Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyatı İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi) qarşı X12, X18 və "xxxx" mənzil tikinti kooperativi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “təsis sənədlərində edilmiş dəyişikliyin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, X14, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyatı İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyat idarəsinin 06 noyabr 2015-ci il tarixli **********835600 saylı qərarının qismən “X6 və X15 "xxxx" mənzil tikinti kooperativinin təsisçiliyindən çıxarılması ilə bağlı təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasından imtina edilməsi” hissəsində ləğv edilməsi və X6 və X15 "xxxx" mənzil tikinti kooperativinin təsisçiliyindən çıxarılması ilə bağlı təsis sənədlərində edilmiş dəyişikliklərin qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(81)-5101/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X12 və X18 və məhkəmənin 2-1(81)-817/2016 saylı, xx.xx.2016-ci il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. xx.xx.2015-ci il tarixdə cavabdeh Azərbayca Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2015-ci il tarixli, **********376100 №-li iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-817/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyatı İdarəsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasından imtina edilməsi” tələbinə dair iddiasına dair 2-1(81)-817/2016 saylı iş üzrə icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X1, X18 və X3 cavabdehlər X11, İddiaçı1, X7, İddiaçı2 və İddiaçı4 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(010)- 10229/2015 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-6/2-5330-2023/29 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-426/2016 sayh 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, "xxxx" MTK-nın 28 sentyabr 2015-ci il tarixli, 01/05 saylı ümumi yığıncağının iclas protokolunun və qəbul edilmiş protokol qərarlarının, həmin protokol və qərarlar əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 dövlət qeydiyyatı idarəsindən 10 noyabr 2015-ci il tarixdə verilmiş **********836300 saylı çıxarışın, habelə 10 noyabr 2015-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı1 "xxxx" MTK-nın adından imzaladığı bütün müqavilələrin, cavabdeh İddiaçı1 saxlanılan "xxxx" MTK-nın adından hazırlanmış yeni möhürün etibarsız hesab edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 hərəkətlərinin təsisçi hüququndan, cavabdeh X8 hərəkətlərinin isə hüquqdan sui - istifadə hesab edilməsi, cavabdehlər İddiaçı1 qarşılıqlı iddiasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “BaduKubə" mənzil tikinti kooperativi tərəfindən verilmiş iddianın təmin edilməməsi, məhkəmə xərcləri - 10 (on) manat dövlət rüsumunun cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X4 alınaraq iddiaçılar X2, X16 və X9 ödənilməsi, qarşılıqlı iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı məhkəmə xərclərinin həmin şəxslərin özlərinə aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7500/2016 nömrəli iş üzrə 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK- nın, qarşılıqlı iddiaçı və cavabdeh İddiaçı1, ilk iddia üzrə cavabdehlər İddiaçı4, İddiaçı3 və İddiaçı2 birgə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-426/2016 saylı 30 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər İddiaçı1 (həm də qarşılıqlı iddiaçı), İddiaçı3, İddiaçı2, İddiaçı4, müstəqil tələb irəli sürən “BaduKubə” mənzil tikinti kooperativi tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3743/17 nömrəli, 02 iyun 2017-ci il tarixli qərarı ilə cavabdehiər İddiaçı3, İddiaçı2və müstəqil tələb irəli sürən “Badu-Kubə" mənzil tikinti kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş ərizələrin təmin edilməsi, cavabdehlər İddiaçı3, İddiaçı2 və müstəqil tələb irəii sürən “BaduKubə” mənzil tikinti kooperativinin Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 7500/2016 nömrəli iş üzrə 27 dekabr 2016-cı il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətindən imtinalarının qəbul edilməsi və onlara münasibətdə işin kassasiya instansiyasında icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3743/17 nömrəli, 02 iyun 2017-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı1 və ilk iddia üzrə cavabdeh İddiaçı4 birgə verdikləri kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7500/2016 nömrəli iş üzrə 27 dekabr 2016-cı il tarixli qətnaməsinin 10 noyabr 2015-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı1 "xxxx" Mənzil Tikinti Kooperativinin adından imzaladığı bütün müqavilələrin etibarsız hesab olunmasının təmin edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə yeni qərar çıxarılmışdır. İddiaçılar X10, X18 və X3 cavabdehiər İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X11 qarşı “10 noyabr 2015-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı1 "xxxx" mənzil tikinti kooperativinin adından imzaladığı bütün müqavilələrin etibarsız hesab olunması tələbinə dair iddiasının rədd edilməsi qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apeilyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7500/2016 nömrəli iş üzrə 27 dekabr 2016-cı il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3743/17 nömrəli, 02 iyun 2017-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Bununla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-06/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyatı İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi) qarşı X12, X18 və "xxxx" MTK üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “təsis sənədlərində edilmiş dəyişikliyinin qeydiyyata alınması” tələbinə dair 2(112)-06/2023 saylı inzibati iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar, cavabdeh və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, müvafiq olaraq məhkəmə iclasında iştirak etməmişlər və nümayəndələrinin məkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçılar, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçıların iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin: 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X13 Dövlət Qeydiyyatı İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi) qarşı X12, X18 və "xxxx" mənzil tikinti kooperativi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “təsis sənədlərində edilmiş dəyişikliyin qeydiyyata alınması” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver