Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5974/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Laçın şəhərində qeydiyyatdadır, ixtisası – elektrik qaz qaynaqçısı) iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Təyyub qızı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Məhkəmə mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq “iddiaçının 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixində 87 saylı X5 Təsərrüfatçılıqda traktorist vəzifəsinə işə qəbul olmuş, xx.xx.1992-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixində 19/k saylı Əmrlə Tikinti Quraşdırma sexinə müvəqqəti olaraq 4-cü dərəcəli beton qarışdıran qurğusunun motorçusu işinə qəbul olmuş, xx.xx.2001-ci il tarixində 54/k saylı Əmrlə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı işinə keçirilmiş, xx.xx.2004-cü ildə 46/k saylı əmrlə həmin sexin təmir tikinti quraşdırma briqadasına keçirilmiş, xx.xx.2008-ci il tarixdə 101/k saylı Əmrlə istismar avadanlıqlarının təmir və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. Bundan başqa, xx.xx.2008-ci il tarixində 307/k saylı əmrlə Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2010cu il tarixində 588/k saylı əmrlə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010-cu il tarixində “BEOCL” şirkətinin Azərbaycan nümayəndəliyi Dəniz neft mədən hidro-texniki qurğuların istismar təmir sexinə elektrik qaz qaynaqçı peşəsi üzrə işə qəbul olmuş, xx.xx.2014-cü il tarixində 01/399 saylı əmrlə tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsinə elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixində 30 saylı əmrlə həmin departamentinin neftqaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinin batar sahəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixində 06 saylı əmrlə əməliyyat departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində 199 saylı əmrlə öz xahişi ilə işdən çıxmışdır. Yuxarıda sadalanlardan da aydın olduğu kimi, 40 ildən artıq müddətə çalışmış, çalışdığı müddətin isə xeyli hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə işləmişdir. Artıq 60 yaşı tamam olduğundan, eyni zamanda qanunla müəyyən edilmiş 25 ildən çox umumi staja malik olduğundan və həmin stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşədə çalışdığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina məktubu göndərilmişdir. Sözü gedən imtina məktubunda ona məxsus əmək kitabçasında 42-43-cü səhifələrində 01-02-ci qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması kimi absurd əsaslandırılma edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina olunmuşdur. Halbuki, xx.xx.1991-ci il tarixində latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında AR Qanununa əsasən 1940-cı ilə qədər Azərbaycanda istifadə olunan 32 hərfdən ibarət latın qrafikalı əlifba kiçik dəyişikliklərlə bərpa edilmişdir. Həmin tarixdən etibarən bütün dövlət qurumlarının möhür və digər hüquqi sənədlər məhz latın qrafikalı əlifba əsasında yazılmağa başlanılsa da tam tətbiqi bir neçə il sonra mümkün olmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən latın qrafikalı əlifbaya keçid prosesinə başlanıldı və əmək kitabçasında əmək stajına dair qeydləri latın və kiril qrafikası əsasında tərtib olunması iddiaçının iştirakı ilə həyata keçirilməmişdir, belə bir absurd əsaslandırma ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin olunmasından imtina olunması onun qanunvericiliklə müəyyən olunmuş hüquqularına toxunur. Məhz bu səbəbdən də iddiaçı hesab edir ki, cavabdehin imtinası bu hissədə də əsassızdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarının 21 saylı bölmənin 10.1 bəndinin “a” yarımbəndinə əlavə edilən “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalında neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçıları” hissəsində birbaşa olaraq iddiaçının vəzifəsi də qeyd olunmuşdur. İddiaçı uzun illər işləmiş və aldığı əmək haqqından dövlətə vergi ödəmiş və konstusion vəzifəsi icra etdiyindən hal-hazırda Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunan sosial təminat hüququndan istifadə etmək istəyir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görəpensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının xx.xx.1992-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasının 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə edilmişdir (xx.xx.1976-xx.xx.1992-ci il tarixləri). 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən keçmiş Azərbaycan SSR ərazisində latın qrafikasından kirill qrafikasına keçmək haqqında qərar qəbul etdi. Yəni, iddiaçının əmək kitabçasının 1-ci qeydi aparılan dövrdə (1976-cı ildə) Azərbaycan ərazisində kirill əlifbasından istifadə edilirdi. Yalnız 25 dekabr 1991-ci il tarixindən başlayaraq Azərbaycan ərazisində latın qrafikasından istifadə edilməyə başlanılmışdır. Odur ki, xx.xx.1976-xx.xx.1992-ci il tarixləri ilə bağlı iddiaçının əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan həmin dövr iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Belə olan halda, iddiaçı tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır (xx.xx.1997-xx.xx.2021 – 24 il 7 ay 22 gün). Yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisələrdən güzəştli iş stajını təsdiq edəcək müvafiq arayışları təqdim etməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizliyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu ildə Laçın şəhərində anadan olmuşdur. 521082 nömrəli 3-cü sinif traktorçu-maşınistin vəsiqəsinin surətinə əsasən İddiaçı 01 sentyabr 1976-cı il tarixdən traktor sürməyə hüququnu almışdır. 0953911 nömrəli diplomun surətinə əsasən İddiaçı 01 sentyabr 1990-cu il tarixində Laçın 127 №-li Orta texniki peşə məktəbinə daxil olmuş, 26 iyun 1991-ci ildə orada elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmiş və ona 3-cü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. AA seriyalı, 361194 nömrəli vəsiqəsinin surətinə əsasən, iddiaçı məcburi köçkündür. 037088 nömrəli vəsiqəsinin surətinə əsasən, iddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 10 №-li Mənzil-İstismar sahəsinin arayışına əsasən, İddiaçı Laçın rayonundan gələn məcburi köçkündür. ünvan 1 ünvanında 1992-ci ildən məcburi köçkün kimi məskunlaşmışdır. Fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli şəhadətnamənin surətinə, Vergi uçotuna dair ərizənin vergi orqanı tərəfindən qəbul edilməsi haqqında **********463700 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişinə, Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında bildirişlərə və şəxsi hesab vərəqəsinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçının ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1976-xx.xx.1992-ci il tarixlərdə Laçın meşə Təsərrüfatçılıqda traktorçu, xx.xx.1997-ci il tarixdən “Qum adası” Neftqazçıxarma idarəsində tikinti quraşdırma sexinə müvəqqəti olaraq 4-cü dərəcəli beton qarışdıran qurğunun motorçusu, xx.xx.2001-ci il tarixdən həmin sexdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı işləmiş, xx.xx.2004-cü il tarixdən həmin sexin təmir-tikinti quraşdırma briqadasına keçirilmiş, xx.xx.2008-ci il tarixdən İstismar avadanlıqlarının təmiri və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdən Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən “Bahar Energi Limited” şirkəti ilə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2010-cu il tarixdən “BEOCL” şirkətinin Azərbaycan Nümayəndəliyində Dəniz neft mədən hidrotexniki qurğuların istismar təmir sexində, xx.xx.2014-cü il tarixdən Tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsində elektrik qaz qaynaqçısı işləmiş, xx.xx.2016-cı il tarixdən həmin departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsi öz xahişi ilə ləğv edilib. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli arxiv arayışa əsasən Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1997-ci ildə “Qum adası” NQÇİ-nin Tikinti quraşdırma sexinin yaşayış evi tikən briqadasına müvəqqəti olaraq beton qarışdıran qurğunun 4-cü dərəcəli motorçusu peşəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci ildə həmin sexdə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə həmin sexin hidrotexniki qurğuların təmiri qrupuna 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə təmir tikinti quraşdırma briqadasına 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə İAT və K sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keşirilmişdir. xx.xx.2008ci ildə Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmiri sexinə 5-ci dərəcəli elektrik qazqaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Yuraxıra göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təqdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğun hesab edilir. “X3 Company Limited” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən verilmiş BE/78 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı “BEOCL” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexində elektrik qazqaynaqçısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinə kimi Tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsinə elektrik qazqaynaqçısı və xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Tikinti Departamentinin neft-qazmədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinin bahar sahəsində elektrik qazqaynaqçısı və xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində elektrik qazqaynaqçısı peşəsinə işləyib. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilib. İddiaçı tam iş günü ərzində bu peşədə dəniz şəraitində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin “a” yarımbəndinə əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 10 il 11 ay 06 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etməyi məqsədəuyğun hesab edilir. SOCAR“Azneft” İB-nin 04 oktyabr 2022-ci il tarixli məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsinin Tikinti-Quraşdırma sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək beton qarışdıran qurğunun motorçusu, xx.xx.2001-ci tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə elektrik qazqaynaqçısı, İstismar avadanlıqlarının təmiri və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixdək elektrik qazqaynaqçısı, Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexində xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək elektrik qazqaynaqçısı peşəsində işləmişdir. İddiaçı xx.xx.2001ci il tarixdən xx.xx.2010-cu il tarixədək (09 il 05 ay 11 gün) işlədiyi elektrik qazqaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü “Ümumi peşələr” bölməsində 23200000-19756 kodu ilə qeyd edilmiş “kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elektrik qaz qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 25 iyul 1992-ci il tarixli АЗЕ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanın 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçasında və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə(31 may 2022-ci il tarixədək olan redaksiyasına) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Аzərbаycаn Rеspublikаsının Nаzirlər Kаbinеtinin 1996-cı il 26 dеkаbr tаriхli, 186 nömrəli qərаrı ilə təsdiq еdilmiş «İşçilərin əmək kitаbçаsının fоrmаsı və оnun tərtibi qаydаlаrı»nın 1.1-ci bəndinə əsаsən əmək kitаbçаsı işçinin əmək fəаliyyətini və əmək stаjını təsdiq еdən əsаs sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası“ nın 4.1.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasına və işəgötürənlərin arayışlarına əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə 25 ildən çox ümumi stajı və 12 il 06 ay güzəştli stajı olması təsdiq olunur. İddiaçının işlədiyi əmək şəraiti xüsusilə ağır və zərərli peşələr- (quyuların əsaslı təmirinin qazmaçı) və (elektrik qaz qaynaqçısı) - “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 21 saylı bölmənin 10.2-ci bəndnin “a” yarımbəndinə və 35-ci bölmədə nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması səbəbindən həmin dövrləri ümumi stajına daxil etməmiş, nəticədə iddiaçının ümumu iş stajı 25 ildən az (24 il 7 ay 22 gün) olması əsası ilə güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabbdeh tərəfindən iddiaçının xx.xx.1976xx.xx.1992-ci il tarixədək olan əmək stajı- əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ümumi stajında nəzərə alınmamışdır. Lakin məhkəmə hesab edir ki, “əsaslı şübhələr” yalnız əlavə araşdırmanın aparılması üçün əsas ola bilər. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1976xx.xx.1992-ci ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1976- xx.xx.1992-ci il ilədək) əmək kitabçasında, arxiv çıxarışında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmaması və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İşin həqiqi hallarına əsasən, iddiaçının 60 yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğundan, qanunla tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli stajı həmin tarixə mövcud olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixindən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 73, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5974/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5974/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver