Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5981/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpağın satılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə inzibati işə məhkəmənin binasında ünvan: (ünvan 1 baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143.955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə iddia tələbinin həcminin azaldılaraq ünvan 2 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, iddia tələbi dəqiqləşdirilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti (“Departament”) (hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən verilmiş 001687 saylı 11 sentyabr 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanda yerləşən avtobaza iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, iddiaçı özəlləşdirdiyi müəssisənin altında yerləşən torpaq sahəsinin satın alınması üçün dəfələrlə departamentə müraciət etmiş, lakin həmin torpaq sahəsinin satılmasından əsassız olaraq imtina edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən departamentə qarşı “Özəlləşdirilmiş müəssisənin yerləşdiyi torpaq sahəsinin satılmasına və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinə məcbur edilmə” barədə iddia qaldırılmış, Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehin üzərinə ünvan 2 ünvandakı avtobazanm yerləşdiyi 7504,36 kv.m torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli qətnaməsi ilə departamentin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli qətnaməsi ilə C.Hacıbəyli küçəsindəki 30 saylı ünvandakı avtobazanın yerləşdiyi sahənin ölçüləri hissəsində dəyişdirilərək, cavabdehin üzərinə ünvan 4 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m. torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyun 2008-ci il tarixli, 2(102)1231/08 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin üzərinə torpaq sahəsinin iddiaçıya satılması və mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsini müəyyən etmiş qanuni qüvvədə olan məhkəmə qərarı vardır. Qeyd edilən faktlara baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17 noyabr 2016-cı il tarixli, **********47 saylı bildirişi ilə iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinin dövlət reyestrindəki məlumatlara əsasən, qiyməti 7.320.000 (yeddi milyon üç yüz iyirmi min) manat təşkil edir və həmin qiymətə alınması iddiaçıya təklif olunur, əks təqdirdə torpaq sahəsi hərracdan satılacaq. Cavabdeh tərəfindən uzun müddət ərzində qanuni qüvvədə olan məhkəmə qətnaməsi icra edilməmiş qaldığından iddiaçı tərəfindən müvafiq şikayətlə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 3 may 2018-ci il tarixli qərarı (ərizə № 34921/10) ilə yerli məhkəmə qətnaməsinin 9 il 9 ay müddətində icra olunmaması ilə bağlı Konvensiyanın 6.1-ci maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulması qərara alınmış və 3 ay müddətində ərizəçinin xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra olunması vəzifəsi Azərbaycan Hökumətinin üzərinə qoyulmuşdur. İddiaçı tərəfindən 25 avqust 2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunaraq, ünvan 4 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m. torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki,”... keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 17 noyabr 2016-cı il tarixli, **********47 nömrəli bildiriş məktubu ilə mülkiyyətinizdə olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 7.320.000 manat təşkil edən istifadənizdə olan dövlətə məxsus 6,099.8 kv.m torpaq sahəsinin satın alınması sizə təklif olunmuşdur. Bununla bağlı tərəfinizdən hər hansı münasibət bildirilməmiş və nəticədə adıçəkilən məhkəmə qərarının icrası mümkün olmamışdır”. Aşağıda qeyd edilənlərə əsasən, cavabdehin 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı məktubu qanunsuz hesab edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 4 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin həmin Xidmətin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, torpaq sahəsinin iddiaçıya satılması və mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur, apelyasiya və kasasiya instansiyaları məhkəmələri tərəfindən qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qətnaməsi qəbul edilən zaman qüvvədə olan “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında əsasnaməni bir ay müddətində təsdiq etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə əsasən, torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsalların 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilməsi təsbit edilmişdir. İddiaçının torpaq sahəsi Bakı şəhərində 5 zonada (tətbiq edilən əmsal-5.9) yerləşdiyindən onun qiyməti 7 saylı Əlavədə göstərilən bazis qiymətinə (hər 100 kv.m. üçün 400 manata) vurulmaqla müəyyən edilməlidir. Torpaq sahəsinin qiyməti qeyd edilən Əsasnaməyə uyğun olaraq hesablanmaqla 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manat təşkil edir. (6099.8 x 400 x 5.9 = 143 955 manat). Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, iddiaçı torpaq sahəsinin özəlləşdirilməsi üçün 143.955 manat ödəməli olduğu halda, cavabdeh tərəfindən qanunsuz olaraq ******* (yeddi milyon üç yüz iyirmi min) manat tələb edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdehin yuxarıda istinad edilən 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı məktubu, iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həm də Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının 9 il 9 ay icra olunmaması “İnsan hüquq və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə hüququnu nəzərdə tutan 6.1-ci maddəsinin və mülkiyyət hüququnu nəzərdə tutan 1 saylı Protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilmiş və yerli məhkəmə qərarının 3 ay müddətində icra olunması vəzifəsi Azərbaycan Hökumətinin üzərinə qoyulmuşdur. Ərizəçinin xeyrinə çıxarılmış məhkəmə qərarı icra olunarkən qətnamə çıxarılan zaman mövcud olmuş vəziyyətin bərpa edilməli olması Avropa Məhkəməsinin qərarlarında da dəfələrlə təsbit edilmişdir. Avropa Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı (Şikayət № 31556/03) işi üzrə qərarında 11 dekabr 2008-ci il tarixli qərarında qeyd etdi ki: “...Məhkəmə bildirir ki, pozuntunu aşkar etdiyi qərar pozuntuya son qoymaq və pozuntudan əvvəl mövcud olan vəziyyəti mümkün qədər qaytarmaq üçün onun nəticələrini bərpa etmək üzrə hüquqi öhdəliyi Dövlətin üzərinə qoyur (həmçinin bax, Papamiçalopulos və digərləri Yunanistana qarşı (50-ci maddə), 31 oktyabr 1995-ci il tarixli qərar, A Seriyaları KQ 330- B, ss. 58-59, § 34). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanındakı avtobazanın yerləşdiyi 7504,36 kv.m torpaq sahəsinin “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 19.12.1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 27 aprel tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-cı bəndinə uyğun olaraq, 143 955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata iddiaçıya satılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia əsassızdır və rədd edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 19.11.2007-ci il tarixli qətnaməsi ilə ünvan 5 ünvanındakı avtobazanın yerləşdiyi 6099,8 kv. m torpaq sahəsinin İddiaçı satılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya 17.11.2016-cı il tarixli, **********47 nömrəli bildiriş göndərilərək, ünvan 5 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri ******* manat təşkil edən 6099.8 kv.m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi ona təklif edilmiş və torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirdiyi halda onun satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəyi bildirilmişdir. İddiaçının həmin torpaq sahəsinin bazar dəyəri ilə deyil, normativ qiymətlə ona satılmasına dair tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin bəndə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçıya 17.11.2016-cı il tarixli, **********47 nömrəli bildiriş göndərilərkən artıq qanunvericilikdə yuxarıda qeyd edilən dəyişiklik edilmişdir. İddiaçının istifadəsində olan, ünvan 5 ünvanında yerləşən 6099.8 kv.m torpaq sahəsinin normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduğundan, iddiaçı torpaq sahəsinin satın alınmasına razılığını bildirdiyi halda onun qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcəyi iddiaçıya bildirilmişdir. İddiaçı torpaq sahəsinin dəyərinin torpaq sahəsinin ona satılmasına dair yuxarıda qeyd edilən məhkəmə qərarının çıxarıldığı zaman (2008-ci il) qüvvədə olan qanunvericiliyə uyğun müəyyən edilməsini tələb edir. Halbuki, torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satıla bilər və həmin müqavilənin şərtləri məhkəmə qərarının çıxarıldığı zaman deyil, müqavilənin bağlanıldığı zaman qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin yeni normaya əsasən müvafiq torpaq sahələrinin özəlləşdirmə qiyməti bazar dəyərinə uyğun müəyyənləşdirilə bilər. Qeyd edilən yeni norma 05.10.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə istinad edərək, mülki qanunvericiliyin müddəalarının geriyə qüvvəsinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında torpaq sahəsinin alqısatqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt torpağa istifadə hüququnun yarandığı zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin qiymətləndirilməsinin hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılması fiziki və ya hüquqi şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi kimi təfsir edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin dəyərinə dair mübahisə iddiaçıya torpaq sahəsinin özəlləşdirilməsinə dair 17.11.2016-cı il tarixli bildiriş göndərildikdən sonra yaranmışdır. Beləliklə, tərəflər arasında torpaq sahəsinin dəyəri ilə bağlı mübahisə 17.11.2016-ci il tarixindən sonra yaranmışdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə uyğun olaraq iddiaya mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməklə baxılmalıdır. Beləliklə, göründüyü kimi iddiaçı Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə zidd olan iddianın təmin edilməsini xahiş edir ki, belə bir iddianın təmin edilməsi üçün hüquqi əsas yoxdur. Bundan başqa bildiririk ki, Bakı Apelyasiya Məhkəməsinin 19.11.2007-ci il tarixli qətnaməsi ilə 6099,8 kv. m torpaq sahəsinin iddiaçıya satılması qət edilmişdir. İddiaçı isə heç bir əsas olmadan 7504,36 kv. m torpaq sahəsinin ona satılmasını tələb edir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: - Cavabdehin iddiaçıya ünvanlanan 10.09.2020-ci il tarixli **********65 saylı məktubu ilə bildirilmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 17 noyabr 2016cı il tarixli, **********47 nömrəli bildiriş məktubu ilə mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri ******* manat təşkil edən istifadəsində olan dövlətə məxsus 6099.8 kv.metr torpaq sahəsinin satın alınması iddiaçıya təklif olunmuşdur. Bununla bağlı tərəfindən hər hansı münasibət bildirilməmiş və nəticədə adıçəkilən məhkəmə qərarının icrası mümkün olmamışdır. - Bakı şəhər Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli 2-1188/2003-cü il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə ünvan 6 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.metr torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli, 1MK-703/2007 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli 2-1188/2003-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ünvan 7 ünvandakı avtobazanın yerləşdiyi sahənin ölçüləri hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin üzərinə ünvan 8 ünvandakı avtobazanın yerləşdiyi 6099,1 kv.metr torpaq sahəsinin İddiaçı satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməsi vəzifəsi qoyulmuşdur. Qətnamədən «MPM-nin 238 və 253-cü maddələrini» sözləri xaric edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18.06.2008-ci il tarixli 2(102)1231 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli, 1MK-703/2007 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. - Avropa İnsan Hüquqları Məhkəməsinin 03.05.2018-ci il tarixli “Ramixanov və digərləri Azərbaycana qarşı iş” üzrə (Şikayət № 31732/08 və 19 digəri - əlavə edilmiş siyahıya baxın) qərarından və ona əlavədən görünür ki, ərizəçilər sıyahısında İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.06.2008-ci il tarixli qərarının icra edilmədiyi də göstərilməklə Konvensiyanın 6-cı maddəsinin 1 saylı bəndinin və 1 saylı Protokolunun 1-ci maddəsi pozuldugu aşkar edilərək cavabdeh Dövlətə əlavə edilmiş cədvəldə göstərilən icrasını gözləyən yerli məhkəmə qərarlarının icrasını 3 ay müddətində müvafiq vasitələrlə təmin etməsi həvalə edilmişdir. İşin hallarından göründüyü kimi Bakı şəhər Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli 2-1188/2003-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə ünvan 6 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.metr torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli, 1MK-703/2007 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, lakin məhkəmə qətnaməsi avtobazanın yerləşdiyi sahənin ölçüləri hissəsində dəyişdirilərək cavabdehin üzərinə avtobazanın yerləşdiyi 6099,1 kv.metr torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyə hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18.06.2008-ci il tarixli 2-(102)-1231 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Məhkəmə qərarları icra olunmadıgından iddiaçının Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti qəbul edilərək 03.05.2018-ci il tarixli “Ramixanov və digərləri Azərbaycana qarşı iş” üzrə (Şikayət № 31732/08 və 19 digəri - əlavə edilmiş siyahıya baxın) qərarı ilə iddiaçının barəsində qəbul edilmiş yerli məhkəmə qətnaməsinin 9 il 9 ay müddətində icra edilmədiyi Konvensiyanın 6-cı maddəsinin 1 saylı bəndinin və 1 saylı Protokolunun 1-ci maddəsi pozuntusu kimi tanınaraq cavabdeh Dövlətə icrasını gözləyən yerli məhkəmə qərarlarının icrasını 3 ay müddətində müvafiq vasitələrlə təmin etməsi həvalə edilmişdir. İddiaçı tərəfindən 25 avqust 2020-ci il tarixli məktubla cavabdeh quruma müraciət edilərək, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunaraq, torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdehin 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 17 noyabr 2016-cı il tarixli, **********47 nömrəli bildiriş məktubu ilə mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 7.320.000 manat təşkil edən istifadəsində olan dövlətə məxsus 6,099.8 kv.m torpaq sahəsinin satın alınması iddiaçıya təklif olunmasına baxmayaraq tərəfindən münasibət bildirilmədiyindən məhkəmə qərarının icrası mümkün olmamışdır. Cavabdehin dəlillərinə görə iddiaçıya 17.11.2016-cı il tarixli, **********47 nömrəli bildiriş göndərilərək, daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri ******* manat təşkil edən 6099.8 kv.m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi iddiaçıya təklif edilmiş və razılıq bildirdiyi halda onun satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəyi bildirilmişdir. Cavabdeh bu dəlillərini onunla əsaslandırır ki, torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satıla bilər və həmin müqavilənin şərtləri məhkəmə qərarının çıxarıldığı zaman deyil, müqavilənin bağlanıldığı zaman qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilməlidir. Əsasnaməyə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin bəndə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. İddiaçıya 17.11.2016-cı il tarixli, **********47 nömrəli bildiriş göndərilərkən artıq qanunvericilikdə yuxarıda qeyd edilən dəyişiklik edilmişdir. Odur ki, qeyd edilən yeni norma 05.10.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olundugundan, iddiaçıya münasibətdə də bu qayda tətbiq olunmalıdır. Hazırki mübahisəni qaldıraraq iddiaçı torpaq sahəsinin dəyərinin satılma barədə məhkəmə qərarının çıxarıldığı zaman, yəni 2008-ci ildə qüvvədə olan qanunvericiliyə uyğun müəyyən edilməsini tələb edərək torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata satılması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ərizəçinin xeyrinə çıxarılmış məhkəmə qərarı icra olunarkən qətnamə çıxarılan zaman mövcud olmuş vəziyyətin bərpa edilməli olması Avropa Məhkəməsinin qərarlarında dəfələrlə təsbit edilmişdir. Avropa Məhkəməsinin xatırladır ki, Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (X1rşı (əvəzin ədalətli ödənilməsi ), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). Tərəflərin hər biri məhkəməyə iddiaçının əmlakının dəyərini fərqli məbləğdə təqdim etmişdir. Bu səbəbdən, əmlakın qiymətləndirilməsi üçün hansı məbləğin əsas kimi götürüləcəyi müəyyənləşdirilməlidir. İş materiallarından və məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18.06.2008-ci il tarixli 2-(102)- 1231 saylı qərarından sonra cavabdehin heç bir detallı ekspert qiymətləndirmə hesabatını təqdim etmədiyi bəlli olur. Cavabdehin 17.11.2016-cı il tarixli, **********47 nömrəli bildirişində əks olunan qiymət isə (daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən - dəyəri 7.320.000 manat) heç bir rəyə əsaslanmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edildiyinə istinadən torpaq sahələsinin normativ qiymətinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı oldugundan qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq müəyyən edildiyinə əsaslanır. Avropa Məhkəməsinin 03.05.2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində müvafiq daxili məhkəmə icraatı başa çatdıqdan sonra 9 il 9 ay müddətində icra edilmədiyi və yerli məhkəmə qərarının 3 ay müddətində icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyuldugu halda, cavabdeh eyni mövqeyini 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı imtina məktubu ilə də iddiaçıya təkrarlamışdır. İddiaçının hesabatına gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18.06.2008-ci il tarixli 2(102)-1231 saylı qərarının qüvvəyə mindiyi dövrdə hazırlanmış hesabata davamlı olaraq istinad etmişdir. Avropa Məhkəməsi Guiso-Gallisa İtaliyaya qarşı işindəki ((əvəzin ədalətli ödənilməsi) [BP], no 58858/00, 22.12.2009) qərarında qəbul edilmiş prinsiplərə əsaslanmaqla mövqeyi belədir ki, xüsusilə, maddi zərərin (məsələn, əmlakın bazar qiyməti) qiymətləndirilməsində nəzərə alınacaq tarix əmlakdan məhrumolmanın baş verdiyi tarix olmalıdır (ibid, §§ 103-05). Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi qiymətləndirmə əsasında satınalınmalı əmlakın qiymətinin müəyyən edilməsini düzgün və əsaslı hesab edir (bax: Dimitrovi Bolqarıstana qarşı (əvəzin ədalətli ödənilməsi) , № 12655/09, § 22, 21 iyul 2016). Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır. 2.1. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.
30. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə əsasən: Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür: üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).
3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.
4. Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin bu Əsasnamənin 1-6 nömrəli əlavələrində göstərilən zonaların sərhədlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir.
6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. Qərara 1 nömrəli əlavədə Bakı şəhəri və onun ətrafı üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan aşagıdakı zonalar və əmsallar göstərilmişdir. Qərarın 6-cı bəndinə əsasən, torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsalların 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilməsi təsbit edilmişdir. İddiaçının torpaq sahəsi Bakı şəhərində 5 zonada (tətbiq edilən əmsal - 5.9) yerləşdiyindən onun qiyməti 7 saylı Əlavədə göstərilən bazis qiymətinə (hər 100 kv.m. üçün 400 manata) vurulmaqla müəyyən edilməlidir. Torpaq sahəsinin qiyməti qeyd edilən Əsasnaməyə uyğun olaraq hesablanmaqla (6099.8 x 400 x 5.9 = 143 955 manat) 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manat təşkil edir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 9 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA