Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5984/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, 14 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi üzrə dəqiqləşdirilmiş ərizə təqdim edərək X1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, 14 saylı mənzildən qeydiyyatdan çıxarılmasına dair tələbinin cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5984/2021 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5984/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı ilə X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5984/2021 saylı, 07.09.2021-ci il tarixli qərardadı ilə X2 yetkinlik yaşına çatmadığındamn 3-cü şəxslər sırasından çıxarılmış və atası X3 hazırki inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, 17.05.2021-ci il tarixli, **********43 saylı sorğuya cavab məktubunda X1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, 14 saylı mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni zamanda məktuba əlavə edilmiş 08.02.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, mənzil 14 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə vəsatət təqdim edərək X1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, 14 saylı mənzildən qeydiyyatdan çıxarıldığını bildirmiş, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 07.09.2021-ci il tarixdə İddiaçı verilmiş ******* nömrəli arayışın surətindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, 14 saylı mənzildə qeydiyyatda başqa şəxslərin olmadığı görünür. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı “X1 qeydiyyatdan çıxarılma” tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı “X1 qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5984/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5984/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver