Məhkəmə qərarları › İş №2-1(112)-6007/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6007/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6007/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı Həsən oğlunun Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 saylı mənzilləri Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəindən verilmiş ÖM 125892 saylı və ÖM 138840 saylı qeydiyyat vəsiqələri əsasında iddiaçının mülkiyyətindədir. Mənzillər qəzalı olduğundan sökülüb yenidən tikilməsinə icazə verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavininin 11.03.2003-cü il tarixli, 7-790/7 saylı məktubuna əsasən, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyətinin 18.02.2003-cü il tarixli, A-23 saylı razılıq məktubunu, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM 125892 saylı və ÖM 138840 saylı qeydiyyat vəsiqələrini, qonşuluqda yaşayan sakinlərin razılıqlarını nəzərə alaraq, iddiaçıya məxsus fərdi mənzillərin sökülüb yenidən tikintisinə dair təqdim edilmiş eskiz layihəsinin razılaşdırılaraq mövcud qanunvericilik əsasında sənədləşmə işlərinin aparılmasına etiraz etmədiyi qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 18 mart 2003-cü il tarixli, 131 saylı sərəncamına əsasən Yasamal rayonu S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4 nömrəli mənzillərin sökülərək yerində yaşayış evinin tikilməsinə iddiaçıya icazə verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Ekspertiza Mərkəzi” tərəfindən verilmiş 01.02.2006-cı il tarixli, 80-E/6 saylı rəyə əsasən, mənzillərin sökülərək yerində 2 mərtəbəli (zirzəmili və mansardlı) fərdi yaşayış evinin tikintisi layihəsinin ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olmuşdur. Azərbaycan Respublikası DİN BDUTİ-nin Yasamal rayonu, X1 xidməti tərəfindən verilmiş 25.06.2003-cü il tarixli, 940 saylı məktuba əsasən mənzillərin sökülüb yenidən tikilməsinə, yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməklə etiraz olunmamışdır. Qeyd olunan yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə 2020-ci ilin sentyabr ayında cavabdehə sözügedən yaşayış sahəsinə dair qeydiyyat vəsiqələri, sərəncamın surəti, eskiz layihəni əlavə edilməklə iddiaçı tərəfindən ərizə ilə müraciət edilmiş, cavabdeh iddiaçının ərizəsinə əlavə etdiyi həmin sənədləri hüquqmüəyyənedici sənəd kimi qiymətləndirməmiş və ərizəsini təmin etməkdən imtina etmişdir. Belə ki, cavabdehin 06.11.2020-ci il tarixli **********24 nömrəli məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək “uyğun sənədlərin təqdim edilmədiyi” qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh orqanın həmin məktubu qanunsuz və əsassızdır. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının hazırda istifadəsində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi onun hüquqlarını və qanunla qorunan maraqlarını pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10 saylı 16.05.2021-ci il tarixli etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 30.09.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzilin torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, həmin sahə binanın birdən artıq sahəyə xidmət emək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə aid sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********24 saylı, 06.11.2020-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin, iddia edilən torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 125892 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 4 saylı mənzili üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 138840 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 saylı mənzili üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 131 saylı 18.03.2003-cü il tarixli sərəncamından görünür ki, S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4-cü mənzillərində yaşayan vətəndaş İddiaçı fərdi mənzillərini sökərək yerində yaşayış evin tikilməsinə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin 7-790/7 saylı 11.03.2003-cü il tarixli məktubundan görünür ki, Yasamal rayonu, S.Dadaşov küçəsi 81, 3 və 4 saylı fərdi mənzillərin sökülüb yenidən tikintisinə icazə verilməsi barədə müraciətə Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyətinin 18.02.2003-ci il tarixli, A-23 saylı razılıq-məktubunu, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM; 138840; ÖM; 125892 saylı qeydiyyat vəsiqələrini, qonşuluqda yaşayan sakinlərin razılıqlarını nəzərə alaraq, vət. İddiaçı məxsus fərdi mənzillərin sökülüb yenidən tikintisinə dair təqdim edilmiş eskiz layihəsinin razılaşdırıldıgı və mövcud qanunvericilik əsasında sənədləşmə işlərinin aparılmasına etiraz edilmədiyi (eskiz layihəsinin müəllifləri: M.Namazov, L.Əliyev; AB seriyalı 013015 saylı lisenziya), tikinti işlərinin Memarlıq və şəhərsalma baş idarəsində razılaşdırılmış eskiz və işçi layihələri əsasında aparılmalı oldugu bildirilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti “Bakı Şəhər Ekspertiza Mərkəzi”nin 01.2.2006-cı il tarixli 80-E/6 saylı rəyindən görünür ki, “ünvan 2 ünvanda 3 və 4 saylı mənzillərin sökülərək yerində 2 mərtəbəli (zirzəmili və mansardlı) fərdi yaşayış evinin tikintisi” layihəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olar, tikinti işləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməli və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməlidir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 14.04.2021-ci il tarixli **********86 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 81 ünvanında yerləşən fərdi yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** daxil olma nömrəli, 17.02.2021-ci il tarixli müraciətinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********24 nömrəli 04.11.2020-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06.11.2020-ci il tarixli **********24 saylı məktubula iddiaçıya bildirilmişdir ki, ünvan 3 ünvanında mənzil yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair dair 30.09.2020-ci il tarixli ********** nömrəli ərizəsinə baxılmış, qeydiyyatdan keçmiş mənzilin torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmiş, həmçinin həmin sahə binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə aid sahədə yerləşir”. - "xxxx" MMM tərəfindən verilmiş Yasamal rayonu S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4 nömrəli mənzillərin eskiz layihəsindən görünür ki, mənzillərin layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. Məhkəmə, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə fərdi yaşayış sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün bir neçə əsası barədə bildirilmişdir: - uyğun sənədlərin təqdim edilməməsi; - həmin sahə binanın birdən artıq sahəyə xidmət emək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə aid sahədə yerləşir. İşdə olan fərdi yaşayış evinin eskiz layihəsindən müəyyən edilir ki, həmin eskiz layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılsa da, torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona subyektiv hüquq verən sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki halları isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. Həmçinin, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə inşa edildiyi üçün cavabdeh tərəfindən həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaması barədə hərəkəti də qanuni olmuşdur. İddiaçının evə dair müəyyən orqanlarla müvafiq sənədlərin razılaşdırması da tələbini təmin etməyə imkan vermir. Çünki yuxarıda da qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması həmin faktiki hallara əsasən deyil, yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan birinin mövcudluğunda əsasən aparıla bilər. Belə olan halda iddiaçı tələb etdiyi evə dair qanuni hüququn sahibi kimi tanına bilməz və bununla da həmin hüququnun reyestrdə qeydə alınmasını tələb edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar