qonşuların onu görməməsi üçün əyilməyini bildirmişdir. 10.Məhkəmə iş materiallarında olan: Azərbaycan Respublikasının Cavabdeh 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən “30 oktyabr 2023-cü il tarixində Daxili Təhlükəsizlik Baş idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X18 Xidmətinin Bakı şəhər Nərimanov rayon Dövlət X7 17 nömrəli X10 X3 köməkçisi daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispetçeri daxili xidmət çavuşu X15, X18 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu X14 intizam qaydalarını pozaraq X18 Xidmətinin Bakı şəhəri, Nərimanov rayon Dövlət X7 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirdikləri, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verdikləri və bunun nəticəsində Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirilməsi müəyyən edilmiş, bununla da onlar "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü və 10.0.10-cu maddələrinin və Azərbaycan Respublikasının Cavabdeh 30 dekabr 2007-ci il tarixli, 140 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozmuşlar.Qeyd olunanları nəzərə alaraq, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqnda” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə“nin 10.10.22-ci il tarixli yanmbəndini rəhbər tutaraq vəzifələrinin icıası zamanı kobud pozuntulara görə Nazirliyin X18 Xidmətinin Bakı şəhəri, Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1 rəisinin köməkçisi daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispetçeri daxili xidmət çavuşu X15, X18 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük surücusü daxili xidmət baş çavuşu X19 Cavabdehndən xaric edilmişlər.Əmrin verilməsinə əsas kimi Daxili Təhlükəsizlik Baş İdarəsinin 1 dekabr 2023-cü il tarixli, 3-18/3-W-2983/2023 nömrəli təqriri qeyd edilmişdir; İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2023-cü ilə qədər Fövqəladə Hallar orqanlarında xidmətdə olmuşdur; Ali təhsil haqqında diploma əsasən iddiaçı Ukrayna Mülki Müdafiə Universitetinin yanğın təhlükəsizliyi mühəndisliyi fakultəsini bakalavr səviyyəsində bitirmişdir; Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının, habelə iddiaçı ilə bir qurumda xidmət etmiş X13 izahatları, yanğınsöndürmə növbəsinin şəxs heyətinin xidmətə çıxış kitabından çıxarış, inzibati tənbeh tətbiq edilməsi haqqında əmrlər vardır, İddiaçı xx.xx.2023-cü il tarixli və digər izahatlarından görünür ki, iddiaçı həmin izahatlarında yanğından mühafizə hissəsində yoxlama zamanı aşkar edilmiş qadın barədə məlumatının olmadığını bildirmişdir.

İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

11. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən X5 hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; 33.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 33.1.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, habelə hərbi və ya hüquq mühafizə orqanlarına xidmətə keçdikdə; 33.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 33.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda; 33.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 33.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 33.1.8. müvafiq icra hakimiyyəti orqanının tələbi ilə tibbi müayinədən keçməkdən imtina etdikdə; 33.1.9. bu Qanunla fövqəladə hallar orqanlarında xidmətə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 33.1.10. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə; 33.1.11. xidmətdə olmanın son yaş həddinə çatdıqda; 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; 33.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 34.0-cı maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır:34.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy;34.0.2. məhkəmənin qərarı. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir. 12.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:..ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 13.İşin faktiki hallarından görünür ki, İddiaçı X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1nin rəisinin köməkçisi vəzifəsində işləmişdir, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Orqanlarından xaric edilmişdir, buna əsas kimi digər şəxslərlə yanaşı iddiaçının da Bakı şəhəri, Nərimanov rayon X18 Hıssəsınin 17 nömrəli X4 ərazisinə kənar şəxs (qadın) gətirməsi, bununla da iş vaxtı etik daranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verməsi və nəticədə Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilmişdir. İddiaçı qeyd edilən hərəkətə yol vermədiyini iddia edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ona aid hissədə ləğv edilməsini tələb etmişdir. Məhkəməyə təqdim edilmiş şahid ifadəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrində qeyd edilən kənar şəxs kimi o - Şahid yoxlama aparılan zaman 17 nömrəli X4 ərazisində aşkar olunmuşdur, İddiaçı tanımır, şahidi Bakı şəhəri, Nərimanov rayon X18 Hıssəsınin 17 nömrəli X4 ərazisinə İbrahim adlı şəxs gətirmişdir, o bölmənin ərazisinə gələn zaman onu görən şəxslər olmamışdır. Beləliklə iddiaçının X4 ərazisinə kənar şəxsi gətirməsi və bununla da etikadan kənar hərəkətlərə yol verməsi şahid ifadəsi ilə təkzib olunur və cavabdeh isə həmin kənar şəxsi X4 ərazisinə iddiaçının gətirməsini sübuta yetirəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh etirazında 17 nömrəli X8 30 oktyabr 2023-cü il tarixdə İddiaçı xidmətdə olarkən ümumiyyətlə xidməti fəaliyyətin çox zəif təşkil edilməsi, bəzi əməkdaşların spirtli içki qəbul etməsi, xidməti yerlərini tərk etməsi, yoxlayıcı şəxslər bölməyə daxil olarkən fasad gözətçisinin xidməti yerində olmaması və bölmənin otağında bir nəfər qadının aşkar edilməsini iddiaçının fövqəladə hallar orqanından xaric edilməsinin əsası kimi göstərsə də iddiaçının həmin nöqsanlara görə cavabdeh olmasını, məsuliyyət daşımasını, qeyd edilən nöqsanlara yol verilməməsi kimi vəzifələrinin olmasını təsdiq edəcək (iddiaçının imza edərək tanış oduğu) təlimat, müqavilə, saziş, qayda və ya digər bu kimi sənədləri təqdim etməmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 15.Hal-hazırda inzibati işə baxılan zaman məhkəmə müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən iddiaçı X17 münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə riayət edilməmişdir, inzibati icraat aparılan zaman cavabdeh iddiaçının izahatında qeyd edilən nəzərə almamış, yanğınsöndürmə bölməsinin ərazisində aşkar edilmiş şəxsin izahatı alınmamış, həmin şəxsin konkret kim tərəfindən bölmənin ərazisinə gətirilməsini və bu hala vəzifə təlimatına görə nəzarət etməli və qarşısını almalı olan şəxslərin dəqiq dairəsini müəyyən etməmiş, nəticədə məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişsiz olan qanunsuz inzibati akt qəbul edilmişdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin İddiaçı münasibətdə hissəsi ləğv edilməli, iddiaçının daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1nin rəisinin köməkçisi vəzifəsinə bərpa olunması öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməlidir.

18. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin İddiaçı münasibətdə hissəsi ləğv edilsin, İddiaçı daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X18 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli Yanğından Mühafizə X1nin rəisinin köməkçisi vəzifəsinə bərpa olunması öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar