Məhkəmə qərarları › İş №2-1(112)-60/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-60/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-60/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X1 və X5 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı xx.xx.2018- xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-də keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-də səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Vergi yoxlaması zamanı İddiaçı ASC-nin istismarında olan Qaradağ rayonu Qızıldaş ŞTQ, 1-ci Geoloji əhəngdaşı yatağın yanı ünvanında yerləşən daş karxanasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə istehsal həcminin müəyyənləşdirilməsi üçün mütəxəssis cəlb olunmuşdu. Mütəxəssis real dövriyyəni və istehsal həcmini müəyyənləşdirərkən İddiaçı ASC-nin elektrik sərfiyyatını əsas götürmüşdür. Mütəxəssis rəyində İddiaçı ASC-nin elektrik təsərrüfatında elektrik enerjisi itkisinin 30 % olduğu müəyyən edilmiş və bunun əsasında hasil olunmuş mişar daşının həcminin hesablanması aparılmışdır. Lakin qeyd olunur ki, İddiaçı ASC-nin elektrik təsərrüfatında faktiki elektrik enerjisi itkisi 45 % təşkil edir. İddiaçı ASC-nin elektrik təsərrüfatında məsafələr uzun olduğuna, naqillər köhnə olduğuna görə elektrik enerjisi itkisi çoxdur. Buna görə də mütəxəssis rəy verərkən İddiaçı ASC-nin faktiki elektrik enerjisi itkisini nəzərə alıb istehsal həcmini müəyyənləşdirməli idi. Buna görə də İddiaçı ASC mütəxəssis rəyində qeyd olunan 30 % elektrik enerjisi itkisi ilə razı deyil. Digər bir məsələ yerin təkindən çıxarılan əhəngdaşı kütləsinin satışa yararlı olmayan tullantılarının faiz dərəcəsi ilə mişar daşı istehsalı zamanı yerin təkində olan əhəngdaşı kəsilib çıxarılır. Bu zaman yerin təkindən çıxarılan əhəndaşı kütləsinin bir hissəsi mişar daşı istehsalı üçün yararlı olmadığından satışa yararlı olmayan tullantı kimi atılır. Aparılan vergi yoxlaması zamanı bu fakt qismən nəzərə alınsa da, yəni tullantıların faiz dərəcəsi 25 % müəyyənləşdirilsə də bu göstərici də reallığı əks etdirmir və reallıqdan tamamilə uzaqdır. Belə ki, iddiaçı tərəfindən istismar işləri aparılan sahələrdə kəsilmiş dağ kütləsinin təxminən 60-65 %-i tullantı kimi atılır. Bundan başqa mədən vergisinin hesablanması zamanı vergi orqanı tərəfindən yanlışlığa yol verilmişdir. Belə ki vergi qanunvericiliyinə əsasən mədən vergisi satışa yararlı olan mişar daşının həcminə hesablanmalı olduğu halda vergi orqanı mədən vergisi dərəcəsini kəsilmiş bütün dağ kütləsinə tətbiq etmişdir. Bununla da vergi orqanı qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş və İddiaçı ASC-yə əlavə vergi hesablamışdır. Eyni zamanda vergi orqanı tərəfindən yol verilən qanun pozuntularından biri də daş karxanalarının aylıq icarə ilə bağlıdır. Yoxlama zamanı vergi orqanı tərəfindən İddiaçı ASC tərəfindən icarəyə verilmiş sahələrin (daş karxanaları) bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspert cəlb edilmişdir. 1 ha torpaq sahəsinin aylıq icarə haqqı faktiki olaraq 300 AZN olduğu halda ekspertin xx.xx.2019-cu il tarixli rəyinə əsasən 1 ha torpaq sahəsinin aylıq icarə haqqının 1000,0 manat olduğu iddia edilir. Bu məbləğ qətiyyən reallığı əks etdirmir. Belə ki, İddiaçı ASC-yə məxsus daş karxanasında uzun müddət istismar işləri həyata keçirildiyinə, əhəngdaşı yataqları tükəndiyinə və tullantıların faiz dərəcəsi yüksək olduğuna görə mişar daşı istehsalının mənfəətliliyi aşağıdır. Bütün bunlara əsasən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinə müraciət edilmişdir. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə ona bildirildi ki, səyyar vergi yoxlaması nəticəsində hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanmışdır. Buna görə də iddiaçının müraciətinin baxılmasından imtina edilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 13 nömrəli məktubla AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Apelyasiya Şurasına və xx.xx.2020-ci il tarixdə isə AR İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasına müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin 1.1-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurası (bundan sonra - Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanı) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır. Həmin Əsasnaməyə əsasən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şurasına müraciət etmək hüququ vardır. Həmin Əsasnamənin 2.0.1 -ci və 2.0.2-ci maddələrinə əsasən Apellyasiya Şurası daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmalı və şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) iclaslarına dəvət etməlidir. Lakin iddiaçı tərəfindən göndərilmiş şikayətə Apelyasiya Şurasında baxılmamış, iclas təyin edilməmiş və iddiaçının iştirakı təmin edilməmişdir. İddiaçının müraciətinə əsasən İqtisadiyyat Nazirliyinin 23 dekabr 2020-ci il tarixli cavab məktubu ilə yenidən eyni məzmunda cavab verilərək səyyar vergi yoxlaması nəticəsində hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi üzrə istintaqın davam etməsiylə bağlı olaraq İddiaçı ASC-nin şikayətinə baxıla bilməyəcəyi bildirilmişdir. Bununla əlaqədar olaraq AR İqtisadiyyat Nazirliyi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 3.2-ci -“Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur” maddəsinə istinad edilmişdir. Həmin maddə ilə əlaqədar iddiaçı da İqtisadiyyat Nazirliyi ilə həmfikirdir. Lakin iddiaçı bildirir ki, o, cinayət işinin başlanması barədə qərardan şikayət verməmişdir. Belə ki, o, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı tərtib edilmiş vergi yoxlaması aktını mübahisələndirir. Buna görə də iddiaçı hesab edir ki, AR İqtisadiyyat Nazirliyi tərəfindən “İnzibati icraat haqqında” Qanuna istinad edilməsi qanuni və əsaslı deyildir. Bundan başqa iddiaçı həmin vergi yoxlaması nəticəsində tərtib edilmiş səyyar vergi yoxlaması aktını aldığı vaxtdan etibarən vergi orqanına şikayət edir. Lakin İddiaçı ASC-nin şikayətinə baxılmadan dərhal həmin vergi yoxlaması aktı üzrə cinayət işi başlanılmışdır. Buna baxmayaraq İddiaçı ASC-yə şikayətinə vergi orqanı tərəfindən cinayət işinin başlanması ilə əlaqədar baxıla bilməməsi barədə məlumat verilmişdir. Səyyar vergi yoxlaması aktı mübahisələndirilən zaman vergi orqanı tərəfindən həmin akt üzrə cinayət işinin başlanması barədə qərar qəbul edilmişdir. Artıq cavabdehlə mövcud münasibətin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olduğu üçün, hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətinə gələrək hesab olunmuşdur ki, yuxarıda qeyd olunan faktiki hallara əsasən xx.xx.2018-xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-də keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş səyyar vergi yoxlaması aktı Məhkəmə tərəfindən ləğv edilməlidir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3583/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin “iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi, İddiaçı ASC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3583/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməsi; İddiaçı ASC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hazırki iş üzrə İddiaçı ASC tərəfindən ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mütəxəssis rəyində iddiaçının elektrik təsərrüfatında elektrik enerjisi itkisinin 30 % olduğu müəyyən edilmişdir. Lakin elektrik təsərrüfatında elektrik enerjisi itkisi 45% təşkil edir. Həmçinin çıxarılan əhəngdaşı kütləsinin satışa yararlı olmayan tullantıların miqdarı 25% müəyyənləşdirilsədə. həmin miqdar təxmini 50-65 % olmalıdır. Həmçinin mədən vergisinin hesablanması zamanı vergi dərəcəsinin bütün dağ kütləsinə tətbiq edilmişdir.Eyni zamanda caavbdeh tərəfindən yol verilən qanun pozuntularından biridə aylıq icarə haqqı ilə bağlıdır. Qeyd olunanlarla bağlı bildirilir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2013-ci il tarixli **********150163 nömrəli qərarına əsasən 01/20xx-xx/2018 dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2013-ci il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılaraq, xx.xx.2019-cu tarixli **********152552 nömrəli “Səyyar vergi yoxlaması aktı’’ ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisı faktiki olaraq dekorativ və tikinti daşlarının kəsilməsi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə məşğul olmuşdur. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 388165,75 manat (mənfəət vergisi 144712,02 manat, ƏDV 188366,73 manat, mədən vergisi 55087,00 manat) azaldıldığı müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli **********195472 nömrəli Vergi ödəyicisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında’’ xx.xx.2019-cu il tarixli **********195472 nömrəli qərar çıxarılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 194082,82 manat və Vergi Məcəlləsinin 6-cı maddəsinə əsasən 1076,58 manat olmaqla, ümumilikdə 195159,46 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi yoxlaması ASC-nin istehlak etdiyi elektrik enerjisi barədə "xxxx" ASC "xxxx" MMC-dən əldə edilmiş məlumatlar, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəyləri, təqdim edilmiş icarə müqavilələri və s. sənədlərə əsasən aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya cinsli mallara (iş, xidmət) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat parılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri aqqında məlumat toplamaq mümkün olmadıqda, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrini vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından tətbiq etmək mümkün olmadığı üçün, bu məcəllənin 14.6.3.3-cü maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirildi. Vergi Vləcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Məcəllənin göstərilən maddələrinə əsaslanaraq, ASC tərəfindən istehsal edilmiş mişar daşlarının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Departamentin xx.xx.2018-ci il tarixli **********153053 nömrəli və ASC tərəfindən icarəyə verilmiş sahələrin (daş karxanaları) bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə Departamentin xx.xx.2018-ci il tarixli **********153055 nömrəli Ekspertizanın təyin edilməsi haqqında” Qərarlar çıxarılmış və yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Keçirilmiş ekspertiza nəticələrinə görə yoxlamaya xx.xx.2019-cu il tarixli ekspert rəyi təqdim edilmişdir (rəy akta əlavə olunur). xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən 01.01,2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə mişar daşının 1 ədədinin bazar qiymətinin 0.25 manat və 1 hektar torpaq sənəsinin 1 aylıq icarə haqqının 1000 manat olması qeyd edilmişdir. Mütəxəssis rəyində 1 saat ərzində istehsala sərf edilən enerji sərfiyyatı müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisinə **********69 saylı ƏDV bildirişi verilmiş və bildiriş 01 04.2003-cü ıl tarixdən qüvvədədir.Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin hesabatda göstərilən nəbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən 188366.73 manat azaldılması aşkar edildi. Belə ki, yoxlanılan dövrdə ASC-nin gəlirlərinin mişar daşları və daş tozu satışından, məhsulun istehsal ərazisində saxlanması xidmətindən, torpaq sahələrinin icarəyə verilməsindən ədlə edilmiş gəlirlərdən, eləcə də ASC tərəfindən elektrik enerjisi satışından əldə edilmiş gəlirlərdən formalaşdığı müəyyən edilmişdir. Yoxlama ilə mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən ASC tərəfindən yoxlama dövründə (xx.xx.2017-xx.xx.2018-ci il) cəmi ******* ədəd mişar daşları istehsal edilmiş, istehsal edilmiş mişar daşlarına 25% çıxdaş (594356 ədəd) çıxılmış və bununla da ******* ədəd satış üçün yararlı daş qaldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli X9 bölməsinin 1.3.1 Hazır məhsul bəndində mal qalığı əks etdirilməmiş, eləcə də ASC-yə məxsus daş karxanalarına xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı hazır məhsul (mişar daşları) qalıqları mövcud olmadığı müəyyən edilmiş, bu da vergi ödəyicisi tərəfindən istehsal edilmiş misar daşlarının tam satıldığı qənaətinə gəlinir. 2017-ci il yanvar ayında mütəxəssis rəyinə əsasən 108130 ədəd mişar daşı istehsal edilməsinə baxmayaraq, bu mişar daşlarının 96868 ədədi yanvar ayında satılmış qalan 11262 ədəd mişar daşı 2017-ci il iyun ayında tam satılmışdır. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə istehsal edilmiş ******* ədəd mişar daşlarından 231010 ədədi elektron qaimə fakturlara əsasən (nağdsız qaydada) 94435.9 manata (ƏDV ilə) müxtəlif müəssisələrə satılmışdır. Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə qeyd olunmuş ******* ədəd mişar daşı sayından nağdsız qaydada müəssisələrə təqdim edilmiş 231010 ədəd mişar daşı çıxsaq alınmış ******* ədəd (1783068 ədəd - 231010 ədəd) mişar daşının nağd şəkildə satıldığı müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli Ekspert rəyinə əsasən mişar daşının 1 ədədinin satış qiyməti 0.25 qəpik (ƏDV ilə) olduğunu nəzərə aldıqda ASC tərəfindən 388014.50 manat (ƏDV ilə) nağd satışdan gəlir əldə edildiyi müəyyən edilir. ASC tərəfindən elektron qaimə fakturalara əsasən nağdsız qaydada satılmış 231010 ədəd mişar daşına görə əldə edilmiş 94435.9 manatla (ƏDV daxil) və nağd şəkildə təqdim edilmiş ******* ədəd mişar daşının satışına görə əldə niş 388014.50 manatı (ƏDV daxil) cəmlədikdə yoxlanılan dövrdə ASC tərəfindən mişar daşlari satışından cəmi 482450.4 manat (ƏDV ilə) gəlir əldə edildiyi müəyyən edildi. Bundan əlavə "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2008-ci il xli müqaviləyə əsasən məhsulun istehsal ərazisində saxlanması xidməti üzrə Holcim .C-yə 639088 manat (ƏDV ilə) dəyərində xidmət gösətrildiyi, eyni zamanda "xxxx" MMC-yə 31.01,2018-ci il tarixli EVHF-na əsasən 21830.0 manat (ƏDV ilə) dəyərində əhəng daşı tozu satıldığı müəyyən olundu. ASC tərəfindən təqdim edilmiş torpaq sahələrinin icarə müqavilələrinə əsasən 2017-ci il yanvar ayında 25 ha, fevral ayında 27 ha,mart ayında 27 ha, aprel ayında 30.5 ha, may ayında 33 ha, iyun ayında 34.5 ha, iyul ayında 34.5 ha. avqust ayında 34.5 ha, sentyabr ayında 34.5 ha, oktyabr ayında 34.5 ha, noyabr ayında 34.5 ha, dekabr ayında 34.5 ha, 2018-ci il yanvar ayında 12.40 ha, fevral ayında 13,0 və mart ayında 19.4 ha cəmi yoxlanılan dövrdə 428 8 ha torpaq sahəsinin icarəyə verildiyi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən 1 ha torpaq sahəsinin aylıq icarə haqqının 1000 manat (ƏDV ilə) təşkil etdiyini nəzərə aldıqda yoxlanılan dövrdə ASC-nin icarə fəaliyyətindən 428800 manat (ƏDV ilə) gəlir əldə etdiyi müəyyən edılmıdşdır. Bundan əlavə yoxlama ilə ’’Azərişıq” ASC-dən və “X16 Stansiyası' MMC- dən alınmış elektrik enerjisi sərfiyyatları araşdırılarkən yoxlanılan dövrdə (xx.xx.2017- xx.xx.2018) ASC tərəfindən 1403833.2 manat (ƏDV ilə) dəyərində (14781080 kv/s) elektrik enerjisi alındığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən yoxlanılan dövrdə digər şəxslərə ******* manat (ƏDV ilə) dəyərində (********.3 kv/s) elektrik enerjisi satılmışdır. Beləliklə ASC tərəfindən yoxlanılan dövrdə mişar daşlarının satışından 482450.4 manat (ƏDV ilə), daş tozu satışından 21830.0 manat (ƏDV ilə), məhsulun istehsal ərazisində saxlanması xidməti üçün 639088 manat (ƏDV ilə), icarə fəaliyyətindən 428800 manat (ƏDV ilə) və elektrik enerjisi satışından ******* manat (ƏDV ilə), cəmi 2871114.29 manat (ƏDV ilə) gəlir əldə etdiyi müəyyən edilmişdir. Yoxlanılan dövrdə ASC tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə əsasən 1716272.95 manat (ƏDV ilə) dövriyyə əks etdirilmiş, 1154841.34 manat (ƏDV ilə) dövriyyə (2871114 29 -1716272.95=1154841.34) bəyannamədə az əks etdirilmişdir. Bununla da ASC tərəfindən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən 176162,24 manat (1154841.34 manat /1.18*18%) azaldılması aşkar edildi. Bundan əlavə "xxxx" ASC-dən (VÖEN **********) alınmış xx.xx.2017-ci il tarixli HQ 717646 nömrəli EVHF üzrə 60312.66 manat əsas məbləğ (ƏDV-si 10856,28 manat), hesablaşma hesabından ödənilmədiyi halda və 10856,28 manat ƏDV məbləği depozit hesabından ödənilərək əvəzləşdirilmiş, xx.xx.2017-ci il tarixli HO 225080 nömrəli EVHF üzrə xx.xx.2017-ci il tarixli HO 655850 nömrəli EVHF üzrə 1348,2 manat ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddənin tələbləri gözlənilmədən əvəzləşdirilmiş və büdcəyə çatası 204.44 manat ƏDV azaldılmışdır. Qeyd olunanlarla bağlı xx.xx.2017-ci il tarixli HQ 7646 nömrəli EVHF üzrə 10856,28 manat ƏDV məbləği üzrə əvəzləşmə ləğv edilir, yoxlanılan dövrdə ASC tərəfindən 188366.73 manat (176162.24+12204.48) ƏDV-nin azaldılması aşkar edildi. Bundan əlavə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının 1076.58 manat maliyyə sanskiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə ASC mənfəət vergisinin ödəyicisi olmuş və ASC-nin gəlirlərinin mişar daşlarının satışından, məhsulun istehsal ərazisində saxlanması xidmətindən, torpaq sahələrinin icarəyə verilməsindən ədlə edilmiş gəlirlərdən, eləcə də ASC tərəfindən elektrik enerjisi satışından əldə edilmiş gəlirlərdən formalaşdığı müəyyən edilmişdir. ASC tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilmədiyindən yoxlama zamanı vergi tutulan dövriyyələr yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən müvafiq olaraq ASC-nin karxana fəaliyyəti üzrə (mişar daşların hasilatı-ədədlə), eyni zamanda təqdim edilmiş daşların karxanada buraxılış qiymətləri barədə verilmiş xx.xx.2019cu il tarixli Ekspert rəyinə və xx.xx.2019-cu il tarixli Mütəxəssis rəyinə əsasən, eləcə də icarəyə verilmiş torpaq sahələrinin aylıq icarə haqlarının bazar qiymətinin müəyyən edilməsi üçün Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən hesablanmışdır. 2017-ci il üzrə mənfəət vergsi hesablanarkən ASC tərəfindən mişar daşları satışından 348104.3 manat (ƏDV-siz), məhsulun istehsal ərazisində saxlanması xidməti üçün 541600.0 manat (ƏDV-siz), icarə fəaliyyətindən 325423.70 manat (ƏDV-siz) və elektrik enerjisi satışından 857419.50 manat (ƏDV-siz), cəmi - 2072547.50 manat (ƏDV -siz) gəlir əldə etdiyi müəyyən edilmişdir. Yoxlama ilə elektrk enerjisinin satışı fəaliyyəti üzrə mənfəət əldə edilmədiyi müəyyən olundu. Ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən ASC tərəfindən torpaq sahələrinin (daş karxanası) icarəsi fəaliyyəti üzrə 325423.73 manat gəlir əldə edildiyi müəyyən edilmiş, bu gəlirlərin əldə edilməsi ilə bağlı 2017-ci il üzrə hesablanmış 89535.8 manat torpaq vergisini nəzərə aldıqda icarə fəaliyyəti üzrə 235887.93 manat (3254xx.xx- 89535.8) gəlir əldə edildiyi ləyyən edildi. Mənfəət vergisinin 20% olduğunu nəzərə aldıqda 47177.59 manat 35887.93*20%) mənfəət vergisi müəyyən edildi.. “Qaradağ" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə ;asən 2017-ci il üzrə məhsulun istehsal ərazisində saxlanması xidməti üzrə 541600.0 anat (ƏDV-siz) gəlir əldə etdiyi müəyyən edilmiş, bu fəaliyyət məhsulun (daş qırıntılarının) işıq havada xərc (mühafizə xərci, elektrik enerji xərci və s) tələb edilmədən saxlanması fəaliyyət ilə bağlı olduğundan, eləcə də ASC tərəfindən bu fəaliyyətlə bağlı xərc sənədləri əqdim edilmədiyindən, ASC-nin bu fəaliyyətlə bağlı əldə etdiyi 541600 manat gəlirə 20% nənfəət vergisi tətbiq etdikdə bu fəaliyyətlə bağlı 108320.0 manat mənfəət vergisi hesablandı. 2017-ci il üzrə ASC tərəfindən mişar daşları satışından əldə edilmiş 348104.30 manat (ƏDV-siz) gəlirlə əlaqədar gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən mənfəəti müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəllləsinin 67-ci maddəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisınin müəyyənləşdirilməsi barədə Baş İdarənin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinə müraciət olunmuş, lakin anoloji vergi ödəyicisinin olmadığı bildirilmişdir. Qeyd olunanlara bağlı ASC-nin mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı qaydada hesablanmışdır. Beləliklə 2017-ci il üzrə ASC tərəfindən icarə fəaliyyəti üzrə 47177.52 manat, məhsulun istehsal ərazisində saxlanması fəaliyyəti üzrə 108320.0 manat mişar daşlarının satışı üzrə 11603.48 manat, cəmi 167101.0 manat mənfəət vergısınn hesablanmalı olduğu müəyyən edildi. ASC tərəfindən 2017-ci il mənfəət vergisi bəyannaməsində 22388.98 manat mənfəət vergsi hesablandığını nəzərə alındıqda, ASC tərəfindən 2017- ci il üzrə 144712.02 manat (167101.0-22388.98=144712. 02) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Mədən vergisi üzrə: Vergi Məcəlləsinin 214-cü maddəsinə əasən yoxlanılan dövrdə sahibkar mədən vergısinin ödəyicisi olmuşdur. Vergi yoxlaması fərdi sahibkarın istehlak etdiyi enerji barədə "xxxx" ASC-dən alınmış məlumatlar, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən aparılmışdır. Müətəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2019-cu rəyə əsasən yoxlanılan dövrdə ******* ədəd mişar daşı və ya 33019.5 m3 (1m3=72 ədəd mişar daşı istehsal edildiyi müəyyən edildi. Hasil olunmuş 33019.5 m3 mişar daşlarına mədən vergisi (1m3=2 manat) tətbiq etdikdə yoxlanılan dövrdə 66039.0 manat mədən vergisi hesablanmalı olduğu müəyyən edilidi. ASC tərəfindən yoxlanılan dövrdə 10952 manat mədən vergisi hesabandığını nəzərə alındıqda 55087.0 manat (66039.0-10952.0) mədən vergisinin azaldılması aşkar edildi. Vergilərin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin 188366.73 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 94183.37 manat, mədən vergisinin 55087.0 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqaarında, yəni 27543.5 manat, mənfəət vergisinin 144712.02 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 72356.01 manat maliyyə sanksiyası, eləcə də Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 3233,16 manat ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası yəni 1616.58 manat maliyyə sanskiyası tətbiq edilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı əlavə münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əlavə etiraza əsasən, “Qaradağ" ASC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, 2017-ci il üzrə 144712,02 manat mənfəət vergisi, 2017-ci ilin yanvar - 2018-ci ilin mart ayları üzrə 188366,73 manat əlavə dəyər vergisi, 2017-ci ilin yanvar - 2018-ci ilin mart ayları üzrə 55087,0 manat mədən vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 388165,75 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. xx.xx.2020-ci il tarixdə həmin fakt üzrə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilib ibtidai istintaq davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.1ci maddəsinə əsasən dayandırılmışdır. İstintaq zamanı təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/882 nömrəli rəyi ilə “Qaradağ" ASC tərəfindən 2017-ci il üzrə 144712,02 manat mənfəət vergisi, 2017-ci ilin yanvar - 2018-ci ilin mart ayları üzrə 188366,73 manat əlavə dəyər vergisi, 2017-ci ilin yanvar - 2018-ci ilin mart ayları üzrə 55087,0 manat mədən vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 388165,75 manat məbləğində vergilər dövlət büdcəsinə az hesablanması müəyyən edilməklə səyyar vergi yoxlaması aktının nəticələri təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərar qəbul edilmişdir. İş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun müavininin xx.xx.2021-ci il tarixli qərarı ilə birinci dəfə 13 mart 2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərar qəbul edilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, “Qaradağ" ASC-nin fəaliyyəti mişar daşlarının kəsilməsi, emalı və satışı, elektrik enerjisinin satışı və şəxsi daşınmaz əmlakın icarə verilməsindən ibarətdir. İş üzrə şahid qismində dindirilmiş İddiaçı ASC-nin direktoru X3 ifadəsində göstərmişdir ki, cəmiyyətin direktoru özü olduğunu, cəmiyyətin adından aparılan bütün əməliyyatlarda özünün iştirak etdiyini, cəmiyyətin mühasib vəzifəsində X6 işləyərək cəmiyyətin mühasibatlıq işlərini apardığını, lakin sonuncunun vergilərin ödənilməsində məsul şəxs olmadığını, cəmiyyətdə vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında iştirak etmədiyini, həmçinin Allahverdi Cəfərov ifadəsində cəmiyyətdə vergilərin ödənilməsinə özünün məsuliyyət daşıdığını, digər şəxslərin heç bir məsuliyyəti olmadığını və 388165,75 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırdığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş İddiaçı ASC-nin mühasibi X6 ifadəsində Allahverdi Cəfərovun təqdim etdiyi rəqəmlər əsasında vergiləri hesablayıb vergi orqanına təqdim etdiyini, cəmiyyət fəaliyyət göstərdiyi dövrdə cəmiyyətin rəhbəri kimi X2 tanıdığını, mühasibatlıq işləri ilə əlaqədar göstərişləri də ancaq Allahverdi Cəfərovdan aldığını, özünün cəmiyyətin fəaliyyətində heç bir rolu olmadığını və heç bir gəlir əldə etmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı X11 ifadəsində İddiaçı ASC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı xx.xx.2019-ci il tarixli **********152552 nömrəli səyyar vergi yoxlaması aktı onun tərəfindən və iş yoldaşı X10 ilə birlikdə tərtib edərək imzaladıqlarını, həmin akta əsasən cəmiyyətin sahibkarlıq fəaliyyəti üzrə 388165,75 manat məbləğində əsas vergi borcunun olduğunu, həmin məbləğ xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə 144712,02 manat mənfəət vergisi, 2017-ci ilin yanvar - 2018-ci ilin mart ayları üzrə 188366,73 manat əlavə dəyər vergisi, 2017-ci ilin yanvar - 2018-ci ilin mart ayları üzrə 55087,0 manat mədən vergisi üzrə yaranmış borc məbləğindən ibarət olduğunu bildirmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı X10, X11 ilə eyniməzmunlu ifadə vermişdir. İstintaq zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinə xx.xx.2021 -ci il tarixli **********362600 nömrəli məktubla vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödəmələr barədə məlumatların Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinə göndərilməsinə dair sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq alınmış xx.xx.2021-ci il tarixli **********513800 nömrəli xidməti məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdən səyyar vergi yoxlaması üzrə cinayət işinin predmeti olan 388 165,75 manat məbləğdən şəxsi hesab vərəqəsi üzrə xx.xx.2021-ci il tarixə 2017-ci ilin mənfəət vergisi üzrə ödənilməmiş 3 319,25 manat borcu olduğu qeyd olunmuşdur. İddiaçı ASC-nin direktoru X3 dövlət büdcəsinə ödəməkdən yayındığı 388165,75 manat məbləğində vergiləri istintaq zamanı dövlət büdcəsinə ödəmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, 388165,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. 27 dekabr 2021-ci il tarixdə İddiaçı ASC-nin direktoru X3 ərizə ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək 388165,75 manat məbləğində vergiləri tamamilə ödədiyinə görə barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri yazılı etirazın tələblərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 dekabr 2019-cu il tarixli, **********194473 nömrəli qərarı ilə 2017-ci il üzrə 144.712,02 manat, 2017-2018-ci illər üzrə 188.366,73 manat ƏDV, 2017-2018-ci illər üzə 55.087 manat, ümumilikdə 388.165,75 manat vergi borcu hesablanmış və 195.159,46 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

11. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 28 dekabr 2019-cu il tarixli, **********195472 nömrəli qərarı ilə 2017-ci il üzrə 144.712,02 manat, 2017-2018-ci illər üzrə 188.366,73 manat ƏDV, 2017-2018-ci illər üzə 55.087 manat, ümumilikdə 388.165,75 manat vergi borcu hesablanmış və 195.159,46 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

12. Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı ASC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2017 – mart 2018 vergi dövrlərini əhatə edilməklə xx.xx.2018-ci il tarixdən 30 gün müddətində növbəti səyyar vergi yoxlamasının aparılması qərara alınmışdır.

13. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin 2-1(112)-3583/2021 saylı 27 may 2021-ci il tarixli məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 sentyabr 2021-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, qərardadda qoyulmuş suallara hərtərəfli cavab verilmiş, İnkişaf planına əsasən İddiaçı ASCnin ayrı ayrı sahələr üçün faydalı qazıntı itkilərinin orta hesabla 58 % olduğunu nəzərə aldıqda, yerin təkindən çıxarılan 1 kubmetr əhəngdaşı kütləsinin 58 % faizini satışa yararlı olmayan tullantı 42 % faizinin isə mişar daşı kimi yararlı material olduğu müəyyən edilir. Elektrik şəbəkəsi xətlərinin texniki parametrlərindən, bolt birləşmələrindən, izolyasiya örtüyünün vəziyyətindən, hava şəraitindən, elektrik sayğacının transformatından əvvəl yaxud sonra quraşdırılmasından asılı olaraq elektrik enerji itkisi halları olduğuna görə İddiaçı ASCnin elektrik təsərrüfatında elektrik enerjisi itkisinin konkret olaraq neçə faiz olmasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərci – 102 manat təşkil etmişdir.

15. Məhkəmənin 2-1(112)-565/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 dekabr 2022ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, qərardadda qoyulmuş suala hərtərəfli cavab verilmiş, mütəxəssislər tərəfindən tərtib olunmuş «Xidməti məlumat»a əsasən İddiaçı ASC-nin elektrik təsərrüfatında elektrik enerjisi itkisinin 56,06% olduğu müəyyən edilmişdir. Ekspertiza xərci – 102 manat təşkil etmişdir.

16. Məhkəmənin 2-1(112)-170/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 avqust 2023cü il tarixli 9/3779 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, qərardadda qoyulmuş bütün suallara hərtərəfli cavab verilmiş, İddiaçı ASC-də mişar daşı satışına görə 29.498,55 manat ƏDV, 5.462,70 manat mənfəət vergisi və 41.453,97 manat məbləğində mədən vergisi müəyyən edilmişdir. Ekspertiza xərci – 100 manat təşkil etmişdir.

17. Məhkəmənin 2-1(112)-60/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 avqust 2024cü il tarixli 3-16-16/2-9/3689-9/3801/2024 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, qərardadda qoyulmuş bütün suallara hərtərəfli cavab verilmiş, məhsulun istehsal ərazisində saxlanması fəaliyyəti üzrə mənfəət vergisi 18.053,33 manat məbləğində; 29 dekabr 2022-ci il tarixli 10/6946 nömrəli, 04 avqust 2023-cü il tarixli 9/3779 nömrəli ekspert rəyləri üzrə nəticələr və yuxarıda göstərilənlər nəzərə alınmaqla İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 62.748,83 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərci – 100 manat təşkil etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktınmübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

23. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

24. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. 25 Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3583/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməsi; İddiaçı ASC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hazırki iş üzrə İddiaçı ASC tərəfindən ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır.

26. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

29. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

32. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 33.«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; … Həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

35. Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur

36. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər.

37. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur.

38. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixdən də göründüyü kimi cavabdeh yoxlamanın 30 iş günü müddətində aparılmalı olduğu qənaətinə gəlmişdir ki, bu daha cavabdehin həmin dövrdə qanunvericiliyin qüvvədə olan redaksiyasına riayət etmədiyini, yoxlamanın təqvim günləri ilə deyil də məhz iş günü ilə aparıldığının göstəricisidir, bu isə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir.

39. Məhkəmə, qərarların mahiyyəti ilə bağlı bildirir ki, cavabdeh sözügedən səyyar vergi yoxlaması zamanı iddiaçının mütəxəssis rəyi ilə elektrik enerjisinin sərfiyyatına uyğun müəyyən edilmiş mişardaşının istehsalının həcminə əsasən ona əlavə vergi məbləği hesablayaraq mübahisələndirilən qərarı qəbul etmişdir.

40. Məhkəmə bununla bağlı bildirir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Belə ki, bu, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır.

41. Digər tərəfdən, qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, əlavə verginin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır.

42. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.

43. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Lakin elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanması qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmamışdır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilərdi.

44. Bundan başqa Məhkəmə qeyd edir ki, ümumiyyətlə məhkəmə araşdırılması zamanı mübahisələndirilən inzibati aktla iddiaçıya hesablanmış borc məbləğlərinin əsassız olubolmaması ilə bağlı araşdırma aparılmış, məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyinə əsasən, səyyar vergi yoxlaması aktında 1 ha torpaq sahəsinin aylıq icarə haqqı 1.000,00 manat olmaqla 325.423,73 manat gəlir əldə edildiyi, bu gəlirlərin əldə edilməsi ilə bağlı 2017-ci il üzrə hesablanmış 89.535,8 manat torpaq vergisini nəzərə aldıqda icarə fəaliyyəti üzrə 235.887,93 manat (325.423,73- 89.535,8) gəlir əldə edildiyi göstərilmişdir. Yoxlama ilə mənfəət vergisinin 20% olduğu nəzərə alınaraq 47.177,59 manat (235.887,93 x 20%) icarə fəaliyyəti üzrə mənfəət vergisi hesablanmışdır. Lakin, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan sualda “Respublika” qəzetinin xx.xx.2016-cı il tarixli 292 (5743) nömrəli redaksiyasında elan edilmiş mübahisələndirilən dövrdə Qaradağ rayonu 1 -ci Geoloji əhəngdaşı yatağında yerləşən daş karxanasında 1 ha sahənin aylıq icarə haqqı 300 (üç yüz) manat olması göstərilmişdir. Qaradağ rayonu 1-ci Geoloji əhəngdaşı yatağında yerləşən daş karxanasında 1 ha sahənin aylıq icarə haqqı 300 (üç yüz) manat olduqda əldə etdiyi gəliri 97.642,12 manat (325.473,73/1000 * 300), 2017-ci il üzrə hesablanmış 89.535,8 manat torpaq vergisini nəzərə alındıqda icarə fəaliyyəti üzrə 8.106,32 manat (97.642,12 - 89.535,8) gəlir əldə edildiyi və həmin gəlirdən mənfəət vergisinin 20% olduğu nəzərə alınaraq 1.621,26 manat (8.106,32 x 20%) icarə fəaliyyəti üzrə mənfəət vergisi müəyyən edilir. Mənfəət vergisi üzrə: 2017-ci il üzrə İddiaçı ASC tərəfindən icarə fəaliyyəti üzrə 1621,26 manat, məhsulun istehsal ərazisində saxlanması fəaliyyət üzrə 18.053,33 manat, mişar daşlarının satışına görə 5462,70 manat olmaqla ümumikdə hesablanmalı mənfəət vergisinin 25.137,29 manat olması müəyyən edilir.Qeyd edilir ki, İddiaçı ASC tərəfindən 2017-ci ilin mənfəət vergisi bəyannaməsində 22.388,98 manat mənfəət vergisi hesablandığı nəzərə alındıqda, ASC tərəfindən 2017-ci il üzrə 2.748,31 manat mənfəət vergisinin az hesablanması müəyyən edilir. ƏDV üzrə: Yanvar 2017 - Mart 2018-ci illər üzrə 29.498,55 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Mədən vergisi: Təqdim edilmiş iş materiallarında olan ekspert rəyləri nəzərə alınmaqla 1.492.343 ədəd mişar daşı və ya 20.726,98 m3 (m3=72 ədəd mişar daşı)istehsal edildiyi müəyyən edilir. Hasil olunmuş 20.726,98 m3 mişar daşlarınana mədən vergisi (1m-2 manat) tətbiq etsək yoxlanılan dövrdə 41.453,97 manat mədən vergisi müəyyən edilir. İddiaçı ASC tərəfindən yoxlanılan dövrdə 10.952,00 manat məbləğində mədən vergisi hesablandığı nəzərə alındıqda 30.501,97 manat məbləğində mədən vergisinin az hesablanması müəyyən edilir. Beləliklə, 29 dekabr 2022-ci il tarixli 10/6946 nömrəli, 04 avqust 2023-cü il tarixli 9/3779 nömrəli ekspert rəyləri üzrə nəticələr və yuxarıda göstərilənlər nəzərə alınmaqla İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 62.748,83 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən, həmçinin ekspert gəldiyi nəticələri rəyə qoşma şəklində əlavə etdiyi sübutlarla əsaslandırdığından iş üzrə mötəbər sübut qismində qiymətləndirir.

45. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktla ona ümumilikdə 388.165,75 manat vergi borcu hesablanmışdır ki, həmin borcun 62.748,83 manat hissəsi istisna olmaqla digər hissədə borcun hesablanması əsassız olmuşdur. Əsaslı hesablanan 62.748,83 manat məbləğin tərkibini isə 2.748,31 manat mənfəət, 29.498,55 manat ƏDV, 30.501,97 manat mədən vergisi təşkil edir.

46. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən mübahisəli qərarların qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən (62.748,83 manat hissə istisna olmaqla), bununla da, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarlar qismən ləğv edilməlidir.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

49. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

50. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

52. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 402 (dord yüz iki manat) manatdır. 53.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarları qismən - 62.748,83 manat istisna olmaqla, digər hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 402 (dord yüz iki manat) manat məbləğində pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar