Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-60/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Nizami qızının nümayəndəsi və vəkili - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi - X9 iştirakları ilə, İddiaçı Nizami qızının cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Nizami qızı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin ona qaytarılması vəzifəsinin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, JTJHYOOW104040870 identifıkasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobili 2017-ci ildə X3 vasitəsilə X10 29000 manata almışdır. Lakin, avtomobilin sənədlərində nöqsanlar olduğu üçün onu adına rəsmiləşdirə bilməmişdir. Belə ki, avtomobilin faktiki sahibi X17 olduğu halda, avtomobil mülkiyyət hüququ ilə Rusiya Federasiyasının vətəndaşı X4 adına dövlət qeydiyyatında olmuşdur. Ona görə də o, Rusiya Federasiyasına gedib orada alqı-satqı müqaviləsini rəsmiləşdirib avtomobili adına keçirmişdir. Bundan sonra avtomobili Rusiya Federasiyasının ərazisindən kənara çıxarmaq üçün Rusiya Federasiyasinin DİN-nin X5 Dövlət İnspeksiyası İdarəsi (QİBDD) tərəfindən ona icazə arayışı verilmişdir. Alqı-satqı sonradan rəsmilləşdirilmiş olsa belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Avtomobili əldə edib, gömrükdən keçirib adına rəsmiləşdirmək istərkən müəyyən edilmişdir ki, həmin avtomobil “İnterpol” bazasında axtarışdadır və bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair X24 və təhqiqat şöbəsində araşdırılma başlanmış, avtomobil cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin cərimə meydaçasına yerləşdirilmiş və hazırki vaxtadək həmin meydançada saxlanılır. Aparılmış araşdırma nəticəsində cinayət faktı təsdiq edilməmiş və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair X24 və təhqiqat şöbəsinin 09 sentyabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və avtomobilin ona qaytarılması barədə qərar qəbul edilmişdir. Avtomobilin dövlət gömrük rüsumunu ödəyib onu X27 İdarəsində adına qeydiyyata aldırmaq istədikdə, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gömrük rüsumlarını hazırda qüvvədə olan yeni tariflər üzrə hesablamış və həmin tariflər üzrə ödənilməsini ondan tələb etmişdir. İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, avtomobilin faktiki sahibi olan X18 onu satmaq məqsədilə Azərbaycan Respublikasına 2011-ci il tarixdə idxal etmişdir. Lakin, həmin zaman güvvədə olan dövlət gömrük rüsumları üzrə Ülvin Tagıyev avtomobilin gömrük ödənişlərini ödəmək iqtidarında olmamış və bu səbəbdən həmin avtomobil ona mövcüd vəziyyətdə bu şərtlə satmışdır ki, həmin gömrük rüsumlarını o, ödəsin. Avtomobili əldə etdikdən sonra yaranmış çətinliklər ilə bağlı gömrük rüsumlarını vaxtında ödəyə bilməmiş, mübahisəli məqamların həlli üçün zaman tələb edilmiş və həmin müddət ərizində gömrük rüsumları tarifləri bir neçə dəfə artmış və hazırda güvvədə olan gömrük rüsumları ilə həmin avtomobili əldə etmək ümimiyyətlə sərfəli deyil. Belə ki, göstərilən tariflər üzrə gömrük rüsumlarının ödənildiyi halda avtomobil ona çox yüksək qiymətə başa gəlmiş olur, halbuki oxşar vəziyyətdə olan avtomobillər ölkənin maşın bazarında dəfələrlə aşağı qiymətə satılır. Yəni şəraitin dəyişməsi, avtomobilin köhnəlməsi və gömrük rüsumların dərəcələrinin artması göstərilən avtomobili cavabdehin hesabladığı gömrük qiymətləri üzrə əldə etmək zərərlə nəticələnir. Lakin, nəzərə alınmalıdr ki o, avtomobilin dəyərini (29000 manat) artıq ödəmişdir, avtomobili faktiki mülkiyyətinə keçirmişdir və hazırda bu faktlar qarşısında qalmışdır. Sözügedən avtomobilin Azərbaycan Respublikasına 2011-ci il tarixdə idxal olduğu üçün o, gömrük rüsumlarını həmin zaman mövcüd olan gömrük tarifləri üzrə hesablanmasını və ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh bundan imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, DGK-nin məlumat bazasına əsasən mübahisəli avtomobilin xx.xx.2013-cü ildə Azərbaycan Respublikasını tərk edən kimi görünür. Lakin istintaq orqanının qərarından da göründüyü kimi, qeyd olunan avtomobil 2011-ci ildə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və bir daha ölkədən çıxarılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, A.X13 üzrə Baş Gömrük İdarəsinə daxil olmuş 26/A1/003399 nömrəli xx.xx.2019-cu il tarixli və 26/A2/003869 nömrəli xx.xx.2019-cu il tarixli müraciətlərinə baxılmış, nəticəsi barədə müvafiq olaraq 2100- 012/0xx-xx/001114 nömrəli 26.11,2019-cu il tarixli məktubla cavab verilmişdir. Qeyd olunan cavab məktubunda “Lexus LX 570” markalı (şassi-JTJHY00W1********) dövlət nömrə nişanı T779MX59 və X870MP59 olan nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş kimi göründüyü üçün həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi proqram təminatında (VAİS) JTJHYOOW104040870 ban (şassi) nömrəli, T779MX59 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2011-ci il tarixdə isə ölkə ərazisini tərk etmişdir. Bundan əlavə həmin nəqliyyat vasitəsinin xx.xx.2013-cü il tarixdən bir neçə dəfə ölkə ərazisinə dövlət nömrə nişanı X870MP59 olaraq giriş-çıxış etdiyi və sonuncu dəfə xx.xx.2013-cü il tarixdə saat 23:33 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin Xanoba gömrük postundan keçərək ölkə ərazisini tərk etdiyi VAİS vasitəsilə müəyyən olunmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi faktiki olaraq ölkə ərazisində olsa da, xx.xx.2013-cü il tarixdən sonra ölkə ərazisinə girişi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən təyin olunmamışdır. Bununla da İddiaçı Nizami qızının iddia ərizəsinə əsasən qeyd olunan nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. Bundan əlavə, İddiaçı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istədiyini, lakin sənədlər düz olmadığı üçün Rusiya Federasiyasına gedərək, maşının mülkiyyətçisi X6 alqı-satqı müqaviləsi bağlayaraq avtomobili öz adına keçirmiş, Rusiya Federasiyasının DİN-nin X5 Dövlət İnspeksiyası İdarəsindən avtomobili ölkə ərazisindən çıxartmaq üçün icazə arayışı almışdır. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci il dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bundan əlavə, nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün sənəd Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 2018-ci il dekabr ayında təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən JTJHYOOW104040870 ban (şassi) nömrəli, T779MX59 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və ban nömrəsinin kustar üsulla vurulmasına dair şübhə yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsində araşdırma aparılmış və toplanmış materiallar 2100-013/0xx-xx/000696 nömrəli xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X24 və Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində cinayət faktı öz təsdiqini tapmamışdır və 09 sentyabr 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda qeyd edilənlərdən də aydın görünür ki, İddiaçı Nizami qızı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanmasını xahiş etsə də, gömrük rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən İddiaçı Nizami qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin duracaqda saxlanılma xərclərinin iddiaçıdan tələb olunmamaqla avtomobilin iddiaçıya qaytarılması vəzifəsinin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Nizami qızının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi- X16 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-986/2020 №li iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin olunaraq, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin iddiaçı X14 qaytarılması öhdəliyinin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı Nizami qızının apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1389/2020 №li iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-986/2020 №li xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qalan İddiaçı Nizami qızının qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2105/2020 №li iş üzrə qəbul etdiyi 17 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1389/2020 №li iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1079/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-986/2020 №li xx.xx.2020-ci il tarixli qərarının – avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması hissəsində ləğv edilməsi, qərarın iddianın təmin edilmiş - JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin gömrük rüsumu hesablanmaqla rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin iddiaçı X14 qaytarılması öhdəliyinin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulması hissəsində və qalan təmin edlməmiş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan İddiaçı Nizami qızının qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1657/2021 №li 05 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1079/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-545/2022 №li iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-986/2020 №li xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı Nizami qızının cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İş materiallarında olan; Notarial qaydada təsdiq və tərcümə olunmuş Agentlik Müqaviləsinə əsasən agent “AvtoMobilQrup” məhdud məsuliyyətli cəmiyyəti eynişəldirmə nömrəsi JTJHYOOW104040870 olan “Lexus LX 570” markalı NVP ** UE ***414 olan avtonəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Notarial qaydada təsdiq və tərcümə olunmuş 38 nömrəli alqı-satqı müqviləsinə əsasən JTJHYOOW104040870 identifıkasiya (şassi) nömrəli, T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobili İddiaçı Nizami qızı X2 almışdır. Notarial qaydada təsdiq və tərcümə olunmuş Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Perm Diyarı üzrə Baş İdarəsi Dövlət X11 Müfəttişliyi İdarəsinin arayışına əsasən “Lexus LX 570” markalı nəqliyyat vasitəsi İddiaçı Nizami qızına məxsus olub Rusiya Federasiyası hüdudlarından çıxması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol - nəqliyyat hadisələrinə dair X24 və təhqiqat şöbəsinin HK-1-928 №li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən sənədlərdən aldatma yolu istifadə etməklə ölkə ərazisinə Sədərək Gömrük idarəsində rəsmiləşdirilmiş, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü X15 məxsus “Lexus LX 570” markalı 2009-cu il buraxılışlı, JTJHYOOW104040870 şassi nömrəli T779MX59 qeyiyyat nömrə nişanı olan nəqliyyat vasitəsi ilə bağlı araşdırma məqsədilə DİN İnterpolun Milli Mərkəzi Bürosuna verilən sorğu məktubuna cavab olaraq həmin nəqliyyat vasitəsinin İnterpolun axatarış bazasına əsasən axatarışda olması müəyyən edilmişdir. Qeyd olunan material üzrə araşdırma zamanı izahatı alınmış X18 göstərmişdir ki, 2011-ci il tarixdə Rusiya Federasiyasında yaşayan qardaşı Elvin Tağıyev özünə aldığı “Lexus 570” markalı T779MX59 rus qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasında yaşadığı ünvana gətirmişdir. O, avtombili gömrük rəsmiləşdirməsi edərkən rüsum üçün pulu olmadığına görə gömrük sənədləşdirilməsi edə bilməmişdir. Qeyd olunan qərarla X7 əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət iinin başlanması rədd edimişdir. Nəqliyyat vasitəsinin X8 qaytarılması, qərarın surətinin VİN: JTJHYOOW104040870, 2009-cu il buraxılışlı olan “Lexus LX 570” markalı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına baxılması üçün BDYPİ Qİİ-nə göndərilməsi qərara alınmışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Lexus LX 570” markalı (şassi - JTJHY00W1********) dövlət nömrə nişanı T779MX59 və X870MP59 olan nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sonuncu dəfə xx.xx.2013 - cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş kimi göründüyü üçün həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən avtomobilə dair alqı-satqı müqaviləsi sonradan rəsmilləşdirilmiş olsa da belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Odur ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur mübahisə predmeti olan nəqliyyat vasitəsi faktiki olaraq 2011-ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, İddiaçı Nizami qızı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 82.1-ci maddəsinə əsasən bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər. 82.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz. 82.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 105.1-ci maddəsinə əsasən bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. 105.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir. 106-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır (106.1). Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (106.2). Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər (106.3). Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər (106.4). Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir (106.5). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 01 yanvar 2018-ci il tarixədək qüvvədə olmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 12 aprel 2001-ci il tarixli 80 №li qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”, “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” və “Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Qeyd olunan maddənin tələblərinə görə Azərbaycan Respublikasına idxal olunan mallara həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. İşin araşdırılmış halları ilə “Lexus LX 570” markalı avtomobilin 2011-ci ildə Azərbaycan Respublikasına gətirildiyi müəyyən edilmiş və cavabdeh inzibati orqan bunun əksini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin onun Azərbaycan Respublikasına idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin duracaqda saxlanılma xərclərinin iddiaçıdan tələb olunmamaqla avtomobilin xx.xx.1993-cü il təvəllüdlü İddiaçı qaytarılması öhdəliyi cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin onun Azərbaycan Respublikasına idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin duracaqda saxlanılma xərclərinin iddiaçıdan tələb olunmamaqla avtomobilin iddiaçı xx.xx.1993-cü il təvəllüdlü İddiaçı qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-60/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-60/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver