Məhkəmə qərarları › İş №2-1(112)-5968/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5968/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5968/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyinin nümayəndəsi X10, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 nümayəndəsi X14, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi (vəkili) X16 və nümayəndəsi X17 iştirakı ilə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin birgə cavabdehlər X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7rşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "xxxx" MMC və "xxxx" ASC) “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11rşı “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə iş Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 04.7.2008-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə İddiaçı2 MMC arasında Qaradağ əhəngdaşı yatağında (İİ geologi sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair DEİ/936 nömrəli icazə verilmişdir. Lakin 20.05.2019-cu il tarixdə Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə İddiaçı2 MMC arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə cavavbdehin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri ilə xitam verilmişdir. Cavabdeh tərəfindən həmin müqavilə və icazə sənədinə xitam verilməsinin əsasları qismində hər il dağ-mədən işlərinin inkişaf planının razılaşdırılmasının təmin olunmaması, faydalı qazıntı (əhəngdaşı tullantısı) ehtiyatlarının hasilatı haqqında illik hesabat balansının (5G forması) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun təqdim olunmaması, yerin təkindən istehsalat tullantılarından) istifadə ilə əlaqədar ətraf mühitin çirkləndirilməsinə görə müəyyən ödənişlərin həyata keçirilməsinin təmin olunmaması göstərilmişdir. Hesab edilir ki, Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri qeyri-qanunidir. Məlum olduğu kimi ölkəmizdə inşaat sahəsində istifadə olunan başlıca materiallardan biri də əhəng daşının kəsilməsi yolu ilə hazılanan mişar daşıdır. Bu material başlıca olaraq Abşeron yarımadasında yerləşən əhəng daşı yataqlarında istehsal olunur. Mişar daşının istehsalı yetmiş illik sovet hakimiyyəti dövründə həyata keçirilmiş və onun istehsalı bugünə qədər davam etdirilməkdədir. Bu materialın istehsalı zamanı yerin təkində olan əhəng daşının təqribən 50 faizi yararlı material kimi əldə edilsə də, qalan 50, bəzən daha çox faiz əhəng daşı toz və qırıntılar formasında yararsız material kimi istifadəsiz qalaraq karxanaların ətrafında qalaqlanaraq qalmışdır. Ötən təqribən 100 il ərzində həyata keçirilmiş mişar daşı istehsalı nəticəsində milyonlarla ton bu cür istehsalat tullantısı istifadəsiz qalaraqətraf mühitə ciddi ziyan vurmuşdur. Bu istehsalat tullantıları sement istehsalına cəlb olunmurdu. Bu tullantılar içərisində çoxlu metal tullantıları mövcuddur ki, onlar sement zavodunun avadanlıqlarını tez sıradan çıxararaq istehsalat prosesinin dayanmasına və böyük təmir xərclərinə səbəb olmuşdur. Onlar sahələrdə atılıb qalmış bu tullantıları emal edərək sement istehsalına yararlı vəziyyətə gətirmək üçün avadanlıq işləyib hazırlamağa başlayıblar. Bunun üçün Rusiya Federasiyasına öz əməkdaşlarını ezam ediblər və orada olan zavodların biri ilə bu cür və orada olan zavodlardan biri ilə qurğunun istehsalı üçün müqavilə bağlayıblar. Qurğu hazırlandıqdan sonra onu gətirib hazırladıqdan sonra onu gətirib karxanada quraşdırıblar. Bundan sonra tullantıların keyfiyyətinə görə fərqləndirilməsi və seçilməsi üçün metod işləyib hazırlayıblar, Almaniyadan mütəxəssis dəvət edərək özləri üçün əldə etdikləri georadar aparatı vasitəsilə bu tullantıların yerləşmə xəritəsini, o cümlədən keyfiyyət göstəricisi üzrə xəritəsini hazırlatdırıblar. Tullantıların istehsala cəlb edilməsi nəticəsində ətraf mühitə atılmış külli miqdarda tullantı təmizlənmiş, əhəng daşı yataqlarının sement istehsalı üçün partladılaraq istifadəsinə 90% azalmış, tullantılardan istifadənin səmərəliliyi 95 faizə çatdırılmışdır. Fəaliyyətləri sayəsində onilliklərlə ətraf mühiti çirkləndirən tullantılar yararlı hala saklbaraq istifadə edilmiş və bunun nəticəsində dövlət büdcəsinə ödənişlər edilmiş, yeni iş yerləri yaradılmışdır. Əgər cavabdeh tərəfin 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verilməsi üçün qüsurlar var idisə, ilk növbədə iddiaçıya həmin qüsurların aradan qaldırılması üçün xəbərdarlıq edilməli idi. Daha sonra qeyd edilən müqavilə və icazə ləğv olunmalı idi. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququnun xitamı və məhdudlaşdırılması zamanı yerin təkinin istifadəçisi əvvəlcədən xəbərdar edilməlidir. X28 İdarəsi hər hansı xəbərdarlıq etmədən birbaşa 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə 16.05.2019-cu il tarixli 19/ü nömrəli Əmri ilə xitam vermişdir. Müqaviləni heç bir xəbərdarlıq etmədən birtərəfli qaydada ləğv edilməsi qeyri-qanuni hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmasıbsa, tərəflərin razılaşması ilə mümkündür. Eyni zamanda fəaliyyətlərinin 10 ili ərzində ətraf mühitə atılmış milyon tonlarla tullantını təmizləyərək istehsala cəlb etdiklərini, yeni iş yerləri yaratmaqlarını və səmərəsiz formada atılıb qalmış tullantıları dəyərli xammal formasına salmaqla xalqımıza və dövlətimizə xeyir vermək kimi müsbət xarakterli tərəfləri də nəzərə alınmalı idi. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri qeyri-qanuni hesab edirlər. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verilmiş və ya bu hüququ məhdudlaşdırılmış fiziki və ya hüquqi şəxs bununla razı olmadıqda məhkəməyə müraciət edə bilər.

3. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019cu il tarixli 2-1(82)-3377/2019 nömrəli qərardadı ilə iddia tələbinə “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə 16 may 2019-cu il tarixli əmrin ləğv edilməsi” kimi baxılması, həmçinin “Holcim (Azərbaycan)” ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

5. Şirvan İnzibati Məhkəməsinin 04 may 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və “Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

6. Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

7. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11rşı «müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» barədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 əsl cavabdeh X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyi əvəz edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 cavabdeh sırasından çıxarılması, X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyinin üçüncü şəxs sırasından çıxarılması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X23 Agentliyinin isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.

8. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2-1(120)-724/2020 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X22 Nazirliyinin tabeliyində yaradılmış Mineral X1rşı «müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» barədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 ilə əvəz edilməsi, X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyinin cavabdeh sırasından, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 üçüncü şəxs sırasından çıxarılması, X22 Nazirliyinin tabeliyində yaradılmış X12 İstifadə Agentliyinin isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.

9. iddiaçı Viləş-A.A.” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7rşı iddia qaldıraraq «04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verilməsi barədə 16.05.2019-cu il tarixli əmrin ləğv edilməsi» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir.

10. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası “mübahisələndirmə haqqında” iddiaya aid olduğundan və mübahisələndirilən inzibati aktı (əmri) qəbul etmiş cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid ərazini əhatə etdiyindən, hazırkı mübahisəyə iddiaçının yerləşdiyi yer üzrə inzibati-iqtisadi məhkəmədə baxılmalı olmasını, cavabdehin olduğu yerin, hüquqi ünvanının İmişli rayonu ərazisində olmasını əsas gətirərək, hazırki işi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir.

11. Hazırkı inzibati iş Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli e-2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərildiyindən həmin iş üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir.

12. Şirvan İnzibati Məhkəməsinin 08.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli e- 2-1(82)-3377/2019 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7rşı «müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi» tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir.

13. Şirvan Apelyasiya Məhkəməsinin 01.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7rşı “müqaviləyə və icazə sənədinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

14. Məhkəmə ərazi aidiyyəti ilə bağlı qərardadda ifadə edilən hüquqi mövqe ilə razılaşaraq hesab edir ki, hazırki işə baxmağa səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsi hesab olunmalıdır.

15. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

16. İddiaçının hazırkı iddia tələbi müəyyən ərazi ilə bağlı hüquqla əlaqədardır. Başqa sözlə hazırkı iddianın mahiyyəti müəyyən olunmuş ərazidən tullantıların çıxarılmasına hüquq verən sənədin ləğvi ilə bağlı inzibati aktın mübahisələndirilməsi ilə bağlıdır. Məhkəmə fikrini daha aydın ifadə edərək bildirir ki, iddiaçıya yerin təkindən istifadə edilməsi ilə bağlı verilmiş hüquq məhz icazə sənədində göstərilən əraziyə aiddir. İddiaçı həmin sənəd ilə respublikanın istənilən ərazisindən deyil, məhz həmin icazə sənədində və müqavilədə göstərilən ərazidən dağ-mədən istehsalı tullantılarından istifadə edə bilər. İş materiallarından və yuxarıda qeyd olunan sənədlərdən müəyyən olunur ki, həmin ərazi Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşir.

17. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə 02.07.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaçı "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X23 Agentliyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X31 X4 (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" ASC) qarşı “müqavilə və icazə sənədinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi (ləğv edilməsi)” iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

18. İddiaçı 07.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağmədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə İddiaçı2 MMC arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X31 X3 hazırda cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X23 Agentliyi ilə yanaşı cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

19. İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə 02.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X31 X5 üçüncü şəxs qismində iştirakına xitam verilərək cavabdeh qismində nəzərə alınmışdır.

20. “Yerin təkinin (istehsalat tullantılarının) istifadəyə verilməsi haqqında” 04.07.2008-ci li tarixli müqavilədə müqavilə tərəfi kimi "xxxx" MMC göstərilsə də, müqavilənin rekvizitləri hissəsində dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olmaqla İddiaçı2 MMC-nin möhürü əks olunmuşdur. Odur ki, hazırki iş üzrə İddiaçı2 MMC olmalıdır.

21. Beləliklə, hazırki iş üzrə iddia tələbi və tərəflərin dairəsi aşağıdakı kimi müəyyən olunur: “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə İddiaçı2 MMC arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmrin ləğv edilməsi-iddia tələbi "xxxx" MMC-iddiaçı; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X23 Agentliyi-cavabdeh (bundan sonra cavabdeh DEEA); Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X31 X5cavabdeh (bundan sonra cavabdeh DMXEİSA); Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi-üçüncü şəxs (bundan sonra üçüncü şəxs ETSN); "xxxx" MMC-üçüncü şəxs; "xxxx" ASC-üçüncü şəxs.

22. İş materialında olan 08.07.2008-ci il tarixli, DEİ 936 nömrəli icazə sənədindən görünür ki, bu məktub “Yerin təkindən istifadə hüququna icazə verilməsi Qaydaları”nın təsdiqinə qədərki müddətdə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "xxxx" MMC-yə “Qaradağ” əhəngdaşı yatağının (İİ geoloji sahə) dağ- mədən istehsalı tullantılarından istifadəyə hüquq verir.

23. İş materialında olan “Yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında 04.07.2008-ci il tarixli müqavilənin 1-ci, 2-ci, 2.1-ci, 2.2-ci və 2.3-cü maddələrindən görünür ki, yerin təkindən istifadənin növü istehsal tullantılarından istifadədir, faydalı qazıntıların çıxarılacağı və yaxud işin görüləcəyi yatağın (sahənin) adı “Qaradağ” əhəngdaşı yatağı (İİ geoloji sahə), yerləşdiyi yer və inzibati ərazi vahidi isə Bakı şəhəri, Qaradağ rayonudur.

24. İş materialında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmrindən görünür ki, Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli DEİ/936 nömrəli icazə sənədinə xitam verilmişdir. İdarənin ümumi işlər üzrə mütəxəssisinə tapşırılmışdır ki, əmrin surətinin Nazirliyin 23 may 2018-ci i il tarixli 314/Ü nömrəli əmri ilə yaradılmış komissiyaya və X24 Departamentinə, Əmrlə bağlı bildirişin isə İddiaçı2 MMC-yə təqdim edilməsini təmin etsin.

25. İddiaya cavab verməli olan şəxsin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il 975 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də onun yanındakı qurumların Əsasnaməsi və tabeliyində olan “X23 Agentliyinin Nizamnaməsi”, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının və yanındakı qurumların Aparatının işçilərinin say həddi təsdiq olunmuşdur; - cavabdeh DEEA tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əsasən, eləcə də vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, tullantılardan istifadəyə razılıq verilərkən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 iyun tarixli 1242 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı” əsas götürülümüşdür. Belə ki, həmin proqramda torpaqların eroziyasının qarşısının alınması, təbiəti mühafizənin təmin edilməsi məqsədilə istismarı başa çatdırılmış, ətraf mühitə ciddi ziyan vuran əhəng daşı yataqlarında rekultivasiya və konservasiya işlərinin aparılmasına nəzarətin gücləndirilməsi və əhəng daşı karxanaları tullantılarından təkrar xammal kimi səmərəli istifadənin təşkili Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanlarına tapşırılmışdır. Sözügedən dövlət proqramında qarşıya qoyulan məqsədə çatmaq üçün əsasə vəzifə olaraq istehsal fəaliyyətinin bərpası və iqtisadi baxımdan səmərə verməsi mümkün olan yataqların seçilməsi və əlverişli iqtisadi və ekoloji şəraitin yaradılması yolu ilə onların fəaliyyətinin bərpasına nail olunması və hər bir yatağın qanunvericiliyə uyğun olaraq fərdi yanaşma yolu ilə müqavilə əsasında istifadəyə verilməsini təmin edilməsi seçilmişdir. Odur ki, dövlət proqramının icrasının təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, uzun illər ərzində toplanmış, istifadəsiz olaraq ətraf mühitə mənfi təsir göstərən, lakin iqtisadi baxımdan səmərə verməsi mümkün olan tullantılardan səmərəli istifadəni təmin etmək məqsədi ilə texniki rekultivasiya işləri aparmaqla istehsal tullantılarından istifadəyə Dövlət Ekspertiza İdarəsi tərəfindən icazə verilməsi halı mövcud olmuşdur. Bununla əlaqədar qeyd olunan tapşırığın icrasının təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, uzun illər ərzində toplanmış, istifadəsiz qalaraq ətraf mühitə mənfi təsir göstərən, lakin iqtisadi baxımdan səmərə verməsi mümkün olan tullantılardan təkrar istifadəni təşkil etmək məqsədilə texniki rekultivasiya işləri aparılmaqla istehsalat tullantılarından istifadə olunması üçün Dövlət Ekspertiza İdarəsi və İddiaçı2 MMC arasında müqavilə imzalanmışdır. Həmçinin bildirilmişdir ki, Dövlət Ekspertiza İdarəsinin əsasında yaradılmış və onun hüquqi varisi olan X23 Agentiliyinin belə bir səlahiyyəti yoxdur. -Cavabdeh DEEA tərəfindən məhkəməyə (Şirvan İnzibati Məhkəməsinə) ünvanlanmış sorğuya cavabda bildirilmişdir ki, Dövlət Ekspertiza İdarəsinin balansında yaradılan və “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “X20 Agentliyinin Nizamnaməsi”ndə yerin təkindən istifadəyə dair hüquqmüəyyənedici sənədlərin verilməsi nəzərdə tutulmamışdır. Ölkəmizin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl edilməsi, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yuxarıda qeyd olunan səlahiyyətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Mineral Xammal X4 həvalə olunmuşdur. -Cavabdeh DMXEİA tərəfindən məhkəməyə (Şirvan İnzibati Məhkəməsinə) təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, X31 X5 (Agentlik) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanına uyğun olaraq yaradılmış və 2020-ci il 13 aprel tarixdə dövlət qeydiyyatına alınmışdır. X21 İdarəsinin hüquqi varisi deyil, Dövlət Ekspertiza İdarəsinin hüquqi varisi X23 Agentliyidir.

26. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “X20 Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, X23 Agentliyi (bundan sonra – Agentlik) “X24 haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin X20ndan keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Nizannamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Cavabdeh DEEA-nın nizamnaməsində onun Dövlət Ekspertiza İdarəsinin hüquqi varisliyi haqqında müddəa müəyyənləşdirilməmişdir.

27. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X31 X5 yaradılmış, Fərmanın 2.1.-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X31 X5 (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Cavabdeh DMXEİS-nin nizamnaməsində onun Dövlət Ekspertiza İdarəsinin hüquqi varisliyi haqqında müddəa müəyyənləşdirilməmişdir.

28. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə verilmiş 30.12.2002-ci il tarixli əmrlə təsdiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi haqqında Əsasnamənin 10.1-ci bəndinə əsasən, idarə qanunvericiliklə müəyyən edilmiş hallarda onun tərəfindən verilmiş xüsusi icazələrin məhdudlaşdırılması, vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi barədə məsələlərə baxır.ş müvafiq qərarlar qəbul edir, icazələr vermiş hüquqi və fiziki şəxslərə və digər aidiyyəti təşkilatlara qəbul olunmuş qərarlar barədə məlumatlar verir.

29. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun yenidən təşkili nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ləğv olunmuşdur.

30. Cavabdeh DEEA məhkəməyə təqdim sənədlərdə Dövlət Ekspertiza İdarəsinin əsasında yaradıldığını bildirdiyindən (Nizamnaməsində hüquq varisliyi müəyyən edilməsə də), yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsi isə müvafiq Fərmana əsasən, cavabdeh DMXEİS tərəfindən təmin edildiyindən (Nizamnaməsində hüquq varisliyi müəyyən edilməsə də), eləcə də hər iki qurumun məhkəməyə təqdim etdiyi izahatlara əsasən özlərini cavabdeh hesab etmədiklərindən (hər bir qurum digərini iddiaya cavab verməli şəxs olduğunu hesab edir) məhkəmə qəbul ediləcək qərarın gələcəkdə icrasını təmin etmək məqsədilə hər iki qurumun iddiaya cavab verməli şəxs olduğunu hesab edir.

31. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbini müdafiə etdi.

32. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 05.06.2015-ci il tarixli məktubla bildirilmişdir ki: -08 iyul 2008-ci il tarixli icazə məktubu ilə icazə verilən hüquqi şəxs və 04 iyul 2008-ci il tarixli müqavilədəki müqavilə tərəfi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdir; -Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış “yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında” 04 iyul 2008-ci il tarixli müqavilə və Qaradağ əhəngdaşı yatağının (İİ geoloji sahə) 253 ha sahəsində yerləşən əhəngdaşı tullantılarını istifadəyə imkan verən 08 iyul 2008-ci il tarixli icazə hazırda da qüvvədədir; -"xxxx" MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış “yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında” 04 iyul 2008-ci il tarixli müqaviləyə və 08 iyul 2008-ci il tarixli icazəyə əsasən Qaradağ əhəngdaşı yatağının (İİ geoloji sahə) 253 ha sahəsində atılıb qalmış əhəngdaşı tullantılarından istifadə hüququ vardır və həmin hüquq hazırda da qüvvədədir. "xxxx"MMC bu tullantılardan öz istehsal fəaliyyəti üçün istifadə edə və ya onu başqa şəxslərə sata bilər; -"xxxx" MMC-dən başqa hər hansı bir hüquqi və ya fiziki şəxs Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) fəaliyyət göstərən müəssisələrlə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tullantıların daşınması barədə müqavilə bağlamamış həmin şəxsin yuxarıda qeyd olunan 253 ha ərazidə əhəngdaşı tullantılarından istifadə hüququ yoxdur; - Qaradağ əhəngdaşı yatağının (İİ geoloji sahə) 253 ha sahəsi Sovet dönəmində və ondan sonrakı dövrlərdə digər şəxslərin istifadəsində olmuşdur. Həmin vaxt istehsal prosesində əhəngdaşı tullantıları əmələ gəlmiş və yer səthi üzərində toplanmışdır. Bütün təbii sərvətlər, o cümlədən yerin təkində yerləşən faydalı qazıntılar dövlətin mülkiyyətindədir və dövlət onları hansısa məqsədlər üçün hüquqi və fiziki şəxslərə istifadəyə verir. Faydalı qazıntılardan istifadə nəticəsində texnogen törəmələr (tullantılar) əmələ gəlir. Lakin bu tullantılar da özündə müxtəlif istehsal sahələri üçün faydalı olan xüsusiyyətləri saxlaya bilər. Həmin sahələr və bu sahələrin üzərində və təkində yerləşən faydalı qazıntılar, o cümlədən texnogen törəmələr dövlətin mülkiyyətində qalır. Buna görə də dövlət həmin sahədə olan faydalı qazıntılar və texnogen törəmələri yenidən hər hansı təsərrüfat subyektlərinin istifadəsinə verə bilər. Təbii sərvətlərin idarə olunması üzrə dövlətin funksiyalarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerinə yetirdiyindən Nazirlik qeyd olunan səlahiyyətlərə malikdir.

33. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdeh DEEA-nın nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, "xxxx" MMC sement xammalı tədarükü məqsədi ilə Dövlət Ekspertiza İdarəsi ilə bağladığı “Yer təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında” 04.07.2008-ci il tarixli müqaviləni səlahiyyətli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq edərək həmin müqavilə üzrə öhdəliklərin icrasını qəbul etmişdir. Həmin müqavilənin preambulası və müvafiq maddələrinə əsasən iddiaçı yer təkindən istifadə üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə, standartlarına, normalarına və qaydalarına riayət etmək şərti ilə “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə)" dağ- mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat (əhəngdaşı) tullantılarını sement xammalı qismində istifadə etməlidir. “Yerin təki haqqında" Qanunun 7-ci maddəsinin tələblərinə əsasən dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə yerin təkindən istifadənin növü hesab edilmiş və sement xammalı tədarük edilməsi məqsədi ilə bağlanmış istehsalat (əhəngdaşı) tullantılarını istifadəsi barədə 04.07.2008-ci il tarixli müqavilə həmin qanunun müddəları ilə tənzimlənməlidir. “Yerin təki haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən yer təki istifadəçilərinin vəzifələri sırasında: geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi; yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi; yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi kimi şərtlər sadalanmışdır. İddiaçı "xxxx" MMC 04.07.2008-ci il tarixli müqavilə ilə icrasına zəmanət verdiyi aşağıdakı öhdəliklərini pozmuşdur. 5.3.3-cü bəndinə əsasən yerin təkindən (istehsalat tullantılarından) istifadə prosesində geoloji markşeyder və digər sənədlərin aparılması; (5.3.3.-cü maddədə geoloji markşeyder dedikdə - istismar nəticəsində ərazinin reylefinin dəyişməsini əks etdirən xəritə-sxem. Digər sənədlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-cü il 13 iyul tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş normativlərə uyğun atmosferə atılan tullantılara görə xüsusi icazə alınması və ödənişlər edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 90 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin 6.9.-cü maddəsinə uyğun olaraq tullantıların növü, miqdarı, emal üsulları göstərilməklə ildə bir dəfədən az olmayaraq Nazirliyə hesabat təqdim edilməsi başa düşülür.) 5.3.4cü bəndə əsasən ən azı on gün əvvəlcədən növbəti il üçün hazırlanmış dağ-mədən işlərinin inkişaf planının razılaşdıraraq təqdim edilməsi. (Növbəti il üçün mineral xammal həmin plan çərçivəsində tədarük edilməlidir. Planda illik hasilat gücü, ehtiyat miqdarı, ərazi, hasil edilməsi planlaşdırılna miqdar, itkilər, istifadə olunacaq texnika və üsular kimi məlumatlar öz əksini tapmalıdır.) 5.3.6-cı bəndə əsasən faydalı qazıntı (istehsal tullantısı) ehtiyatlarının hasilatı haqqında illik hesabat balansının - 5GK forması (uyğun qrafalar doldurulmaqla) və geoloji məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fonduna təqdim edilməsi; (5GK form sında yatağın adı və yerləşdiyi ünvan, mənimsənilmə səviyyəsi, istismar olunan xammalın tipi, növu markası, zərərli qatışıqlar varsa orta tərkibi, ehtiyatın yerləşmə dərinliyi, ehtiyatın nə dərəcə dəqiq tədqiq edilməsinə görə kateqoriyası, müəyyən dövr üçün mövcud ehtiyatlar, hasilat, itkilər, keyfiyyət, yenidən qiymətləndirmə, ehtiyatların silinməsi, texniki sərhədlərin dəyişməsi, balans ehtiyat və müvafiq ödəmələr barədə xanalar doldurulmaq üçün uyğundur.) 5.3.10.-cu bəndinə əsasən yerin təkindən istifadə zamanı torpaq sahələrinin texniki rekultuvasiyasının aparılmasının təmin edilməsi; (5.3.10.-cu maddədə rekultuvasiya dedikdə elmi ədəbiyyatda nəzərdə tutulan münbitliyi, hidroloji rejimi pozulmuş, texnogen relyeflə örtülü torpaq sahələrinin kənd təsərrüfatı, meşəsalma, su hövzəsi, rekreasiya zonaları salınması və sair kimi canlı aləmin aktiv olmağı üçün əlvərişli vəziyyətə gətirilməsi ilə müşahidə olunan torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər başa düşülür.) 5.3.13.-cü bəndinə əsasən yer təkindən (istehsal tullantılarından) istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödənişləri və cərimələrin vaxtında ödənilməsi. (5.3.73.-cü maddədə ödənişlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 974 nörməli Fərmanı ilə təsdiq olunmuş “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının” 13- cü maddəsi ilə X6 üzrə Dövlət Fonduna ödənilən dağ-mədən işləri ilə əlaqədar istehsalat tullantılarından istifadəyə görə ödənişlərin miqdarı müvafiq faydalı qazıntının hasilatına görə ödənişin (mədən vergisi) 50 faizi miqdarında (hər kub metr üçün 1,0 manat) müəyyən olunur. Cərimələr 04.09.1990-cı il tarixli metodik vəsaitlə atmosferə atılmasına icazə verilən həddən artıq qeyri üzvi toz həcminə görə müəyyən edilir). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14.06.2018-ci il tarixli 379 nömrəli əmri ilə yaradılmış komissiyasının işçi qrupu tərəfindən 03.05.2019-cu il tarixdə “Qaradağ-İİ” əhəngdaşı yatağında keçirilmiş yoxlama zamanı İddiaçı2 MMC tərəfindən müqavilənin yuxarıda qeyd olunmuş bəndləri üzrə öhdəliklərin pozulduğu müəyyən olunaraq bu barədə akt tərtib olunmuşdur. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsi ilə yer təkinin istifadəçisi istifadə qaydalarını pozarsa, yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinə əsas yaranır. "xxxx" MMC tərəfindən müqavilə öhdəliklərinin icrasında yol verilmiş çoxsaylı pozuntularla əlaqədar 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmrlə iddiaçı ilə bağlanmış müqavilə və verilmiş icazə sənədi ləğv olunmuşdur. Hazırda iddiaçının faktiki istifadəsində olan ərazidə ekoloji vəziyyətə nəzarəti əngəlləyən və iddiaçının fəaliyyətinin ətraf mühitə zərərini ölçməyə imkan verməyən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə 06.09.2019-cu il tarixli, iş № e-2-1(82)-3377/2019 saylı qərardadı qüvvədədir. Bu səbəbdən iddiaçının öz öhdəliklərinə nə dərəcə əməl etməsini və təbiətə hər gün vurulan zərəri müəyyən etmək mümkün deyildir. Mübahisələndirilən əmr 2019-cu ilin 16 may tarixində verilmişdir. Bu günədək İddiaçı tərəfindən əmrin verilməsinə səbəb olan nöqsanların aradan qaldırılması və ya əvvəldən mövcud olmamasını təsdiqləyən hər hansı sübut təqdim olunmamış, iddia ərizəsində bu barədə heç nə qeyd olunmamışdır. İddiaçı qeyd olunan pozuntulara münasibət bildirərkən həmin halları necə aradan qaldırmalı olduğunu bilmədiyini bəhanə gətirməklə kifayətlənmişdir. Halbuki, qanunu bilməmək məsuliyyətdən azad etmir və yaranmış suallarla əlaqədar istənilən vaxt metodik tövsiyyə almaq üçün aidiyyəti üzrə müraciət etmək mümkündür. Hazırki vəziyyət İddiaçının sadalanan nöqsanalara yol verməsini qəbul etməsini göstərir.

34. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdeh DMXEİSA-nın nümayəndəsi iddia tələbinə etiraz edərək cavabdeh DEEA ilə eyni məzmunlu izahat verdi.

35. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi (vəkili) bildirdi ki, ikinci geoloji sahədə 311,6 ha əhəngdaşı işlənməsi üçün hələ Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə təhlükəsiz iş aparılmasına və dağ işlərinə nəzarət edən dövlət komitəsi (Azərb SSR Dövdağtexnəzarəti) tərəfindən verilmiş yataqayırma aktı əsasında "xxxx" ASC-yə ayrılmışdır. İddiaçı həmin yataqdakı istehsal tullantıları istifadə edir. "xxxx" ASC-nin mövqeyi cavabdehlərin mövqeyinə uyğun olmaqla hesab edir ki, "xxxx" MMC müqavilə öhdəliklərini pozduğundan müqavilənin və icazə sənədinin ləğvi qanuni hesab edilməli və iddia təmin olunmamalıdır.

36. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) üçüncü şəxs Azərbayca Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi iştirak etmir, iddiaya münasibət bildirmədən yalnız ləğv edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Əsasnaməsini məhkəməyə təqdim etmişdir.

II. İddianın növü və mümkünlüyü

37. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

38. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

39. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.

40. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən, lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

41. Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli DEİ/936 nömrəli icazə sənədinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmrinə əsasən xitam verilmişdir.

42. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin mübahisələndirilən 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmri qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır. Belə ki, iddiaçı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğvini məhkəmədən tələb tələb edir.

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

44. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

45. Mübahisələndirilən əmrin (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və əmrdə (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. İddia məhkəmədə 02.09.2019-cu il tarixdə qaldırılmışdır.

46. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

47. Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ mədən işləri nəticəsində əmələ gəlmiş istehsal tullantılarının istifadəsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə iddiaçı arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli DEİ/936 nömrəli icazə sənədi iddiaçının mülkiyyətidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli, 19/Ü nömrəli əmrinə əsasən iddiaçının mülkiyyət hüququna xitam verilmişdir.

48. Məhkəmənin qeyd edilən yanaşması X35 Məhkəməsinin mövqeyinə əsaslanır. “Tre Traktorer AB” İsveçə qarşı məhkəmə işi üzrə Avropa Məhkəməsinin qərarı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlara 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqinin nümunəsidir. Qeyd edilən işdə məhkəmə hesab etdi ki, “restoranın idarə olunması ilə bağlı iqtisadi maraqlar” “mülkiyyət” təşkil edir. Həmin işdə lisenziyaya malik olma ərizəçilərin öz biznes fəaliyyətlərini həyata keçirilməsinin əsas şərtlərindən biri idi və lisenziyanın geri alınması onların işgüzar nüfuzuna və restoranın gəlirliyinə mənfi təsir təsir etdi. Lisenziyanın geri alınması ərizəçilərin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə təşkil edirdi. Analoji yanaşma “X26 Ltd. və digərləri İrlandiyaya qarşı” işdə də ifadə edilmişdir. Həmin qərara əsasən lazımi qaydada qeydiyyata alınmış icazəyə əsaslanan etimad mülkiyyət hesab olunur.

49. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

50. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

51. “X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

52. Məhkəmə hazırki iş üzrə araşdırmanı X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

53. Həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər (3-cü qayda). Qeyd edilən mövqe X35 Məhkəməsinin presedent hüququna uyğundur (bax: Tre Traktorer AB İsveçə qarşı; Sporrong and Lonnroth İsveçə qarşı; X27rşı; Mellacher Avstriyaya qarşı; Hutten- Czapska Polşaya qarşı; Chassangnau Fransaya qarşı)

54. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

55. Mübahisələndirilən qərarla (16.05.2019-cu il tarixli 19/ü nömrəli əmr) həm müqavilə (04.07.2008-ci il tarixli müqavilə), həm də icazə sənədi (08.07.2008-ci il tarixli icazə) ləğv olunmuşdur.

56. Müdaxilənin qanuniliyi:

57. “Yerin təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında 04.07.2008-ci il tarixli müqavilənin 5.1-ci bəndində yer təki (istehsalat tullantısı) istifadəçisinin (iddiaçının) hüquqları, 5.3-cü bəndində isə vəzifələri müəyyənləşdirilmişdir. -Həmin müqavilənin 6-cı bəndinə əsasən, tərəflər qanunvericiliyin tələblərini pozmağa və götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, yer təkinin (istehsalat tullantılarının) istifadəçisi bu müqavilənin şərtlərini və ya yer təkindən istifadə qaydasını pozarsa, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yerin təkindən (istehsal tullantılarından) istifadə hüququ məhdudlaşdırıla və ona vaxtından əvvəl xitam verilə bilər. -Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında həll edə bilmədikləri mübahisənin həlli üçün, eləcə də qanunla müəyyən edilmiş hüquqların müdaifəsi üçün məhkəməyə müraciət edə bilərlər. - Həmin müqavilənin 9-cu bəndinə əsasən, yer təkindən (istehsalat tullantılarından) istifadə hüququna bu müqavilənin 4-cü bəndində göstərilən müddət bitdikdən sonra xitam verilir. -Həmin müqavilənin 4-cü bəndində yerin təki (istehsalat tullantısı) ehtiyatı tükənənədək istifadəyə verilir.

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümumi etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

59. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 6-cı cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir.

60. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır.

61. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.

62. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

63. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

64. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri onunla əsaslandırılmışdır ki, “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə İddiaçı2 MMC (VÖEN: **********) arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə üzrə öhdəliklər İddiaçı2 MMC tərəfindən yerinə yetirmədiyi məlum olmuşdur.

65. Məhkəmə (Şirvan İnzibati Məhkəməsi) tərəfindən cavabdeh DEEA-ya göndərilmiş sorğuda Dövlət Ekspertiza İdarəsi tərəfindən 16.05.2019-cu il tarixli, 19/ü nömrəli əmrin (inzibati aktın) qəbul edilməsi zamanı Qanunda nəzərdə tutulan prosedura riayət olunmasını təsdiq edən sənədləri, o cümlədən həmin əmr (inzibati akt) qəbul edilməmişdən öncə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilən şərtlərə uyğun İddiaçı2 MMC-yə xəbərdarlıq məktubunun göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə, buna dair sübutların məhkəməyə təqdim edilməsi tələb olunmasına baxmayaraq, məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir.

66. Beləliklə məhkəmə qeyd edir ki, qanunun qeyd edilən mənası baxımından “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 5-ci və 6-cı cümləsinin tələblərinə uyğun olmadığından (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə xəbərdarlıq edildiyi (qeyd edilən halda qanunun mənasına görə yerin təkindən istifadə hüququ dayandırılmalı idi), eləcə də lisenziyanın ləğvi ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin şərtlərinin mövcudluğu müəyyənləşdirilmir) mübahisələndirlən qərar icazənin ləğv edilməsi hissəsində qanunsuzdur.

67. İPM-in 14-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

68. Mübahisələndirilən qərarın müqavilənin ləğvi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 04.07.2008-ci il tarixli müqavilədə onun birtərəfli qaydada ləğvi nəzərdə tutulmadığından onun ləğvi tərəflərin razılaşması ilə və ya digər tərəf müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda məhkəmə qaydasında mümkündür.

69. Qeyd edilənlərə əsasən, məhkəmə qənaətə gəlir ki, mübahisələndirilən Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 16.05.2019-cu il tarixli, 19/ü nömrəli əmri (inzibati akt) mülkiyyətə müdaxilənin qanunilik tələbinə cavab vermir, ona görə də ləğv edilməlidir.

70. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

71. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. “Qaradağ əhəngdaşı yatağında (İİ geoloji sahə) dağ-mədən işləri nəticəsində əmələ gəlmiş istehsalat tullantılarının istifadəsinə dair” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə İddiaçı2 MMC (VÖEN: **********) arasında bağlanmış 04.07.2008-ci il tarixli müqaviləyə və 08.07.2008-ci il tarixli icazə sənədinə xitam verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 16.05.2019-cu il tarixli 19/ü nömrəli əmri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar