Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5993/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 may 1975-ci il tarixdə ödənişli dayanacağa maşınların yerləşdirilməsi vəzifəsinə qəbul edilib. Daha sonra xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olub və həmin müddət onun adına açılmış əmək kitabçasında öz əksini tapır. Hərbi xidmətdən sonra 02 iyul 1979-cu il tarixdən avto dayanacağa gözətçi kimi qəbul edilməklə xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olub və bütün bu hallar əmək kitabçasında öz əksini tapıb. Daha sonra yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə 3 Saylı Bakı Dost Mərkəzinə müraciət edib. Müraciətinə həmin mərkəz tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu verilıniş və əsas kimi qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 11 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18363,15 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 919,81 manat olmaqla, ümumilikdə 19282,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilib ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmçinin məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasınıın doldurulma qaydası pozulduğu üçün (xx.xx.2002-ci il tarixində işdən çıxma əmri olmadığı üçün) xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Hesab edir ki, 3 Saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması işçi kimi onun vəzifə funksiyasına aid olmamışdır. Bu məsələ birbaşa işəgötürənin və onun həmin işləri yerinə yetirməsi üçün məsul etdiyi işçinin əmək funksiyasına aid olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 17 mart 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) ilə əvəz edilməsinə və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə protokol qaydasında icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılmış və iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapitalı (azı 34560 manat) və ya sığorta stajı (azı 25 il) malik olmadığından, müraciətin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 23 il 11 ay (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay, xx.xx.2006-cı il tarixdən sonra mdss haqqı ödənilən 01 il 4 ay) təşkil edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “Elmar-N” kiçik müəssisəsində işləməsinə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün – xx.xx.2002-ci il tarixdən işdən çıxma əmri olmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Halbuki Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarix və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25) il az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18363,15 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 919,81 manat olmaqla, ümumilikdə 19282,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunverilicikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240) manat az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbuertmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bundan imtina etdiyindən iddiaçı xx.xx.2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qanunla nəzərdə tutulmuş iddia müddətinə də riayət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin hallarına görə, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci ildə 65 yaşı tamam olmuşdur. İddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş və əslinə məhkəmə iclasında baxış keçirimiş ИТ-İ ******* № li əmək kitaçasına əsasən o: - xx.xx.1975-ci ildə Bakı şəhəri, “Avtomobillərə texniki xidmət” İdarəsinin Minik Avtomobillərin Mərkəzi Texniki Xidmət Stansiyasında avtomaşınların qəbul edicisi qismində 18 saylı ödənişli avtodayanacağa işə qəbul edilib, xx.xx.1977-ci ildə hərbi xidmətə gedib (2 il 6 gün); xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək sovet ordusu sıralarında hərbi xidmətdə olub (1 il, 11, ay 24 gün); - xx.xx.1979-cu ildən A/M qəbuledicisi qismində avtodayanacağa ehtiyata qəbul edilib, xx.xx.1980-ci il tarixdə 18 saylı a/dayanacağa eyni vəzifəyə qəbul edilib, xx.xx.1984-cü il tarixdə öz arzusu ilə işdən azad edilib (hərbi xidmət dövrü çıxılmaqla 4 il, 11 ay, 26 gün); - xx.xx.1984-cü ildən xx.xx.1989-cü ilədək “Qlavazmeliovodstroy” SPMK-38-də müxtəlif işlərdə işləmişdir (4 il, 9 ay, 26 gün); - xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək Bakı avtomotoservis və ticarət müəssisəsində sifarişlərin qəbuledicisi işində işləmişdir (2 il, 21 gün); - xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “İnam” avtodayanacaqların Bakı İcarə müəssisəsində avtomaşınların qəbuledicisi işində işləmişdir (10 ay, 29 gün): - xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Sabunçu balıq ovu emalı zavodunda balıqçı fəhlə işində işləmişdir (11 ay, 23 gün); - xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Bakı balıq hisləmə zavodunda “Azərbalıq” ş/k “Nardaran” d/p balıq ovçularının briqadiri işində işləmişdir (2 ay, 16 gün); - xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək “Elmar-N” Kiçik müəssisəsində fəhlə işində işləmişdir (6 il, 8 ay, 3 gün); - xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “Avtomotoservis və ticarət” ATSC-də ehtiyat dispetçer işində işləmişdir (3 il, 3 ay, 10 gün); Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş cədvəldən müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 6910,50 manat pensiya kapitalı hesablanmış (22 il 7 ay iş stajına uyğun olaraq), xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci ilədək indeksləşdirilmiş məbləği 18353,01 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində 919,81 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 23 il 11 aydır. Cavabdeh iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək (6 il, 8 ay, 3 gün) “Elmar-N” kiçik müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, əmək kitabçasının doldurulma qaydası pozularaq iddiaçının həmin müəssisədən işdən çıxması barədə əmrin tarixi və nömrəsi göstərilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymaraq qeyd edir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1996-cı il tarixli 02 № li əmrlə “Elmar-N” Kiçik müəsisədə fəhlə işinə qəbul edilməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2002-ci ildə həmin işdən öz xahişi ilə azad edilmiş və işdən azad edildikdən bir gün sonra, yəni xx.xx.2002-ci il tarixdə yeni müəssisədə işə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisədən işdən çıxması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında onun həmin işdən çıxması barədə əmrin nömrəsinin göstərilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Əmək kitabçasında olan bu qeyri-müəyyənlik iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçının həmin müəssisəyə daxil olması əmək kitabçasında 22-ci sırada (xx.xx.1996), həmin müəssisədən işdən çıxması 23-cü sırada (xx.xx.2002), növbəti müəssisəyə (xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “Avtomotoservis və ticarət” ATSC-də ehtiyat dispetçer işin) daxil olması 24-cü sırada qeyd edilmişdir. Əmək kitabçasının “Elmar-N” Kiçik müəsisəsində işə qəbul və həmin işdən azad edilməsi, 25-cı sıranın altında, əmək kitabçasının həmin səhifəsinin sonunda müəssisənin məsul şəxsi tərəfindən işdən çıxma barədə əmrdən sonra imza edilmiş və müəssisənin möhürü əks olunmuşdur. Beləliklə iddiaçının həmin müəssisədə işlədiyi 6 il 8 ay 3 gün də nəzərə alınmaqla mübahisələndirilməyən (23 il 7 ay) iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 30 il, 3 ay, 3 gün iş stajı vardır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, X1 1973-1998-ci il tarixlərdə Bərdə rayonu “H.Aslanov” adına kolxozda işlədiyi dövr sığorta stajına daxil edilməklə, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququn yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5993/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5993/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver