Məhkəmə qərarları › İş №2-1(112)-597/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-597/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-597/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyi ilə əlaqədar yenidən müayinədən keçib əlillik dərəcəsi almağının cavabdehə həvalə olunması” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlıqdan hər iki ayaq pəncəsindən əziyyət çəkir, bu da onun gündəlik hərəkət etməyinə maneçilik törədir. Bunun qarşısını almaq üçün protez mağazasından xüsusi ayaqqabı alırdı. xx.xx.2015-ci il tarixdən xəstəliyi ilə əlaqədar ona təqaüd verilirdi. xx.xx.2022-ci il tarixdə on səkkiz yaşı tamam oldu və əlillik dərəcəsi almaq üçün müayinədən keçmişdir. Cavabdeh qanunsuz rəy qəbul edərək bildirmişdir ki, yanlış və ya natamam doldurmuşdur. Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələr ilə təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3-cü maddəsində qeyd olunmuşdur ki, üçüncü dərəcə əlillik - xəstəlik travma və ya anadan gəlmə qüsurlar nəticəsində orqanın həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma hərəkət, əmək fəaliyyəti) məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, anatomik qüsur nəticəsində propensial əməyin çətinləşməsi nəzərdə tutulur. Qeyd olunan 2.3-cü maddəyə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər təqaüd və protez mağazadan ayaqqabı ilə təmin olunurdu. Cavabdehin noyabr ayı 2022-ci il tarixdə qəbul etdiyi imtina rəyinə görə imtiyazlardan məhrum olundu və Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən cavabdeh tərəfindən hüquqları pozulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>... Diaqnozun mətni: Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması “Meyar: 3. Beş il müddətinə: => 3.4. ortopedik və cərrahi xəstəliklər: => 3.4.1. sümüklərin və əzələlərin deformasiyası, təkrari patoloji sınıqlar, oynaqların ll-lll dərəcəli funksional çatışmazlığını törətmi...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>.... Diaqnozun mətni: Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması. “Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaqhərəkət apar..." səbəbi ilə 18 yaşadək əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Skolioz, Onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skaliozu.M43 Digər deformasiyaedən dorsopatiyalar, Döş qəfəsinin qıfvarı deformasiyası.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təstiqlənmir” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-5258/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı 1 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş 2710003AAA3W saylı xx.xx.2015-ci il tarixli göndərişə əsasən xx.xx.2015-ci il tarixdə (ilkin) müayinə edilərək “(Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar, X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...) Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması” diaqnozu ilə qiymətləndirilmiş və “Meyar: 3. Beş il müddətinə: => 3.4. ortopedik və cərrahi xəstəliklər: => 3.4.1. sümüklərin və əzələlərin deformasiyası, təkrari patoloji sınıqlar, oynaqların ll-lll dərəcəli funksional çatışmazlığını törətmi...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli elektron təyinata əsasən müayinə edilərək “(Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar, X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...) Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması diaqnozu ilə qiymətləndirilmiş və “Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar...” səbəbi ilə 18 yaşadək əlillik dərəcəsi verilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı Baş Səhiyyə İdarəsinin E00035223QXD saylı xx.xx.2022-ci il tarixli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə müayinə edilmiş və “Skolioz, Onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skaliozu.M43 Digər deformasiyaedən dorsopatiyalar, Döş qəfəsinin qıfvarı deformasiyası” diaqnozu ilə qiymətləndirilərək “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si E00035223QXD) xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2004-cü il tarixdən müəyyən edilmişdir. Xəstəliyin adı: M41. Skolioz. Əsas diaqnoz: M41. Skolioz, onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skoliozu. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. Ağırlaşma: M43. Digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. Yanaşı xəstəliklər: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Hər iki pəncədə valqus deformasiyası. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki pəncə və baldır əzələlərinin atrofiyası. M24.5. Oynaqların kontrakturası, daraq və daraqarası oynaqların kontrakturası. Q66.5. Anadangəlmə yastıpəncə [ pes planus ], hər iki pəncənin İİ dərəcəli yastıpəncəlik deformasiyası. Sağda H = 24 mm, L 143 dərəcə, solda H – 24 mm L 143 dərəcə. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması. Daimi ağrı. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-16700/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 755/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M41-skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu. Ağırlaşma: M43-digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. Yanaşı xəstəliklər: M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, hər iki pəncədə valqus deformasiyası. Yanaşı xəstəliklər: M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, hər iki pəncə və baldır əzələlərinin atrofıyası. Yanaşı xəstəliklər: M24.5-oynaqların kontrakturası, daraq və daraqarası oynaqların kontrakturası. Yanaşı xəstəliklər: Q66.5-anadangəlmə yastıpəncə (pes.planus), hər iki pəncənin İİ dərəcəli yastıpəncəlik deformasiyası, sağda H-24 mm, L 143 dərəcə, solda H-24 mm L143 dərəcə. Yanaşı xəstəliklər: R26.8-hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı” diaqnozunda olan xəstəliklər onun hazırkı sağlamlıq durumudur. - Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. 2.3. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun müalicəsinə ehtiyac olmasa da, xəstəliklər kəskinləşdikdə əlavə müalicəyə cəlb oluna bilər. Xəstəlik və qüsurların xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında aradan qalxması tibbi baxımdan mümkün deyil, belə ki, onlar anadan gəlmədirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik xx.xx.2015-ci il tarixdə 5 il müddətinə təyin edilmişdir, təkrar əlillik xx.xx.2020-ci il tarixdə 18 yaşınadək (xx.xx.2022) təyin edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si E00035223QXD) xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2004-cü il tarixdən müəyyən edilmişdir. Xəstəliyin adı: M41. Skolioz. Əsas diaqnoz: M41. Skolioz, onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skoliozu. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. Ağırlaşma: M43. Digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. Yanaşı xəstəliklər: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Hər iki pəncədə valqus deformasiyası. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki pəncə və baldır əzələlərinin atrofiyası. M24.5. Oynaqların kontrakturası, daraq və daraqarası oynaqların kontrakturası. Q66.5. Anadangəlmə yastıpəncə [ pes planus ], hər iki pəncənin İİ dərəcəli yastıpəncəlik deformasiyası. Sağda H = 24 mm, L 143 dərəcə, solda H – 24 mm L 143 dərəcə. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması. Daimi ağrı. Bakı Baş Səhiyyə İdarəsinin E00035223QXD saylı xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə edilmiş və göndərişin natamam doldurulması, xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 755/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M41-skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu. Ağırlaşma: M43-digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. Yanaşı xəstəliklər: M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, hər iki pəncədə valqus deformasiyası. Yanaşı xəstəliklər: M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, hər iki pəncə və baldır əzələlərinin atrofıyası. Yanaşı xəstəliklər: M24.5-oynaqların kontrakturası, daraq və daraqarası oynaqların kontrakturası. Yanaşı xəstəliklər: Q66.5-anadangəlmə yastıpəncə (pes.planus), hər iki pəncənin İİ dərəcəli yastıpəncəlik deformasiyası, sağda H-24 mm, L 143 dərəcə, solda H-24 mm L143 dərəcə. Yanaşı xəstəliklər: R26.8-hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı” diaqnozunda olan xəstəliklər onun hazırkı sağlamlıq durumudur. - Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. 2.3. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun müalicəsinə ehtiyac olmasa da, xəstəliklər kəskinləşdikdə əlavə müalicəyə cəlb oluna bilər. Xəstəlik və qüsurların xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında aradan qalxması tibbi baxımdan mümkün deyil, belə ki, onlar anadan gəlmədirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 13.5.1. skolioz – M41 13.5.1.1. nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları – 60%- müddətsiz 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29 hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı 6.1.10.1 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları 35-60 %- 1 il 6.1.10.2 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları - 65-80%- 2 il. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu: M41-skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu. M43-digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. R26.8-hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı kimi anadangəlmə xəstəlikləri və ağırlaşmalar ona Bakı Baş Səhiyyə İdarəsi tərəfindən eyni xəstəliklərlə bağlı verilmiş Forma 88 arayışı, uzun müddət ambulator və stasionar müalicədə (ETTO İnstitutu, X2 Tibb Mərkəzi) olması və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçının göndərişdə qeyd edilən əsas diaqnoz (skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu) və ağırlaşmaları (digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası), yanaşı xəstəliklər (hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən (sonuncu müayinə xx.xx.2022-ci il) də mövcud olmuş, lakin, buna baxmayaraq, (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilərək iddiaçının qanunla qorunan hüquqlarını pozulmuşdur. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatının xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar