Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5971/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək, oğlu İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2007-cı ıl təvəllüdlü İddiaçı anası X2 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladlarınıza məcburi köçkün'statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir Bundan sonra iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü övladı İddiaçı məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanuni nümayəndə daha sonra xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, hazırkı iş üzrə iddiaçının əsl iddiaçı QuluzadəNihat Elxan oğlu ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, xx.xx.2023cü il tarixli qərardad ilə iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü övladı İddiaçı Ağdam rayonunda anadan olmuşdur. Hazırda Cəbrayıl rayonu Əmirvarh kəndi X13 adma tam orta məktəbin 11-ci sinifində oxuyur. Qanuni nümayəndə xx.xx.1972-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1993-cü ildə məlum səbəblərdən ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişlər. Ona 1993-cü ildə məcburi köçkün statusu verilmişdir. Həyat yoldaşı isə Bərdə şəhərində rəsmi qeydiyyatdadır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qanuni nümayəndə xx.xx.1972-ci il tarixdə Cəbrayıl rayonu, Əmirvarlı kəndində doğulmuşdur və yaşayış yeri üzrə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 71, mənzil 59 ünvanında qeydiyyatdadır. - AA seriyalı 106628 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Quliyev X10 rayonunu 1993-cü ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2005-ci il tarixli qərara əsasən məcburi köçkün statusu verilmişdir. -AA2403797 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X6 xx.xx.1985-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. - AZ-İ seriyalı 998684 nömrəli, xx.xx.2007-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X4r. - AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-cı il tarixdə Ağdam şəhərində doğulmuşdur və yaşayış yeri üzrə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 71, mənzil 59 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Qanuni nümayəndə oğlu xx.xx.1997-ci il tarixdən, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən hazırkı vaxtadək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 71, mənzil 59 ünvanında qeydiyyatdadırlar. xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.2011-ci il tarixdən hazırkı vaxtadək ünvan 6nında qeydiyyatdadır. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 01xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında Qanuni nümayəndə və X5 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi. - Cəbrayıl Rayon İcra Hakimiyyətinin 15 may 2024-cü tarixli məktubundan görünür ki, Cəbrayıl rayonunun Əmirvarlı kənd sakini olmuş Qanuni nümayəndə 1993-cü ildə məcburi köçkün düşmüş, ona xx.xx.1997-ci ilə kimi vahid aylıq müavinət ödənilmiş, xx.xx.1997-ci ildə Bakı şəhəri, Nizami rayon pasport qeydiyyatına düşdüyü üçün ona verilən vahid aylıq müavinət təlimata əsasən dayandırılmışdır. Qanuni nümayəndə oğlu İddiaçı hazırda Cəbrayıl rayon pasport qeydiyyatında yoxdur, ona vahid aylıq müavinət ödənilmir. Həyat yoldaşı X1 rayon pasport qeydiyyatında yoxdur, ona vahid aylıq müavinət ödənilmir. İş materiallarından məlum olur ki, Abşeron rayonu, Novxanı kəndində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi və ünvan 3 ünvanı Qanuni nümayəndə adına qeydiyyata alınmışdır. Belə ki, işdə olan xx.xx.2002-ci il tarixli müqavilədən görünür ki, X3 Bakı şəhəri, Darvin küçəsi, ev 71 ünvanında yerləşən 59 saylı mənzili Qanuni nümayəndə mülkiyyətinə vermişdir. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı 2007-cı ildə Ağdam şəhərində doğulmuşdur, o və onun valideyni olan atası daimi yaşayış yeri üzrə Bakı şəhərində, anası isə Bərdə şəhərində qeydiyyatdadırlar. İddiaçı hazırda atasının məcburi köçkün statusuna malik olmasını əsas gətirərək, ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qanunun normasında görünür ki, məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bu da başa düşüləndir. Belə ki, ölkə daxilində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxs həmin andan artıq hər hansı bir tənzimləməyə ehtiyac duyulmadan birbaşa məcburi köçkün statusu qazanmış olur. Lakin bu hal yalnız hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olan şəxslərə aiddir. Həmin hadisə baş verdikdən sonra doğulmuş şəxslərə münasibətdə bu hal tətbiq edilmir. Belə ki, qanunverici rayonun işğalından sonra doğulmuş şəxslərin də məcburi köçkün sayılmasını nəzərdə tutur, lakin bunun üçün bir sıra əlavə tələb müəyyən etmişdir. Belə ki, Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən: - Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. - Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. - Bənd 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - Bənd 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. İşdən görünür ki, iddiaçı xx.xx.2007-cı ildə Ağdam şəhərində doğulmuş, həmin anda onun valideynlərinin daimi yaşayış yeri işğal olunmuş rayon olmamış, atası Qanuni nümayəndə qeydiyyat ünvanı onun mülkiyyətində olan ünvan 5lmuş, buna uyğun olaraq iddiaçı da həmin ünvana qeydiyyata alınmış, anası Ş.Quliyev isə ünvan 6nında qeydiyyatda olmuşdur. Göründüyü kimi, əgər məcburi köçkün statusunun verilməsi şəxsin daimi yaşayış yerini tərk etməyə məcbur olub, başqa yerə köçməsi ilə əlaqədardırsa, iddiaçıda belə bir hal baş verməmişdir. Belə olan halda hazırkı işin həll edilməsi üçün müəyyən edilməli əsas məsələ daimi yaşayış yerini tərk etməyə məcbur olmayan şəxslərin hansı halda məcburi köçkün hesab edilməsinin müəyyən edilməsidir. Bu hallar “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ilə tənzimlənir. Həmin Qaydaların 4.1.6-cı bəndindən görünür ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; Həmin Qaydaların 4.2-ci bəndinə görə isə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşin hallarından görünür ki, iddiaçı Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşağıdır, həmçinin onun nə valideynlərinin, nə də özünün daimi yaşayış yeri işğal olmuş (hazırda işğaldan azad olunmuş) rayondur. Belə olan halda aydındır ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya “Məcburi köçkün” statusu verilməsi üçün tələb edilən hallar olmamaqla yanaşı, ona məcburi köçkün statusu verilməsindən imtina üçün əsaslar da mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5971/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5971/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver