Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5972/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair vahid əmlak şəklində çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair vahid əmlak şəklində çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi əmlaka dair vahid reyestrdən çıxarış veriilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda 26.6 kv.m sahəli qeyriyaşayış sahəsi müvafiq təsdiqedici sənədlər əsasında onun mülkiyyətindədir. xx.xx.2021ci il tarixli Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, buna dair bildiriş verilmişdir. Bu sərəncam xx.xx.2021-ci il tarixli Texniki Komissiyanın rəyi və qəbul aktı əsasında qəbul edilmişdir. Bu mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyd edilən ünvanda olan digər qeyriyaşayış sahəsində aparılan dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021 -ci il tarixində tərəfimdən müraciət olunmuş, buna dair xx.xx.2021 -ci il tarixli, **********67 cavab məktubu ilə bildirilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və buna dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir.” Buna cavab olaraq xx.xx.2022-ci il tarixində yenidən müraciət edərək, əlavə tikilmiş sahələrin qeydiyyata alınmamasını, əlavə tikilmiş 17.8 kv.m sahə və 3.7 kv.m eyvanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etdiyini, təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və yanındakı qeyri-yaşayış sahəsi ilə birlikdə ümumi əmlaka dair vahid çıxarış verilməsini xahiş etmişdir. Lakin, bu günə qədər bu müraciətinə hər hansı cavab verilməmişdir.
3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyriyaşayış sahəsi ilə birlikdə ümumi sahəsi 182.65 kv.m təşkil edən əmlaka vahid reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Qeyd edilən ünvnada yerləşən ona məxsus digər qeyriyaşayış sahəsində yenidənqurma işləri aparlıaraq ümumi sahə artırılmışdır və artırılmış sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sənədlərin əsli Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********67 saylı və xx.xx.2022-ci il tarixli, **********91 saylı cavab məktubları ünvanlanmışdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il tarixli **********67 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçiərə məxsus sahədir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və buna dair hüquqmüəyyəndici sənədlər əlavə edilməmişdir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-12386/2023 **********6 nömrəli mətubla ünvan 5, 35 saylı mənzilə dair İdarənin arxivində olan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildiirlmişdir ki, mənzilə bitişik ümumi sahəsi 26.6 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat İdarənin arxivində aşkar edilməmişdir.
10. Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 35 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş və bu barədə reyestr kitabında 394-cü səhifə, 56778 nömrə ilə xx.xx.1995-ci il tarixə qeydiyyatdan keçmişdir.
11. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X3 həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 193 ünvanında yerləşən 26.6 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidr. Onun mülkiyyət hüquqları 1 nömrəli reyestr kitabının 9-cu səhifəsində, 000064 qeydiyyat nömrəsi ilə xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır.
12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 5-15/2-6-602/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamı, həmin sərəncama əlavə edilmiş “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş”, X1 81 nömrəli xx.xx.2021-ci il tarixli qəbul aktı və rəyi əlavə edilmişdir. Həmin sərəncama əsasən, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, Tolstoy küçəsi 193 saylı evin 1-ci mərtəbəsində yerləşən, ona məxsus 35 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçrilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Tolstoy küçəsi 193 saylı evin, 35 saylı mənzili TİMHQİnin 30/56778 saylı, xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə və şəxsi hesab vərəqəsinə əsasən tam mülkiyyət hüququ ilə yaşayış sahəsi 62.03 kv.m, ümumi sahəsi 76.0 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi ki, sözügedən mənzilin faktiki ümumi sahəsi 102.6 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmirtikinti, rekonstruksiya və yenidənqurma işləri səbəbindən yaranmışdır. Hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Vətəndaşın müraciətini, təqdim edilmiş sənədləri nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən, Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Tolstoy küçəsi 193 saylı evin 1- ci mərtəbəsində yerləşən 35 saylı mənzilinin ümumi sahəsi 102.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir.
13. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi AR İİN Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 000064 saylı, 30.01,2003-cü il tarixli Şəhadətnaməsinə əsasən ümumi sahəsi 26.6 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 80.05 kv.m təşkil edir. Ümumi sahənin 40.12 kv.m hissəsini 1-ci mərtəbə, 39.93 kv.m hissəsini isə mansard (antresol) sahə təşkil edir. Ümumi sahədəki fərq, qeyriyaşayış sahəsində aparılmış təmir-tikinti, rekonstruksiya və yenidənqurma işləri səbəbindən yaranmışdır. Vətəndaşın müraciətini, təqdim edilmiş sənədləri nəzərə alaraq, Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 80.05 kv.m (1-ci mərtəbə 40.12 kv.m, mansard (antresol) hissə 39.93 kv.m) kv.m hesab edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. 21.Cavabdehin sözügedən qeyri-yaşayış sahəsinə dair etirazında göstərilən dəlil aşağıdakı kimi olmuşdur: - İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçiərə məxsus sahədir. Qeyd edilən ünvanda yerləşən ona məxsus digər qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq ümumi sahə artırılmışdır və buna dair hüquqmüəyyəndici sənədlər əlavə edilməmişdir.
22. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
23. Məhkəmə araşdırması zaman işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 35 saylı mənzil, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən isə Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 193 ünvanında yerləşən 26.6 kv.m qeyriyaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Tolstoy küçəsi 193 saylı evin 1- ci mərtəbəsində yerləşən 35 saylı mənzilinin ümumi sahəsi 102.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmiş, eləcə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 80.05 kv.m (1-ci mərtəbə 40.12 kv.m, mansard (antresol) hissə 39.93 kv.m) hesab edilmişdir.
24. Göründüyü kimi, mübahisəli mənzil və ona bitişik qeyri yaşayış sahələri əvvəldən iddiaçının xüsusi mülkiyyətində olmuş, sözügedən sahələrin əlavə ölçüləri müvafiq icra hakimiyyəti orqanın (hazırki halda Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin) sərəncamı əsasında təsdiq edilmişdir və həmin sahələr qanuni əsaslarla iddiaçının faktiki sahibliyindədir.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
26. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.
27. Beləliklə qanunvericiliyin tələblərindən göründüyü kimi, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqləndiyindən, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməli olduğundan və eləcə də, qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyən və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas olduğundan, sözügedən hüquqmüəyyənedici sənədlər iddiaçıda mövcud olmaqla onun tərəfindən cavabdehə tam şəkildə təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
28. Digər tərəfdən məhkəmə cavabdehin sözügedən dəlillərinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işdə olan müvafiq icra hakimiyyəti orqanının qəbul aktının surətindən görünür ki, iddiaçıya məxsus mənzili və ona bitişik olan qeyriyaşayış sahəsinin ümumi sahələrindəki fərq mənzildə və həmin qeyri-yaşayış sahəsində aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma işləri səbəbindən yaranmışdır. Mənzil iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur, digər qeyri-yaşayış sahəsidə onun istifadəsindədir və sözügedən sahələrin qonşu sahələrdən təcrid olunmuş ayrıca-giriş çıxışı vardır. Həmçinin, həmin sahələrin birlikdə vahid əmlak kimi istifadəsini mümkünsüz edəcək hər hansı bir dəlil cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
29. Məhkəmə eləcə də, mənzilə bitişik əlavə 17.8 kv.m sahə və 3.7 kv.m eyvan sahəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin əlavə sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etdiyini bildirdiyindən, sözügedən sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsi hazırki mübahisənin predmetini təşkil etməyərək onlara hər hansı bir münasibət bildirilməsi lüzumlu hesab edilmir.
30. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin sözügedən əsasla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, iddiaçı hazırki iş üzrə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mənzildə aparılmış təmir-bərpa, yenidənqurma, rekonstruksiya işlərindən sonra qeyri-yaşayış sahəsinin dəqiqləşmiş ölçülərə uyğun olaraq qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qeyri-yaşayış sahəsinə keçirilməsi və bu mənzilə bitişik eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə onun ümumi sahəsi 182.65 kv.m (102.6 kv.m + 80.05 kv.m) hesab edilməklə birgə əmlak kimi vahid reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva