Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5974/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olduğundan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,8 kv. metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınması və dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 178485 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xx.xx.2004-cü il tarixdə 598 saylı reyestr kitabında 89727-ci səhifədə 30/522 qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzilin 66,8 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,8 kv.metr olan mənzil onun xüsusi mülkiyyətindədir və həmin mənzil üzərində onun mülkiyyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində 22 yanvar 2004cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildən hal-hazlıda qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi üçün onun qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərazi aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir, müraciəti əsasında icra hakimiyyətinin nəzdində X6 komissiya mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin mümkünlüyü barədə rəy verdikdən sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 27 dekabr 2021 -ci il tarixli 966 saylı sərəncam verilmişdir. Bundan sonra onun tərəfindən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu sənədləşdirmək üçün 13 oktyabr 2022-ci il tarixli ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edimişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qayadalarına” uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, imtina məktubunda qeyd olunur ki, İdarənin arxiv məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən mənzil 1 otaqlı olub, yaşayış sahəsi 16 kv. metr, köməkçi sahəsi 12,6 kv.metr və Nəsimi RİH-nin 96/9 saylı, xx.xx.1977-ci il tarixli qərarına əsasən zirzəmi sahəsinin yalnız 13 kv. metr hissəsi, ümumi sahə 41,6 kv. metr olmaqla qeydiyyata alınmışdır. İstifadəsində olan zirzəminin digər hissəsi haqqında məlumat aşkar edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən onun xahişinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur. Belə ki, 22 yanvar 2004-cü il tarixli, seriya ÖM 178485 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi rayonu, Əzizbəyov küçəsi 98 ünvanında yerləşən mənzil 22 yanvar 2004-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alinmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, idarədə mövcud olan arxiv sənədlərinə əsasən qeyd edilən ünvanda yerləşən mənzil 1 otaqlı yaşayış sahəsi 16 kv. metr, köməkçi sahəsi 12.6 kv. metr və Nəsimi RİH-nin 96/9 saylı, xx.xx.1977-ci il tarixli qərarına əsasən zirzəmi sahəsinin yalnız 13 kv. metr hissəsi, ümumi sahə 41.6 kv. metr olmaqla qeydiyyata alınmışdır. Lakin iddiaçının istifadəsində olan zirzəminin digər hissəsinə dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçmə işləri zamanı məlum olmuşdur ki, 6 saylı yerləşkə iddiaçı tərəfindən təqdim edilən yerləşmə sxemində öz əksini tapmamışdır. Yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsinin məqsədəmüvafiq olması barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********75 və xx.xx.2022-ci il tarixli, **********03 saylı cavab məktubları ünvanlanmışdır. İddiaçının idarəyə təqdim etdiyi istismara qəbul aktı Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamından daha əvvəl verilmişdir. Belə ki, istismara qəbul aktı xx.xx.2021-ci il tarixdə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən imtina olunmuş, bundan sonra sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildə ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00306-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Dövlət Arxivinin Bakı Filialında saxlanılan keçmiş Nəsimi rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli 96/9 saylı qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla keçmiş Keçxavelli (Ş.Əzizbəyov) küçəsi 98 ünvanında boşaldılmış 13 kv. metrdən ibarət zirzəminin yaşayış sahəsinə yaramayan sahə kimi kommunal xidmətlər üçün istifadəyə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş mənzil istismar sahəsinin planı əsasında X1 adına tərtib olunmuş şəxsi mülkiyyətində olan mənzilin texniki pasprotunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzilin ümumi sahəsi 64,6 kv.m, yaşayış sahəsi 16,0 kv. metr, 1-ci otaq 16,0 kv. metr, mətbəx 12,0 kv. metr, daxili dəhliz 12,6 kv. metr, vanna otağı 3,4 kv. metr, ayaqyolu-2,3 kv. metr olduğu qeyd olunmuşdur. ünvan 7 ünvanında İddiaçı istifadəsində olan sahənin ünvan 8 xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Nəsimi RİH-nin Rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq olunmuş sxemin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, sxemdə mənzilin ümumi sahəsi 66,8 kv. metr göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 178485 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 98 ünvanında yerləşən 16,0 kv. metr sahədən ibarət (bir otaq) mənzzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 598 saylı reyestr kitabında 89727-ci səhifədə 30/522 № ilə xx.xx.2004-cü ildə qeydə alınmışdır. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “vətəndaş İddiaçı məxsus mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi” barədə 366 №-li, xx.xx.2021-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 9 ünvanda yerləşən mənzilin ümumi sahəsi 66.8 kv. metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi; keçirilmiş sahədən istifadə edərkən yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunmasının vətəndaş İddiaçı tərəfindən təmin edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 200 saylı Qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə İddiaçı bildiriş verilməsi; sərəncamın surətinin vətəndaş İddiaçı, şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi üçün rayon MKTB-uə qeydiyyat vərəqəsində dəyişiklik edilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində X6 Komissiyanın 147 №-li, xx.xx.2021-ci il tarixli rəyinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon,İcra Hakimiyyəti nəzdində Daimi X6 Komissiya aşağıdakı heyətdə: Komissiyanın sədri - Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini R.Quliyev, Komissiyanın üzvləri: Nəsimi rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri- A.Rzayev, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi- R.Qasımov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi- E.Bağırov, Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar)- Ə.Rüstəmov və Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi - R.Zeynalova komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır. Vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus ünvan 9 ünvanda yerləşən mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən mənzil TİMHQİ-nin Seriya ÖM № 178485 saylı, xx.xx.2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 66.8 kv. metrdən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı məxsusdur. Sözügedən ünvanda baxış zamanı müəyyən edilmişdir ki, M.Y.Mirzəyevaya məxsus mənzildən hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş çıxışı mövcuddur (41 saylı MKİS-in, xx.xx.2021-ci il tarixli Aktı və cizgisi əlavə olunur). Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X3 qeyd olunanları nəzərə alaraq: Komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən ünvan 9 ünvanda yerləşən mənzilin ümumi sahəsinin 66.8 kv. metr hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğin hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X6 Komissiyanın 147 №-li, xx.xx.2021-ci il tarixli qəbul aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən ünvan 9 ünvanda yerləşən mənzilin ümumi sahəsinin 66.8 kv. metr hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşyış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 10 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən qeyriyaşayış fonduna keçidi ilə bağlı dəyişikliklərin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********03 №li xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, idarədə mövcud olan arxiv sənədlərinə əsasən qeyd edilən ünvanda yerləşən mənzil 1 otaqlı yaşayış sahəsi 16 kv. metr, köməkçi sahəsi 12.6 kv. metr və Nəsimi RİH-nin 96/9 saylı, xx.xx.1977-ci il tarixli qərarına əsasən zirzəmi sahəsinin yalnız 13 kv. metr hissəsi, ümumi sahə 41.6 kv. metr olmaqla qeydiyyata alınmışdır. Lakin istifadədə olan zirzəminin digər hissəsi haqqında məlumat aşkar edilməmişdir. Yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olunması məqsədəmüvafiq hesab olunmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: - 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil etmək, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək yerli icra hakimiyyətlərinin vəzifəsidir. - 4.9.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətlərinin səlahiyyətidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən, işin yuxarıda qeyd olunan halları və qanunvericiliyin tələbləri nəzərə alınmamış, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 178485 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xx.xx.2004-cü il tarixdə 598 saylı reyestr kitabında 89727-ci səhifədə 30/522 qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzilin 66,8 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyul həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 178485 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xx.xx.2004-cü il tarixdə 598 saylı reyestr kitabında 89727-ci səhifədə 30/522 qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzilin 66,8 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5974/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5974/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver