Məhkəmə qərarları › İş №2-1(112)-5997/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5997/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5997/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə başçısının itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı, atası X6 vəfat etdiyi 21.12.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o, 2010-cu ildə X11 ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il tarixdə İddiaçı adlı övladları doğulmuşdur. X11 21.12.2020-ci il tarixdə ağciyər çatışmazlığından 35 yaşında vəfat etmişdir. Nizami Rayon Məhkəməsinin 03.09.2011-ci il tarixli qətnaməsi ilə X11 ilə aralarındakı nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı onun himayəsinə verilmişdir. Bununla belə T.İsmayılov övladının saxlanması üçün 154 manat aliment ödəyirdi. Onun vəfatından sonra övladını saxlamaqda çətinlik çəkir. Bununla bağlı ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST mərkəzinə müraciət etmiş, müraciətinin cavablandırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, Mərkəzi Filialın 03.03.2021-ci il tarixli məktubu ilə ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi isə onun övladının atası X7 05299766 saylı əmək kitabçasında qeyd edilmiş sığorta stajının 5 il 11 ay olmaqla tələb edilən müddətdən (6 il 8 aydan) az olduğuna görə ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsinin qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, X11 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz-Neft Mədən fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsinin TT060000 Neft-Qaz və X15 fiziki prosesləri istiqaməti üzrə İ kursa qəbul olunmuş (02.09.2002-ci il tarixli əmrlə) və 2006-cı ildə TT060100 Neft Qaz və X15 fiziki prosesləri ixtisası üzrə tədris planının tam yerinə yetirərək bakalavriat dərəcəsi almışdır. 18.06.2006-19.07.2007-ci il tarixlərdə hərbi xidmətini başa vurmuşdur. 25.08.2011-ci il tarixdə "xxxx" MMC-nin Sahil Tağıyev layihəsinə idarə işlər köməkçisi vəzifəsinə qəbul edilmiş, 21.05.2012-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 06.09.2013-cü il tarixdə "xxxx" ASC-nin 85 saylı Yol-istismarı MMC-nin Kadrlar Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, 02.10.2015-ci ilədək həmin müəssisədə işləmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01.04.2016-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının Daxili Təhlükəsizlik İdarəsi mühafizə şöbəsinin inspektoru vəzifəsinə müvəqqəti təyin edilmiş, 24.06.2016-cı il tarixədək həmin vəzifədə çalışmış, sonra isə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilən hallardan da göründüyü kimi X2 6 il 8 aydan çoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, iddiaçının övladı İddiaçı atası mərhum X6 X1 X18 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi biletinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (18.07.2006-ci ildən 19.07.2007-ci ilədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla 5 il 11 ay sığorta stajı yaranmışdır. Həmin müddət tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu üçün İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmiçinin T.M.İsmayılov əyani təhsilini 01.01.2006-cı il tarixindən sonrakı dövrdə tamamladığı üçün və həmin dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu üçün bu Qanunun tələblərinə uyğun olaraq T.M.İsmayılovun təhsil müddəti sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Nümayəndə ünvanlanmış 03 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edlir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST” Mərkəzindən daxil olmuş 05.02.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sizin 21.12.2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququnuz yaranmışdır. Belə ki, övladınızın atası X7 05299766 saylı əmək kitabçasında qeyd edilmiş sığorta stajı 5 il 11 ay olmaqla tələb olunan müddətdən (6 il 8 aydan) az olduğuna görə Sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.5-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququnuz olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən Nümayəndə ünvanlanmış 18 mart 2021-ci il tarixli 08-76 saylı məktubda qeyd edilir: Sizin, 01-1822 nömrəli, 12.03.2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, X11 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) “Qaz-neft mədən” fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsinin TT060000 - “Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri” istiqaməti üzrə İ kursa qəbul olunmuş (əmr № 02/508, 02.09.2002-ci il) və 2006-cı ildə TT060100 - “Neft- qaz və dağ-mədən istehsalatının fiziki prosesləri” ixtisası üzrə tədris planını tam yerinə yetirərək bakalavr dərəcəsi almışdır (əmr № 02/1131, 13.07.2006-cı il). İş materiallarında olan B seriyalı 067513 nömrəli diplomun surətindən görünür ki, Azərbaycan Dövlət Neft X5 Komissiyasının 15 nömrəli 24.06.2006-cı il tarixli qərarı ilə X9 Neft-qaz və dağ-mədən istehsalının fiziki prosesləri ali peşə istiqaməti üzrə bakalavrdərəcəsi verilmişdir. İş materiallarında olan AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X11 18.07.2006-cı il tarixdən 19.07.2007-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 26.10.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 772746 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X11, anası isə X10 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05.07.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 195767 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X10 arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05.07.2014-cü il tarixdə 202 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına İbrahimova soyadı verilmişdir. İş materiallarında olan Qax rayon VVAQ şöbəsi tərəfindən 18.03.1985-ci il tarixdə verilmiş X-JQ seriyalı 373423 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26.02.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası isə X4 qeyd edilmişdir. İş materiallarında olan Ukrayna Ədliyyə Nazirliyinin Mərkəzi regionlararası idarəsinin Kiyev şəhər ölümün dövlət qeydiyyatı şöbəsi tərəfindən 23.12.2020-ci il tarixdə verilmiş İ- BK seriyalı 543097 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X11 21 dekabr 2020-ci ildə 35 yaşında Ukrayna, Kiyev şəhərində ölmüşdür, bu barədə 23.12.2020-ci il tarixdə 23447 saylı müvafiq akt qeydi aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 14 iyun 2021-ci il tarixli xidməti məktubda qeyd edilir: Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından 26.05.2021-ci il tarixində daxil olmuş **********8 nömrəli xidməti məktuba Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək) övladlarının başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmçinin bu Qanunun 32.3cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bildiririk ki, Nümayəndə övladı İddiaçı atası mərhum X6 X1 X18 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi biletinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (18.07.2006-ci ildən 19.07.2007-ci ilədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla 5 il 11 ay sığorta stajı yaranmışdır ki, bu da tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu üçün Nümayəndə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmiçinin bildiririk ki, T.İsmayılovun əyani təhsil müddəti 01.01 2006-cı il tarixindən sonrakı dövr olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.5.1-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Məlumat üçün bildiririk ki, 21.12.2020-ci il tarixindən (T.İsmayılovun vəfat etdiyi vaxtdan) Nümayəndə ailə başçısını itirməyə görə 80 manat məbləğində aylıq müavinət təyin edilib və ödənilir. İş materiallarında olan X9 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, X11 25.08.2011-ci ildə "xxxx" MMC-nin Sahil-Tağıyev layihəsinə idarə işlər köməkçisi vəzifəsinə qəbul edilmiş, 21.05.2012-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 06.09.2013-cü ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC 85 saylı "xxxx" MMC-nin kadrlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, 02.10.2015-ci ildə müəssisə ləğv edildiyi üçün əmək müqaviləsinə xitam verilmiş, 01.04.2016-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Daxili Təhlükəsizlik İdarəsi mühafizə şöbəsinin inspektoru vəzifəsində müvəqqəti təyin edilmiş, 24.06.2016-cı ildə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, X11 ilə Nümayəndə rəsmi nikah münasibətlərində olmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə İddiaçı doğulmuşdur. X11 26.02.1985-ci ildə doğulmuşdur və 21.12.2020-ci ildə vəfat etmişdir. İddiaçı qanuni nümayəndəsi Nümayəndə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, X6 (uşağın atası) əmək kitabçasında qeyd edilmiş sığorta stajının 5 il 11 ay olmaqla tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, İddiaçı atası mərhum X6 X1 X18 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi biletinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (18.07.2006-ci ildən 19.07.2007-ci ilədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla 5 il 11 ay sığorta stajı vardır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 18 mart 2021-ci il tarixli 08-76 saylı məktubundan görünür ki, X11 2002-2006-cı ildərdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) “Qaz-neft mədən” fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsində təhsil almışdır. Cavabdeh orqan T.İsmayılovun əyani təhsil müddəti 01.01.2006-cı il tarixindən sonrakı dövr olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə hesab edir ki, T.İsmayılovun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin müddət sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, təhsil alınan dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin «ğ» bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 təhsil müddəti də sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunan dövr nəzərə alınmaqla X6 ümumi iş stajı 9 ildən artıq təşkil edir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək atası Tural İsmayılovun 6 il 8 ay sığorta stajı tələb olunur ((35 yaş - 15 yaş) x 4 ay = 80 ay / 12 ay). Tural İsmayılovun isə ümumilikdə 9 ildən artıq iş stajı vardır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi 21.12.2020-ci il tarixdən təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ailə başçısını itirməyə görə ödənilmiş müavinət məbləği iddiaçıya pensiya hesablanarkən nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, onun atası X6 vəfat etdiyi 21.12.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar