Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6000/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 Mərkəzi Filialına qarşı “müharibə veteranlıgına görə əvvəlki dövrlər üçün sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verildiyi 30 yanvar 2020-ci il tarixdən üç il əvvəlki - 36 aylıq dövr üzrə ödənilməmiş müavinətin ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə prokurorluq orqanlarının əməkdaşı kimi iddiaçının 20 aprel 1991ci ildən 05 aprel 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etmək faktı müəyyən edilərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən 30 yanvar 2020-ci il tarixdə MV № 01065 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı müharibə veteranı kimi sosial müavinət verilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmiş, lakin ona sosial müavinət müharibə veteranı vəsiqəsi verildiyi vaxtdan, yəni 30 yanvar 2020-ci il tarixdən verilmişdir. Əslində isə ona sosial müavinət iddiaçının 1991-1993-cü illərdə Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi 28 noyabr 2015-ci il tarixdən hesablanıb verilməli idi. İddiaçı müharibə veteranlığına görə əvvəlki dövrlərin verilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, lakin iddiaçıya imtina olunmuş, cavabdehin imtinası qanunsuz və əsasızdır. Belə ki, iddiaçı 1991- 1993-cü illərdə Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etmiş və həmin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 noyabr 2015-ci il tarixdən qanuni qüvvəyə minmiş 27 oktyabr 2015-ci il tarixli qətnaməsi vardır. Ona görə də iddiaçı həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmə qətnaməsinə əsasən iddiaçıya Qarabağ müharibəsi veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı uzun müddət aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət etməyinə baxmayaraq iddiaçıya Qarabağ müharibəsi veteranı adı və vəsiqəsi yubadılaraq verilməmişdir. İddiaçının bu göstərdiklərini Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi ilə bağlı məlumat verilməsi barədə həmin məhkəmə tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış 04 dekabr 2015-ci il tarixli 2(007)-4140/2015 saylı məktubun surəti, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasından iddiaçıya ünvanlanmış 13.01.2016-cı il, 10.03.2017-ci il, 03.05.2017-ci il, 05.06.2017-ci il, 14.06.2017-ci il, 29.08.2017-ci il və 14 iyun 2019-cu il tarixli məktublarının və eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğundan iddiaçıya ünvanlanmış 22 may 2019-cu il tarixli 10/05-648 saylı məktubun surəti də təsdiq edir. İddiaçının aiddiyyəti dövlət orqanlarına uzun müddətli şikayətlərindən sonra, nəhayət Bakı şəhəri Nizami rayon Məhkəməsinin qeyd olunan həmin qətnaməsi əsasında iddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən 30 yanvar 2020-ci il tarixdə MV № 01065 saylı Qarabağ Müharibəsi veteranı vəsiqəsi verilmişdir. Beləliklə, yuxarıda göstərdiklərindən aydın olur ki, iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsinin” verilməsi aidiyyəti dövlət orqanlarının əməkdaşlarının işlərinə biganə münasibətləri və təqsirləri üzündən uzun müddət geçikdirilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. İddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair 21.06.2021-ci il tarixli № **********3 saylı yazılı etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 mərkəzi filialına qarşı “30.01.2017-cı il tarixdən 30.01.2020-ci il tarixədək sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən vətəndaş İddiaçı 30.01.2020-ci il tarixdə veteran vəsiqəsi verilmişdir. Qeyd olunan veteran vəsiqəsini əldə etdiyi tarixdən vətəndaşa Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 Mərkəzi Filialına ərizə ilə müraciət edərək müharibə veteranı olaraq 30.01.2017-cı il tarixdən 30.01.2020-ci il tarixədək verilməli olan sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Belə ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılan müvafiq komissiyanın rəyinə əsasən verilir. Eyni zamanda həmin əsasnamədə də qeyd olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildiyi zaman həyata keçirilir. R.Y.Axundov veteran vəsiqəsini 19.08.2020-ci il tarixdə əldə etdiyi üçün ona müvafiq vəsiqəni aldığı dövrdən əvvəlkilər üçün müavinət ödəməkdən imtina edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Həmin Fərmana əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə təqaüd təyin edilmişdir. Sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu mənada, İddiaçı müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Sonda iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, cavabdeh təşkilatın Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il 640 nömrəli Fərmanına istinad edərək tələbini rədd etdiyini, müharibə veteranı vəsiqəsinin gec almasının səbəbinin ondan asılı olmadığını, yəni onun hüququnun artıq həmin dövrdə yarandığını, o dövrdə yarandığı hüququ ilə əlaqədar “Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyğun olaraq ən azından 3 illik müddət üçün hesablanıb verilməli olduğunu, vətəndaşın xeyrinə olmayan qərarın geriyə qüvvəsinin tətbiq edilməli olmadığını, yalnız onun vəziyyətini yüngülləşdirən qanunların geriyə tətbiq edilməli olduğunu, vəsiqəni aldığı gündən sonrakı dövrdən müavinəti aldığını, başqa heç bir ödəniş almadığını bildirdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək əlavə olaraq, o, iddiaçının veteran vəsiqəsini 2019-cu ilin aprel ayından sonra aldığını və Filial tərəfindən ona Prezident təqaüdünün təyin edildiyini, həmin tarixdən də həmin Prezident təqaüdünü aldığını, bununla bağlı Prezidentin 15.04.2019-cu il tarixli Fərmanının olduğunu, Fərmanda 2019-cu il aprelin 1-dən sonra veteran vəsiqəsini alan şəxslərin yəni müharibə veteranlarına Prezident təqaüdü təsis edildiyinin qeyd edildiyini, əvvəlki 3 il üçün müavinət ödənişi də edilmədiyini bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.10.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 20 aprel 1991-ci ildən 05 aprel 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.12.2015-ci il tarixli 2(007)-4140/2015-ci il tarixli məktubundan görünür ki, İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 4140/2015 saylı 27 oktyabr 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. - 14.09.2018-ci il tarixdə Nizami RPİ tərəfindən verilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı oğlu xx.xx.1957-ci il tarixdə Agstafa rayonunda doğulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 Mərkəzi Filialında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş iddiaçının 11.03.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq 31.03.2021-ci il tarixli məktubunda bidirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş min) manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublkasının Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlər məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə ‘Sosial müavinətlər haqqında“ Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. - Məhkəməyə təqdim edilmiş təqaüd işindən görünür ki, iddiaçıya 30.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MV seriyalı 01065 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Cavabdehin 02.08.2021-ci il tarixli 11704/**********7 qərarı ilə iddiaçının müraciətinə əsasən ona 01.04.2019-cu il tarixdən müddətsiz 80 manat məbləğində müharibə veteranları üçün təqaüd təyin edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya 30.01.2020-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək hüququnu həyata keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən sonra 02.08.2021-ci ildən iddiaçının qeyd edilən təqaüdünü (Prezident təqaüdünü) almaq hüququnun yarandığını əsas götürərək təmin etmişdir. Hazırda iddiaçı müharibə veteranlarına müavinətin müharibə veteranı vəsiqəsi verildiyi 30.01.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz Bu mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun əvvəlki illərə görə müavinət tələb etməyi əsassızdır. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə Prezident təqaüdünün təsis edildiyi tarixdən, yəni 01.04.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.05.2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 11.08.2020ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı). Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi iddiaçı 30.01.2020-ci il tarixində, yəni Prezident təqaüdü təsis edildikdən sonra “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq oluna bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verildiyi 30 yanvar 2020-ci il tarixdən üç il əvvəlki - 36 aylıq dövr üzrə ödənilməmiş müavinətin ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1 Mərkəzi Filialına həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2DRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6000/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6000/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver