Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-600/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının 2-ci qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2446/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə əvəz edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh siyahısından çıxarılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2446/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3-cü bəndinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, həmin sərəncamın 1.2-ci bəndinə əsasən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bu Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi iş materialları ilə birlikdə məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, bel-omba nahiyyəsində olan ağrılardan və dəri zöhrəvi xəstəliyindən əziyyət çəkir. Bununla bağlı dövlət xəstəxanalarında və özəl klinikalarda müayinə və müalicə olunmuşdur. Hətta ağrıları şiddətli olduğundan hərəkət fəaliyyətini itirmiş və xəstəxana şəraitində müalicə olunmuşdur. Lakin müalicələri heç bir effekti olmadığından “X9” klinikasına müraciət etmişdir. Həmin klinikada müayinə olunduqdan sonra onu təxirə salınmaz əməliyyata yazmışlar. Mən bel-onurğa nahiyəsindən əməliyyat olunmuşdur. Hərəkət fəaliyyəti məhduddur, işləmək qabiliyyəti yoxdur, ağır cərrahi əməliyyat keçirmişdir. Ona əlillik dərəcəsinin verilməsi üçün müraciətlər etmiş, müraciətinə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində imtina edilmişdir. 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasını istəyir, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmadığı üçün cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0274003AAF6N saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərir ki, xəstəlik xx.xx.2017-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi “Artropatik psoriaz, Psoriaz yayılmış artropatik psoriaz diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu kökcük sindromu ilə. Nevrasteniya, Nevrasteniya” xəstəliyi qeyd edilmişdir. Xəstəliyin xarakterinə görə başladığı tarixdən ötən 6 (altı) ay ərzində qeyd edilmiş ağırlaşmaların inkişafı mümkün deyil. Buna görə də bu göndəriş əsasında əliiliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0274003AAF7V saylı göndərişi əsasında 09.076.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.1980-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi “Artropatik psoriaz, Psoriaz yayılmış artropatik psoriaz” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar arteriya hövzəsində çatmamazlıq.Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu kökcük sindromu ilə” xəstəliyi qeyd edilmişdir. Xəstəliyin başlanma tarixi 1980-ci il tarix göstərilsə də ötən müddət ərzində xəstəliyin dinamikası, aparılmış müayinə və müalicə barədə məlumatlar qeyd edilməmişdir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0274003AAF7V saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəliyin başlanma tarixi xx.xx.2017-ci il tarix göstərilmişdir. Əsas xəstəlik kimi “Onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu” diaqnozu, ağırlaşma kimi isə “sol aşağı ətrafın süst monoparezi, L-4, L-5 fəqərəarası diskin yırtığı, L4 fəqərənin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərənin soldan disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət.Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radikulopatiya, davamlı kökçük ağrıları ilə" diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Artropatik psoriaz, Yayılmış psoriaz artropik forma” xəstəliyi qeyd edilmişdir. Bildiririk ki, keçirilmiş cərrahi əməliyyat müalicə tədbiri hesab edilir, əməliyyatdan sonrakı bərpa müddəti başa çatdıqdan sonra əməliyyatın effektiv olub olmaması barədə fikir yürütmək olar. Lakin göndərişdə əməliyyatın tarixi göstərilmədiyindən bu barədə fikir yürütmək və əlilliyin təyini barədə qərar vermək mümkün olmamışdır. Həmçinin əməliyyatın ağırlaşması kimi qeyd edilmiş “sol aşağı ətrafın süst monoparezi” diaqnozu nevropatoloqun müayinəsi ilə təsdiqlənmir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0274003AAF7V saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəliyin başlanma tarixi xx.xx.2017-ci il tarix göstərilmişdir. Əsas xəstəlik kimi “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen(L4-L5) radikulopatiya, davamlı kökçük ağrıları ilə” diaqnozu, ağırlaşma kimi isə “Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə "Boyun və fəqərələrinin osteoxondrozu.Digər artrozlar, sağ çiyin oynağının artrozu. Artropatik psoriaz, psoriaz yayımış forma.Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərəarası disk yırtığı cərrahi əməliyyatından sonrakı vəziyyət.” xəstəliyi qeyd edilmişdir. Əvvəlki göndərişdə qeyd etdiyimiz kimi keçirilmiş cərrahi əməliyyat müalicə tədbiri hesab edilir. Əməliyyatda sonra ağırlaşma kimi qeyd edilmiş “sol aşağı ətrafın monoparezi” diaqnozu nevropatoloqun müayinəsi və EMQ(elektro mioqrafiya) müayinəsi ilə təsdiqlənmir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, X1 əlilliyin təyin istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasınlarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Tibbi Sosial Ekspertiza və X2 çıxarışlardan görünür ki: – xx.xx.2018-ci il tarixdə İddiaçı əlilik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilmənin təhlili göstərir ki, xəstəlik xx.xx.2017-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi “Artropatik psoriaz, Psoriaz yayılmış artropatik psoriaz” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu kökcük sindromu ilə Nevrasteniya xəstəliyi qeyd edilmişdir. – xx.xx.2018-ci il tarixdə İddiaçı əlilik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilmənin təhlili göstərir ki, xəstəlik xx.xx.2017-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi “Artropatik psoriaz, Psoriaz yayılmış artropatik psoriaz” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu kökcük sindromu ilə. Nevrasteniya, Nevrasteniya” xəstəliyi qeyd edilmişdir. – xx.xx.2018-ci il tarixdə İddiaçı əlilik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilmənin təhlili göstərir ki, xəstəlik xx.xx.1980-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi “Artropatik psoriaz, Psoriaz yayılmış artropatik psoriaz” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar arteriya hövzəsində çatmamazlıq. Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu kökcük sindromu ilə” xəstəliyi qeyd edilmişdir. – xx.xx.2019-cu il tarixdə İddiaçı əlilik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilmənin təhlili göstərir ki, xəstəlik başlanma tarixi xx.xx.2017-ci il tarix göstərilmişdir. Əsas xəstəlik kimi “Onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu” diaqnozu, ağırlaşma kimi isə “sol aşağı ətrafın süst monoparezi, L-4, L-5 fəqərəarası diskin yırtığı, L4 fəqərənin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərənin soldan disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radikulopatiya, davamlı kökçük ağrıları ilə" diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Artropatik psoriaz, Yayılmış psoriaz artropik forma” xəstəliyi qeyd edilmişdir. – xx.xx.2019-cu il tarixdə İddiaçı əlilik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacının olmaması barədə qərar verilmişdir. Qiymətləndirilmənin təhlili göstərir ki, xəstəlik başlanma tarixi xx.xx.2017-ci il tarix göstərilmişdir. Əsas xəstəlik kimi “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen(L4-L5) radikulopatiya, davamlı kökçük ağrıları ilə” diaqnozu, ağırlaşma kimi isə “Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə "Boyun və fəqərələrinin osteoxondrozu.Digər artrozlar, sağ çiyin oynağının artrozu. Artropatik psoriaz, psoriaz yayımış forma.Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərəarası disk yırtığı cərrahi əməliyyatından sonrakı vəziyyət.” xəstəliyi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ ona ikinci dərəcəli əlilliyin təyin olunması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetini xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyətin səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; -4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndəriş, təsdiq edən şəxsslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya, dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirlməsi məqsədi ilə TSEK-ə göndərişi vermiş səhiyyə müəssisəsin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; -4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.”. - 4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -4.19. Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERASa daxil edir. -4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsinə əsasən, İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) (2.2.1.); ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9) (2.2.2); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) (2.2.3). ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84- J86.9,J91-J95.8) (2.2.4); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9) (2.2.5.); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) (2.2.6.); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,E23.7,E24 24.9,E25.8,E26.9,E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8) (2.2.7.); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9) (2.2.8); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) (2.2.9.); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9) (2.2.10); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) (2.2.11.); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) (2.2.12); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24) (2.2.13); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97) ( 2.2.14.); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri (2.2.15.). Əlilliyinin təyin olunmasını tənzimləyən qüvvədə olan normativ hüquqi aktdan görünür ki, şəxsə ikinci dərəcəli əlillik yalnız o halda təyin ola bilər ki, onda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə aid olsun. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəmə-tibbi ekspertizası Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə-Tibbi Ekspertizа və X8-Təcrübi və Tədris Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 280/2020 saylı (ekspertizanın başlanma tarixi xx xxxxxxx 2020-ci il, başa çatma tarixi xx xxxxxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1974-cı il təvəllüdlü İddiaçı oğlunda müəyyən edilmiş “M 42 onurğanın və bel fəqərələrinin osteoxondrozu, aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın süst monoparezi, cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərəarası disk yırtığı, L4 fəqərənin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərələrin soldan disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskogen radikulopatiya, davamlı kökcük ağrıları, artopatik psoriaz (M07.0-M07.*M09.0*), yayılmış psoriaz artopik forma, digər artozlar, sağ çiyin oynağının artrozu” xəstəlikləri olsa da, onların ağırlaşmaları olmadığından halhazırda onun sağlamlıq durumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarına uyğun olaraq əlillik dərəcəsinin verilməsi üçün əsas vermir. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-600/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-600/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver