Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5979/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş və 1989-cu ildə Bakı şəhəri Xəzər rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə getmişdir. 1993-cü ilin noyabr ayının 13-ü Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Füzuli rayonunda Daşburuna göndərmişlər. Onun N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsini təsdiq edən arxiv arayışı və hərbi bileti mövcuddur. Arxiv arayışından da, görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 6 saylı əmrinə əsasən Əzizbəyov RHK-dan gəlmiş hesab edilərək, 05 yanvar 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. (Əmrdə soyadı “Yuzbəyov” kimi göstərilmişdir). 2.N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 85 saylı əmri ilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişikliyi ilə əlaqədar olaraq mühafizə bölüyündə 34-cü tağımın 1-ci bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir. 3.N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 265 saylı əmri ilə Daxili Qoşunların yeni ştat strukturasına keçməsi və ştat dəyişiliyi ilə əlaqədar olaraq 01 noyabr 1993-cü il tarixdən komendant bölüyünün 3-cü tağımında 1-ci manqanın komandiri vəsifəsinə təyin edilmişdir. 3. N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli N saylı əmrilə hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin fərarilikdən qayıtmış hesab edilərək, 29 yanvar 1994-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. 4.N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 132 saylı əmrilə 24 may 1994-cü il tarixdən 03 iyun 1994-cü il tarixədək hissəni özbaşına tərk etmiş hesab edilərək fərarilikdən qayıtmış hesab edilib, 06 iyun 1994-cü il tarixdə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. 5. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 132 saylı əmrilə 24 may 1994-cü il tarixdən 03 iyun 1994-cü il tarixədək hissəni özbaşına tərk etmiş hesab edilərək, fərarilikdən qayıtmış hesab edilmiş, 06 iyun 1994-cü il tarixdə hissənin şəxsi heyətinə və bütün təminat növlərinə daxil edilmişdir. 6.N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 159 saylı əmrilə 3-cü tağımın 1-ci bölməsinin komandiri vəzifəsindən azad edilib, 2-ci tağımın 3-cü bölməsində atıcı vəzifəsinə təyin edilmişdir. 7. Daxili Qoşun komandanının xx.xx.1994-cü il tarixli 6 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N saylı əmri ilə hərbi hissənin yeni ştat strukturuna keçməsi ilə əlaqədar 01 noyabr 1994-cü il tarixdən 23-ci mühafizə tağımında 3-cü bölmənin komandiri vəzifəsinə təyin edilmişdir. 8. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 466 saylı Fərmanına, Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 160 saylı əmrilə xidmət müddəti başa çatdığına görə 15 iyul 1996-cı il tarixdə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hərbi qeydiyyata alınması üçün Əzizbəyov RHK-nın sərəncamına göndərilmişdir. Arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının 04 fevral 1994cü il tarixli DQŞ-nın 2 saylı Fərmanına əsasən Daxili Qoşunların komandanın xx.xx.1994-cü il tarixli 178 saylı əmrilə 22 fevral 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında Əzizbəyov rayonu üzrə hərbi bileti olmayanların siyahısında 4-cü sıra bölməsi ilə qeydə alınmışdır. Onun 1989-cu il tarixdən 1994-cü ilin fevral ayınadək Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini təsdiq edən sənədlər olsa da, məlum hadisələrlə əlaqədar olaraq vaxtında müharibə veteranı və vəsiqəsi almamışdır. Lakin, 2-ci Qarabağ müharibəsi şanlı qələbə ilə başa çatdıqdan sonra ona müharibə veteranı və vəsiqəsi verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, hərbi biletində məzuniyyət möhürü vurulmaması əsası ilə ona imtina edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsindən təqdim olunmuş arxiv arayışına, o cümlədən İddiaçı müraciəti ilə birgə təqdim etdiyi sənədlərə əsasən onun ölkə suverenliyi və ərazi btövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən sabiq hərbi qulluqçu V.Əliyevə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan müraciətdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabeh inzibati orqana müraciət edilmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli, 024-3403-1221 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, müraciətlə bağlı verilmiş sorğu əsasında DİN-in Daxili Qoşunlarının Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında, eləcə də, onun müraciəti ilə daxil olmuş sənədlərin surətində İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı məlumat aşkar olunmadığına görə qaldırdığı məsələnin müsbət həlli mümkün hesab edilməmişdir. İşdə olan sənədlərdən (hərbi bilet, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş arxiv arayışı) müəyyən edilir ki, starşina X3 N () saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi aşağıdakı kimi olmuşdur: N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 6 saylı əmrinə əsasən Əzizbəyov RHK-dan gəlmiş hesab edilərək, 05 yanvar 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. (Əmrdə soyadı “Yuzbəyov” kimi göstərilmişdir). 2.N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 85 saylı əmri ilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişikliyi ilə əlaqədar olaraq mühafizə bölüyündə 34-cü tağımın 1-ci bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir. 3.N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 265 saylı əmri ilə Daxili Qoşunların yeni ştat strukturasına keçməsi və ştat dəyişiliyi ilə əlaqədar olaraq 01 noyabr 1993-cü il tarixdən komendant bölüyünün 3-cü tağımında 1-ci manqanın komandiri vəsifəsinə təyin edilmişdir. 3. N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli N saylı əmrilə hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin fərarilikdən qayıtmış hesab edilərək, 29 yanvar 1994-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. 4.N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 132 saylı əmrilə 24 may 1994-cü il tarixdən 03 iyun 1994-cü il tarixədək hissəni özbaşına tərk etmiş hesab edilərək fərarilikdən qayıtmış hesab edilib, 06 iyun 1994-cü il tarixdə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. 5. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 132 saylı əmrilə 24 may 1994-cü il tarixdən 03 iyun 1994-cü il tarixədək hissəni özbaşına tərk etmiş hesab edilərək, fərarilikdən qayıtmış hesab edilmiş, 06 iyun 1994-cü il tarixdə hissənin şəxsi heyətinə və bütün təminat növlərinə daxil edilmişdir. 6.N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 159 saylı əmrilə 3-cü tağımın 1-ci bölməsinin komandiri vəzifəsindən azad edilib, 2-ci tağımın 3-cü bölməsində atıcı vəzifəsinə təyin edilmişdir. 7. Daxili Qoşun komandanının xx.xx.1994-cü il tarixli 6 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N saylı əmri ilə hərbi hissənin yeni ştat strukturuna keçməsi ilə əlaqədar 01 noyabr 1994-cü il tarixdən 23-ci mühafizə tağımında 3-cü bölmənin komandiri vəzifəsinə təyin edilmişdir. 8. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 466 saylı Fərmanına, Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 160 saylı əmrilə xidmət müddəti başa çatdığına görə 15 iyul 1996-cı il tarixdə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hərbi qeydiyyata alınması üçün Əzizbəyov RHK-nın sərəncamına göndərilmişdir. Arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının 04 fevral 1994cü il tarixli DQŞ-nın 2 saylı Fərmanına əsasən Daxili Qoşunların komandanın xx.xx.1994-cü il tarixli 178 saylı əmrilə 22 fevral 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında Əzizbəyov rayonu üzrə hərbi bileti olmayanların siyahısında 4-cü sıra bölməsi ilə qeydə alınmışdır. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlər (hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış və s.) müəyyən olunmur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissənin nizami hissə üzrə əmrlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5979/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5979/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver