Məhkəmə qərarları › İş №2-1(112)-5985/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5985/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5985/2020 16.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin ediləcək qulluqçuların hərbi siyahısına daxil edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçularının siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası hərbi əməliyyat qurtaranadək təxirə salınmışdır. Naxçıvan Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli Qərarı ilə özünü vətənin mətin müdafiəçisi kimi göstərdiyindən həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz 20 il xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0764 saylı 17.1 1.2015-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən Azerbaycan Respublikası Silahlı Qüvvelerində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli fərmanında isə Azerbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci ıl tarixli 11/3291 nömrəli məktubunda onun Müdafiə Nazirliyinin tərkibinə daxil olarkən, yəni xx.xx.1995-ci ildə məhkumluğu olan şəxs hesab edildiyindən xx.xx.1997-ci il tarixədək olan xidmətinin qüsurlu olduğu bildirilmişdir. Bundan əlavə Müdafiə Nazirliyinin xx.xx.2020-ci ıl tarixli 2752 nömrəli məktubunda onun dövlət vəsaiti hesabına mənzillə təminatının 569 nömrəli Fərmanın təsiri xaricində olduğu qeyd edilmişdir. Halbuki onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etdiyi 20 təqvim ili ərzində heç bir qüsuru olmamışdır. Odur ki, Müdafiə Nazirliyinin qeyd edilən məktubunda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında törədilmiş “qüsurlun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlə bağlı qəbul olunmuş sözügedən fərmanın məqsədləri üçün nəzərə alınmasını tamamilə əsassız hesab edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. X1 öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 20 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə aldıqda iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məcəllənin 42 maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində həqiqi hərbi xidmət keçərkən xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərildiyindən həmin dövr qüsursuz sayılmır. Qeyd edilənlər "İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində 20 il qüsursuz xidməti yoxdur. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən, xx.xx.2015-ci il tarixədək hərbi xidmətdə olmuş, xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0764 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İşin hallarından aydın olur ki, iddiaçı «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 2011-ci 28 dekabr tarixli 569 nömrəli Fərmanına istinad edərək, xx xxxxxxx 2014-cü il tarixdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına baxmayaraq, 20 ildən artıq qüsursuz hərbi xidmətdə olduğuna əsaslanaraq dövlət hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini istəyir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2752 saylı imtina məktubundan görünür ki, iddiaçının mənzil təminatı ilə əlaqədar cavabdehə müraciət etmiş və onun ünvanladığı ərizəsinə baxılmış, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Barəsində məhkəmə hökmü çıxarıldığı üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı silahılarına daxil edilmədiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə iddiaçının hərbi qulluqçu kimi 20 təqvim ilindən çox xidmət etməsi müəyyən edilsə də, lakin həmin xidmət illəri qüsursuz olmamışdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə İddiaçı həqiqi hərbi xidmət keçdiyi dövrdə, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərildiyini nəzərə alaraq, həmin dövrün qüsursuz hesab edilməməsi qənətindədir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü abzasına əsasən xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. Göründüyü kimi iddiaçı hərbi xidmət keçdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunaraq, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmaqla döyüşən orduya göndərilmişdir. Belə olan halda iddiaçının xidmət illərinin qüsursuz olmadığı müəyyən edilməkdədir. Həmçinin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Sadalanan xüsusatlara əssaən iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar