Məhkəmə qərarları › İş №2-1(112)-5975/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5975/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5975/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi kimi çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2209 kv.m olan fərdi yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330.40 kv.m olan fərdi yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyətçi olduğu fərdi yaşayış sahəsində aparılmış əlavə tikintilərdən sonra ümumi sahəsi 2.209 kv.m olmaqla Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin Sərəncamı və Eskiz layihəsi ilə təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq fərdi yaşayış sahəsinin ümumi sahəsi 2.209 kv.m olmaqla həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməklə dövlət reyestrində mülkiyyətinə verilməklə, adına reyestrdən çıxarışın verilməsi üçün iddiaçı ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 iddiaya etiraz edərək, cavabdeh orqanın xx xxxxxx 2020-ci il tarixdə verilmiş imtinasının qanuni və əsaslı olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci il təvəllüdlüdür, ünvan 2 mənzil 14 ünvanında qeydiyyatdadır. - Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 704 saylı sərəncamı əsasında tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 63a saylı evin həqiqi sahəsi:220 kv.m, tikinti altında olan sahəsi 156,8 kv.m (torpaq sahəsi üzrə eksplikasiya bölməsi); mənzilin ümumi sahəsi isə 330,4 kv.m təşkil edir.(sahənin xarakteristika bölməsi) - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0.01568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 154.2 kv.m yaşayış, 176.2 kv.m köməkçi sahədən ibarət 63a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 8126 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi DBLİ “Azərdövlətlayihə”-nin hesabatından görünür ki, fiziki şəxs X1 əsasən FHN-nin “Azərdövlətlayihə” İnstitutu tərəfindən 2008-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində 3 mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədi ilə mühəndisi- geoloji tədqiqat işləri aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2009-cu il tarixli, 30 saylı sərəncamından görünür ki, Yasamal rayonu, Z.Xəlilov küçəsi 63a ünvanında vətəndaş X2 mülkiyyətində olan fərdi yaşayış evi aparılmış əlavə tikililər nəzərə alınmaqla 0.0599 ha torpaq sahəsində 1.123,6 kv.m yaşayış,1.085,71 kv.m köməkçi sahədən ibarət olmaqla sənədləşdirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası “xxxxxx” ASC-nin iddiaçıya ünvanladığı xx xxxxxx 2009cu il tarixıi, 14/2510 saylı məktubundan görünür ki, “xxxxxx” Səhmdar Cəmiyyəti Yasamal rayonu, Z.Xəlilov küçəsi 63a saylı ünvanda yerləşən vətəndaş Ş.Qasımovaya məxsus fərdi yaşayış evində su təchizatı və kanalizasiya sistemi qoşulmuşdur. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx/xx-01071 saylı məktubundan görünür ki, aparılmış yanğın texniki müayinəyə əsasən Mədəniyyət və Turizm Nazirliyindən lisenziyanın alınması üçün Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən otel binasının istismarına yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət edilməsi şərti ilə etiraz edilmədiyi bildirilmişdir. -Qaz kəmərinin istismara qəbulu aktından görünür ki, sifarişçi Ş.Qasımovnanın sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 63 a ünvanında yerləşən qeyriyaşayış sahəsinə qaz kəməri qoyulmuşdur. Həmin akt Azərbaycan Respublikası Fövqladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəöti Dövlət Agentliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət X20 tərəfindən qəbul olunmuş və möhürü ilə təsdiq olunmuşdur. - 2009-cu il tarixdə tərtib olunmuş eskiz layihədən görünür Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 63a saylı evin eskiz layihəsi tərtib edilmişdir. Layihədə zirzəmi qatının 811.20 kv.m, 1-ci mərtəbinin 482.15 kv.m, 2-ci mərtəbənin 470,93 kv.m, mansardın 445,03 kv.m, (yaşayış sahənin 1123,6 kv.m, köməkçi sahənin 1085,71 kv.m) olmaqla, ümumi sahənin 2.209,31 kv.m olması qeyd olunmuşdur. Qeyd olunan eskiz layihəsi Yasamal RİH memarı tərəfindən imzalanmaqla, rayon icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 330,40 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - İddiaçı ərizə ilə cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2.209 kv.m olan fərdi yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrən çıxarışın verilməsini xahiş etmiş, həmin ərizə surətli poçt vasitəsi ilə cavabdehə çatdırılmışdır. (poçt qutusu) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyri-yaşayış binasına və yerləşdiyi əlavə torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, sökülmüş fərdi yaşayış evinin qeydiyyatının ləğv edilməsinə dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmiş və torpaq sahəsinin 220.0 kv.m hissəsinə evin ilkin mülkiyyətçisi X4 adına torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DXTK tərəfindən verilmiş şəhadətnamə mövcuddur (torpaq sahəsinin fərdi yaşayış təyinatlı olduğundan təyinatının dəyişdirilməsinə dair sənəd təqdim edilməyib). Məhkəmə araşdırılması zamanı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısınınxx xxxx 2005-ci il tarixli sərəncamından görünür ki, vətəndaş X7 2005-ci ildə tikdiyi ümumi sahəsi 421 kv.m 5 otaqlı yaşayış sahəsi 240 kv.m, həyatyani sahəsi 190 kv.m Z.Xəlilov küçəsi 63a saylı evin mülkiyyətçisi kimi müəyyən edilməsi qərara alınmışdır. -AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 11/15023 nömrəli arayışa əsasən, beş otaqlı, ümumi sahəsi 330.4 kv.m yaşayış sahəsi 154.2 kv.m köməkçi sahəsi, 176.2 kv.m faktiki istifadədə olan 0.022 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 63a saylı fərdi yaşayış evini X2 mülkiyyətinə vermişdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi X6r. Miras əmlakı kimi X5 verilmiş **********834-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış sahəsi 154.2 kv.m, köməkçi sahəsi 176.2 kv.m olan 63a nömrəli fərdi yaşayış evindən ibarətdir. -xx.xx.2017-ci il tarixli daşımaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evi X10 tərəfindən X12 bağışlanmışdır. -Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində, istifadədə olan 0.01568 ha torpaq sahəsində yerləşən 63a saylı fərdi yaşayış evini ünvanında yerləşən ümumi sahəsi 330,4 kv.m olan fərdi yaşayış evini İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 63 a saylı fərdi yaşayış evi üzərində mülkiyyət İddiaçı mülkiyyət hüququ alqı-satqı münasibətləri nəticəsində yaranmışdır. İddiaçı hazırda razılaşdırılmış layihə əsasında inşa edilmiş və icra hakimiyyətinin sərəncamı əsasında sənədləşdirilməsinə icazə verilmiş fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 63 a saylı fərdi yaşayış evinin qanunvericiliyin tələblərinə uyğun olaraq qeyriyaşayış sahəsi kimi qiymətləndirilməsinə yol verilb-verilməməsini araşdırmalıdır. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etiraz ərizəsində, həmçinin, cavabdeh orqanını təmsil edən nümayəndə əvvəlki məhkəmə iclaslarında iştirak edərkən, iddianın mümkün sayılmamalı olduğunu bildirir. Bu halı isə onunla əsaslandırır ki, İddiaçı sözügedən fərdi yaşayış evinə qeyri-yaşayış sahəsi kimi çıxarışın verilməsi ilə bağlı ümumiyyətlə müraciəti olmamışdır. Məhkəmə cavabdehin bununla bağlı mülahizələrini təkzib edir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə cavabdehə inzibati orqana ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2.209 kv.m olan fərdi yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrən çıxarışın verilməsini xahiş etmiş, həmin ərizə surətli poçt vasitəsi ilə cavabdehə təqdim olunmuşdur. Lakin, cavabdeh iddiaçının müraciətinə yalnız xx.xx.2020-ci il tarixdə, yəni, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra münasibət bildirmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş və müraciətinə cavab verilmədiyi halda, müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti: Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə x xxxxxxx 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmi Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, iddiaçının müraciətinə baxılarkən iddiaçının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlər təqdim olunmadığına qiymət verilmişdir. Cavabdehin imtina məktubunda ərizəyə müvafiq sənədlərin əlavə edilmədiyi göstərildiyi halda, konkret olaraq həmin sənədlərin adları göstərilməmiş, təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət etmədiyi isə açıqlanmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanıın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 - 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (AR Prezidentinin xx.xx.2012-ci il tarixli 199 saylı Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları) tərəfindən tikintiyə icazə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 214 nömrəli qərarı ilə «l, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğutarın Təsnifatı» təsdiq edilmişdir. Təsnifatda İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular İİ normal məsuliyyət səviyyəli bina və qurğular kimi müəyyən edilmişdir. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması ilə bağlı rəsmiləşdirilmiş çıxarışda, həmçinin, texniki pasportda, sözügedən daşınmaz əmlakın ümumi sahəsi 330,40 kv.m olsa da, həmin əmlakın sahəsi 2.209 kv.m təşkil etmişdir. Belə ki, mübahisə predmetini təşkil edən əmlakın əvvəlki mülkiyyətçisi olan X9 tərəfindən fərdi yaşayış evi ilə bağlı əlavə tikililər aparılmış və nəticə etibarı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1.123,6 kv.m yaşayış, 1.085,71 kv.m köməkçi sahədən ibarət olmaqla sənədləşdirilməsinə icazə verilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 2009-cu il tarixdə 30 saylı sərəncam qəbul edilmişdir. Göründüyü kimi, hazırki mübahisə predmetini təşkil edən əmlakın tikilməsinə və sənədləşdirilməsinə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Bundan savayi isə, ünvan 1 ünvanında yerləşən fərdi binaya verilmiş eskiz layihəsindən də göründüyü kimi, yaşayış sahənin 1123,6 kv.m, köməkçi sahənin 1085,71 kv.m) olmaqla, ümumi sahənin 2.209,31 kv.m olması göstərilmiş və həmin eskiz-layihəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və müvafi imza, möhürlü təsdiq edilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, mübahisələndirilən əmlakın əvvəlki mülkiyyətçisi olan X9 tərəfindən müvafiq mühəndisi-geoloji tədqiqatlarının, qaz kəmərinin quraşdırılması və istismarına qəbulunun həyata keçirilməsi, həmçininin, otel binasının istismarına yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 2.209 kv.m olan otel binasının (qeyri-yaşayış sahəsi) istismarına yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət edilməsi şərti ilə lisenziya alınmasına icazə verilmiş, həmin sahədə quraşdırılmış qaz kəmərinin istismarına qəbulu aktı qəbul edilərkən, sözügedən sahə qeyri-yaşayış sahəsi kimi qiymətləndirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqana təqdim edilmiş, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 30 saylı sərəncamı və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış qeyri-yaşayış sahəsinə dair eskiz layihəsi və tikilinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış, o cümlədən də, mövcud olan razılaşmalar və aktlar, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməklə, üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, cavabdeh tərəfindən mübahisələndirilən daşınmaz əmlakla bağlı əlavə sənədlərin tələb edilməsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə zidd hesab olunur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasinda təsdiqlənməsi tələb olunmayan sənədlərin formasi və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış binası üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2.209 kv.m olan fərdi yaşayış sahəsinin qeyri yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2.209 kv.m olan fərdi yaşayış sahəsinin qeyri yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar