Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5989/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X11, X9 və X3 işə cəlb olunmaqla “3-cü şəxslər X11, X9 və X2 iddiaçının mənzilinə pasport qeydiyyatına alınmaları barədə cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin hərəkətinin qanunsuz sayılması, həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən 13 nömrəli binanın 29 nömrəli mənzilinə olan pasport qeydiyyatlarının ləğv edilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X11, X9 və X3 işə cəlb olunmaqla “3-cü şəxslər X11, X9 və X2 iddiaçının mənzilinə pasport qeydiyyatına alınmaları barədə cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin hərəkətinin qanunsuz sayılması, həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən 13 nömrəli binanın 29 nömrəli mənzilinə olan pasport qeydiyyatlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13 mənzil 29-un mülkiyyətçisidir. Bu haqda ona DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli MH seriyalı çıxarış verilmişdir. İddiaçı qeyd edilən mənzildə 2009-cu ildən etibarən yaşayır. Lakin bir neçə il müddət əvvəl ona məlum olmuşdur ki, onun heç bir razılığı və iradə ifadəsi olmadan, mənzilinə hazırki ərizədə qeyd etdiyi 3-cü şəxslər pasport qeydiyyatına alınmışlar. Belə ki, qeyd edilən mənzildə kimlərin rəsmi qeydiyyatda olması barədə vaxtilə 2017-ci ildə müvafiq dövlət orqanından alınmış cavablardan müəyyən edilmişdir ki, onun mənzilində 4 nəfər kənar şəxs pasport qeydiyyatdadırlar. Ona görə də iddiaçı tərəfindən vaxtilə ilkin olaraq "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu tələbinə əsasən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin həmin orqan tərəfindən heç bir müsbət addım atılmadığına görə, məcbur olub 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində indiki cavabdehə qarşı iddia qaldıraraq həmin 3-cü şəxlərin onun mənzilindən pasport qeydiyyatlarının ləğv edilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdi. Həmin iddiası üzrə sonuncu dəfə yuxarıda adı çəkilən məhkəmənin 28 iyun 2018-ci il tarixli 2-1(82)-1496/2018 saylı qərardadına əsasən iddası geri götürülmüş hesab edilmişdir. Belə ki, həmin vaxtı 3-cü şəxslər iddiaçıya söz vermişdilər ki, özləri yaxın zamanlarda onun mənzilindən pasport qeydiyyatında çıxacaqlar. Ona görə də nə o, nədəki onun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyinə görə idda tələbi geri götürülmüş hesab edilmişdir. Lakin onun mənzili ilə bağlı DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında sonuncu dəfə əldə edilmiş xx.xx.2020-ci il tarixli arayışın məzmunundan müəyyən edilmişdir ki, onun mənzilində yenədə onun ailəsinə aidiyyati olmayan şəxslər, yəni X11,X9 və X3 pasport qeydiyyatında qalmaqdadırlar. Həmin şəxslərin onun mənzilində pasport qeydiyyatında qalmaqları tam qanunsuzdur və cavabdeh dövlət orqanının həmin şəxslərin iddiaçının razılığı olmadan onun mənzilinə pasport qeydiyyatına almasının özü də qanunla yolverilməzdir. Onun cavabdeh dövlət orqanına etdiyi müraciət öz müsbət həllini tapmamışdır və sonradan məhkəmədə bu haqda qaldırdığı iddia da məhkəmənin yuxarıda qeyd etdiyi qərardadına əsasən geri götürülmüş hesab edilmişdir. Odurki iddia tələbinə məhkəmədə yenidən baxılaraq iddiası təmin olunmalı, ərizədə göstərdiyi 3-cü şəxslərin onun mənzilinə pasport qeydiyyatına alınması barədə cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin hərəkətinin qanunsuz sayılması, həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən 13 nömrəli binanın 29 nömrəli mənzilinə olan pasport qeydiyyatlarının ləğv edilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsi icra etməmiş, iddiaya dair münasibətini (etirazını ) bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktublarında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçının, cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 101-20822N nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X9 ailə üzvləri ilə birlikdə Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1994-cü il tarixində ona verilmiş order əsasında 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 70 saylı Mənzil Kommunal İstismar sahəsinin ərazisində yerləşən S.Orucov küçəsi ev 13, blok 2, mərtəbə 4, otaq sayı 3, mənzil 29 ünvanında qeydiyyatdadırlar və bu fakt 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 70 saylı Mənzil Kommunal İstismar sahəsinin verdiyi 1252 nömrəli arayışında öz təsdiqini tapmışdır. X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları S.Orucov küçəsi ev 13, blok 2 mərtəbə 4, otaq sayı 3, mənzil 29 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması imkanları xaricindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakə Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********73 nömrəli məktubundan görünür ki, Xətai rayonu, Sabit Orucov küçəsi, “13” saylı yaşayış binasında yerləşən “29” saylı mənzil sahəsinə yeni qaydalarla ünvan 2 ünvanı təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu, Sabir Orucov küçəsində istifadədə olan 0.03314 ha torpaq sahəsində yerləşən ev 13 nömrəli, 14 mərtəbəli binanın 1-ci girişində, 9-cu mərtəbəsində, 123.2 kv.m ümumi, 70.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X11 xx.xx.1960-cı il təvəllüdlü, X9 xx.xx.1955-ci il təvəllüdlü, X16 xx.xx.1986-cı il təvəllüdlü, X13 xx.xx.2014-cü il təvəllüdlü, X3 xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2-1(82)- 1496/2018-ci il tarixli Qərardadında İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxslər X12, X6, X7, X10) qarşı “qeydiyyatın ləğvi” tələbi barədə iddia geri götürülmüş hesab edildiyi və iş üzrə icraata xitam verildiyi qeyd edilmişdir. Beləliklə məhkəmə araşıdırılması nəticəsində müəyyən edilimişdir ki, Bakı şəhəri Xətai rayonu, Sabir Orucov küçəsi,ev 13 nömrəli, 14 mərtəbəli binanın 1-ci girişində, 9-cu mərtəbəsində, 123.2 kv.m ümumi, 70.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil iddiaçıya məxsusdur. 3-cü şəxslər X11, X9 və X3 iddiaçının ailə üzvləri olmamaqla, həmin mənzildə yaşamırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çırxarılnmasını cavabdehdən xahiş etsə də, xahişi təmin edilməsindən imtina edilmişdir. Odur ki iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3-a üçüncü şəxslər X11, X9 və X2 qeydiyyata alınması üçün əsas olmuş sənədləri məhkəməyə təqdim etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində qeydiyyata alınmışdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər,68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X11, xx.xx.1955-ci il təvəllüdlü X9, xx.xx.1983-cü il təvəllüdlü X3 ünvan 3 ünvanda qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 81-ci, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvandan üçüncü şəxslər X11, X9, X3 qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5989/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5989/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver