Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5984/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X5 və qanuni nümayəndəsi İddiaçı (Şuşa şəhəri, Gövhər ağa küçəsi, ev 4, mənzil 3 ünvanında qeydiyyatda olan) iştirakı ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006cı il təvəllüdlü X9 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilən vəsatətə əsasən İddiaçı əsl iddiaçı X16 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, İddiaçı xx.xx.1969-cu ildə Şuşa şəhərində anadan olmuş, 1992-ci ildə Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal olunmasına qədər ünvan 1 ünvanında yaşamışdır. İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, müharibə veteranı kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Məcburi köçkün kimi ona AA seriyalı 339020 saylı məcburi köçkün vəsiqəsi verilmişdir. 2001-ci ildə Bakı şəhərində Bakı şəhəri sakini X6 ilə ailə qurmuşdur. Birgə nikahdan 2 övladları var, xx.xx.2001-ci il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X16. Hər 2 övladının qeydiyyat ünvanı Şuşa şəhəri, Gövhər ağa küçəsi, ev 4, mənzil 3 ünvanıdır. Eyni zamanda qızı xx.xx.2001-ci il təvəllüdlü X7 cavabdeh qurum tərəfindən məcburi köçkün statusu verilmiş və ona məcburi köçkün vəsiqəsi təqdim olunmuşdur. Hazırda digər övladı - xx.xx.2006-cı il təvəllüdlü X9 da məcburi köçkün satusu verilməsi və ona məcburi köçkün vəsiqəsi təqdim olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə müraciət etsə də iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, cavabdeh qurum iddiaşıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/416 saylı məktubunda “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edərək göstərmişdir ki, həyat yoldaşı X6 ünvan 3 ünvanında qeydiyyatda olduğundan məsələnin müsbət həlli Komitənin imkanı xaricindədir. İddiaçı hesab edir ki, cavabdehin sözügedən imtinası əsassız sayılmalı və övladı - xx.xx.2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusu və məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdeh bildirir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “övladı X9 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/416 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcbüri köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Cavabdeh bildirir ki, iddiaçının həyat yoldaşı X6 ünvan 4 ünvanında qeydiyyatda olduğundan müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavabdeh həmçinin bildirir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Cavabdehhaqqında Əsasnaməyə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işlori üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Cavabdehhaqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Cavabdehqəbul edir.Qaydaların 3.1 -ci bəndinə əsasən, “məcburi köçkün" statusu və onu təsdi- odən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edi dikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənanna əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün" statusu verilmədi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. X9 məcburi köçkün sıatusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X5 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, X5 anası X6 ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. X2 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. X5 anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Xətai rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin veril əsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon, şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan, -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969cu il təvəllüdlüdür. - Şuşa rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ №720810 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə X16 doğulmuş və bu barədə doğum akt qeydi aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, X20, X21, X17, X1 Fəridə Çingiz qızı, X4 rayonu, Şuşa şəhəri, Gövhər Ağa küçəsi, ev 4, mənzil 3 ünvanında qeydiyyatdadırlar. -Azərbaycan Respublikasının Cavabdehtərəfindən 16 mart 2016-cı il tarixdə verilmiş AA seriyalı, 339020 saylı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01/416 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı qızına məcburi köçkün statusunun verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçıya bildiririlmişdir ki, həyat yoldaşı X6 ünvan 3 ünvanında qeydiyyatda olduğundan istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının qızının məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi iddiaçının həyat yoldaşı X3 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) deyil, “Bakı şəhəri, Xətai rayonu” olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlara əsasən cavabdehin imtinası əsaslı olmuşdur. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü X8 valideynlərindən atası İddiaçı məcburi köçkün statusuna malik olsa da, lakin anası X3 məcburi köçkün statusuna malik olmadığı, cümlədən qeydiyyatı və daimi yaşayış yerinin ünvan 3 ünvanı olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Halbuki yuxarıda istinad olunan Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından onun oğlu xx.xx.2006-cı il təvəllüdlü X11 «məcburi köçkün» statusunun verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5984/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5984/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver