Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-598/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 oğlunun, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X4 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı “sahəsi 348,5 kv.m olan fərdi yaşayış evinə dair **********51-10301 reyestr nömrəli çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin torpaq sahələrini ayıran ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yerinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahəsi 348,5 kv.m olan fərdi yaşayış evinə dair **********51-10301 reyestr nömrəli çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin torpaq sahələrini ayıran ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yerinin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2A saylı evin yanında yerləşən 200 kv.m torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən 20 may 2003-cü il tarixli 39 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəyə verilmişdir. Sonradan, həmin torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006cı il tarixli 266 saylı qərarı ilə 200 kv.m ölçüdə və 05 oktyabr 2007- ci il tarixli 250 saylı qərarı ilə 180 kv.m (toplam 380 kv.m) ölçüdə olmaqla fərdi yaşayış evi tikmək üçün alqısatqı yolu ilə İddiaçı mülkiyyətinə (sahiblik və istifadəsinə) verilmişdir. Həmin Bələdiyyənin xx.xx.2007-ci il tarixli 517 saylı qərarı ilə sahəsi 200 kv/m olan qonşu torpaq sahəsi isə X4 mülkiyyətinə (sahiblik və istifadəsinə) verilmişdir. Bu ərizəyə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03 sentyabr 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı aid Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci iltarixli 250 saylı qərarlarına uyğun sənədlər Bələdiyyənin elckron bazasında mövcuddur, lakin X4 adına Bələdiyyənin elekron bazasında torpaq sahəsi aşkar edilməmişdir. İddiaçı torpaq sahəsi ilə Zamiq Süleymanovun torpaq sahəsi arasında həmin torpaq sahələri hələ mülkiyyətə verilməmişdən öncə müvafiq dövlət qurumu tərəfindən mühafizə istinad divarı çəkilmişdir. Həmin divar həm də qonşu torpaq sahələrinin sərhəddində yerləşməklə ortaq divar funksiyası daşıyır. Bu ərizəyə əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsin xx.xx.2019- cu il tarixli, BKB/d-347 saylı məktubunda qeyd edilmişdir: adı çəkilən mühafizə- istinad divarı ilkin cizgilərə uyğun olaraq qonşu torpaq sahələrinin sərhədlərini bir-birindən ayırır. Zamiq Süleymanov və atası X13 həmin ortaq divarın üzərindən evlərinin divarını tikmiş, habelə bununla kifayətlənməyərək iddiaçının evdə olmamasından (qeyd: Həmin vaxtlar yas mərasimləri olduğu üçün iddiaçı ailəsi ilə bir müddət rayonda olmuşdur) sui-istifadə edərək iddiaçının torpaq sahəsini zəbt etməklə 3 ədəd dəmir-beton konstruksiyah dirəklər tikmiş və həmin dirəklərin üzərindən evinin divarını tikmişdir. Bu ərizəyə əlavə edilmiş "xxxx" Ekspertiza və Hüquq Şirkətinin 20 avqust 2019-cu il tarixli, 39 nömrəli ekspert rəyində göstərilmişdir: X13 tərəfindən inşa edilmiş yaşayış evinin 50smx60sm, 75smx40sm və 80smx40sm ölçüdə olan 3 monalit-beton sütunu İddiaçı aid torpaq sahəsində yerləşir. Bundan əlavə 1ci mərtəbə ilə 2-ci mərtəbə arasında 10 metr uzunluğunda 60 sm enində olan monalit beton kəmər və 2-ci mərtəbə ilə 3-cü mərtəbə arasında 15 metr uzunluğunda 60 sm enində monalit-beton kəmər İddiaçı aid torpaq sahəsinə çıxıntı olaraq inşa edilmişdir. Ümumilikdə, X13 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 10.5 kv.m hissəsi İddiaçı aid torpaq sahəsində yerləşir. Binəqədi rayon Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsində inşa edilmiş tikili (hasar) iki qonşu arasında ortaq divar olduğu müəyyən edilmişdir. X2 tərəfindən inşa edilmiş (RX Seriyalı ******* mytı X1 adına verilmiş 0.02 ha torpaq sahəsində 348,5 kv.m sahədən ibarət olan) fərdi yaşayış evi ara məsafəsi gözlənilmədən, eləcə də İddiaçı aid torpaq sahəsinə keçərək qonşunun razılığı olmadan ortaq divar üzərində inşa edilməklə Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72 ci maddələrin tələblərinə uyğun deyildir. Beləliklə, sözügedən ekspert rəyi ilə müəyyənləşdirilmişdir ki, X7 məxsus fərdi yaşayış evinin bir hissəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrin tələblərini pozmaqla, ara məsafəsi gözlənilmədən, qonşunun razılığı olmadan ortaq divar üzərində, eləcə də 10.5 kv.m ölçüdə İddiaçı aid torpaq sahəsində inşa edilmişdir. Zamiq və Adil Süleymanovlar evin Məstəli Əiyevin torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərə açmışlar. Həmin nəfəslik və pəncərələrin açılması nəticəsində Məstəli Əiyev və onun ailə üzvlərinin uzun müddətdir ki, daimi olaraq istifadə etdikləri torpaq sahəsi (həyəti) nəzarət altına alınmış (qarşı tərəfin həmin pəncərələrdən baxması ilə) və bunula da onların öz torpaq sahələrindən sərbəst, maneəsiz istifadə etmək hüquqları məhdudlaşdırılaraq pozulmuşdur. Qeyd edilən bu hala oxşar mülki mübahisə 2007- 2008-ci ildə İddiaçılə onun digər divar qonşusu arasında baş vermişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 may 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı və Nəzifə Əliyevanın X.Tahirova və T.Tahirova qarşı mülkiyyətlərində olan torpaq sahəsində qanunsuz tikdikləri evdən bağ sahəsinə açılan pəncərənin bağlanması tələbinə dair qarşılıqlı iddiası təmin edilərək X.Tahirovun və T.Tahirovun yaşadıqları Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 saylı evdən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə tərəf açılan pəncərə bağlanmış və İddiaçı pozulmuş hüquqları bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhəməsinin MİÜMK-nın 2 (102) 2115/08 saylı, 21 avqust 2008-ci il tarixli Qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır (qərar bu ərizəyə əlavə edilmişdir). Sözügedən fərdi yaşayış evi 2007-2008-ci illərdə inşa edilmişdir. 2018-ci ilin avqust ayında İddiaçı tərəfindən mülki məhkəmə icraatı qaydasında “fərdi yaşayış evinin zəbt edilmiş torpaqda tikilmiş hissəsinin sökülməsi və s. tələbə dair” iddia qaldırıldığından Zamiq Süleymanov ortaq divar üzərində və İddiaçı torpaq sahəsində inşa edilmiş qanunsuz tikiliyə hüquqi don geyindirmək məqsədilə tələsik fərdi yaşayış evinə 19 dekabr 2018-ci il tarixdə qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı çıxarış və texniki pasportu əldə etmişdir. Bu ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, 27 saylı BNK-nın 07 dekabr 2018ci il tarixli, 4Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 0.02ha olan 40F saylı torpaq sahəsi X4 adına qeydiyyatdan keçmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə əsasən sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi **********51-10301 reyetsr nömrəsi ilə vahid əmlak şəklində Z.A.Süleymanovun adma qeydə alınmışdır və hazırda mülkiyyətdədir. Zamiq Süleymanovun fərdi yaşayış evi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestrində aparılmış **********51-10301 reyetsr nömrəli qeydiyyat müvafiq hissədə əsassız və qanunsuzdur. Ona görə ki, Zamiq və X6 Əliyevə məxsus torpaq sahəsində, habelə həmin torpaq sahələrinin sərhəddində yerləşən ortaq divar üzərində İddiaçı razılığı olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikmiş olduğu evinin divarları, beton dirəkləri 10.5 kv.m ölçüdə olmaqla özbaşına tikilidir. Həmin özbaşına tikiliyə Zamiq Süleymanov 10.5 kv.m ölçüdə olmaqla hüquqi əsas olmadan 19 dekabr 2018-ci il tarixdə qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı çıxarış və texniki pasport əldə etmişdir. Sözügedən çıxarış və texniki pasportla İddiaçı əmlak (mülkiyyət - sahiblik və istifadə) hüquqları, həmçinin onun öz torpaq sahəsindən sərbəst, maneəsiz istifadə etmək hüquqları məhdudlaşdırılaraq pozulmuşdur. Belə ki, çıxarış və texniki pasportda sahəsi 348,5 kv.m göstərilən evin bir hissəsi, yəni evin arxa tərəfdən divarları və həmin divarları saxlayan beton dirəklər 10.5 kv.m ölçüdə qanunsuz olaraq ortaq divar üzərində və İddiaçı torpaq sahəsində tikili olaraq müəyyən edilmiş, həmçinin evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 (on bir) ədəd pəncərə yeri müəyyən edilmişdir. Sözügedən çıxarış və texniki pasportun müvafiq hissədə qanunsuzluğuna dəlalət edən digər fakt ondan ibarətdir ki, evin Məstəli Əiyevin torpaq sahəsinə baxan divarında 3 ədəd nəfəslik və 3 ədəd pəncərə olduğu halda, sonradan verilmiş texniki pasportda isə evin İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 (on bir) ədəd pəncərə yeri müəyyən edilmişdir. İddiaçı 2018-ci ilin avqust ayında pozulmuş hüquqlarının bərpası üçün mülki məhkəmə icraatı qaydasında “fərdi yaşayış evinin zəbt edilmiş torpaqda tikilmiş hissəsinin sökülməsi və s. tələbə dair’' iddia qaldırmışdır. Lakin həmin vaxtlar X12 mübahisəli fərdi yaşayış evinə çıxarış və texniki pasport əldə etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6324/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdehlər X9 və X7 qarşı “**********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun İddiaçı torpaq sahəsində zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5517/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestrində qeydiyyat (fərdi yaşayış evi ilə bağlı) inzibati orqanın (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) publik səlahiyyətlərinin icrası nəticəsində aparılmışdır. Bu publik səlahiyyətlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib- keçirilmədiyini yoxlamaq isə inzibati icraat qaydasında inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Məhkəmə tərəfindən İddiaçı cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilməsi imkanı izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6324/2021 saylı, xx.xx.2021ci il tarixli Qətnaməsində (14-cü səhfədə) hazırkı inzibati məhkəmə mübahisəsi üçün əhəmiyyətli fakt (sübut etməkdən azad olmaq üçün əsas) müəyyən edilmişdir: Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iş üzrə tərəflər qonşudurlar, iki torpaq sahələrini ortaq divar ayırır. X4 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, həmin hissəni üç ədəd betondan inşa edilmiş dayaqlar saxlayır və onlar da İddiaçı məxsus torpaq sahəsində yerləşir. Həmin fakt, bu ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5517/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının 35-ci bəndində də təsbit edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103 )-63 24/2021 sayh, xx.xx.2021-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının pozulmuş hüquqlarının bərpası üçün cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müvafiq sübutlar əlavə edilməklə müraciət edilmişdir. Və cavabdehdən İddiaçı torpaq sahəsində zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinə dair **********51-10301 reyestr nömrəli çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin, Binəqədi Bələdiyyəsinin qərarı ilə müəyyən edilmiş cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, həmçinin evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 (on bir) ədəd pəncərə yerinin ləğv edilməsi barədə qərar qəbul etməsi xahiş olunmuşdur. Cavabdehin bu ərizəyə əlavə olunmuş **********42 sayh, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir: Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Hesab edirik ki, cavabdeh ərizəmizə formal yanaşaraq, ərizəyə əlavə edilmiş sübutları nəzərə almamış, müraciətimiz üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və ya araşdırma aparmaqdan imtina etmiş və şablon xarakterli cavab yazmışdır. Cavabdeh tərəfindən eyni xarakterli qanunsuz əməllər, bir hissəsi idiaçının torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinə **********51-10301 reyetsr nömrəsi ilə daşınmaz əmlakın dövət reyestrindən çıxarış və texniki pasport verilərkən də edilmişdir. Belə ki, cavabdeh həmin vaxt fərdi yaşayış evinin idiaçının torpaq sahəsində tikilmiş hissəsinə baxış keçirməmiş və hər hansı ölçmə işləri aparmamışdır. Nəticədə cavabdeh qanunvericiliyin aşağıda qeyd olunan tələblərini pozmuşdur. İddiaçı qeyd edir ki, 10.5 kv.m ölçüdə olmaqla qonşu torpaq sahələrini ayıran ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin mübahisəli hissəsinə hüquqların qeydiyyatı, habelə evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 (on bir) ədəd pəncərə yerinin müəyyən olunmasına dair qeydiyyat əsasssız olduğundan, bunun nəticəsində əmlak hüquqlarına toxunulmuş iddiaçı həmin qeydiyyatın göstərilən hissədə ləğv edilməsinə dair məhkəmədə iddia qaldıra bilər.
3. Məhkəmənin xx.xx.2021-ci il tairixli qərardadı ilə X12 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Cavabdeh orqan məhkəməyə (dəftərxana vasitəsilə) etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi (“Nəsimi-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Həmçinin bildiririk ki, ünvan 1 ünvanında yerləşən 44 və 48 saylı mənzillərə dair iddiaçının müraciətinə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Onu da qeyd edək ki, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi hal- hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğundan, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatı aparıla bilər. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********64 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzillərin sənəd üzrə sahələri 94,2 kv.m olsa da, faktiki sahələri 86,4 kv.m- dir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil inşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binatara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 hazırki inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 2A saylı evin yanında yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq məlumatların və sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsinə dair sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, təqdim olunan kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi yaşayış binalarının həyətində, ümumi istifadə üçün nəzərdə tutulan, daxilində yaşıllıq ağacları olan dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə olaraq torpaq sahəsinin 3 tərəfindən qaz xətti keçir.
7. Üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə müraciət edilərək eyni zamanda Bakı İnzibati Məhkəməsinə dövlət mülkiyyətində olan 200 kv.metr torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı qərarının etibarsızlığının tanınmasına dair iddia ərizəsi verildiyi bildirilmişdir.
8. Hazırki inzibati iş üzrə məhkəmə icraatı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarın etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10405/2022 nömrəli iş üzrə icraat başa çatana kimi dayandırılmışdır.
9. Həmin iş üzrə iddia tələbi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 266 saylı xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi kimi dəyişdirilərək buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddia mümlün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1023/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardad qüvvədədir.
10. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)- 26/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər X9 və X7 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X5 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin tələblərlə bağlı mövqeyi belə olmuşdur ki, qeyd olunan tələbə inzibati məhkəmədə baxılmalıdır. 9. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qətnaməsi ilə hər iki tərəfin bütün tələbləri rədd edilmiş və məhkəmə xəcləri bölüşdürülmüşdür.
12. Bakı şəhəri Binəqədi rayon məhkəməsi 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli əlavə Qətnamə qəbul etmiş və İddiaçı cavabdehlər X9 və X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə) **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin sökülməsi hissəsində cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi barədə iddiası təmin edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən və xx.xx.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və xx.xx.2021-ci il tarixli əlavə Qətnaməsi ləğv edilmiş; İddiaçı cavabdehlər X9 və X7 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli Çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
14. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən və xx.xx.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və xx.xx.2021-ci il tarixli əlavə Qətnaməsi ləğv edilmiş; İddiaçı cavabdehlər X9 və X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası təmin edilməmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər X14 və X12 tərəfindən ayrıayrılıqda verdikləri apellyasiya şikayəti təmin olunmamış; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi qalan hissədəX14nun və X4 qarşılıqlı iddialarının rədd olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Həmin qərardaddan iddiaçının vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, icraata xitam verilən iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz, qeyd olunan tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxıla bilər.
16. Həmin qətnamədən iddiaçının vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Kollegiya qeyd etmişdir ki, İddiaçı cavabdeh X7 qarşı **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X5 məxsus torpaq sahəsinə aid hissədə ləğv (etibarsız hesab) edilməsi iddiası inzibati icraat qaydasında uğurlu olarsa, iddiaçının rədd olunmuş digər tələblərinə dair yenidən iddia qaldırmaq hüququ qalır.
17. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli (iş №13(102)- 151/2022) Qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-26/2021 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli 2(102)-5517/2021 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair X4 ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.
18. Qeyd edilən iş üzrə keçirilmiş ekspertizalarla müəyyən edilmişdir ki: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2019-cu il tarixli, 10509 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması barədə məhkəmədən olmuş müraciətə heç bir sənəd əlavə edilməmiş və elektron kadastr məlumat asında heç bir məlumat aşkar olunmamışdır. X14 tərəfindən edilmiş tikili reyestr nömrəsi **********51-10301 çıxarışa əsasən mülkiyyətdə olan 0.02 hektar torpaq sahəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, Torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması barədə elektron kadastr məlumat bazasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, Torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Binəqədi rayon Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsində inşa edilmiş tikili (hasar) X8 adına olan reyestr nömrəsi **********5110301 Çıxarışa əsasən mülkiyyətdə olan 0.02 hektar torpaq sahəsindədir. İnşa edilmiş tikililər (hasar) X8 adına olan reyestr nömrəsi **********5110301 Çıxarışa əsasən mülkiyyətdə olan 0.02 hektar torpaq sahəsində inşa edildiyindən və həmin tikililər texniki pasportda öz əksini tapdığından, tikililərin tikinti normalarına əməl edilməklə inşa olunduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10 avqust 2020-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilmişdir ki, göstərilən, üç tərəfdən mişar daşı ilə, bir tərəfdən mişar daşı və qonşu evin çöl divarı ilə sərhədlənmiş torpaq sahəsi məhəllədaxili yaşıllıq ərazidə yerləşir. Təqdim olunmuş yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur (yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd edilməmişdir), Hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü 200,0 m2 qeyd edilsə də, faktiki olaraq 380,0 m2 torpaq sahəsindən istifadə edilir. Torpaq sahəsinin üzərində yaşayış evi və həyət tikilisi mövcuddur. Torpaq sahəsinin üç tərəfindən (1,0 m; 1,6 m və 0,9 məsafədən) diametri 400 mm-lik qaz xətti keçir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kodastrı və Ünvan Reyestri Xidmətinin 23 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən ölçülmüş faktiki torpaq sahəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikilinin arxa tərəfindən uzunluğu 80 sm olan betonlar İddiaçı istifadəsində olan torpaq sahəsinə çıxmışdır və həmin beton hissəsinin 5.5 kv.m-i iddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsinə daxildir. X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qərb tərəfdən bitişik gediş-gəliş yolu kimi iddia etdiyi hissə həmin ərazinin planında ümumi istifadədə olan yol olub-olmaması barədə elektron bazada məlumat mövcud deyil. Bunun üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və ya Bələdiyyəyə müraciət etmək məqsədə uyğundur. İddiaçı istifadəsində olan torpaq sahəsində köməkçi tikililər tikilmişdir və sxemdə göstərilmişdir. X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti tərəflər tərəfindən göstərilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2020-ci il tarixli, 10/2022 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən ölçülmüş faktiki torpaq sahəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikilinin arxa tərəfindən uzunluğu 80 sm olan betonlar İddiaçı oğiünun istifadəsində olan torpaq sahəsinə çıxmışdır və həmin beton hissəsinin 5.5 kv.m-i iddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsinə daxilində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qərardadda qoyulmuş bu suallar cavablandırılmadığı və eləcə də mütəxəssis rəyinə əlavə olunmuş sxem aydın göstərilmədiyi üçün, həmin suallar (qərardadın ikinci və doqquzuncu sualları) üzrə tədqiqat aparılmamışdır. Mütəxəssis rəyinə əsasən, X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qərb tərəfdən bitişik gediş-gəliş yolu kimi iddia etdiyi hissə həmin ərazinin planında ümumi istifadədə olan yol olub-olmaması barədə elektron bazada məlumat mövcud deyil. Bunun üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və ya Bələdiyyəyə müraciət etmək məqsədə uyğundur. İddiaçı istifadəsində olan torpaq sahəsində köməkçi tikililər tikilmişdir və sxemdə göstərilmişdir. X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti tərəflər tərəfindən göstərilməmişdir.
19. Məhkəmə yerində baxış zamanı müəyyən etmişdir ki, İddiaçı faktiki istifadə etdiyi 200 kv.m-lik torpaq sahəsində iri gövdəli, şaxəli və hündür ağaclar mövcuddur. Həmin torpaq sahələri hündürmərtəbəli 3-4 binanın əhatəsində yerləşir. X7 məxsus, ünvan 2 ünvanda yerləşən, çıxarış və texniki pasportda sahəsi 348,5 kv.m göstərilən evin arxa tərəfdən divarları və həmin divarları saxlayan beton dirəklər mövcud olmaqla qonşu torpaq sahəsinə düşür. X4 evinin İddiaçı məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə düşən hissəsində faktiki olaraq 1 pəncərə, 4 nəfəslik vardır. İddiaçı və üçüncü şəxs qonşudurlar, iki torpaq sahələrini ortaq divar ayırır. X4 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, həmin hissəni üç ədəd betondan inşa edilmiş dayaqlar saxlayır.
20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
22. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs və onun vəkili iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
23. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
24. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
25. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı qərarı ilə 200 kv.m. ölçüdə və xx.xx.2007-ci il tarixli 250 saylı qərarı ilə 180 kv.m. ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikmək üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir.
26. Həmin sahəyə bitişik 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 348,5 kv.m. olan fərdi yaşayış evi cavabdeh X4 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, fərdi yaşayış evinə texniki pasport verilmişdir. 27 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli 4Ə-381 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsi 0,02 ha olan 40F saylı torpaq sahəsi X4 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi **********51-10301 reyetr nömrəli vahid əmlak şəklində Z.A.Süleymanovun adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir.
27. İki torpaq sahələrini ortaq divar ayırır. X4 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, iddiaçı həmin çıxıntı hissəsinin 10,5 kv.m. olduğunu bildirir, iş üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən həmin çıxıntının 5,5 kv.m olduğu müəyyən edilmişdir.
28. İstənilən halda X4 mülkiyyətində olan fərdi yaşayış evi bir hissədə (10,5 kv.m-dən çox olmayan hissədə) iddiaçıya ayrılmış torpaq sahəsinə düşür.
29. İddiaçı bildirir ki, həmin tikilinin inşasına vaxtilə razılıq vermiş, lakin şərti ondan ibarət olmuşdur ki, ona məxsus həyətə pəncərə açılmamalıdır. X12 (evi inşa edən atası Adil) həmin sövdələşməni pozduğu və həyətinə baxan pəncərə inşa edildiyi üçün müvafiq qeydiyyat və texniki pasport ləğv edilməlidir.
30. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. X4 maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir.
32. İddiaçının hazırkı iddianı qaldırmaqda yekun məqsədi evin onun sahəsinə düşən hissədə sökülməsidir.
33. Odur ki, torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək digər şəxsə (mütənasibsiz olaraq) daha çox zərər vurulması hesabına təmin edilə bilər. Bu isə iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi və ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədlərinə uyğun hesab edilə bilməz.
34. Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
35. Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
36. Mülki Məcəlləsinin 560.1-ci maddəsinəəsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
37. Məhkəmə nəzərə alır ki, iddiaçı ilkin olaraq həmin evin qeyd edilən şəkildə inşasına razılıq vermiş, daha sonra aralarındakı “şərt” pozulduğu üçün (iddiaçının bildirdiyinə görə ona aid torpaq sahəsinə pəncərə və nəfəslik açıldığı üçün) qeydiyyatın ləğvini tələb etmişdir.
38. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
39. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
40. X21 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X21 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
41. Məhkəmə hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını zərər vurmuş şəxsə qarşı əsaslandırılmış şəkildə kompensasiya tələbi irəli sürməklə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür.
42. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva