Məhkəmə qərarları › İş №2-1(112)-5967/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5967/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5967/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “sosial müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1980 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1 fevral 1988-ci ildə başlamış 1-ci Qarabağ savaşında iştirak etmiş və özünümüdafiə dəstə və birləşmələrin tərkibində DQMV ərazisində keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir. Ona 20 sentyabr 2017-ci ildən müharibə veteranı statusu verilmişdir. Qanunvericiliyə əsasən illərin ödəilməmiş sosial müavinətlə bağlı son 3 ilin sosial müavinəti (veteran pulu) 55 manatdan hesablanaraq (hansı ki, bu da 1980 manat edir) ödəniş həyata keçirilir. İddiaçı hələ də sözügedən məbləği DSMF tərəfindən əldə edə bilməmişdir. Bu məsələ ilə bağlı quruma yazılı şəkildə müraciət ünvanlamışdır. Qurum (DSMF) tərəfindən ona heç bir əsası olmayan cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin olunmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2019-cu il tarixli 38 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Nazirlik) müraciət edərək, ona 20 sentyabr 2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsini xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılaraq xx.xx.2022-ci il tarixli məktubla İddiaçı tələb olunan dövrdə əmək pensiyası təyin olunduğu üçün ona müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki üç il üçün ödənilməsindən imtina edilmişdir. Belə ki, İddiaçı xx.xx.2008-ci il tarixli qərarla 23.01 2008cı il tarixdən 96.65 manat əlilliyə görə pensiya təyin olunmuşdur. M Pasavev xx.xx.2019-cu il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona Prezident təqaüdünün təyin edilməsi üçün müraciət etmiş yə iddiacıva 01 04.2019-cu il tarixdən etibarən sözügedən təqaüd təyin edilmişdir. Göründüyü kimi M-Paşayev “20 sentyabr 2014-cü il tarixdən 20 sentyabr 2017-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi həmin dövrdə (xx.xx.2008-ci ildən etibarən) əmək pensiyası aldığına görə iddiaçının iddia tələbinin əsassız olması nəzərə alınmalı və iddia təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibatı rosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, 20 sentyabr 2017-ci il tarixdən əvvəlki üç il üçün sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Laçın rayon, Mişni kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı, 00543 nömrəli xx.xx.2017-ci il tarixli İddiaçı verilmiş müharibə veteranı vəsiqəsinə əsasən vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İnzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Tibbi- Sosial Ekspert Kommisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik, diaqnoz: Kəskin mexaniki bağırsaq keçməməzliyi nazik bağısağın yayılmış nəciz peritoniti təkrar laporatomiya adhezivlik ileoileomastomozun qoyulması, əlillik səbəbi: ümumi xəstəlik, əmək zəmanəti: əmək qabiliyyətsiz, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: Müddətsiz. -X4 Sistemindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş pensiya işinə dair səndlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin 084438 nömrəli pensiyaçının uçot vərəqinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixli 528 nömrəli qərarla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli təqaüdün verilməsi haqqında məktubda bildirilmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 1 aprel 2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Eyni zamanda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1 aprel 2019-cu il tarixindən qüvvədə olan 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə (müharibə veteranlarına) kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Müraciətinizə istinadən 2015-ci il tarixindən, sizə əmək pensiyası təyin edilmişdir. Bu baxımdan, əmək pensiyası təyin olunan tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin sizə ödənilməsi qanunvericiliklə mümkün deyildir. Belə ki, qanunvericiliyə uyğun olaraq sizə 1 aprel 2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri də ödənilir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MV seriyalı, 00543 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddaçıya 1 aprel 2019-cu il tarixindən etibarən aylıq 80 manat müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və həmin tarixdən də ödənilir. Hazırkı iddiasında iddiaçı ona prezident təqüdündən əvvəl veteran vəsiqəsini aldığı 2017-ci ildən əvvəlki 3 il üçün müharibə veteranları üçün ödənilən sosial müavinətin hesablanaraq ödənilməsini mübahisələndirir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd Prezident təqaüdünün təsis edildiyi tarixdən təyin edilmiş, vəsiqəni aldığı vaxtda həm də əmək pensiyası təyin edildiyindən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Məhkəmə inzibati mübahsiə üzrə aşağıdakı normalara istinad edir. 28 iyun 1994-cü il tarixli “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə (....) - 55,0 min manat ödənilməsi nəzərdə tutulmuşdur. 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərman ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir. 2005-ci il avqustun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, müharibə veteranları anlayışı qanunvericiliyə 1994-cü il tarixli “Veteranlar haqqında” Qanunla gətirilmiş və 1995-ci ildən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin məhz veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanın 6-cı bəndi ilə müharibə veteranı adı almış şəxslərə (....) - 55,0 min manat ödənilməsi nəzərdə tutulmuş, 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərman ilə qeyd edilən bənd qüvvədən düşmüş, 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmana əsasən müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş, müharibə veteranlarına xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Qanunla tənzimlənən sosial müavinət ödənilmişdir. 2019-cu il 1 aprel tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Hazırkı işin mübahisələndirilən halı iddiaçının müharibə veteranı statusuna görə müvafiq güzəştləri əldə etmək hüququnun hansı vaxtdan yaranması, qanunvericiliyə əsasən hansı vaxtdan hesablanaraq ödənilməli olmasının aydınlaşdırılmasından ibarətdir. Bu məsələyə isə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, müharibə veteranları üçün güzəştlərin verilməsini nəzərdə tutan qanunvericiliyin- “Sosial müavinətlər haqqında” Qanunun yaxud Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanın tələblərinə əsasən qiymət verilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin təyin edilməsi və onun ödənilməsi anlayışları fərqləndirilmişdir. Qeyd edilməlidir ki, müharibə veteranı statusuna görə müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Müharibə veteranı statusuna görə müavinətin təyin edilməsi anı da məhz onu almaq hüququnun yarandığı anı ehtiva edir. Müavinətin ödənilməsi anı ilə bağlı isə qanunverici müəyyən etmişdir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilir, lakin bu zaman həm də əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Dolayısı ilə, qanunvericiliyin tələbinə görə inzibati orqan müharibə veteranı vəsiqəsi təqdim edildikdə eyni anda iki hərəkəti etməlidir- həm müavinət üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr etməlidir. Lakin bu zaman xüsusən o hal nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Qanunun yuxarıda qeyd edilən 7.0.6-cı maddəsinə görə sosial müavinət müavinət almaq hüququ qazanmış o şəxslərə (o cümlədən müharibə veteranlarına) təyin edilir ki, həmin şəxslər növündən asılı olmayaraq əmək pensiyaçısı olmasın. Başqa sözlə, əmək pensiyası hüququ olan şəxsə eyni zamanda sosial müavinətin təyin edilməsi qanunla yolverilməzdir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı 2008-ci il tarixdən əlilliyə görə əmək pensiyaçısı, 2015-ci ildən isə yaşa görə əmək pensiyaçısıdır. İddiaçının müharibə veteranı statusundan irəli gələn güzəştləri, o cümlədən sosial müavinəti almaq hüququ yarandığı xx.xx.2017-ci il tarixdə, eləcə də həmin tarixdən əvvəlki 3 il ərzində də əmək pensiyaçısı statusunda olmuş, müvafiq pensiya növləri üzrə əmək pensiyası ödənişləri ilə təmin edilmişdir. Belə olan halda iddiaçı pensiyaçı olduğundan müharibə veteranı statusu aldığı dövr müavinətin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən “Sosial müavinətlər” haqqında Qanunla sosial müavinət almaq hüququ istisna edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya vəsiqəni aldığı vaxtdan və eləcə də ondan əvvəlki 3 il üçün də sosial müavinətin ödənilməsi yuxarıda sadalanan qanunvericiliyin tələbinə uyğun deyildir. Eyni zamanda qeyd edilməlidir ki, 2019-cu il 1 aprel tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Başqa sözlə, yeni tənimzləməyə görə müharibə veteranları üçün sosial ödəniş təyinatlı müavinət deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi nəzərdə tutulmuşdur və adıçəkilən təqaüd şəxsin pensiya yaxud sosial müavinət almasından asılı olmayaraq müharibə veteranı vəsiqəsi olan şəxslərə verilir. Odur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən etibarən yaşa görə əmək pensiyası ilə yanaşı prezident təqüdü də ödənilir. Bundan əlavə adı çəkilən Fərmanda təqaüdün xx.xx.2019-cu il tarixdən əvvəlki tarixlər üçün ödənilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “sosial müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar