Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5987/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsini, xx xxx 1961-ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxx 1961- ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixdə təyin edilmiş və 5 il müddətinə təyin olunduğundan, xx.xx.2021-ci il tarixdə əlilliyin yenidən təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə müraciət edərək, xəstəliyini təsdiq edən sənədləri təqdim etmişdir. Əlilliyinin səbəbi ümumi xəstəlik kimi qeyd olunmuşdur. Tibbi-sosial ekspert komissiyasına noyabr ayından bu günə kimi mütəmadi olaraq müraciətlər edilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. İmtina səbəbi kimi göndərişin natamam doldurulması və həkimin rəyi kimi səhiyyə nazirliyinin reyestrində Pulsuz dərman alan ruhi xəstələrin siyahısında olmaması əsas gətirilmişdir. Hesab edir ki, bu imtina tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, sənədlərin doldurulması onun tərəfindən aparılmır. Bundan başqa neçə müddət Maştağada da qalıb müalicə olunmuşdur. Pulsuz dərman alan ruhi əsəb xəstələrinin siyahısında olmaması isə ümumiyyətlə imtina olunmasına əsas vermir. Belə ki, onun tərəfindən dərmanlar daima poliklinikadan alınmışdır. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 17 nömrəli şəhər poliklinikasından verilən 17 yanvar 2023-cü il tarixli arayışdan da görünür ki, o şəxsiyyət pozuntusu diaqnozu ilə poliklinikada müşahidədədir. Hesab edir ki, əlillik təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 26 Saylı Birləşmiş Şəhər Xəstəxanasının 01.01,2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G37 - Mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri => G37.9 - Mərkəz..., Diaqnozun mətni: MSS- üzvü xəstəliyi. Ağıl xəstəliyi. Qıcolma tutmaları ilə davranış pozğunluğu.” “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: MSS- üzvü xəstəliyi. Ağıl xəstəliyi. Qıcolma tutmaları ilə davranış pozğunluğu.” səbəbi ilə bir il müddətinə verilmişdir. Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2015-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya, qıcolma tutmalar ilə. Disfaziya və afaziya, motor afaziya. naməlum mənşəli bulbar iflic. Stenokardiyanın digər formaları, . Dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya ...” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla 21.11,2016-cı il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya, qıcolma tutmalar ilə. Disfaziya və afaziya, motor afaziya. naməlum mənşəli bulbar iflic. Stenokardiyanın digər formaları, . Dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik.., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: z F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli (travma )şəxsiyyət dəyişikliyi.kobud ifadə olunmuş davranış pozuntuları Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranış ,anamnezində qıcolma tutmaları, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranış ,anamnezində qıcolma tutmaları, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz üzrə amillər tapılmadı.Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar.., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 17 №-li Şəhər Poliklinikası Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Xəzər rayonu 17№-li ŞP-nin RX kabinetində müşahidədir; - Sosial Arayışdan görünür ki, İddiaçıxx.xx.2014-cü il tarixdə və xx.xx.2015-ci il tarixdə hər dəfə 1 il müddətinə olmaqla, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir; - 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarına əsasən Göndərişin natamam doldurulması səbəbi ilə İddiaçı əlillik verilməsindən imtina edilmişdir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi tərəfindən inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 T 589/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişlərində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalarından “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəlişəxsiyyət və davranış pozğunluqları.Psixopatabənzər davranış, anamnezində qıcolma tutmalarından hazırda əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1razi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: iddiaçının əlillik vəziyyəti 26 Saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G37 - Mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri => G37.9 - Mərkəz..., Diaqnozun mətni: MSS- üzvü xəstəliyi. Ağıl xəstəliyi. Qıcolma tutmaları ilə davranış pozğunluğu.” “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: MSS- üzvü xəstəliyi. Ağıl xəstəliyi. Qıcolma tutmaları ilə davranış pozğunluğu.” səbəbi ilə bir il müddətinə verilmişdir. Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2015-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya, qıcolma tutmalar ilə. Disfaziya və afaziya, motor afaziya. naməlum mənşəli bulbar iflic. Stenokardiyanın digər formaları, . Dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya ...” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya, qıcolma tutmalar ilə. Disfaziya və afaziya, motor afaziya. naməlum mənşəli bulbar iflic. Stenokardiyanın digər formaları, . Dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik.., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu, mss-nin üzvi nəticəsində ağıl zeifliyi baş beyinin travmatik xəstəliyi davranış pozuntula ilə.. Dəqiqləşdirilməmiş epilepsiya...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: z F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli (travma )şəxsiyyət dəyişikliyi.kobud ifadə olunmuş davranış pozuntuları Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranış, anamnezində qıcolma tutmaları, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranış ,anamnezində qıcolma tutmaları, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz üzrə amillər tapılmadı.Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar.., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur.” səbəbi ilə imtina verilmişdir. Məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin T589/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, T 589/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişlərində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalarından “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. MSS-nin qarışıq mənşəli (travmatik və damar mənşəli) üzvi xəstəliyinin qalıq əlamətləri mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışlar. Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəlişəxsiyyət və davranış pozğunluqları.Psixopatabənzər davranış, anamnezində qıcolma tutmalarından hazırda əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Mülki Prosessusal Məcəllənin 217.2-cimaddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının xəstəliyinin xx.xx.2022-ci il tarixində qiymətləndirildiyi üçün həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” tətbiq edilməlidir. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizanın keçirilməsi tibbi-sosial ekspert komissiyaların səlahiyyətinə aid edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın özünün qiymətləndirmə azadlığından irəli gələrək səlahiyyətinin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi qiymətləndirmə azadlığı əsasında qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətini özünün qiymətləndirməsi ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (əlillik vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılması və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə, həmçinin ekspert rəyində ona qoyulmuş xəstəlik diaqnozuna dair ağırlaşmalar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq əlilliyin təyin olunmasından imtina edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əliliyin təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsini, xx xxx 1961-ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev