Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6007/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, vəkil işləyir ) iştirakı ilə, iddiaçı Qasımov Əlikram Bəybala oğlunun cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının Bakı şəhərində mənzillə təmin olunması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Qasımov Əlikram Bəybala oğlu cаvаbdеhlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “ Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının Bakı şəhərində mənzillə təmin olunması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı Qasımov Əlikram Bəybala oğlu iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, ümumilikdə 27 il 6 ay, ondan 17 il 4 ay Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsusrsuz olaraq xidmət etmişdir. Qüsursuz xidmətinə görə 2008-ci və 2009-cu illərdə 2-ci dərəcəli və 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Eyni zamanda müxtəlif vaxtlarda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley“ medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, “Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti” medalı ilə təltif olunmuşdur. İddiaçı xidməti vəzifələrini vicdanla, layiqincə, sədaqətlə yerinə yetirmişdir. Xidməti vəzifələrinin icrası ilə bağlı, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı, döyüş əməliyyatlarında iştirakı zamanı kontuziya almışdır, hərbi xidmət dövründə çətin müalicə olunan xroniki xəstəliyə tutulmuşdur. Hazırda həyat yoldaşına məxsus mənzildə yaşayır və iddiaçının hər hansı mənzil sahəsi olmamasına baxmayaraq iddiaçıya münasibətdə cənab Prezidentinin hərbi qulluqçulara olan xüsusi qaygısı ilə bağlı Fərmanı icra olunmur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1991-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktla məhz 20 təqvim ili və daha çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az xidmət etdiyindən o, cavabdeh tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına salınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdehlər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Оdur ki, məhkəmə işə cavabdehlərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində göstərilən məzmunda izahat və çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin izаhаtlarını dinləyərək, iddia ərizəsini və təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin İddiaçı ünvanlanmış 2619 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Ordusu sıralarında xidmət illəriniz 20 təqvim ilindən az olduğuna görə həmin fərman Sizə şamil edilmir. Hərbi qulluqçuların mənzillə və ya torpaq sahəsilə təmin olunmaq hüququ “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, qeydiyyatda olduğunuz rayonun icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 18 nömrəli, xx.xx.2017-ci il tarixli arayışında göstərilmişdir ki, həqiqətən də iddiaçı xx.xx.1983-ci ildən 10.07. 1987-cı ilədək SSRİ SQ-də kursant, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ və RF SQ-də zabit, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası SQ-də zabit kimi həqiqi hərbi xidmət keçmişdir.”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddia ərizəsinə əlavə edilmiş müxtəlif medalların vəsiqələrinə əsasən iddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı,“Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 illiyi (1991-2001)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 90 illiyi (1918-2008)” yubiley medalı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin veteranı” medalı, “Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti” yubiley medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1983-ci ildən 10.07. 1987-cı ilədək SSRİ Silahlı Qüvvələrində kursant, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ və Rusiya Federasiyasının Silahlı Qüvvələrində zabit, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2016-cı ildə xəstəliyi ilə bağlı xidmətdən tərxis olunmuşdur, xidmət illərində qüsursuz xidmətə görə və digər medalları ilə təltif olunmuşdur.İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya iddiaçının da daxil edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasən iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddəti xx.xx.1992-ci ildən xx.xx.2010-cu ilədək olmaqla 20 ildən az olmuşdur, İddiaçı xidmətinin xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan hissəsini SSRİ və RF-nın Silahlı Qüvvələrində etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil siyahısına (mənzil növbəsinə) iddiaçının adının salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Qasımov Əlikram Bəybala oğlunun cаvаbdеhlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının Bakı şəhərində mənzillə təmin olunması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qasımov Əlikram Bəybala oğlunun cаvаbdеhlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının Bakı şəhərində mənzillə təmin olunması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6007/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6007/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver