Məhkəmə qərarları › İş №2-1(112)-5997/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5997/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5997/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yaşıl dəhliz buraxılış sistemindən daimi istifadəyə buraxılması hüququnun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yaşıl dəhliz buraxılış sistemindən daimi istifadəyə buraxılması hüququnun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyun 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqısatqısı ilə məşğul olmaqdır. İddiaçının səlahiyyətli nümayəndəsi 8.10.2024-cü ildə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2024-cü il tarxli məktubla imtina edərək bildirmişdir ki, “...İddiaçı MMC-nin idxal əməliyyatları üzrə müvafiq dövr ərzində gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannamələrinin seçmə üsulu ilə araşdırılması nəticəsində düzəliş üçün bəyannaməçiyə geri qaytarılma halları, **********5807, **********2219 və **********0017 sorğu nömrəli gömrük bəyannamələri üzrə gömrük dəyərinin düzgün qeyd olunmaması, **********2543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə skan edilən sənədlərdə uyğunsuzluğun olması, **********9813 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 31-ci qrafada məlumatların düzgün göstərilməməsi, **********4346 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yol xərci sənədinin skan olunmaması müəyyən olunmuşdur. Eyni zamanda aparılmış yoxlamalar nəticəsində şirkətin 2400.00 AZN ödənilməmiş gömrük borcu aşkar edilmişdir. Əlavə olaraq 24004914 saylı düzəliş vərəqinə əsasən **********5254 sorğu nömrəli gömrük bəyannaməsinə və 23008547 saylı düzəliş vərəqinə əsasən **********7257 sorğu nömrəli gömrük bəyannaməsinə müvafiq düzəlişlər müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.1-ci bəndinə əsasən aşağı risk qrupuna aid edilmədiyindən İddiaçı MMCnin idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadəyə buraxılması məqsədəmüvafiq hesab edilməmişdir”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMCnin idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadəyə buraxılması hüququ öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadəyə buraxılmasına imtina edilməsi və bunun hər hansı qanuni əsaslar gətirilmədən edilməsi tamamilə yanlışdır və “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadəyə buraxılması hüququ öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, müəssisə barəsində ayrı-ayrı vaxtlarda 17 halda qısa idxal bəyannaməsinin vaxtında verilməməsi ilə bağlı inzibati araşdırma aparılaraq inzibati məsuliyyətə cəlb edilmişdir. MMC tərəfindən son 1 (bir) il ərzində idxal istiqamətli 774 ədəd gömrük bəyannaməsi mövcuddur ki, təqdim olunan gömrük bəyannamələrin 80 (10.34%) ədədində geri qaytarılma halları aşkarlanmış, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 9017,87 manat fiskal artım olmuşdur. 28 yanvar 2025-ci il tarixində Komitənin aidiyyəti struktur bölmələrinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə cəmiyyətin nümayəndəsi ilə görüş keçirilmiş, şəxsin sualları ətraflı cavablandırılmış və cəmiyyətin fəaliyyətində yaranmış uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət etməsi tövsiyə olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu ərizələr ilə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçının hazırkı iddianı verməkdə hüquqi marağı, Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, MMC-nin idxal əməliyyatları üzrə müvafiq dövr ərzində gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannamələrində düzəliş üçün bəyannaməçiyə geri qaytarılma halları, gömrük dəyərinin düzgün qeyd olunmaması, gömrük bəyannaməsi üzrə skan edilən sənədlərdə uyğunsuzluğun olması, gömrük bəyannaməsi üzrə məlumatların düzgün göstərilməməsi, yol xərci sənədinin skan olunmaması müəyyən olunmuşdur. Eyni zamanda aparılmış yoxlamalar nəticəsində şirkətin 2400.00 AZN ödənilməmiş gömrük borcu aşkar edilmiş, müəssisə barəsində ayrı-ayrı vaxtlarda 17 halda qısa idxal bəyannaməsinin vaxtında verilməməsi ilə bağlı inzibati araşdırma aparılaraq inzibati məsuliyyətə cəlb edilmişdir. MMC tərəfindən son 1 il ərzində idxal istiqamətli 774 ədəd gömrük bəyannaməsi mövcuddur ki, təqdim olunan gömrük bəyannamələrin 80 (10.34%) ədədində geri qaytarılma halları aşkarlanmış, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 9017,87 manat fiskal artım olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi; 1.0.29. idxalatçı – malları idxal edən şəxs; 1.0.45. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı; 13-1.2. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”: Aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxalixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər: 2.1.1. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan; 2.1.2. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan; 2.1.3. daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən; 2.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra - anbar) istifadə edən; 2.1.5. qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş. 2.1. Bu Qaydanın 2.1.2-ci, 2.1.3-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulan tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər. 2.2. Şəxsin bu Qaydanın 2.1 -ci və 2.2-ci bəndlərində nəzərdə tutulan tələblərə cavab verib-vermədiyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayır. Bu Qaydanın 2.1ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə idxal-ixrac əməliyyatları üzrə, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə isə yalnız ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir. 2.3. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.4.1. şəxs bu Qaydanın 2.1-ci və 2.2-ci bəndləri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə; 2.4.2. təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”: 1.5.1. “Yaşıl dəhliz” - əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemi;

4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair tələblər 4.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün aşağıdakılara riayət olunmalıdır: 4.1.1. mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir; 4.1.2. qısa idxal bəyannaməsində gömrük qanunvericiliyi ilə tələb olunan məlumatlar əks etdirilməlidir; 4.1.3. nəqliyyat vasitəsinin texniki konstruksiyası onun texniki sənədləri ilə müəyyən edilmiş normalar həddində olmalıdır; 4.1.4. mallar və nəqliyyat vasitələri üzərində vizual müayinə aparılması üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır; 4.1.5 idxalatçının informasiya mübadiləsini həyata keçirməsi və həmin informasiyanın mühafizəsini təmin etməsi üçün müvafiq imkanları olmalıdır.

6. Risklərin idarə olunması 6.1. Bu Qaydalarda nəzərdə tutulmuş buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər. 6.2. İdxalatçıların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında aparılır və həmin meyarlara əsasən aşağı risk qrupuna aid edilmiş idxalatçıların orta və ya yüksək risk qrupuna keçirilməsi üçün əsaslar yaranmadıqda dəyişməz qalır. Orta və yüksək risk qrupuna aid edilmiş idxalatçıların risk qrupunun dəyişdirilməsi məsələsinə 6 (altı) aydan bir yenidən baxılmalıdır. 6.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları Gömrük Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun olaraq, idxalatçıların xarici ticarət fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır: 6.3.1. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası; 6.3.2. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyət göstərdiyi müddət; 6.3.3. idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri); 6.3.4. idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri; 6.3.5. idxalatçının maliyyə intizamlılığı; 6.3.6. idxalatçı tərəfindən gömrük ödənişləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcunun olmaması (Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla); 6.3.7. idxalatçının əvvəllər iqtisadi sahədə cinayətlərə görə cinayət məsuliyyətinə, həmçinin vergi və ya gömrük qaydalarının pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması; 6.3.8 idxalatçının gömrük sərhədindən keçirilən mallarının uçotunda və onlar haqqında hesabatlarda uyğunsuzluqların və ziddiyyətlərin olmaması; 6.3.9. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanları tərəfindən aparılan yoxlamaların nəticələri; 6.3.10. xarici ölkələrin gömrük və digər orqanlarının məlumatı. İş materiallarında olan: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-756/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-3326/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-4359/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-4727/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-756/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 3(006)-964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yez manat) miqdarında inzibati cərimə tədbiq edilmişdir. Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi tərəfindən Dövlət Gömrük Komitəsinin sədr müavininə ünvanlanmış raportda qeyd edilmişdir ki, “...bildiririk ki, Azərbaycan Prezident Administrasiyası tərəfindən 18 dekabr 2024-cü il tarixli 1-23/2-Q-5792-210/2024 nömrəli məktubla "xxxx" MMC-nin “Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtina ilə bağlı şikayət məktubu baxılması və köməklik göstərilməsi üçün göndərilmişdir. Bununla əlaqədar, 28 yanvar 2025-ci il tarixində Komitənin aidiyyəti struktur bölmələrinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə şirkət nümayəndəsi ilə görüş keçirilmiş, şəxsin sualları ətraflı cavablandırılmış və şirkətin fəaliyyətində yaranmış uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət etməsi tövsiyə olunmuşdur. Yuxanda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Prezident Administrasiyasının 18 dekabr 2024-cü il tarixli 1-23/2-Q-5792-210/2024 nömrəli məktubunun qovluğa alınmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirik. Dövlət Gömrük Komitəsinin “Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi tərəfindən Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisinə ünvanlanmış xidməti qeydə göstərilmişdir ki, ““Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsinə dair "xxxx" MMCnin (VÖEN: **********) xx.xx.2024-cü i! tarixli müraciətinə “Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası QaydasEnın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Əməliyyat-istintaq Baş idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, VAİS proqramının “Hüquqpozmalar” bölməsindən əldə olunmuş məlumatlara əsasən qeyd olunan şirkət barədə qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayət xarakterli faktın qeydə alınmadığı müəyyən edilmiş, lakin müraciətin 5E bəndində gömrük qaydaları əleyhinə hər hansı hüquqpozma faktının törədilmədiyi qeyd edilsə də, şirkət tərəfindən ayrı-ayrı vaxtlarda 17 halda qısa idxal bəyannaməsinin vaxtında verilməməsi (İXM maddə 485.2) faktı ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın aparıldığı müəyyən edilmişdir”. Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəis müavini tərəfindən Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisinə ünvanlanmış xidməti qeydə göstərilmişdir ki, “"Yaşıl Dəhliz buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi ilə bağlı İddiaçı müraciətinə Daxilolmalara Nəzarət Baş İdarəsində baxılmışdır. Bildiririk ki, Dövlət Gömrük Komitəsində aparılmış yoxlamalar nəticəsində "xxxx" MMC-nin 2400 manat ödənilməmiş gömrük borcu aşkar edilmişdir. Aidiyyəti struktur bölmələrin rəylərinin nəzərə alınmasını məqsədəuyğun hesab edirik”. Dövlət Gömrük Komitəsinin Audit İdarəsinin rəisinin müavini tərəfindən Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisinə ünvanlanmış xidməti qeydə göstərilmişdir ki, “Bildiririk ki, "xxxx" MMC tərəfindən son 1 (bir) il ərzində idxal istiqamətli 774 ədəd gömrük bəyannaməsi mövcuddur və təqdim olunan gömrük bəyannamələrin 80 (10.34%) ədədində geri qaytarma aşkarlanmışdır. Həmçinin, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 9017.87 manat fiskal artım olmuşdur. Müəssisə tərəfindən idxal edilən mal kodu (46 ədəd) çeşidinin çoxluğu və yuxanda qeyd olunanları nəzərə alaraq müəssisənin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadəyə buraxılması məqsədəmüvafiq hesab edilmir”. Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin rəisi tərəfindən Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisinə ünvanlanmış xidməti qeydə göstərilmişdir ki, “İddiaçı (VÖEN **********) rəhbəri X4 tərəfindən Komitəyə daxil olmuş elektron müraciətə Gömrük Riskləri idarəsində baxılmışdır. “Okean Avto 2011" MMC-nin idxal əməliyyatları üzrə müvafiq dövr ərzində gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannamələrinin seçmə üsul ilə araşdırılması nəticəsində düzəliş üçün bəyannaməçiyə geri qaytarılma halları aşkar olunmuşdur. Belə ki, **********5807, **********2219 və **********0017 sorğu nömrəli gömrük bəyannamələri üzrə gömrük dəyərinin düzgün qeyd olunmaması, **********2543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə skan edilən sənədlərdə uyğunsuzluğun olması, **********9813 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 31-ci qrafada məlumatların düzgün göstərilməməsi, **********4346 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yol xərci sənədinin skan olunmaması müəyyən edilmişdir. Eyni zamanda 24004914 saylı düzəliş vərəqinə əsasən **********5254 sorğu nömrəli gömrük bəyannaməsinə və 23008547 saylı düzəliş vərəqinə əsasən **********7257 sorğu nömrəli gömrük bəyannaməsinə müvafiq düzəlişlər edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı MMC “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən aşağı risk qrupuna aid edilmədiyindən idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi məqsədəmüvafiq hesab edilmir”. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası’na əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi üçün idxalatçının yalnız aşağı risk qrupuna aid olması tələb olunur. MMC-nin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə etməsi ilə bağlı müraciəti cavabdh Komitə tərəfindən araşdırılarkən MMC-nin risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında aparılmış, idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri), idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri, idxalatçının maliyyə intizamlılığı, idxalatçı tərəfindən gömrük ödənişləri və gömrük qaydalarının pozulmasına görə inzibati məsuliyyətinə cəlb olunması meyarları əsas götürülmüş, risk profili üzərindən qiymətləndirmə aparılmış və nəticədə iddiaçının aşağı risk qrupuna aid olmadığı müəyyən edilmişdir. İş materiallarında əlavə edilmiş inzibati icraat materialları, məhkəmə qərarları və gömrük bəyannamələrindən müəyyən edilir ki, cavabdehin imtina dəlili kimi istinad etdiyi hallar, yəni MMC-nin idxal əməliyyatları üzrə müvafiq dövr ərzində gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannamələrində düzəliş üçün bəyannaməçiyə geri qaytarılma halları, gömrük dəyərinin düzgün qeyd olunmaması, gömrük bəyannaməsi sənədlərdə uyğunsuzluğun olması, ayrı-ayrı vaxtlarda 17 halda qısa idxal bəyannaməsinin vaxtında verilməməsi ilə bağlı inzibati araşdırma aparılaraq inzibati məsuliyyətə cəlb edilməsi, MMC tərəfindən son 1 il ərzində idxal istiqamətli 774 ədəd gömrük bəyannaməsi mövcuddur ki, təqdim olunan gömrük bəyannamələrin 80 (10.34%) ədədində geri qaytarılma halları aşkarlanması və s. öz təsdiqini tapır. Belə olan halda, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı məhkəmədə ödəniş qəbzləri təqdim edərək cərimələri ödədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının həmin cərimləri ödəməsi həmin inzibati xətaları törətməsi faktını aradan qaldırmır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı Qaydaların 6.2-ci bəndinin tələblərnə əsasən risk qrupunun dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət edə bilər. Cavabdeh tərəfindən müraciəti təmin olunmadığı halda, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Həmin normaya görə, idxalatçıların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında aparılır və həmin meyarlara əsasən aşağı risk qrupuna aid edilmiş idxalatçıların orta və ya yüksək risk qrupuna keçirilməsi üçün əsaslar yaranmadıqda dəyişməz qalır. Orta və yüksək risk qrupuna aid edilmiş idxalatçıların risk qrupunun dəyişdirilməsi məsələsinə 6 (altı) aydan bir yenidən baxılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar