Məhkəmə qərarları › İş №2-1(112)-5986/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5986/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5986/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “akt və qərarın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “akt və qərarın verilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********143381 nömrəli “Səyyar vergi yoxlaması Akt”ın və qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********146970 “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi xx.xx.2020-ci il tarixli **********143285 saydı qərarına əsasən İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbənin böyük dövlət vergi müfəttişi kiçik vergi xidəti müşaviri X2 tərəfindən “CANKAYA MMC (VÖEN **********) üzrə aşağıdakı tədiyyə dövrlərdə mənfəət vergisi 2017-ci il-2019-cu il, X4, noyabr 2017-oktyabr 2020, aksiz vergi noyabr 2017-oktyabr 2019, Əmlak vergisi, Torpaq vergisi 201S-ci il 2020-ci il, Mədən vergisi Noyabr 2017- Oktyabr 2020, Sadləşdirilmiş vergi 4- cü rüb 2017-3-cü rüb 2020, Muzdula işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il- 2019-cu il, Ödəmə mənbəyində tutulan vergi 4-cü Rüb2017-3-cü Rüb 2019, Müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 1-ci Rüb 2020-3-cü Rüb 2020, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü Rüb 2019- 4-cü Rüb 2019 və MDSS-işəgötürənlər müzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər 4-cü Rüb 2018 2-ci Rüb 2019 üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********143285 saylı qərarının yekunu olaraq 07 aprel 2021-ci il tarixli **********143381 №-li akt tərtib edilmiş və yoxlamanın nəticələri üzrə aktda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 367370.89 manat azaldılmasına görə 50% miqdarında, yəni 183685.45 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Ancaq bu günədək cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********143285 saylı qərarının yekunu olaraq 07 aprel 2021-ci il tarixli **********143381 №-li aktı və aktdan yaranan, məsuliyyətə cəlb olunma barədə qərar verilməmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********143381 nömrəli “Səyyar vergi yoxlaması Aktı”nı və qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********146970 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın verilməsi qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia üzrə məcburetmə tədbiq edilməklə yəni sənədlərin verilməsi həyata keçrilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı “Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********143381 nömrəli “Səyyar vergi yoxlaması Akt”ın və qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********146970 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın iddiaçıya verilməsi”ni tələb edir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən (o cümldən həmin Aktın surətindən) görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********143381 nömrəli Səyyar vergi yoxlaması Aktı iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********146970 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı xx.xx.2021-ci il tarixdə elektron qaydada iddiaçıya göndərilmiş və göndərilən məktub xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən oxunmuşdur. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Səyyar vergi yoxlaması aktının AVİS kargüzarlıq modulunun Audit alt modulunda tərtibi zamanı baş vermiş texniki xəta nəticəsində aktın 8-28-ci səhifələrində müvafiq yazı və məlumatlar əks olunmamış, lakin bu aktın tamlığını və mahiyyətini pozmur. Göründüyü kimi, iddiaçı ona təqdim edilməsini tələb etdiyi akt və qərar cavabdeh tərəfindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl ona təqdim edilmişdir. Odur ki, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının müvafiq akt və qərarın iddiaçıya təqdim edilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar