Məhkəmə qərarları › İş №2-1(112)-5987/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5987/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5987/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs X5) “onun icazəsi olmadan oğlunun ölkə hüdüdlarından buraxılmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 13.10.2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun onun icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı əsasında qeydiyyatda olduğu SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin vasitəsilə Müdafiə Nazirliyinin 777 saylı Hərbi Hissəsinin tərkibinə qatılmaqla 28.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək 2-ci X3 iştirak etmişdir. Həmin dövr ərzində, yəni o, Vətən torpağı uğrunda düşmənlə vuruşduğu zaman X5 onunla birgə nikahlarından dünyaya gəlmiş 13.10.2017-ci il təvəllüdlü övladı Səfərov Sənan Raci oğlunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin ona göstərdiyi köməklə 26.12.2020-ci il tarixdə qanunsuz olaraq ölkə hüdudlarından çıxartmışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 22.02.2021-ci il tarixli məktubunda onun övladının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 saylı, 10.02.2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxıldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 saylı, 10.02.2020-ci il tarixli qərarı ilə, X2 Türkiyə Respublikasında ali təhsil aldığı müddət ərzində 13.10.2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunu atasının icazəsi olmadan Türkiyə Respulbikası istiqamətində özü ilə sərbəst şəkildə aparıb gətirməsinə icazə verilmişdir. Odur ki, hazırki dövrdə X1 Respulikasında ali təhsil almır, o, Ali Məhkəmənin 2(102)-831/2020 saylı, 10.02.2020-ci il tarixli qərarından sui-istifadə etmişdir və ona bu hərəkətində Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xüsusi köməklik göstərilmişdir. Həmçinin digər tərəfədən Günay Səfərovaya kömək etmək məqsədi ilə, yəni onu məsuliyyətdən azad etmək məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Günay Səfərovanın borclu tərəf olaraq iştirak etdiyi "uşaqla ünsiyyətin yaradılmasına" dair icra işlərinin icraatına qanunusuz olaraq xitam verilmişdir. Göstərilən bütün qanunsuz hərəkətlər 28.09.2020-ci il və 27.12.2020-ci il tarixləri aralığında baş vermişdir. Yəni onun 2-ci X3 iştirak etməsindən sui-istifadə olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, Səfərov Sənan Raci oğlu 26.12.2020-ci tarixdə anası X5 ilə birlikdə Azərbaycan Respublikasının Mirqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-831/20 nömrəli 10.02.2020-ci il tarixli qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 22.02.2021-ci il tarixli məktubda qeyd edilir: Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə ünvanladığınız ərizəyə aidiyyəti üzrə baxılmışdır. Övladınız Səfərov Sənan Raci oğlu anası X5 ilə birlikdə 26.12.2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin 10.02.2020-ci il tarixli, 2(102)- 831/2020 nömrəli qərarı əsasında dövlət sərhədindən buraxılmışdırlar. Bununla yanaşı, şəxslərin dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Övladınız Səfərov Sənan Raci oğlu anası X5 ilə birlikdə dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin təqdim olunması texniki cəhətdən imkhanımız xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 05.04.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Ali Məhkəmənin 10.02.2020-ci il tarixli 2(102)-831/2020 saylı qərarında X2 Türkiyədə təhsil alması barədə sənədin təqdim edildiyi, təhsil almaq və təhsilini başa vurmaq üçün Türkiyə Respublikasında yaşamalı olduğu, həmçinin təhsil müddəti ərzində o, azyaşlı uşağı - 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunu özü ilə aparmalı olduğu qeyd edilmişdir. Göstərilən məqamları nəzərə alaraq Sizin yetkinlik yaşına çatmayan övladınız anası ilə birlikdə dövlət sərhədindən buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 20.05.2021-ci il tarixli məktubda qeyd edilir: Səfərov Sənan Raci oğlu yalnız bir dəfə 26.12.2020-ci tarixdə anası X5 ilə birlikdə Azərbaycan Respublikasının Mirqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-831/20 nömrəli 10.02.2020-ci il tarixli qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarından görünür ki, iddiaçı X5 iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı razılığı olmadan 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun yetkinlik yaşına çatana kimi Azərbaycan Respublikasının hüdudlarından kənara xarici ölkələrə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(012)-1524/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı atanın razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması tələbinə dair iddia tələbi təmin edilmiş, 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun yetkinlik yaşına çatana kimi atası İddiaçı razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara xarici ölkələrə sərbəst surətdə gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2523/2019 nömrəli iş üzrə 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun iddiaçı-anası X2 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 22.07.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 098269 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərov Sənan Raci oğlu 13.10.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası isə X4r. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı X5 ilə birgə nikahlarından 13.10.2017-ci il tarixdə Səfərov Sənan Raci oğlu doğulmuşdur. X5 iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı razılığı olmadan 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun yetkinlik yaşına çatana kimi Azərbaycan Respublikasının hüdudlarından kənara xarici ölkələrə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(012)-1524/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı atanın razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması tələbinə dair iddia tələbi təmin edilmiş, 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun yetkinlik yaşına çatana kimi atası İddiaçı razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara xarici ölkələrə sərbəst surətdə gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2523/2019 nömrəli iş üzrə 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun iddiaçı-anası X2 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun iddiaçı-anası X2 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 20.05.2021-ci il tarixli məktubdan da görünür ki, Səfərov Sənan Raci oğlu 26.12.2020-ci tarixdə anası X5 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəmənin qeyd olunan 2(102)-831/20 nömrəli 10.02.2020-ci il tarixli qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun iddiaçı-anası X2 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verildiyi üçün və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən də Səfərov Sənan Raci oğlunun anası X5 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəmənin qeyd olunan qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxıldığı üçün cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Səfərov Sənan Raci oğlunun Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar