Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5999/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Komissiyanın xx.xx.2024-cü il tarixli protokolunun ləğv edilməsi və iddiaçının adına verilmiş müharibə veteranı vəsiqəsinin yenilənərək iddiaçıya təqdim edilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Komissiyanın xx.xx.2024-cü il tarixli protokolunun ləğv edilməsi və iddiaçının adına verilmiş müharibə veteranı vəsiqəsinin yenilənərək iddiaçıya təqdim edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona 18 fevral 1999-cü il tarixdə 020269 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin müharibə veteranı vəsiqəsi yararsız hala düşməsi səbəbindən tərəfindən cavabdehə müraciət olunmuş və təkrar yeni vəsiqə ilə təmin olunmağı xahiş olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, 3-13-23/2-2- R-718xx/xx/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ona verilmiş müharibə veteranı vəsiqəsinin yararsız hala düşməsi səbəbindən təkrar vəsiqə ilə təmin olunmasına köməklik göstərilməsi barədə 2023-cü ilin dekbar ayında Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətilə əlaqədar verilmiş sorğuya cavab olaraq Nazirliyin arxivindən taqdim olunmuş sanədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilməmişdir. Həmçinin, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.1998-ci il tarixli protokolunda ona müharibə veteranı adının verilməsi qeyd edilsə də, əsasverici sənədlər nəzərdən keçirilərkən döyüş bölgəsinə ezam edilməsi barədə qeyd müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq vəsatət əsasında məsələyə yenidən baxılmış, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.2024-cü il tarixli protokoluna əsasən ona müharibə veteranı adının və xx.xx.1999-cu il tarixdə təqdim edilmiş 020269 nömrəli vəsiqənin verilməsinə əsas olmuş həmin Komissiyanın xx.xx.1998-ci il tarixli protokolu aidiyyəti hissədə ləğv edilmiş, bu barədə ona xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmişdir. İddiaçı tərəfindən yenidən cavabdehə müraciət edilmiş və Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.2024-cü il tarixli protokolunun təqdim olunması tələb olunmuşdur. Lakin, həmin protokolu ona təqdim etməyən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi 04 dekabr 2024-cü il tarixli cavab məktubunda aşağıdakıları göstərmişdir. Əvvəlki müraciətlə bağlı toplanmış materialların və Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.2024-cü il tarixli protokolunun surətinin ona təqdim olunması barədə Nazirliyə ünvanlanmış müraciətinə baxılmışdır. Ona verilmiş müharibə veteranı vəsiqəsinin yararsız hala düşməsi səbəbindən təkrar vəsiqə ilə təmin olunmasına köməklik göstərilməsi barədə 2023-cü ilin dekabr ayında Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti ilə əlaqədar verilmiş sorğuya cavab olaraq Nazirliyin arxivindən təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilməmişdir. Həmçinin, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.1998-ci il tarixli protokolunda ona müharibə veteranı adının verilməsi qeyd edilsə də, əsasverici sənədlər nəzərdən keçirilərkən döyüş bölgəsinə ezam edilməyi barədə qeyd müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında “Əsasnamənin 4-cü hissəsinə əsasən veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq vəsatət əsasında məsələyə yenidən baxılmış, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.2024-cü il tarixli protokoluna əsasən ona müharibə veteranı adının və xx.xx.1999-cu il tarixə təqdim edilmiş 020269 nömrəli vəsiqənin verilməsinə əsas olmuş həmin Komissiyanın xx.xx.1998-ci il tarixli protokolu aidiyyəti hissədə ləğv edilmiş, bu barədə ona dəfələrlə, sonuncu dəfə xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmişdir. Cavabdeh orqan əsassız olaraq protokolu ona təqdim etməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair yazılı münasibət təqdim edərək göstərmişdir ki, vətəndaş İddiaçı verilmiş müharibə veteranı vəsiqəsinin yararsız hala düşməsi səbəbindən təkrar vəsiqə ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətinə əvvəllər baxılmış və müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin arxiv sənədlərində müəllifin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat və döyüş bölgəsinə ezam edilməsi barədə qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü hissəsinə əsasən veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının xx.xx.2024-cü il tarixli protokoluna əsasən vətəndaş İddiaçı müharibə veteranı adının və xx.xx.1999-cu il tarixli 020269 nömrəli vəsiqənin verilməsinə əsas olmuş həmin Komissiyanın xx.xx.1998-ci il tarixli protokolu aidiyyəti hissədə ləğv edilmişdir. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.. - 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, lakin məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati iş materiallarında olan: AZE ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 020269 №-li müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-23/2-R-930xx/xx/2024 №-li məktubdan görünür ki, ona verilmiş müharibə veteranı vəsiqəsinin yararsız hala düşməsi səbəbindən təkrar vəsiqə ilə təmin olunmasına köməklik göstərilməsi barədə 2023-cü ilin dekbar ayında Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti ilə əlaqədar verilmiş sorğuya cavab olaraq Nazirliyin arxivindən təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilməmişdir. Həmçinin, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.1998-ci il tarixli protokolunda ona müharibə veteranı adının verilməsi qeyd edilsə də, əsasverici sənədlər nəzərdən keçirilərkən döyüş bölgəsinə ezam edilməyi barədə qeyd müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü hissəsinə əsasən veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq vəsatət əsasında məsələyə yenidən baxılmış, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.2024-cü il tarixli protokoluna əsasən ona müharibə veteranı adının və xx.xx.1999-cu il tarixdə təqdim edilmiş 020269 nömrəli vəsiqənin verilməsinə əsas olmuş həmin Komissiyanın xx.xx.1998-ci il tarixli protokolu aidiyyəti hissədə ləğv edilmiş, bu barədə ona dəfələrlə, sonuncu dəfə xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-23/2-1718/2025 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarının tələblərinə müvafiq olaraq DİN-in xx.xx.2023-cü il tarixli 3-13/Ə554/2023 nömrəli əmri ilə yaradılmış Daxili İşlər Nazirliyinin müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2024-cü il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müharibə veteranı adının və xx.xx.1999-cu il tarixdə təqdim edilmiş 020269 nömrəli vəsiqənin verilməsinə əsas olmuş DİN-iin müvafiq Komissiyasının 24 nömrəli protokolu aiddiyyəti hissədə ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsassızdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnaməyə əsasən:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. İddiaçının hazırki tələbi ondan ibarətdir ki, “Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Komissiyanın xx.xx.2024-cü il tarixli protokolunun ləğv edilməsi və iddiaçının adına verilmiş müharibə veteranı vəsiqəsinin yenilənərək iddiaçıya təqdim edilməs vəzifəsi cavabdehə həvalə edilsin. Məhkəmə araşdırılması zamanı, Daxili İşlər Nazirliyinin arxiv sənədlərində müəllifin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat və döyüş bölgəsinə ezam edilməsi barədə qeyd aşkar olunmamışdır. İşin faktiki hallarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmək də şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur.. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə hərbi biletlə yanaşı xidmət yeri üzrə əmrləri və ya arxiv arayışı da başa düşülür. İddiaçının hər hansı digər hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Daxili İşlər Nazirliyinin arxivinin və xidmət etdiyini irəli sürdüyü hallar hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Göstərilən hallar nəzərə alınaraq haqlı olaraq Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının xx.xx.2024-cü il tarixli protokoluna əsasən vətəndaş İddiaçı müharibə veteranı adının və xx.xx.1999-cu il tarixli 020269 nömrəli vəsiqənin verilməsinə əsas olmuş həmin Komissiyanın xx.xx.1998-ci il tarixli protokolu aidiyyəti hissədə ləğv edilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən bu haqda əsaslı qərar çıxarıldığından, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.0.1.inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4.ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Komissiyanın xx.xx.2024-cü il tarixli protokolunun ləğv edilməsi və iddiaçının adına verilmiş müharibə veteranı vəsiqəsinin yenilənərək iddiaçıya təqdim edilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova